Məhkəmə qərarları › İş №2-1(102)-180/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-180/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-180/2021 26.01.2021 ALİ MƏHKƏMƏ İddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tari xli, 2-1(105)-206/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qusar rayonu Çiləgir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 nömrəli qərarına əsasən İddiaçı Çiləgir bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı istifadə məqsədilə 0,06 ha. torpaq sahəsi satılmışdır.

2. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək Qusar rayonu Çiləgir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərarına əsasən ona Qusar rayonunun Çiləgir kəndi ərazisindən satılmış torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2018-ci il tarixli **********55 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, araşdırma zamanı sözügedən torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı olduğu müəyyən edilmiş, qeyd olunan səbəbdən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə Qusar rayonu, Çiləgir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərarına əsasən ona Qusar rayonunun Çiləgir kəndi ərazisindən satılmış 0,10 ha. həyətyanı torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin tapşırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi dövlət qeydiyyatına alınaraq iddiaçıya AN 424981 saylı torpaq sahəsinin planı və ölçüsü verilmiş və həmin sənəd X1 kitabında 01-660 nömrəsi ilə uçota alınmışdır. Göründüyü kimi, sözügedən torpaq sahəsi xx.xx.2014-cü il tarixindən iddiaçının adına dövlət qeydiyyatındadır. Belə olan halda, cavabdeh həmin torpaq sahəsinə dair çıxarış verməkdən imtina etməklə iddiaçının hüquqlarını pozmuşdur.

6. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Çiləgir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərarına əsasən iddiaçıya Qusar rayonunun Çiləgir kəndi ərazisindən satılmış 0,06 ha. həyətyanı torpaq sahəsi ilə kəsişən elektrik xəttinin mühafizə zolağına düşən 96 kv.metr sahəni çıxmaqla, yerdə qalan 0,0504 ha. həyətyanı torpaq sahəsinə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə tapşırılmasını xahiş etmişdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha. torpaq sahəsi 5 saylı Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bundan əlavə, torpaq sahəsindən 8 metr məsafədən 35 kv-luq elektrik xətti keçir və həmin torpaq sahəsi xəttin mühafizə zolağına düşür.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)201/2019 nömrəli q ərarına görə (hakim – İ.R.Quliyev) iddianın təmin edilməsi, iddiaçıya Çiləgir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərarına əsasən Qusar rayonunun Çiləgir kəndi ərazisindən satılmış 0,06 ha. həyətyanı torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşən 96 kv.m hissəsi çıxılmaqla qalan hissəsinə iddiaçının adına müvafiq dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, təyin edilmiş ekspertizaların nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçıya ayrılmış və faktiki olaraq onun istifadəsində olan 0,06 ha. torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi deyil. Eyni zamanda, ekspertizanın nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının istifadəsindəki torpaq sahəsinin müəyyən hissəsi elektrik xə ttinin mühafizə zolağına düşür. İddiaçı isə həmin hissənin dövlət qeydiyyatına alınmasını istəməmiş, qalan sahənin dövlət qeydiyyatına alınmasını məhkəmədən xahiş etmişdir ki, bununla da iddianın rədd edilməsi üçün heç bir əsas qalmamışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-206/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – H.Ç.Babayeva, hakimlər – F.G.Zeynallı və Z.İ.Məmmədov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-201/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul e dilərək iddianın rədd edilməsi qərara alınmışdır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan sübutlarla mübahisəli torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna aid olduğu və həmin torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulduğu təsdiq olunur. Qanunverici də bələdiyyənin ehtiyat fondu torpaqlarına kənd təsərrüfatı təyinatlı torpaqların daxil olmasını qeyd etmiş və onların kənd təsərrüfatı məqsədləri üçün vətəndaşlara satılmasının mümkünlüyünü qəbul etmişdir. Hazırkı halda isə kənd təsərrüatı təyinatlı torpaq sahəsi başqa kateqoriya torpaq sahəsi kimi – yaşayış məntəqəsinin torpaq sahəsi kimi iddiaçıya satılmışdır. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.4-cü bəndində deyilir ki, müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqları nın başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Hazırkı halda da iddiaçıya satılmış torpaq sahəsinin satışı onun təyinatına və hüquqi rejiminə uyğun gəlməməsi hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilər və bu səbəbdən cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur.

13. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

14. İddiaçı xx.xx.2020-ci il tarixində həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. İdd iaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh iddia ərizəsinə etirazda iki əsası qeyd etmişdir: torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması və 08 metr məsafədən 38 kv-luq elektrik xəttinin keçməsi. İş üzrə keçirilmiş xx.xx.2019-cu il tarixli ekspertizanın rəyi ilə 0,06 ha. torpaq sahəsinin kənd təsərrüfatına yararsız olması müəyyən edilmişdir. Göstərilən hallar apellyasiya instansiya məhkəməsində araşdırılmamış, cavabdehin etirazı ilə rəsmi mütəxəssis rəyinin arasındakı ziddiyyətləri aradan qaldırmamış, bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur.

16. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 02 saylı qərarının 3-cü bəndinə istinad edərək torpaq sahəsinin hüquqi statusunu müəyyən edilməsinin zəruriliyini qeyd etdiyi halda, Çiləgir Bələdiyyəsi tərəfindən satılmış 0,06 ha. torpaq sahəsinin hüquqi statusunu müəyyən etməmiş, müxtəlif sənədlərdə göstərilən ziddiyətləri aradan qaldıra bilməmiş, MPM-in 14.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tətbiqinə lazımi şərait yaratmamış, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddia çının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli, 2 saylı qərarının 3 -cü bəndinə görə torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. İzah edilsin ki, bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi recimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi recimi olan torpaq kateqoriyasına üstünlük verilir.

21. Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

22. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi m ülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. 23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-ci maddəsinə əsaəsn Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər.

24. Həmin Qanunun 2.4-cü maddəsinə əsaəsn müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. 2 5. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 26. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər”.

27. Azərbaycan Resp ublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

28. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Hazırkı qərarın 25-ci bəndində göstərilən normalardan görünür ki, qanunvericilikdə hüquqların dövlət qeydi yyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və həmin əsaslardan biri olduğu halda inzibati orqanlar hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.

33. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görünür ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmış və yuxarıda qeyd edilən əsaslara uyğun olaraq iddiaçının ərizəsini təmin etməmişdir.

34. Belə ki, işin apellyasiya instansiyası məhkəməsində araşdırılan hallarından görünür ki, mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması, lakin iddiaçıya başqa təyinatlı – yaşayış məntəqəsinin torpaq sahəsi kimi satılması işin mübahisələndirilməyən halıdır.

35. Belə olan halda, yəni təqdim edilən sənədlərdə torpağın kateqoriyası müvafiq icra hakimiyy əti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədiyindən Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 26-cı bəndində göstərilən hüquqi mövqeyi baxımından cavabdeh orqanın imtinası əsaslı olmuşdur.

36. İddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Bunun üçün bələdiyyə ilk öncə müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırmalı, həmin orqan isə torpaqların bir kateqoriyadan digərinə keçirilməsi barədə qərar qəbul etməlidir. Yalnız bundan sonra, yəni torpaq sahəsinin məqsədli təyinatı dəyişdirildikdən sonra torpaq sahəsindən təyinatı dəyişdirilmiş istif adə mümkün hesab oluna bilər.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini haqlı hesab edir və qeyd edir ki, Qusar rayonu, Çiləgir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21 saylı qərarına əsasən iddiaçıya Qusar rayonunun Çiləgir kəndi ərazisindən satılmış 0,06 ha. torpaq sahəsi bələdiyyənin ehtiyat fondunun hətta kənd təsərrüfatına yararsız torpaq sahəsi olmuş olsa belə, həmin torpaq sahəsinin məqsədli təyinatı dəyişdirilmədən həmin ərazi fərdi yaşayış evinin tikilməsi məqsədilə fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilə bilməz.

38. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş və iddianın rədd edilməsi barədə yeni qərar qəbul etmişdir.

39. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təq dim etməmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-206/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar