Məhkəmə qərarları › İş №2-1(102)-180/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-180/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-180/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-180/22) Bakı şəhəri 12 yanvar 2022-ci il Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlər lə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1174/2021 nömrəli iş üzrə 27.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 12 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 26 avqust 1964-cü il tarixdə doğulmuş, 25.07.1980-ci il tarixdən 27.10.2003-cü il tarixədək “Nəriman Nərimanov” adına Bakı Trikotaj İstehsalat Birliyində “toxucu” vəzifəsində işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 26 avqust 2016-cı il tarixdən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilm əsini xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 20 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının İdarəyə təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 27 iyun 2019-cu il tarixli Ə-331 nömrəli arayışında yalnız 1985-1990-cı illərdə Bakı İstehsalat Trikotaj Birliyində işləməsi ilə bağlı natamam məlumatlar mövcud olmuş, həmçinin həmin müəssisənin əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən, 25.07.1980-27.10.2003-cü il tarixləri arasındakı dövr üzrə iş stajının müvafiq sənədlərə əsasən üzləşdirmə aparılmaqla dəqiqləşdirilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25 iyul 1980-ci ildən əmək fəaliyyətinə başlayaraq 27 oktyabr 2003-cü ilə kimi Nəriman Nərimanov adına Bakı Trikotac İstehsalat Birliyində 1-3 saylı toxuculuq sexində 4-cü dərəcə toxucu vəzifəsində işləmişdir. 23 il zərərli sexdə işlədiyinə görə 52 yaşında, yəni 26 avqust 2016cı il tarixdən ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli idi. Buna görə də ona güzəştli şərtlərlə rlə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə 02 iyul 2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Lakin ərizəsinə cavab verilməmişdir. Buna görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2016cı ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəşt li şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ olan əmək stajı olan pensiyaçılara yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında”, 32-ci paraqrafında “Toxuculuq istehsalatı” bölməsində “toxucu” qeyd olunmuşdur.

6. Birinci instansiya məhkəməsinin 09.10.2019-cu il tarixli, 2-1(81)3773/2019 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın rədd ed ilməsi qərara almışdır.

7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə, Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarına, Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarına, İPM-in 2.2.3, 34.1, 52, 58.1, 68.1, 68.2-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia əsassızdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 09.10.2019-cu il tarixli, 2-1(81)-3773/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.01.2020-ci il tarixli, 2-1(103)-137/2020 nömrəli (hakimlə r Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Kəmalə Abiyeva) qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 09.10.2019-cu il tarixli, 2-1(81)-3773/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı 26 avqust 2016-cı il tarixdən 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 26 avqust 2016-cı il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddəl ərini, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 9.1, 21.1-ci maddələrini, “İnzibati icraat haqqında” Qanunun 11.1, 11.2-ci maddələrini, Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarını, İPM-in 1.2, 82-ci maddələrini, MPMin 217.2-ci maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15.01.2020-ci il tarixli, 2-1(103)-137/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki icraat

12. Ali Məhkəmənin İnzibati Kollegiyasının 22.09.2020-ci il tarixli, 21(102)-1145/2020 nömrəli (hakimlər İlqar Hüseynov - sədrlik ed ən və məruzəçi, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 15.01.2020-ci il tarixli, 2-1(103)-137/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

13. Ali Məhkəmə hesab etmişdir ki, əgər iddiaçı işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi m üəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(103)-1174/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Raqib Qurbanov) qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkə məsinin 09.10.2019-cu il tarixli, 21(81)-3773/2019 nömrəli 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3773/2019 nömrəli iş üzrə 09 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən hesab etmişdir ki, 01.01.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1, 3.1.1, 3.1.2, 3.2, 3.2.1, 4.1.9, 4.1.10, 4.1.11 bənd lərinə, Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə, Qanunun 9-cu maddəsinə, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinə, İPM-in 1.2, 2.2, 14.3, 73.1-ci maddələrinə, MPM-in 81-ci maddəsinə əsaslanmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 27.09.2021-ci il tarixli, 2-1(103)-1174/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. İ ddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25 iyul 1980-ci ildən əmək fəliyyətinə başlayaraq 27 oktyabr 2003-cü ilə kimi Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 1-3 saylı toxuculuq sexində 4-cü dərəcə toxucu vəzifəsində işləmişdir. 23 il zərərli sexdə işlədiyinə görə 52 yaşında, yəni 26 avqust 2016cı il tarixdən ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməliydi. Buna görə də ona güzəştli şərtlərlərlə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə 02 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat idarəsinə müraciət etmişdir. Cavabdeh tərəf 20 avqust 2019-cu il tarixli **********5 saylı məktubu ilə imtina edərək ona güzəştl i şərtlərlə əmək pensiyası təyin etmək mümkün olmadığını bildirmişlər.

18. İş materiallarına əlavə edilən Əmək kitabçasına əsasən onun 23 il ümumi stajı və onun 23 ilini zərərli işdə işlədiyinə görə 52 yaşında, yəni 26.08.2016-cı il tarixdən onun əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, 2 nömrəli siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minumum 10 il olmalı və ümumi staj 20 il olmalı. Onun ümumi stajı qədər (yəni 23 il) zərərli işdə işlədiyi əmək kitabçasındada qeyd edilib. Məhkəmə Kollegiyası hesab edir ki, xüsusi və ümumi iş stajları 01.01.2006-cı il tarixədək mövcud olmalıdır. Onun işlədiyi illər 25.07.1980-ci il tarixdən 27.10.2003-cü illərə qədərdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin olunmamasını on un güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerindən arayış əlavə olunmaması ilə əsaslandırır. Bildirir ki, 2003-cü ildə işlədiyi Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyi fəaliyyətini dayandırmışdır. Onun güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerindən arayış məhkəməyə təqdim edə bilməməyi işlədiyi Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin fəaliyyətini dayandırılması ilə bağlıdır. Əmək Kitabçasında işlədiyi illər və peşələr tam şəkildə qeyd edilmişdir. Odur ki, analoji işlədiyi peşəyə dair Komvol toxuçuluq Açıq Səhmdar Cəmiyyətinin (keçmiş Bakı Komvol toxuculuq kombinatı) Arayışını Məhkəməyə təqdim edib. Belə ki, iş materiallarına əlavə edilən Əmək kitabçasına əsasən onun 23 il ümumi stajı və onun 23 ilini zərərl i işdə işlədiyinə görə 52 yaşında, yəni 26.08.2016-cı il tarixdən onun əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 12 iyun tarixli, 320 saylı qərarına 2 №-li Siyahı “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına əsasən işlədiyi peşə XX bölümündə - 2210400a-17501 kodla qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 12 iyun tarixli, 320 saylı qərarına 2 №-li Siyahısının sonuncu bəndində Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və p eşələrin 2-ci siyahısında Toxucular qeyd edilmişdir. Qeyd edilən xüsusatlar həm inzibati orqana müraciətdə, həm iddia tələbində, həm apellyasiya şikayətində qeyd edilmişdir. Eyni zamanda 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında”, 26-cı paraqrafında “Yüngül sənaye” bölməsində üçüncü bənd “yaş toxumada məşğul olan toxucular” və 32-ci paraqrafında “Toxuculuq istehsalatı” bölməsində axırıncı bənd “toxucular” qeyd olunmuşdur.

19. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, qeyd edilmişdir ki, güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin Siyahısı AR NK-nin qüvvədən düşmüş 320 və hazırda qüvvədə olan 12 saylı qərarı ilə təsdiqlənmiş siyahılar üzrə müəyyənləşdirilir. AR NK-nin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahısının XX başlığı “Yüngül sənaye” (kod:********) adlanır. Bölmənin 1-ci bəndi “Toxuculuq sənayesi” adlanır və 2210200a kodundan 2200200b19856 koduna qədər peşələri əhatə edir. Bu kodlar altında sadalanan peşələrin içərisində yalnız bir peşənin adında (kod:2200200a-11602:süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları) toxucu ifadəsi var, lakin, bu məhz kətan toxucusunu nəzərdə tutur, iddiaçıya məxsus olan əmək kitabçasında isə onun peşəsinin toxucu olduğu qeyd olunmuşdur. Deməli, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş AR NKnin 320 nömrəli Siyahısında onun peşəsi zərərli peşə kimi nəzərdə tutulmamışdır. Hazırda qüvvədə olan AR NK-nın tə sdiq etdiyi müvafiq Siyahının 26-cı bəndi “Yüngül sənaye”, 26.1-ci bəndi isə “toxuculuq sənayesi” adlanır. Bu bölmədəki toxuculuq peşəsi ilə bağlı yeganə iş yeri ’’süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotajməmulatların, kətanın toxucuları”dır. Qeyd olunan peşə növünün iddiaçıya hər hansı hüquqi bağlılığı yoxdur. Hazırda qüvvədə olan AR NK-nin təsdiq etdiyi 12 nömrəli Siyahısının 32-ci bölməsi “toxuculuq istehsalı” bölməsi adlanır. Bu bölmədəki yalnız 1 toxucu peşəsi güzəştli sayılır: toxucular: metal və sintetik tor toxuyan toxucular”. işləməməsi də mübahisəsizdir. İddiaçının qeyd olunan peşədə TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun (iddiaçının 52 yaşının tamam olduğu 26.8.2016-cı il tarixdə qüvvədə olan redaksiyada):

21. Maddə 9.1. Axırıncı iş yerindən a sılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

22. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür):

23. Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... e) toxucu luq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlarAzərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə — 52 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda;...

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.06.1993-cü il tarixli, 320 saylı Qərarı

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.1-ci bənd

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsas lılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında İPM-in 96.11-ci maddəsinə istinad etsə də, Ali Məhkəmənin 22.09.2020-ci il tarixli qərarında apellyasiya məhkəməsinə verilmiş məcburi göstərişlərinin icrasından yayınaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallara əsaslanmış, bu səbəbdən iş üzrə yanlış nəticəyə gəlmişdir.

30. Belə ki, məlum olduğu kimi iddiaçı hazırkı iddiasında irəli sürdüyü tələbə cavabdehə müraciət etsə də, cavabdeh iddiaya qarşı etirazda bildirmişdir ki, Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda XX Başlığı “yüngül sənaye (kod ********) adlanır. İddiaçının i şlədiyi dövrdə qüvvədə olmuş siyahıda onun toxucu peşəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur.

31. Məhkəmə kollegiyası cavabdehin həmin imtina mövqeyini əsassız hesab edir, belə ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqaında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, 7, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Şiyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

32. Məhkəmə kollegiyası hesab edir ki, əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun mövcud olması sözügedən maddədə müəyyən edilmiş üç elementin üçü də iddiaçıda vardır, belə ki, 26.08.2016-cı ilə qədər ümumi iş stajı 23 ildir, iddiaçı 52 yaşına çatmışdır, eyni zamanda iddiaçının əmək müvafiq olaraq onun işlədiyi vəzifələr azı 10 il güzəştli iş stajına düşən vəzifələrə aiddir ki, bu da yuxarıda artıq göstərildiyi kimi, iddiaçının işlədiyi müəssisə hazırda mövcud olmadığından fəaliyyət növünə (profilinə) uyğun olan "xxxx" ASC-nin arayışı ilə tam təsdiq olmur.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi toxucu Azərbaycan Respublikası Na zirlər Kabinetinin 01.06.1993-cü il tarixli, 320 saylı qərarının XX bölümündə kod 22104000-17501 (yaş toxumada məşğul olan toxucu, eyni zamanda 23.01.2007-ci il tarixli, 12 saylı qərarında nəzərdə tutulmuş siyahının 26-cı paraqrafında “yüngül sənayə” bölməsinin 3-cü bəndində və 32-ci paraqrafında “toxuculuq istehsalı” bölməsində “toxucu” kimi qeyd olunmuşdur və buna görə də iddiaçı 25.07.1980-ci il tarixdən 27.10.2003-cü ilədək N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyi adlanan müəssisənin toxucu sexində işlədiyi toxucu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26.1-ci bəndində iddia çının işləmiş olduğu yun və pambıq iplikdən hazırlanan məlumatlarının toxunmasında “toxucu” (başqa sözlə, trikotaj məmulatlarının toxucusu) vəzifəsinə uyğundur.

34. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında olan hüquqi mövqeyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 01.07.2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətd ə də tətbiq edilməlidir.

35. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı inzibati orqana 02.07.2019cu il tarixdə müraciət etmişdir.

36. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 26.08.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və onun inzibati orqana müraciət etdiyi tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq edilməklə 02.07.2019-cu il tarixdən pensiya hesablanmaqla ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

37. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 27.09.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İP M-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 21(103)-1174/2021 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 26 avqust 2016-cı il tarixdən 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 26 avqust 2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar