Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-180/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şə rtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2486/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının H3 № ******* nömrəli hərbi biletə əsasən, xx.xx.1979-cu ildə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1981-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur.
2. AB 028672 nömrəli, xx.xx.1998-cı il tarixli diplomun surətinə əsasən, iddiaçı xx.xx.1997-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu litseyinə daxil olmuş və xx.xx.1998-ci ildə elektrovozun maşinist köməkçisi peşəsi üzrə tam kursu bitirmişdir.
3. İddiaç ıya məxsus ИТ-İ № ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasının surətinə əsasən: -xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası "xxxx" ASC-də tökməçi vəzifəsində işləmişdir. -xx.xx.1996-cı ildən xx.xx.1997-ci ildək Neftqazçıxarma idarəsində 4-cü dərəcəli kompresor qurğuları üzrə maşinist vəzifəsində işləmişdir. -xx.xx.1997-ci ildə Az. Dəmir Yolu Bakı Lokomotiv Deposuna qaldırıcı sexə 4-cü dərəcəli çilingər keçirilmiş, xx.xx.2000-ci ildə MVHH KR-1, TR 3 təmir sexinə 4-cü dərəcəli çilingər keçirilmiş, xx.xx.2002-ci ildə MVHH-nin maşinist köməkçisinin əvəzedicisi keçirilmiş, xx.xx.2002-ci ildə MVHH-nin maşinist köməkçisi keçirilmiş, xx.xx.2009-cu ildə təkər cütlərinin əsaslı təmiri sexinə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.2009-cu ildə hazırl ıq sexinə 5-ci dərəcəli dəmirçi keçirilmiş, xx.xx.2010-cu ildə MVHH-nin maşinist köməkçisi keçirilmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. -xx.xx.2021-ci il tarixdən "xxxx" QSC-nin X1 Xidməti Lokomotiv Briqadalarına elektrik qatar maşinist köməkçisi vəzifəsinə işə qəbul olunmuşdur və hazırda həmin vəzifədə işləyir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh **********9 saylı, 11 avqust 2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş 11 yanvar 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASCnin xx.xx.2020-ci il tarixli 16 nömrəli arayışında ərizəçinin xx.xx.1981-xx.xx.1996-cı il tarixl əri arasındakı dövr ərzində adıçəkilən müəssisədə tökməçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 11 yanvar 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2002 - xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2010-cu il tarixindən bu günədək "xxxx" QSC-də motor vaqon hərəkət hissələrinin maşinist köməkçisi işlədiyi qeyd edildiyi halda, həmin müəssisənin ərizəçi barədə xx.xx.2020-ci il tarixli 351 nömrəli arayışında həmin dövr ərzində elektrik qatarlarının maşinist köməkçisi vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi, təqdim edilmiş sənədlərdə uyğunsuzluqlar vardır. Bundan başqa, əmək kitabçasında qeyd olunan xx.xx.2002 - xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Bakı Lokomotiv Deposunda iş lədiyi motor vaqon hərəkət hissələrinin maşinist köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ərizəçiyə münasibətdə 40800,00 manat hesablandı ğı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39790,32 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və 60 yaşı tamam olduğu gündən pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1961-ci təvəllüdlüdür. xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1979 - xx.xx.1981-ci il tarixlərində So vet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. ИТ-İ nömrəli əmək kitabçasına əsasən, xx.xx.1981-ci il (əmr № 198k/5 xx.xx.1981) tarixindən xx.xx.1996-cı il (əmr № 121k xx.xx.1996) tarixinədək Azərbaycan Respublikası "xxxx" ASC-də tökməçi vəzifəsində işləmişdir. xx.xx.1996-cı il tarixində (əmr № 320/k xx.xx.1996) xx.xx.1997-ci il tarixinədək (əmr № 23/k xx.xx.1997) ARDNŞ-nin Quruda Neft və X2 H.Z.Tağıyev adına neft qazçıxarma zavodunda, çilingər vəzifəsində işləmişdir. xx.xx.1997-ci il tarixində (əmr № 56k xx.xx.1997) "xxxx" QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun MVHH-nın 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci il tarixində (əmr № 93k xx.xx.2000) MVHH-nın təmir sexinə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixində (əmr № 60k xx.xx.2002) MVHH-nın maşinist köməkçisinin əvəzedicisi keçirilmişdir. xx.xx.2002-ci il tarixində (əmr № 73k xx.xx.2002) MVHH-nın maşinist-köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixində (əmr № 74/k xx.xx.2009) təkər cütlərinin əsaslı təmiri sexinə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixində (əmr № 169/k xx.xx.2009) hazırlıq sexinə 5-ci dərəcəli dəmirçi vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixindən (əmr № 122/k xx.xx.2010) bu günə kimi MVHH-nın maşinist köməkçisi vəzifəsində işləyir. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən, xx.xx.1981-xx.xx.1996-cı il tarixlərində tökməçi peşəsində işləmişdir, bu da 15 il 2 ay 18 gün təşkil edir. İşlədiyi peşə Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən zərərli əmək şəraiti hesab edilir. Həmçinin, "xxxx" QSC Bakı Lokomotiv Deposunun xx.xx.2021-ci il tarixli arayışında xx.xx.2002 - xx.xx.2009-cu illərdə və xx.xx.2010-cu ildən bu günə kimi elektrik qatarlarının maşinisti köməkçisi vəzifəsində işləməsi və Bakı Lokomotiv Deposu üzrə güzəştli iş stajının maşinist köməkçisi kimi 19 il təşkil etdiyi qeyd olunmuşdur. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadaların fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsinin 21.4-cü bəndinə uyğun gəlir. Göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Bununla bağlı cavabd ehə müraciət etsə də, cavabdeh ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina etmişdir.
8. Cavabdehin iddiaya dair yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-966/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmiş, İddiaçı 60 yaşdan, yəni 22 mart 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iki iş yerindən arayış təqdim edilmişdir. - “Yoltexnika” X3 xx.xx.1983-cü ildən xx.xx.1996-ci ilədək tökməçi vəzifəsində işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kab inetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1110100a-12176 metal tökücüləri peşəsinə uyğundur. - xx.xx.2002 - xx.xx.2009-cu və xx.xx.2010 - xx.xx.2021-ci illər ərzində Bakı Lokomotiv deposunda işlədiyi motor-vaqon hərəkət heyətlərinin maşinist köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ilin tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının
21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri peşəsinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə y aşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nda 11100000 Xİ. Metal emalı bölməsində Tökmə istehsalı yarımbölməsində a) fəhlələr - 1110100a—12176 metal tökücüləri kodu altında zərərli peşə nəzərdə tutulmuşdur.
11. Həmçinin məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ilin tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri peşəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. İ ddiaçı "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunda xx.xx.2002 - xx.xx.2009-cu illərdə və xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək motor-vaqon hərəkət heyətinin (MVHH) maşinist köməkçisi elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi vəzifəsində işləmişdir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi motor-vaqon hərəkət heyətinin maşinist köməkçisi vəzifəsinin siyahıda nəzərdə tutulmadığına istinad etmişdir. Halbuki, iş yerindən əldə edilmiş arayışlardan da müəyyən olunur ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında keçmiş sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyəti) adlandırılmışdır və motor vaqon hərəkət heyətlərinin maşinist köməkçisi siyahıda qeyd edilmiş elektrik qatarlarının (seksiyalarının) maşinistləri və elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşəsinin əvvəlki adıdır. İddiaçı işlədiyi motor-vaqon hərəkət heyətinin maşinist köməkçisi R2 tipli elektrik qatarının maşinist köməkçisi olmuşdur və R2 tipli elektrik qatarı motor-vaqon hərəkəti heyəti hesab edilir. 388-H saylı xx.xx.1999-cu il tarixli Lokomotiv briqadalarının vəzifə təlimatının 1-ci bəndindən də görünür ki, lokomotivlərin, motor-vaqon hərəkət heyətlərinin (MVHH) maşinistləri və maşinist köməkçiləri, həmçinin ocaqçılar (paravozda) lokomotiv briqadası sayılır. İşəgötürənin təqdim etdiyi iddiaçının işlədiyi motor vaqon hərəkət heyətində maşinist köməkçisi peşəsinin əmək funksiyaları 388-H saylı xx.xx.1999-cu il tarixli Lokomotiv briqadalarının və zifə təlimatının 2.5.1-2.5.4cü bəndlərində nəzərdə tutulmuş vəzifə funksiyaları ilə eynilik təşkil edir. İddiaçının işlədiyi vəzifə Lokomotiv briqadasında MVHH - motor vaqon hərəkət heyətinə aid olan elektrik qatarlarının maşinist köməkçisi vəzifəsi olmaqla, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşəsi ilə eynidir
12. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 40000,00 m anat hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış və 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 40173,26 manat təşkil edir. Başqa sözlə, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasına imkan verir.
13. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Oruczadə sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) 2-1(103)-2486/2022 nömrəli iş üzrə 16 sentyabr 2022-ci il tar ixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayəti onun iddiaya dair etirazı və apellyasiya şikayəti ilə eyni məzmundadır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38. 3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasnın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir.
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüqu qlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla ba ğlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 67 Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: c) bəndi: hərbi (alternativ) xidmət və icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, ədliyyə, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) bəndi: al i, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasi təsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 2
4. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələ lərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məh kəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə, kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
30. İddiaçının 60 yaşına çatması (xx.xx.2021) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. İddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq t oplaması cavabdeh tərəfindən mübahisələndirilmir.
31. Cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçıya güşəstli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan (12 il 06 ay) güzəştli iş stajı və fərdi hesabının sığorta hissəsində pensiya kapitalı (40800 manat) yoxdur.
32. Qeyd edilən məsələlər aşağı instansiya məhkəmələrində icraat zamanı kifayət qədər ətraflı araşdırılmış, cavabdehin bu dəlillərinin əsassız olması sübuta yetirilmişdir. Belə ki, iddiaçının işlədiyi müəssisələrdən verilmiş arayışlar, vəzifə təlimatları və s. sübutlar onun 12 il 06 aydan artıq güzəştli iş stajına malik olması barədə qənaətə gəlməyə əsas verir. Eləcə də, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının tələb edilən məbləğdən artıq olması (40173,26 manat) aşağı i nstansiya məhkəmələrində araşdırma zamanı sübuta yetirilmişdir. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənildiyindən, cavabdehin ona güzətli şərtlərlə əmək pensiyası təyin olunmasından imtinası əsassız olmuşdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2- 1(103)-2486/2022 nömrəl