Məhkəmə qərarları › İş №2-1(102)-180/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-180/2024

17.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-180/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, statistik dəyər (idxal dəyəri) əsasında hesablanmış gəlir vergisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2023-cü il tarixli, 2-1(106)-234/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının vergi ödəyicisi kimi əsas fəaliyyəti avtomobil ehtiyat hissələrinin idxalı və pərakəndə satışı olmuşdur.

2. İddiaçı Çin Xalq Respublikasında fəaliyyət göstərən hüquqi şəxslə 2021-ci ildə müqavilə bağlayaraq invoys dəyəri 158597 manat olan müxtəlif adlı mallar idxal etmiş, gömrük rəsmiləşdirilməsi zamanı gömrük rüsumu və əlavə dəyər vergisi hesablanarkən isə idxal edilmiş malların 370791,3 manat idxal dəyəri müəyyən edilmişdir.

3. İddiaçı idxal edilmiş mallara ticarət əlavəsi tətbiq edərək təsərrüfat subyektində kassa əməliyyatları vasitəsi ilə satışını həyata keçirmi şdir. 4. 2022-ci ildə vergi orqanı tərəfindən iddiaçıya münasibətdə kameral vergi yoxlaması keçirilmiş və statistik rəqəmlər (idxal dəyəri) əsas götürülərək iddiaçıya 2021-ci il üçün əlavə 33304,5 manat gəlir vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********005800 nömrəli qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********005800 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Çin Xalq Respublikasında fəaliyyət göstərən hüquqi şəxslə 2021- ci ildə müqavilə bağlayaraq invoys dəyəri 158597 manat olan müxtəlif adlı mallar idxal etmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük rüsumu və əlavə dəyər vergisi hesablanarkən idxal edilmiş malların invoys dəyəri (yəni alqı-satqı dəyəri) əsas götürülməyərək 370791,3 manat idxal dəyəri müəyyən edilmişdir. İddiaçı idxal dəyəri ilə razılaşmasa da, idxal etdiyi malların vaxtında satışını həyata keçirməsi üçün Gömrük İdarəsinin müəyyən etdiyi idxal dəyərini mübahisələndirməmişdir. İddiaçı idxal edilmiş mallara ticarət əlavəsi tətbiq edərək təsərrüfat subyektində kassa əməliyyatları vasitəsi ilə satışını həyata keçirmişdir. 2022-ci ildə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmişdir. Vergi orqanı elektron qaydada iddiaçının alqı-satqı sənədlərini, invoysları, həmçinin onlayn k assa əməliyyatlarını gördüyü halda gəlir vergisinin hesablanması üçün real rəqəmləri deyil, statistik rəqəmləri (idxal dəyərini) əsas götürərək 2021-ci il üçün əlavə 33304,5 manat gəlir vergisi hesablamışdır. Lakin qanunvericilikdə gəlir vergisinin hesablanması qaydaları müəyyən edilmişdir. Bununla da, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya qanunsuz olaraq əlavə vergi hesablamışdır.

7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının 2021-ci il üçün gəlir vergisinin hesablanması yoxlanılarkən idxal əməliyyatları zamanı faktiki qiymətlərlə statistik qiymətlər arasında fərqin yaranması vergidən yayınma halı kimi qiymətləndirilmiş və nəticədə iddiaçıya 2021-ci il üçün əlavə 33304,5 manat gəlir vergisi hesablanması barədə mübahisələndirilən qərar qəbul edilmişdir.

8. Şirvan İnzibati Məhkəməsinin (hakim: Hilal Nəcəfov) 07 mart 2023-cü il tarixli, e-2-1(120)-729/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********005800 nömrəli qərarı ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Mövcud praktikaya uyğun olaraq vergi orqanları mallarını invoys dəyəri ilə uçota alan vergi ödəyicilərinə kameral vergi yoxlaması çərçivəsində uyğunsuzluq məktubları göndərərək malların gömr ük dəyəri ilə uçota alınmasını tələb edir, əks halda isə vergi ödəyicilərinə buna müvafiq olaraq əlavə vergi məbləği hesablayırlar. Qanunvericiliyə əsasən gömrük dəyəri: gömrük rüsumunun tətbiqi məqsədilə müəyyən edilən malların dəyəridir; ilk öncə malların sövdələşmə (faktiki alış) dəyəri, yəni invoys dəyəri əsasında müəyyən edilir. Bu üsulla müəyyən etmək mümkün olmadıqda, digər 5 üsulla müəyyən edilir. İstənilən üsulla hesablanarkən daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər nəzərə alınmır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “Datapay kassa” markalı, 000024P**********0009928 zavod nömrəli nəzarət kassa aparatı vasitəsilə bütün satış lar həyata keçirilərək ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Qanunvericiliklə müəyyən edildiyi kimi, vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Məhkəmə hesab edir ki, malların uçotu iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq faktiki alış (invoys) dəyəri əsasında aparıldığı halda, cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini pozaraq malların gömrük dəyərini və malların alışına aid olmayan digər xərclər barədə elektron qaimə-fakturaları əsas götürərək, iddiaçıya hüququ olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən əlavə vergi məbləği hesablamaqla qanunvericiliyin tələblərini və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin mövqeyi ehtimallara əsaslanmış, yuxarıda qeyd edilən hərəkətləri qanunsuz olmuşdur ki, işin faktiki halları qərarın əsassız qəbul edilməsini birbaşa təsdiq edir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. İş üzrə apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək həmçinin bildirmişdir ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edib iddiaçının gəlirlərini hesablayarkən Gömrük İdarəsində gömrük sənədləşdirilməsi zamanı götürülmüş idxal dəyərini, iddiaçının xərclərini hesablayarkən isə invoys rəqəmlərini əsas götürmüşdür. Həmçinin mübahisələndirilən qərar hazırda qüvvədədir.

12. İş üzrə apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək həmçinin bildirmişdir ki, mübahisəli dövrdə iddiaçı əmək müqaviləsi üzrə əmək fəaliyyəti ilə məşğul olmamışdır, həmçinin cavabdeh qeyd edilənlərlə əlaqədar mötəbər sübutlar təqdim edə bilmir, yalnız formal mülahizələr irəli sürür.

13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Müşfiq Həsənov /sədrlik edən və məruzəçi/, Tale Kərimov və Cahid İmanov) 11 avqust 2023-cü il tarixli, 2-1(106)-234/2023 nömrəli qərarı ilə cavabdehin ap ellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********005800 nömrəli qərarı ləğv edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin 5 saylı Ərazi Vergilər İdarəsi olmasına baxmayaraq, birinci instansiya məhkəməsi qərarında cavabdeh kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsini qeyd edərək işin faktiki halları ilə əlaqəsi olmayan əsaslandırmalar göstərmişdir. Buna görə də qərar tamamilə ləğv edilərək yeni qərar qəbul edilməlidir.

15. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçının 2021-ci il üçün gəlir vergisinin hesablanması yoxlanılarkən idxal əməliyyatları zamanı faktiki qiymətlərlə statistik qiymətlər arasında fərqin yaranması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi orqanı ehtimallarla qərar qəbul etməməlidir. Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Gəlir vergisi vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. İddiaçının gəlirləri onun kassa əməliyyatları ilə müəyyən edilir. Vergi orqanı isə elektron qaydada i ddiaçının alqı-satqı sənədlərini, invoysları, həmçinin onlayn kassa əməliyyatlarını gördüyü halda, gəlir vergisinin hesablanması üçün real rəqəmləri deyil, statistik rəqəmləri (idxal dəyərini) əsas götürərək 2021-ci il üçün əlavə 33304,5 manat gəlir vergisi hesablamışdır. Lakin qanunvericilikdə gəlir vergisinin bu qaydada hesablanması müəyyən edilməmişdir.

16. Cavabdeh apellyasiya şikayətində həmçinin Gömrük İdarəsində gömrük sənədləşdirilməsi ilə əlaqədar arxivləşdirilmənin xx.xx.2021-ci il tarixdə həyata keçirildiyini, o cümlədən iddiaçının fərdi sahibkarlıq fəaliyyətini xx.xx.2021-ci il tarixdə dayandırdığını göstərərək iddiaçının idxal edilmiş malların hansı tarixdə və hansı qiymətə təqdim edilməsinin inzibati araşdırma zamanı müəyyən edilməsinin mümkün olmadığını qeyd etmişdir. Cavabd ehin apellyasiya şikayətinin bu dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə təqdim etdiyi məlumatlardan görünür ki, iddiaçı Çin Xalq Respublikasında fəaliyyət göstərən hüquqi şəxslə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə əsasında müxtəlif adlı mallar idxal etmiş, 2021-ci ilin iyul və avqust aylarında gömrük bəyannamələri təqdim etmiş və malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi iddiaçının onlayn kassa əməliyyatları barədə məlumatlardan görünür ki, iddiaçının 2021-ci ilin iyul və avqust aylarında satış məbləği 241036 manat göstərilmişdir.

17. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçının mübahisəli dövrdə əmək müqaviləsi üzrə əmək fəaliyy əti ilə məşğul olmasında, həmçinin idxal etdiyi çox sayda avtomobil ehtiyat hissələrinin bir ay ərzində marketinq mühitinin olmadığı ticarət obyektində qalıq qalmadan tam təqdim edilməsində qanunauyğunluğun olmadığını qeyd etmişdir. İddiaçının nümayəndəsi qeyd edir ki, mübahisəli dövrdə iddiaçı əmək müqaviləsi üzrə əmək fəaliyyəti ilə məşğul olmamış, həmçinin cavabdeh qeyd edilənlərlə əlaqədar mötəbər sübutlar təqdim edə bilmir, yalnız formal mülahizələr irəli sürür. Cavabdehin apellyasiya şikayətinin bu dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cü mlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

73. Qanunla müəyyən edilmiş vergiləri və b aşqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmaya n məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyi cisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə

95. Rezident və qeyri-rezident fiziki şəxslər gə lir vergisinin ödəyiciləridirlər. Maddə 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Maddə 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Maddə 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq sub yektləri isə hesablama metodu ilə aparırlar. Maddə

131. Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Maddə 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə 132.2. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə 139.1. Vergi ödəyicisi özünün mülk iyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Maddə 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 139.3. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymət ə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər. Maddə 139.4. Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir. Maddə

143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit f aizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həc mdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya in stansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələl əri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinə uyğun olaraq idxal olunmuş malların faktiki (invoys) dəyərinə deyil, gömrük orqanları tərəfindən müəyyən olunan statistik dəyəri əsas götürməklə iddiaçıya gəlir vergisi hesablamışdır.

34. Halbuki, oxşar mübahisələr üzrə cavabdehin qərarlarından verilmiş inzibati şikayətlərə dair yuxarı vergi orqanının formalaşdırdığı inzibati praktikaya əsasən, cavabdehin tabe olduğu yuxarı orqan bu cür hesablamalara dair qərarları ləğv etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin inzibati praktika nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələblərinə əməl olunmamış və həmin tələblərə zidd olaraq qərar qəbul olunmuşdur.

35. Bundan əlavə, cavabdeh tərəfindən oxşar mübahisələrə dair işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi də nəzərə alınmamışdır. Həmin hüquqi mövqeyə görə, statistik dəyər əsasında cavabdeh tərəfindən vergilərin hesablanması qanunsuz sayılmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiy asının xx.xx.2024-cü il tarixli, 2-1(102)-177/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(102)-199/2024 nömrəli qərarları).

36. Konkret mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iddiaçı 2021-ci il tarixdə invoys dəyəri ilə 158597 manat məbləğində mal almış, həmin malları NKA vasitəsilə satmış, satışı təsdiq edən kassa çıxarışı işə əlavə olunmuşdur. İnvoys dəyəri 158597 manat olan malların idxalı zamanı gömrük orqanının müəyyən etdiyi 370791,3 manat statistik dəyər cavabdeh tərəfindən iddiaçının satışı kimi qiymətləndirilmiş və bununla da iddiaçıya əsassız olaraq 33304,5 manat əlavə vergi hesablanmışdır. Halbuki iddiaçının 370791,3 manat məbləğində satışına dair iş üzrə materiallarda hər hansı sübut yoxdur. Əksinə, 2021-ci ilin iyul və avqust aylarında iddiaçının satışının 241036 manat olmasına dair kassa çıxarışı mövcuddur və iddiaçı da gəlir vergisi bəyannaməsində məhz həmin məbləği, ƏDV hissəsi çıxılmaqla, özünün gəliri kimi qeyd etmişdir.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunverici liyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2023-cü il tarixli, 2-1(106)-234/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar