Məhkəmə qərarları › İş №2-1(102)-1800/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1800/2019

25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1800/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma 25.06.2019 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X7, X8 və X11, bundan sonra üçüncü şəxslər) “yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-192/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 125 A, 1 nömrəlimənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçının (üçüncü şəxslərin atası) X12 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarıl ması tələbinə dair iddianın təmin edilməsi, cavabdeh İddiaçı Eduard oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 125 A saylı evin 1 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququna 7.200 manat kompensasiya verilməklə xitam verilməsi və onun həmin mənzildən çıxarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2(103)-1066/2014 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2515/2013 saylı mülki iş üzrə qəbul etdiyi 4 noyabr 2013-cü il tarixli qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissəsi, yəni nikah pozulduqdan sonra tərəflərin faktiki nikahından olan üçüncü şəxslərin anaları X1 himayəsində saxlanılması, 10.06.2013-cü il tarixdən başlayaraq üçüncü şəxslərin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X6 hər ay uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğinin-alimentin X1 xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, iddiaçı ilə X15 arasında nikah bağlanmışdır. İddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdehin 30 iyul 2018-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının cavabdehə ünvanlandığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçü n yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda, şəxsin qeydiyyatdan çıxarılması cavabdeh tərəfindən mümkün deyildir. Odur ki, bu məsələ ilə bağlı iddiaçının məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiqdir. İddiaçı cavabdehə qarşı 3 avqust 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 30 iyul 2018-ci il tarixli imtina məktubunu qanunsuz hesab etməklə 29 avqust 2003-cü il təvəllüdlü X5, 19 noyabr 2004-cü il təvəllüdlü X2 və 4 sentyabr 2006-cı il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın 30 iyul 2018-ci il tarixli imtina məktubu qanunsuz hesab olunmalıdır. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Mülki Məcəllənin 152.1, 152.5-ci, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə istinad olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X16, 2-1(82)-3665/18 saylı iş) 23 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, üçüncü şəxslərin ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud olmadığından cav abdehin imtinası əsaslıdır və qanuna uyğun olduğundan iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X18məruzəçi, X17 və X13, 2-1(103)-192/2019 saylı iş) 29 yanvar 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 12 fevral 2019-cu il tarixdə qərarın surətini almış, 6 mart 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şi kayətinin dəlilləri: Azyaşlı olan uşaqlar, yəni 29 avqust 2003-cü il təvəllüdlü X10, 19 noyabr 2004-cü il təvəllüdlü X8 və 4 sentyabr 2006-cı il təvəllüdlü X11, ən azı 2012-ci ildən anaları X3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev-Ş.Məmmədov 0004, 0001 ünvanında faktiki yaşayırlar. Bu da onu göstərir ki, həmin uşaqların ən azı mübahisəli mənzildə istifadə hüquqları yoxdur və onların qeydiyyatı formaldır. Belə ki qanunvericiliyə əsasən, azyaşlı uşaqlar valideynlərinin yaşadığı və qeydiyyatda olduğu yer üzrə qeydiyyata götürülürlər. Buna görə də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi hazırkı inzibati işdə tətbiq oluna bilməz. Məhkəmə mübahisəyə baxarkən adı çəkilən qanunun 2-ci maddəsinin tələbini pozmuşdur. tərəflərin izahat ları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məktubla məhkəmə kollegiyasına müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İ PM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 29 avqust 2003-cü il təvəllüdlü (15 yaş) X5, 19 noyabr 2004-cü il təvəllüdlü (14 yaş) X2 və 4 sentyabr 2006-cı il təvəllüdlü (12 yaş) X4 mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını arzu edir. İddiaçı bildirir ki, uşaqların atası (o, həm də oğludur) Eduard Vələdov qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmışdır. Uşaqların anası da həmin evdə qeydiyyatda deyil və uşaqlarla birlikdə ona məlum olmayan ünvanda yaşayırlar. Cavabdeh, habelə onunla razı laşan məhkəmələrin mövqeyinə görə mənzildən qeydiyyatdan çıxmanın əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində əksini tapmışdır. Bu maddədə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından adı çəkilən şəxslər mənzildən qeydiyyatdan çıxarıla bilməz. Qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin sənədlərindən görünür ki, onların müvafiq olaraq 12, 14 və 15 yaşları vardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrininmüvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.On dörd yaşından on səkk iz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunverici on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. İddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin siyahısından görünür ki, uşaqların valideynləri iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda deyillər (səh.111). Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən, X9 iddiaçının mülkiyyətində olan mənzilindən yaşayış sahəsindən istifadə hüququna 7.200 manat kompensasiya verilməklə xitam verilmiş və o, həmin mənzildən çıxarılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 4 iyul 2018-ci il tarixli qərarı ilə icra sənədi icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2014-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, uşaqların anası Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev-Z.Məmmədov 0004, 0001 ünvanında yaşayır. Bu qətnamədən həmçinin görünür ki, uşaqlar anasının himayəsində saxlanılmışdır. Qətnamədə uşaqların anası verdiyi izahatında uşaqları ilə birlikdə kirayədə yaşadığını, uşaqların qayğısına qaldığını və valideyn kimi bütün vəzifəl əri yerində yetirdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi 29 avqust 2003-cü il təvəllüdlü (15 yaş) X5, 19 noyabr 2004-cü il təvəllüdlü (14 yaş) X2 və 4 sentyabr 2006-cı il təvəllüdlü (12 yaş) X4 iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları barədə işdə olan sübutlara “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları əsasında düzgün hüquqi qiymət verməmiş, uşaqların valideynlərinin iddiaçının mənzilində qeydiyyatda olmamalarını nəzərə almamışdır. Qanunvericiliyə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayılır,on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların val ideynlərinin razılığı ilə müəyyən edilir. Üçüncü şəxslərin valideynlərinin yaşayış yeri iddiaçının yaşayış yeri deyildir, həmçinin məhkəmə qətnaməsi ilə üçüncü şəxslərin analarının himayəsində saxlanılması qərara alınmışdır. İddiaçının mənzilində qeydiyyatda olmayan və orada yaşamayan valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarının iddiaçının mənzilində yaşayış yeri seçməsi barədə razılığa gəlmələri də istisna edilir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsası olmadığından, kassasiya şikayəti təmin edilərək məhkəmənin qərarı ləğv edilməli, iddia əsaslı olduğundan təmin edilərək 29 avqust 2003-cü il təvəllüdlü X5, 19 noyabr 2004-cü il təvəllüdlü X2 və 4 sentyabr 2006-cı il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəmi nli küçəsi, 125 A saylı evin 1 saylı mənzildən qeydiyyatdan çıxarılmaları cavabdehə həvalə edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96,5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-192/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. 29 avqust 2003-cü il təvəllüdlü X10, 19 noyabr 2004-cü il təvəllüdlü X8 və 4 sentyabr 2006-cı il təvəllüdlü X4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 125 A saylı evin 1 saylı mənzildən qeydiyyatdan çıxarılmaları cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar