Məhkəmə qərarları › İş №2-1(102)-1800/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1800/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1800/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina; iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.12.2020 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X1, İddiaçının vəkili X5, Cavabdehin vəkili X4, Üçüncü şəxs “xxxx” MTK-nın vəkili (nümayəndəsi) Vəkil1, Üçüncü şəxs “xxxx-18” MTK-nın vəkili (nümayəndəsi) X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: “xxxx” MTK, “xxxx-18” MTK, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi) “sərəncamların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)803/2020 nömrəli qərarından cavabdeh, üçüncü şəxslər “xxxx-18” MTK və “xxxx” MTK tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti başçısının x saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə x binanın şimal hissəsində yerləşən 0,11540 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün “xxxx” Mənzil-Tikinti Kooperativinə icazə verilmişdir. Bakı Şəh ər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin x xxxxxx 2018-ci il tarixli 18/03-8/368 saylı məktubuna əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının x saylı xx.xx.2017-ci il tarixli sərəncamı və 13336 saylı inşaat pasportu əsasında x binanın şimal hissəsində tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “x” DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırması razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxx 2018-ci il tarixli x/04-339 saylı məktubuna əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının x saylı xx.xx.2017-ci il tarixli sərəncamı, x saylı inşaat pasportu və xx xxxxxx 2018-ci il tarixli x/04-81 saylı məktubu əsasında x binanın şimal hissəsində tikintisi nəzərdə tutulan yaşayış binasının işçi layihəsinə baxılaraq onun memarlıq hissəsi razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının x saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə isə x binanın cənub hissəsində yerləşən 0,1165 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün “xxxx” Mənzil-Tikinti Kooperativinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin x xxxxxx 2018-ci il tarixli 18/03-8/369 saylı məktubuna əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xsaylı xx.xx.2017-ci il tarixli sərəncamı və x saylı inşaat pasportu əsasında Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, H.Əliyev küçəsi, 18 saylı binanın cənub hissəsində tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırması razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxx 2018-ci il tarixli 18/04-340 saylı məktubuna əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xsaylı xx.xx.2017-ci il tarixli sərəncamı, 13335 saylı inşaat pasportu və xx xxxxxx 2018-ci il tarixli 18/04-80 saylı məktubu əsasında Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, Hüseynbala Əliyev küçəsi, 18 saylı binanın cənub hissəsində tikintisi nəzərdə tutulan yaşayış binasının işçi layihəsinə baxılaraq onun memarlıq hissəsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reye stri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 1585,2 k.metr ümumi sahəsi olan qeyri-yaşayış binası və 0,24305 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçı qeyd edilən sərəncamların ləğv edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, onun müraciətinin təmin olunmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, müvafiq sərəncamlarla çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 313 saylı sərəncamının 1.118-ci bəndi ilə “xxxx” MTK-ya, 1.119-cu bəndi ilə isə “xxxx-18” MTK-ya aid ərazi planlaşdırma sənədləri təsdiq edilmişdir. İddiaçı 1 Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı Şəhər İc ra Hakimiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə, Mustafayev küçəsi 29 saylı binanın şimal hissəsində “xxxx” MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, x saylı sərəncamının və Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə, Hüseynbala Əliyev küçəsi 18 saylı binanın cənub hissəsində “xxxx-18” MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, xsaylı sərəncamının ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)2863/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-803/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, 3cü mkr., 3018-ci məhəllə, Mustafayev küçəsi 29 saylı binanın şimal hissəsində “xxxx” MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, x saylı sərəncamı və Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə, Hüseynbala Əliyev küçəsi 18 saylı binanın cənub hissəsində “xxxx18” MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, xsaylı sərəncamı l əğv olunmuşdur. Cavabdeh, üçüncü şəxslər “xxxx-18” MTK və “xxxx” MTK həmin qərardan kassasiya şikayəti vermişlər. Kassasiya instansiyasında icraat zamanı iddiaçı ilə üçüncü şəxslər “xxxx” MTK və “xxxx-18” MTK arasında məhkəmədən kənar qaydada barışıq sazişi bağlanmış, saziş notarial qaydada təsdiq olunmuşdur. Barışıq sazişinin şərtlərinə görə iddiaçı öz üzərinə hazırkı iş üzrə iddiadan imtina etmək öhdəliyi götürmüşdür. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiadan imtinanın hüquqi nəticələrinin iddiaçıya məlum olduğu ərizədə qeyd olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavab dehin vəkili ərizənin təmin olunmasına və iş üzrə icraat xitam verilməsinə etiraz etmədiyini bildirdi. Üçüncü şəxs “xxxx” MTK-nın vəkili (nümayəndəsi) ərizənin təmin olunmasına və iş üzrə icraat xitam verilməsinə etiraz etmədiyini bildirdi. Üçüncü şəxs “xxxx-18” MTK-nın vəkili (nümayəndəsi) ərizənin təmin olunmasına və iş üzrə icraat xitam verilməsinə etiraz etmədiyini bildirdi. Digər üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Digər üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). İddiadan imtina barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 15.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. İPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-in 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İddiaçının ərizəsi həmin normaların tələblərinə uyğundur. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 111.3-cü maddəsinə uyğun olaraq həll edilir. Həmin normanın tələbinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 55, 80, 111.3-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiadan imtina qəbul edilir. İş üzrə icraata xitam verilir. İzah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. İcraat üzrə prosessual xərclər iddiaçıya aid edilir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar