Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1801/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Səlimov Elvin Əliyusif oğlunun iştirakı ilə, İddiaçılar – Əfqanıstan İslam Respublikasının vətəndaşları x1 və x2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların ləğvi və qaçqın statusunun verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 yanvar tarixli 2-1(103)-375/2019 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kass asiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Əfqanıstan İslam Respublikasının vətəndaşı olan iddiaçı x1 2018-ci il 2 fevral tarixdə ona və ailə üzvlərinə (1992-ci il təvəllüdlü arvadı x2 və 2015-ci il təvəllüdlü oğlu x3) qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Cavabdehin 2018ci il 30 aprel tarixli qərarı ilə vəsatət təmin edilməmişdir. İddiaçı x1 cavabdehin 2018-ci il 30 aprel tarixli qərarından inzibati şikayət verərək qərarın ləğv olunmasını və qaçqın statusunun verilməsi haqqında vəsatətin təmin olunmasını xahiş etmişdir. Şikayət instansiyasının 2018-ci il 8 iyun tarixli qərarı ilə şikayət təmin edilməmiş, cavabdehin 2018-ci il 30 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdı r. İddiaçı x1 2018-ci il 14 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ45/3 saylı, 2018-ci il 30 aprel tarixli və 55/q saylı, 2018-ci il 8 iyun tarixli qərarlarının ləğv edilməsi, onun və ailə üzvlərinin (1992-ci il təvəllüdlü arvadı x2 və 2015-ci il təvəllüdlü oğlu x3) “qaçqın statusu verilməsi haqqında” vəsatəti təmin edilərək ona və ailə üzvlərinə qaçqın statusu verilməsi barədə qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslandırması: İddianın əsaslarına görə, iddiaçı evlidir və onların bir oğlu var. Onlar və ailəsi Azərbaycandadırlar. x1nin anası, bacısı və iki qardaşı da onunla birlikdə Azərbaycana gəlib və BMT QAK-da qeydiyyatdadır lar. İddiaçı x1 2011-ci ildə təhsil almaq üçün ora gəlmişdir. Onun atası 2006-cı ildə ürək çatışmamazlığından vəfat etmişdir. O, 8-ci sinfə qədər İranın Şiraz şəhərində “ünvan 1” məktəbində təhsil almış, daha sonra isə ailəsinin maddi çətinliyi səbəbindən təhsilini davam etdirə bilməmişdir. 15 yaşında iddiaçı x1 dərzi kimi işləməyə başlamış, 2004-cü ildə onun ailəsi İrandan Əfqanistana qayıtmış və orada dərzi kimi fəaliyyətini davam etdirmişdir. 2009-cu ildə “Rise” şirkətində mühəndis kimi işləməyə başlamış, iki layihə üzərində işləmişdir: Kunduz vilayətində “ünvan 2” layihəsi və Jalilabad vilayətində “ünvan 3” layihəsi. 2010-cu ildə iddiaçı x1 layihələri bitirmiş və işdən ayrılmışdır. 2010-2011-ci illər ərzində o sonralar Amerika hərbi qüvvələri tərəfindən dayandırılan “x4” layihəsində iş ləmişdir. İddiaçı x1 2011-ci ildə qısa müddətə Logal vilayətində “Farzan” və “x5” şirkətlərində işləmişdir. 2011-ci ilin iyun ayında o “x6” şirkətində tikinti mühəndisi kimi işə başlamış və 2012-ci ilin mart ayına qədər orada işləmişdir. 2012-2013-cü illər ərzində o “Nazari Constuction company limidet” şirkətində texniki mühəndis kimi işləmiş, qeyd olunan şirkətlərdə iddiaçı x1 Talibandan təhdidlər almışdır; bu səbəbdən Kabula köçmüş və burada “x7” şirkətində şəbəkə sistem mühəndisi və fiberoptik mütəxəssisi kimi işləməyə başlamışdır. İddiaçı x1 orada 2017-ci ilin iyul ayına qədər işləmişdir. İddiaçı x1 xarici şirkətlərdə işlədiyi üçün üç dəfə Taliban tərəfindən təhdid olunduğunu iddia edir. Birinci dəfə 2009-cu ildə Kunduz vilayətində işləyərkən, ikinci dəfə 2013-cü ildə Ghazni vilayətind ə olduğu zaman təhdid olunmuş, həmçinin eyni vaxtda iddiaçı x1 təhdid məktubu da almışdır. O, “x7” şirkətində işləyən zaman iş yoldaşı ondan şirkətə dair konfidensial sənədlərin paylanmasını istəmiş, iddiaçı x1 imtina etdikdən sonra Taliban tərəfindən təhdid zəngləri almağa başlamışdır. 2017-ci ilin avqust ayında o, Taliban tərəfindən təhdid məktubu almışdır. Məktub onun evinə atılmışdır. Bundan sonra o, yaşayış yerini dəyişmiş və bu səbəbdən ölkəni tərk etmiş və Azərbaycana gəlmişdir. 2018ci il 2 fevral tarixdə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib, cavabdeh onun vəsatətini 25-2018 saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçı x1 ilə müsahibə aparıb. 2018-ci il 30 aprel tarixdə cavabdeh iddiaçı x1nin sığınacaq vəsatətini rədd etmiş, ona əsaslanmışdır ki, iddiaçı x1nin izahatları mötəbər deyil. Mötəbərliyə şübhə salan amillər kimi onun müəyyən sosial qrupa mənsubiyyətinə (Taliban tərəfindən beynəlxalq şirkətlərlə əməkdaşlığına görə hədələnmə) görə təqib oluna biləcəyinin mötəbər olmamasına istinad etmişdir. İddiaçı x1 cavabdehin qərarından inzibati şikayət vermişdir. 2018-ci il 8 iyun tarixdə cavabdehin şikayət instansiyası inzibati şikayəti rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 noyabr tarixli 2-1(81)3818/2018 nömrəli qərardadı ilə Arezoo Rezai iddiaçı x1 ilə birgə iddiaçı qismində tanınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 noyabr tarixli 2-1(81)3818/2018 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin 55/q saylı, 2018-ci il 8 iyun tarixli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 noyabr tarixli 2-1(81)3818/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışlar. Onlar, həmçinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçılar həmin qərardaddan və qərardan apellyasiya şikayəti verərək qərardadın və qərarın ləğv edilməsini, onlara qaçqın statusunun verilməsi barədə vəsatətin təmin olunmasını və tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi üçün cavabdehin qaçqın statusunun verilməsindən imtina edil məsi haqqında 2018-ci il 30 aprel tarixli qərarının və şikayət instansiyasının 2018-ci il 8 iyun tarixli qərarının ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 yanvar tarixli 2-1(103)-375/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar apellyasiya instansiyası məhkəməsinin qərardadını mübahisələndirməmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 yanvar tarixli 2-1(103)-375/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçılara 2019-cu il 14 mart tarixdə təqdim edilmişdir. İddiaçılar həmin qərardan 2019-cu il 27 mart tarixdə kassasiya şikayəti vermişlər. Onlar qərarın ləğv edilməsini, onlara qaçqın statusunun verilməsi barədə vəsatətin təmin olunmasını və tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi üçün cavabdehin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında 2018-ci il 30 aprel tarixli qərarının və şikayət instansiyasının 2018-ci il 8 iyun tarixli qərarının ləğv olunmasını tələb edirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləc ə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 1951-ci il 28 i yul tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiya (bundan sonra mətndə - Konvensiya) və 1967-ci il 31 yanvar tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur (bundan sonra mətndə - Protokol). Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası (bundan sonra mətndə – AİHK) və onun 1, 4, 6, 7 saylı Protokolları və AİHKi şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHK-in 3, 8 və 13-cü maddələri qaçqın işlərinə tətbiq edilə bilər. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsini pozaraq iddiaçıların dinlənilmə hüququnu təmin etməmişdir. İddiaçıların müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfində n alınmışdır. Bundan sonra, iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair Komissiyada müzakirə edilmişdir. Lakin iddiaçıların həmin Komissiyada iştirakı və dinlənilməsi təmin edilməmişdir. İddiaçılar hesab edirlər ki, sığınacaq verilməsindən imtina edilməklə onların aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ (Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsi); inzibati icraat və ədalət mühakiməsi hüququ (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi); pis rəftara məruz qalmamaq hüququ (AİHK-in 3-cü maddəsi 3); şəxsi həyata hörmət hüququ (AİHK-in 8-ci maddəsi); səmərəli vasitələr hüququ (AİHK-in 13-cü maddəsi). Nəticə etibarilə, cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır. Cavabdeh tərəfindən qa çqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 73.1-ci maddəsinə əsasən bu halda, məhkəmə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymalıdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçıların vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onla rın iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddiaçılara qaçqın statusunun verilməsi barədə vəsatətin təmin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında 2018-ci il 30 aprel tarixli qərarının ləğv edilməsi hissələrində əsaslı deyil. Bu, aşağ ıdakı səbəblərdən irəli gəlir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin araşdırılmış hallarına görə, iddiaçıların cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçıların dinlənilmə hüququ təmin olunaraq onlarla müsahibələr k eçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçıların arzuladıqları inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar edilmişdir. İddiaçıların müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixl i, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. İddiaçıların müraciəti ilə başlanmış inzibati icraat materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsind ən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. İnzibati icraat zamanı verdikləri izahatda iddiaçılar göstərmişlər ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışlar. Beləliklə, iddiaçıların qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Şikayətdə BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasına istinad da vəziyyəti dəyişmir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı həmin Konvensiyada təsbit edilmiş “qaçqın” anlayışına uyğundur. İddiaçı isə həmin anlayışa uyğun gələn şərtləri təmin etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətdə irəli sürülən “şikayət instansiyasının 2018-ci il 8 iyun tarixli qərarının ləğv olunması” tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 noyabr tarixli 2-1(81)-3818/2018 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin 55/q saylı, 2018-ci i l 8 iyun tarixli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 yanvar tarixli 2-1(103)-375/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddianın mümkün sayılmaması barədə qərardaddan müstəqil qaydada şikayət verilməsi nəzərdə tutulduğu halda (İPM-in 35.3-cü maddəsi), iddiaçılar birinci instansiya məhkəməsinin “iddianın mümkün sayılmaması barədə” qərardadını dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından müstəqil qaydada şikayət verməmişlər və həmin tələbə münasibətdə məhkəmə qərardadı qanuni qüvvəyə minmişdir. Beləliklə, “şikayət instansiyasının 2018-ci il 8 iyun tarixli qərarının ləğv olunması” tələ binə münasibətdə məhkəmə icraatı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə başa çatdığından, iddiaçılar həmin tələbi hazırkı şikayətdə irəli sürə bilməzlər. Bu səbəbdən, şikayət həmin tələbə aid hissədə mümkünsüzdür. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 yanvar tarixli 2-1(103)-375/2019 nömrəli qərarının ləğv edilməsi, iddiaçılara qaçqın statusunun verilməsi barədə vəsatətin təmin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında 2018-ci il 30 aprel tarixli qərarının ləğv edilməsi hissələrində təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 yanvar tarixli 2-1(103)-375/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Kassasiya şikayəti “şikayət instansiyasının 2018-ci il 8 iyun tarixli qərarının ləğv olunması” tələbinə aid hissədə mümkün sayılmır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1801/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1801/2019
22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver