Məhkəmə qərarları › İş №2-1(102)-1801/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1801/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1801/2020 22.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 SC və İddiaçı3 MMC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçıların vəkili (nümayəndəsi) Vəkil1, Üçüncü şəxsin nümayəndələri Babaşov Emin Söhbət oğlunun, X2, Üçüncü şəxsin vəkili X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 SC və İddiaçı3 MMC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs: “xxxx” MMC) “qərarın ləğv edilməsi və şəhadətnamənin etibarsız hesab edilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-706/2020 nömrəli qərarından üçüncü şəxs “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Üçüncü şəxsə məxsus “x” əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə xx.xx.2016-cı il tarixində onun adına Azərbaycan Respublikasında 2016 1147 nömrə ilə qeydiyyata alınmışdır

2. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A111-7 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə “xxxx” MMC-yə məxsus 2016 1147 qeydiyyat nömrəli (“x”) əmtəə nişanının 30-cu və 35-ci sinfin əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1 SC, İddiaçı2 XSC və İddiaçı3 MMC tərəfindən verilmiş etiraz ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçılar İddiaçı1 SC, İddiaçı3 MMC və İddiaçı2 XSC 2019-cu il 25 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin Apellyasiya Şurasının xx.xx.2019-cu il tarixli, A111-7 nömrəli qərarının ləğv olunmasını və “x” əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, N 2016 1147 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişlər. İddiaçıların əsa slandırması:

4. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 SC tərəfindən “x” adlı kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinfin əmtəələri üzrə xx.xx.2017-ci il tarixdə 2017 00636 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir, lakin xx.xx.2018-ci il tarixdə “Patent və X5” publik hüquqi şəxsi tərəfindən “x” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında bildiriş verilmişdir, o səbəbdən ki, “x” adlı kombinasiya edilmiş əmtəə nişanına oxşar olan nişan Azərbaycan Respublikasında daha öncə qeydiyyata alınmışdır. Belə ki, “xxxx” MMC tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixdə 2016 00563 nömrəli iddia ərizəsi verilmişdir və xx. xx.2016-cı il tarixdə “x” adlı kombinasiya edilmiş əmtəə nişanı 2016 1147 nömrəsi ilə qeydiyyata alınmışdır. “x” adlı əmtəə nişanı qeydiyyata alınaraq, iddiaçılara məxsus olan müəlliflik hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, etiraz ərizəsinə əlavə olunan və müəlliflik hüququnu təsdiq edən sənədlərdən görünür ki, “x” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsi xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixlərdə Ukraynanın Donetsk şəhərində X1 tərəfindən onun işəgötürəni Ukraynanın İddiaçı2 XSC-nin tapşırığı ilə müxtəlif rənglərdə yaradılmışdır və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukraynanın qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukraynanın İddiaçı2 XSCyə keçmişdir. Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununa əsasən “x” adlı təsvir müəlliflik obyekti sayılır. Müqayisə edilən əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Belə ki, müqayisə edilən əmtəə nişanlarının sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst-üstə düşür. Əmtəə nişanlarında ideya uyğunluğu, xarici forması, elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuları, növü və xüsusiyyətləri (naturallığı), rənglərin və boyaların keyfiyyətinin uzlaşması eynidir. Baxmayaraq ki, iddiaçılara məxsus olan “x” adlı əmtəə nişanı yalnız söz kimi qeydiyyata alınmışdır, eyni zamanda nəzərə alınmalıdır ki, “x” sözü yuxarıda qeyd olunmuş müəlliflik hüquqları ilə qorunan təsvirin bir hissəsidir. İddiaçılara və üçüncü şəxsə məxsus olan nişanların müqayisəsi zamanı aydın görünür ki, bu nişanlar qarışdırılacaq dərəcədə bənzər nişanlardır. Belə ki, bu nişanların yalnız iki fərqləndirici amilləri vardır, onlardan biri “x” və “x” sözlərində istifadə edilən ikinci hərflərin fərqli olmasıdır (o və a hərfləri) və ikincisi odur ki, nişanlarda istifadə edilən və şirkətlərə məxsus olan loqotiplər fərqlidir. Müqayisə edilən nişanlarda ikinci hərflərin fərqli olması əhəmiyyətli xüsusiyyət deyil, belə ki onların qrafiki yazılışı, əlifbası və səs üzrə (fonetik) oxşarlığı o dərəcədə yüksəkdir ki, onları fərqləndirmək mümkün deyil. Loqotiplərə gəldikdə isə qeyd etmək lazımdır ki, onların arasında olan fərq də ancaq ondan ibarətdir ki, birində “xxxx” sözü, o birində isə “Konfirella” sözü yazılıb, lakin onların yazılma tərzi də onların fərqlənmə qabiliyyətinə malik olmağa imkan vermir. Qeyd olunan iki fərqləndirici amil bu nişanların fərqləndirilməsinə gətirə biləcək amillər və ya xüsusiyyətlər deyil və onların hər ikisi əhəmiyyətsizdir. Göründüyü kimi, müqayisə edilən əmtəə nişanlarında qeyd edilən iki amildən başqa bütün elementlər eynidir. Əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması, xüsusiyyətləri (naturallığı), rənglərin uzlaşması və sair oxşarlıq yaradır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fər qli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilən əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçılar hesab edir ki, “x” adlı kombinasiya edilmiş əmtəə nişanı (Ukraynada 145466 qeydiyyat, Rusiya Federasiyasında 479491 nömrəli qeydiyyat və 2013-cü və 2014-cü illərdə yaradılmış və müəlliflik hüquqları ilə qorunan təsvir) və “x” adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1147 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. “xxxx” MMC-nin “xxxx” şirkəti ilə bilavas itə əlaqəsi var idi. Belə ki, onlar arasında xx.xx.2010-cu il tarixdə imzalanmış 893 nömrəli və xx.xx.2012-ci il tarixədək qüvvədə olan və xx.xx.2016-cı il tarixdə imzalanmış 0184/8/16 nömrəli və xx.xx.2016-cı il tarixədək qüvvədə olan qənnadı məmulatlarının təchizatı üzrə müqavilələr bağlanmışdır. 893 nömrəli müqaviləyə xx.xx.2011-ci il tarixdə imzalanmış və həmin müqavilə üzrə mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə və xx.xx.2013-cü il tarixdə imzalanmış və xx.xx.2013-cü il tarixədək qüvvədə olan 893 nömrəli müqavilənin müddətinin uzadılması barədə əlavə razılaşmalar bağlanmışdır. Həmin müqavilələrə əsasən, “xxxx” MMC “xxxx” şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. Göründüyü kimi, “xxxx” və “xxxx” arasında olan axırıncı müqavilənin müddə ti xx.xx.2016-cı il tarixdə bitmişdir. Onlar arasındakı münasibətlərdən irəli gələn və bu etiraz ərizəsinə əlavə olunan sənədlərdən (bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar, uyğunluq sertifikatlarından) görünür ki, “xxxx” şirkəti “xxxx” MMC-ni Azərbaycanda satışı məqsədi ilə qənnadı məmulatları ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin “x” adlı məmulat mövcud idi. Apellyasiya Şurasına bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar, uyğunluq sertifikatları təqdim olunub. Bu sənədlərdən görünür ki, “xxxx” şirkətinə məxsus “x” adlı məmulat Azərbaycan Respublikasına “xxxx” MMC-yə məxsus “x” adlı əmtəə nişanının qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Nəzərə alınsa ki, “xxxx” MMC “xxxx” şirkətinin distribyutoru olub və “xxxx” şirkətinin mallar ını Azərbaycan Respublikasında təchiz edib və “xxxx” şirkətinin məhsulları ilə yaxından tanış idi, bununla da nəticəyə gəlmək olar ki, “xxxx” MMC “x” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. “xxxx” MMC “xxxx” şirkətinin icazəsi olmadan “xxxx” şirkətinin nişanını öz adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikasında iddia ərizəsi vermişdir. Məlumat üçün, həm Ukrayna, həm də Rusiya Federasiyası, harada ki “xxxx” şirkəti “x” adlı kombinasiya edilmiş əmtəə nişanını qeydiyyatdan keçirmişdir - Paris Konvensiyasının üzv ölkəsi sayılır. Eyni zamanda, Azərbaycan Respublikası da Paris Konvensiyasının üzv ölkəsidir. Göründüyü kimi, “xxxx” şirkəti və “xxxx” MMC arasında olan ax ırıncı müqavilənin qüvvədə olduğu müddət ərzində, daha dəqiq deyilsə, xx.xx.2016-cı il tarixdə “xxxx” MMC “x” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini vermişdir. Başqa sözlə, “xxxx” MMC “xxxx” şirkətinin distribyutoru olduğu zaman “xxxx” şirkətinə məxsus olan nişanı qeydiyyata alınmasına dair iddia ərizəsi vermişdir və bununla da “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 29 maddəsini və Paris Konvesiyasının 6 septies maddəsinin müddəalarını pozmuş, “x” adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar və istehsalçılar arasında yanlış təəssürat yaratmış, bununla da “xxxx” şirkətinin nüfuzuna zərər vurmuşdur. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz edərək bildirmişdir ki, “xxx x” MMC-yə məxsus təsviri əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə xx.xx.2016cı il tarixdə “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1147 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2016). “x” əmtəə nişanı Rusiya Federasiyasında 30-cu sinfin əmtəələri üzrə xx.xx.2013-cü il tarixdə İddiaçı1 QSC-nin adına 479491 nömrə ilə qeydiyyata alınmışdır (ərizənin nömrəsi **********, ərizənin tarixi xx.xx.2011). İstehsalat Birliyi “xxxx” XSC tərəfindən “x” əmtəə nişanı Ukraynada 30-cu sinfin əmtəələri üzrə xx.xx.2011-ci il tarixdə 145466 nömrə ilə qeydiyyata alınmış (ərizənin nömrəsi: m 2010 17623, ərizənin tarixi xx.xx.2011), xx.xx.2017-ci il tarixdən etibarən “x” adlı əmtəə nişanı üzrə hüquqlar “Ticarət Evi “xxxx” MMC-yə verilmişdir. “xxx x” SC tərəfindən “x” kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinfin əmtəələri üzrə qeydiyyata alınmasına dair xx.xx.2017-ci il tarixdə iddia sənədi verilmiş, lakin xx.xx.2018-ci il tarixdə “Patent və X5” publik hüquqi şəxs tərəfindən əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında bildiriş verilmiş və “x” adlı kombinasiya edilmiş əmtəə nişanına oxşar olan nişanın Azərbaycan Respublikasında daha öncə qeydiyyata alındığı qeyd edilmişdir. xx.xx.2018-ci il tarixdə “xxxx” MMC-yə məxsus 2016 1147 qeydiyyat nömrəli (“x” təsviri) əmtəə nişanının 30-cu və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1 SC, İddiaçı2 XSC, İddiaçı3 MMCnin nümayəndəsi Fuad Qəşəmov tərəfindən Apellyasiya Şurasına etiraz ərizəsi daxil olmuşdur. İddiaçı1 QS C və “xxxx” MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə xx.xx.2010-cu il tarixdə 893 nömrəli müqavilə imzalanmışdır. xx.xx.2013-cü il tarixdə 893 nömrəli müqavilənin müddətinin uzadılması barədə əlavə razılaşma bağlanmış və müqavilə xx.xx.2013-cü il tarixədək qüvvədə olmuşdur. İddiaçı1 QSC və “xxxx” MMC arasında xx.xx.2016-cı il tarixdə 0184/8/16 nömrəli müqavilə imzalanmış və xx.xx.2016-cı il tarixədək qüvvədə olmuşdur. Apellyasiya Şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 11 yanvar və xx xxxxxx 2019-cu il tarixli məktublar ilə təqdim edilmiş xx.xx.2016-xx.xx.2016-ci il tarixləri əhatə edən idxal sənədləri və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr, spesifikasiyalara əsasən, “x” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatlar “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən məlumatlardan görünür ki, “xxxx” MMC ilə “xxxx” şirkətləri arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016-cı illərdə “x” əmtəə nişanlı konfetlərin Azərbaycan Respublikasına idxal olunması barədə məlumat yoxdur. Göründüyü kimi, təsvirin ərizəçilər tərəfindən 2013-cü ildə yaradıldığının iddia edilməsinə baxmayaraq, Azərbaycanla “xxxx” MMC vasitəsilə əlaqəsi olmasına baxmayaraq, ən azı üç il müddətində həmin nişan altında konfetlər Azərbaycan Respublikasına idxal edilməmişdir. Odur ki, “xxxx” şirkətlərinin həmin əmtəə nişanını Azərbaycanda istifadə etməməsi və ya qeydiyyatında maraqlı olmaması qənaətinə gəlməsi ü çün “xxxx” MMC-nin əsası olmuşdur. Göstərilənlərə əsasən “xxxx” şirkətinə məxsus “x” adlı kombinasiya edilmiş əmtəə nişanı “xxxx” MMC-yə məxsus olan “x” adlı kombinasiya edilmiş əmtəə nişanı müqayisə edilə bilməz. Buna görə də, iddiaçıların “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə və 29-cu maddəsinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının qanunlarına istinadı əsassızıdır. Şərh edilənlərə əsasən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 1-ci və 4-cü maddələrini rəhbər tutaraq Apellyasiya Şurası etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Üçüncü şəxsin etirazları:

6. Üçüncü şəxs iddia tələbinə qarşı yazı lı etiraz edərək bildirmişdir ki, əvvəla, “xxxx” MMC-yə məxsus “x” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinfin “konfetlər” əmtəələri üzrə və 35-ci sinifin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xidmətləri üzrə xx.xx.2016-cı il tarixdə “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1147 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi xx.xx.2016).

7. İkincisi, qeyd olunan kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və X8 Komitəsində “xxxx” MMC-nin adına qeydiyyata alınan zaman ilkin ekspertizası aparılmışdır. Həmin vaxt “x” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına xçilik törədən hər hansı bir hal mövcud olmamışdır. Bundan başqa, “x” adlı kombinasiya edilmiş əmtəə nişanı ilkin olaraq Azərbaycan Respublikasında “xxxx” MMC-nin adına qeydiyyata alınmışdır.

8. Üçüncüsü, sonradan iddiaçılar tərəfindən qeyd olunan əmtəə nişanı ilə bağlı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz verilmişdir. Apellyasiya Şurasında həmin etiraza baxılan zaman tərəflərin iştirakı ilə hərtərəfli araşdırmış, həmin nişanın ekspertizası aparılmışdır. Həmin araşdırma vaxtı da qeyd olunan “x” adlı kombinasiya edilmiş əmtəə nişanının “xxxx” MMC-nin adına qeydiyyata alınarkən hər hansı bir xə və məhdudiyyətin mövcud olmaması müəyyən olunmuşdur. İddiaçıların iddia etdikləri “x” adlı əmtəə nişanı yalnız sözdən ibarət olmuş və hal-hazırda da iddia etdikləri təsvirin qeydiyyatı mövcud deyil. Belə olan halda “x” adlı kombinasiya edilmiş əmtəə nişanın Azərbaycan Respublik asında “xxxx” MMC-nin adına qeydiyyata alınması “Qeydiyyatın əsaslılığı prezumpsiyası”nı tam olaraq özündə ehtiva edir. Ona görə də hazırkı iş üzrə iddiaçıların iddiası rədd olunmalıdır.

9. Dördüncüsü, iddia ərizəsində qeyd olunan əmtəə nişanının xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixlərdə müxtəlif rənglərdə İddiaçı2 XSC-nin tapşırığı ilə onun işçisi X1 tərəfindən yaradılaraq həmin cəmiyyətə keçdiyi qeyd olunur. Bu barədə qeyd edilməlidir ki, iddiaçıların iddia ərizəsində bu qeyd olunanları onların uydurmaları olub, müəssisədaxili əvvəlki tarixlərdə saxta aktlar bağlamaqla özlərinin hərəkətlərinə haqq qazandırmağa çalışmalarından başqa bir şey deyildir. Əks təqdirdə həqiqətən də həmin təsvirlər yuxarıda qeyd olunan tarixlərdə yaradılmış olsaydı müvafiq qaydada mənşə ölkəsində rəsmi qey diyyatdan keçirilərdi.

10. Beşincisi, iddia ərizəsində 2-ci səhifədə 4-cü abzasda «x» sözə qeydiyyatının olduğu, xx.xx.2017-ci il tarixdə «x» adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatı ilə bağlı «Patent və X5» publik şəxsə müraciət etdiyi, “x” adlı kombinasiya edilmiş əmtəə nişanına oxşar nişanın Azərbaycan Respublikasında daha əvvəlcədən qeydiyyata alındığı üçün qeydiyyata alınmasının rədd edilməsinə dair bildirişin verildiyi qeyd olunduğu halda, digər tərəfdən 5-ci səhifənin 1-ci abzasında özlərinə məxsus “x” adlı nişanın kombinasiya edilmiş əmtəə nişanı kimi qeyd olunması iddiaçı tərəfin uydurmağa meylli olub, qeyrisəmimi olduğunu bir daha göstərir.

11. Altıncısı, iddia ərizəsində “xxxx” MMC-nin “xxxx” şirkəti ilə müqavilələrin olduğunu və məhz “x” adlı məmulatın “xxxx” MMC t ərəfindən idxal olunduğu qeyd olunur. Bu barədə bildirirlər ki, məsələ ilə əlaqədar hələ Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Apellyasiya Şurasında araşdırma aparılarkən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Apellyasiya Şurası tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğular verilmişdir. Həmin sorğuların cavab məktublarında “x” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatların Azərbaycan Respublikasında “xxxx” MMC tərəfindən idxal olunmadığı və qeyd olunan əmtəə nişanlı qənnadı məmulatlarının 2016-cı ildə Azərbaycan Respublikasında “xxxx” MMC tərəfindən idxal edildiyi qeyd edilmişdir. Belə olan halda iddia ərizəsində “x” adlı məmulatın Azərbaycan Respublikasında “xxxx” MMC tərəfindən idxal olunduğunun qeyd olunması onların növbəti uydurm asıdır.

12. Yeddincisi, iddia ərizəsində «xxxx» MMC-yə məxsus olan “x” əmtəə nişanının adının kiril qrafikalı əlifbada, rus dilində yazıldığı qeyd olunur. Əvvəla, kiril əlifbadan istifadə edilməsində qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Digər tərəfdən, “xxxx” MMC-yə məxsus “x” adlı kombinasiya edilmiş əmtəə nişanının adı latın qrafikasında Azərbaycan əlifbası ilə yazılmışdır. Göründüyü kimi, iddia ərizəsində bu qeyd olunan da iddiaçı tərəfin növbəti uydurmasıdır.

13. Səkkizincisi, iddiaçı tərəfindən qeyd olunan “x” adlı kombinasiya edilmiş əmtəə nişanı nə mənşə ölkəsində, nə də Azərbaycan Respublikasında qeydiyyata alınmamışdır. «Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası»nın 6 quınques maddəsinin A.(1) bəndində qeyd olunur ki, “Mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur.” Bundan başqa həmin konvensiyanın 6-cı maddənin (3) bəndinə görə “İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərə alınmalıdır”. Göründüyü kimi, qeyd olunan maddələrin tələbinə görə əmtəə nişanının əvvəla mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmələrinin zəruriliyini, mənşə ölkəsində la zımi şəkildə qeydiyyatdan keçmiş nişanların başqa ölkələrdə qeydiyyatdan keçmiş nişanlardan asılılılığının olmamasını şərtləndirir.

14. Doqquzuncusu, iddia ərizəsində “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası”nın 2-ci maddəsinin və həmin maddənin 6-cı bəndinin tələblərinin pozulduğu qeyd olunur. Bu barədə bildirirlər ki, əmtəə nişanları həmin konvensiyanın predmetinə daxil deyildir və həmin konvensiya ilə də nizamlanmır. Belə ki, həmin konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinə görə “Ədəbi və bədii əsərlər” termini ifadə olunma üsulu və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri əhatə edir. Konvensiyanın qeyd olunan maddəsində ədəbi və bədii əsərlərin dairəsi konkretləşdirilmiş və əmtəə nişanları bu konvensiyanın predmeti kimi nəzə rdə tutulmamışdır. Belə olan halda həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab olunmamalıdır.

15. Onuncusu, iddia ərizəsində “Haqsız rəqabət haqqında” AR Qanununun 4-cü maddəsinin və “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 10 bis maddələrinin tələblərinin pozulduğu qeyd olunur. Həmin qanunun 4-cü maddəsinə görə rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halla rı istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. Bu barədə bildirilir ki, “xxxx” MMC “x” adlı kombinasiya edilmiş əmtəə nişanını qanunla müəyyən edilmiş qaydada səlahiyyətli orqanda qeydiyyatdan keçirmişdir. İddiaçı tərəf isə “x” adlı kombinasiya edilmiş əmtəə nişanını səlahiyyətli orqanda qeydiyyatdan keçməmiş məhsul istehsal edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3317/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC ilə xxxx şirkətləri arasında münasibətlərin olması iş materiall arına əlavə edilmiş müqavilələrlə öz təsdiqini tapsa da, iddiaçılar “x” əmtəə nişanlı konfetlərin Azərbaycan Respublikasına idxal etməsini sübut edə bilməmişdir. Cavabdeh orqan isə inzibati icraat zamanı müvafiq araşdırma apararaq 2010-2016-cı illərdə “x” əmtəə nişanlı konfetlərin Azərbaycan Respublikasına idxal olunmamasını sübut edə bilmişdir.

18. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-706/2020 nömrəli qərardadı ilə iddia tələbi İddiaçı2 XSC-yə münasibətdə mümkün sayılmamışdır.

20. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2 1(103)-706/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, cavabdehin xx xxxx 2019-cu il tarixli, A111-7 nömrəli qərarı ləğv olunmuş və üçüncü şəxsin adına “x” əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli, N 2016 1147 nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, üçüncü şəxs iddiaçılara məxsus olan və əvvəlcədən qeydiyyata alınmış “x” adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan “x” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsi vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmiş, istehlakçılar arasında yanlış təəssürat yaratmış və iddiaçıların nüfuzuna zərər vurmuş, bununla da “ Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29-cu maddəsinin ç) bəndinin və Paris Konvensiyasının 6 septies maddəsinin tələblərini pozmuşdur.

22. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

23. Qeyd olunan əmtəə nişanın Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və X8 Komitəsində “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında qeydiyyata alınan zaman həmin nişanın qeydiyyatına x olan hər hansı bir hal mövcud olmamışdır. Bundan sonra iddiaçılar tərəfindən verilən etiraza baxılan zaman Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiy a Şurasında həmin nişanın ekspertizası aparılmış, qeyd olunan əmtəə nişanının “xxxx” MMC-nin adına qeydiyyatına x və məhdudiyyət yaradan heç bir hal müəyyən olunmamış və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxx 2019-cu il tarixli A111-7 saylı qərarı ilə “x” kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli, 2016 1147 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair etirazı əsassız olduğu üçün təmin edilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi bu hallara münasibət bildirməmiş işə birtərəfli qaydada yanaşmış və nəticədə yanlış qərar qəbul etmişdir.

24. Bundan başqa, “x” adlı kombinasiya edilmiş əmtəə nişanı ilkin olaraq Azərbaycan Respublikasında “xxxx” MMC-nin adına qeydiyyata a lınmışdır. İddiaçılar tərəfindən qeyd olunan “x” adlı əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyatı mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu hala da münasibət bildirməmiş və bu halı nəzərə almamışdır. Əks təqdirdə apellyasiya instansiyası məhkəməsi belə bir qərar qəbul edə bilməzdi.

25. Ən maraqlısı apellyasiya instansiyası məhkəməsi tərəfindən “x” əmtəə nişanının kombinasiya olunmuş nişan kimi qəbul edilməsidir. “x” əmtəə nişanı yalnız sözdən ibarət olan əmtəə nişanıdır. Həmin nişanın təsvirinə dair şəhadətnamə hal-hazıradək iş materialında mövcud deyildir. Lakin “xxxx” MMC-nin adına qeydiyyata alınmış “x” əmtəə nişanının həm sözə həm də təsvirə dair şəhadətnaməsi vardır. Belə olan halda hansı təsvirlərin müqayisəsindən söhbət gedə bilər?. Göründüyü kimi məhkəmə mövcud olmayanı mövcud olanla müqayisəsini aparmaqla işə obyektiv yanaşmamışdır.

26. İş materialında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 11 yanvar və xx xxxxxx 2019-cu il tarixli cavab məktublarında “x” əmtəə nişanlı qənnadı məmulatların “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmədiyi qeyd olunmuşdur. Belə olan halda, məhkəmə bu halı da nəzərə almamış və bu hala düzgün qiymət verməmişdir.

27. Məhkəmə qərarında “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsinə əsassız istinad etmişdir. Lakin istinad etməli olan 6-ı maddənin (3) bəndinə istinad etməmişdir. Həmin maddədə qeyd olunur ki, «İttifaqın hər hansı ölkəsində lazımı şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş i şarələrdən asılı olmayan kimi nəzərə alınmalıdır». Məhkəmənin qərarında bu maddənin tələbləri kobud surətdə pozulmuşdur.

28. Məhkəmənin qərarında “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə istinad edilməsi də əsassızdır. Belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi gös təricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. “xxxx” MMC-i qeyd olunan əmtəə nişanını qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirmişdir.

29. Göründüyü kimi, məhkəmə işin faktiki hallarını hər tərəfli, tam və obyektiv araşdırmamış və işə bir tərəfli qaydada yanaşmışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

30. Üçüncü şəxsin nümayəndələri və vəkili x xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

31. İddiaçıların vəkili (nümayəndəsi) xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

32. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: Maddə

3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi müha fizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə

6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikası nın tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... Maddə

10. Əmtəə nişanının ilkinliyi Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi)... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. Maddə

25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respubl ikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.... Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan R espublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Maddə

29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: (...) əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafiz əsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. (...) Maddə

31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: (...) bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda;...

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”:

29. İddia olunan nişanın (iş arənin) mühafizə qabiliyyətinin yoxlanılması (...) 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflə r, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. 29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. 29.7.1. Təsviri və üçölçülü form alı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə). 29.7.2. Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. 29.7.3. Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər. 29.8.1. Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə. 29.8.2. Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəy yən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır.

35. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.

2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri gö stərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. İş üzrə üçüncü şəxs apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

39. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafiz ə edir. Bu səbəbdəndir ki, qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər.

40. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, “xxxx” MMC-yə məxsus “x” təsviri əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə (30 - Konfetlər; 35 - 30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) xx.xx.2016-cı il tarixdə “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1147 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2016). 41. “x” əmtəə nişanı Rusiya Federasiyasında 30-cu sinfin əmtəələri üzrə xx.xx.2013-cü il tarixdə İddiaçı1 QSC-nin adına 479491 nömrə ilə qeydiyyata alınmışdır (ərizənin n ömrəsi **********, ərizənin tarixi xx.xx.2011). 42. “İstehsalat Birliyi “xxxx” XSC tərəfindən “x” əmtəə nişanı Ukraynada 30-cu sinfin əmtəələri üzrə xx.xx.2011-ci il tarixdə 145466 nömrə ilə qeydiyyata alınmış (ərizənin nömrəsi: m 2010 17623, ərizənin tarixi xx.xx.2011), xx.xx.2017-ci il tarixdən etibarən “x” adlı əmtəə nişanı üzrə hüquqlar “Ticarət Evi “xxxx” MMC-yə verilmişdir.

43. İddiaçı1 SC tərəfindən “x” adlı kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinfin əmtəələri üzrə (sorma konfet (konfet)) qeydiyyata alınmasına dair xx.xx.2017-ci il tarixdə iddia ərizəsi verilmiş (iddia sənədinin nömrəsi 2017 00636), Patent və X5 tərəfindən verilmiş əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında xx.xx.2018-ci il tarixli bildirişdə “xxxx” MMC-yə məxsus 2 016 1147 qeydiyyat nömrəli oxşar əmtəə nişanının aşkar olunduğu qeyd edilmişdir.

44. İddiaçı1 QSC (satıcı) və “xxxx” MMC (alıcı) arasında qənnadı məmulatlarının təchizatı üzrə xx.xx.2010-cu il tarixdə 893 nömrəli müqavilə, həmin Müqaviləyə xx.xx.2011-ci il tarixdə mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə 893 nömrəli əlavə razılaşma imzalanmışdır. Əlavə razılaşmaya əsasən müqavilələr üzrə yükün alıcısı qismində “xxxx” MMC və “xxxx” MMC də çıxış edə bilər. xx.xx.2013cü il tarixdə 893 nömrəli müqavilənin müddətinin uzadılması barədə əlavə razılaşma bağlanmış və müqavilə xx.xx.2013-cü il tarixədək qüvvədə olmuşdur. Daha sonra “xxxxRus” QSC və “xxxx” MMC arasında xx.xx.2016-cı il tarixdə 0184/8/16 nömrəli müqavilə imzalanmış və xx.xx.2016-cı il tarixədək qüvvədə olmuşdur.

45. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli 1000-170/1xx-xx/000652 nömrəli məktubunda göstərilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən İddiaçı1 (Rusiya Federasiyası), “xxxx İstehsalat Birliyi” (Ukrayna) və “xxxx Ticarət Evi” (Ukrayna) tərəfindən Azərbaycan Respublikası ərazisinə “xxxx” MMC (VÖEN:**********) vasitəsilə 2016-cı il ərzində “xxxx” nişanlı malların idxal olunması barədə məlumat təqdim edilir. Məktubda qeyd olunan “xxxx” (VÖEN:**********) MMCnin 2010-2016-cı illər ərzində həmin şirkətlərlə xarici iqtisadi fəaliyyəti haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. Məlumat üçün bildirirlər ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında idxal və ixrac olunan malların kodlaşdırılması X arici iqtisadi fəaliyyətin mal nomenklaturası əsasında aparılır. Həmin nomenklaturada malların əmtəə nişanı üzrə kodlaşdırılması nəzərdə tutulmamışdır.

46. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli 1000-170/1xx-xx/001786 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında İddiaçı1 (Rusiya Federasiyası), “xxxx İstehsalat Birliyi” (Ukrayna) və “xxxx Ticarət Evi” (Ukrayna) tərəfindən Azərbaycan Respublikası ərazisinə “xxxx” MMC (VÖEN:**********) vasitəsilə 2010- 2015-ci il ərzində “ЧУК и ГЕК” və “МОНЕ” əmtəə nişanlı konfetlərin, həmçinin “КОНТИ” əmtəə nişanlı peçenyelərin idxal olunması barədə məlumat yoxdur.

47. İşin müəyyən edilmiş faktiki hallarına görə, iddiaçılara məxsus “x” kombinasiya edilmiş əmtəə ni şanı yerli və beynəlxalq sistem üzrə Azərbaycan Respublikasının ərazisində əmtəə nişanı kimi qeydə alınmasa da, “x kombinasiya edilmiş əmtəə nişanı Azərbaycan Respublikasının ərazisində ilk dəfə “Kontı-Rus” SC tərəfindən xx.xx.2017-ci il tarixdə 30-cu sinif: “Sorma konfet (konfet)” əmtəələri üzrə iddia edilmiş (iddia sənədinin nömrəsi 2017 00636), lakin Patent və X4 xx.xx.2018-ci il tarixli əmtəə nişanının qeydə alınmasının rədd edilməsi haqqında bildirişi ilə “xxxx” MMC-yə məxsus “x” təsviri əmtəə nişanı (qeydiyyat nömrəsi 2016 1147) qarşı qoyulmuşdur. Yəni, ekspertizanın rəyinə əsasən hər iki nişanın qarışdırılacaq dərəcədə oxşar olması işin mübahisəsiz halıdır. 48. “xxxx” MMC ilə iddiaçılar arasında münasibətlərin olması iş materiallarına əlavə edilmiş müqavilələrlə təsdiq edilir.

49. T əqdim edilmiş sənədlərə əsasən, oxşar “x” əmtəə nişanı İttifaqın üzv ölkələrindən Rusiyada və Ukraynada iddiaçı şirkətlərin adına qeydiyyata alınmışdır. 50. “xxxx” MMC ilə iddiaçılar arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016-cı illərdə “x” əmtəə nişanlı qənnadı məmulatlarının “xxxx” MMC tərəfindən iddiaçıların distribyutoru qismində Azərbaycan Respublikasına idxal olunması barədə məlumatlar iş materiallarında mövcuddur. Belə ki, surətlərinin əsli ilə düzgünlükləri cavabdeh tərəfindən təsdiq olunaraq Məhkəməyə təqdim olunan 10102180/261012/0006623 nömrəli gömrük bəyannaməsindən və ona əlavə olunan əlavə vərəqlərdən müəyyən edilir ki, Rusiya Federasiyasının İddiaçı1 QSC-nin (mal göndərən, ixrac edən) “xxxx” MMC-yə göndərdiyi və xx.xx.2012-ci il tarixdə Kursk və Bryansk gömrü klərindən buraxılmasına icazə verilən məhsulların arasında “x” adlı qənnadı məmulatları da olmuşdur (iş vərəqi-2-ci cild, 21-26). 51. 10102180/261012/0006623 nömrəli gömrük bəyannaməsinə və İddiaçı1 QSC (satıcı) və “xxxx” MMC (alıcı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli 893 nömrəli müqaviləyə istinad olunan xx.xx.2012-ci il tarixli LE-1281 nömrəli hesabfakturada alıcı kimi “xxxx” MMC, yük göndərən kimi İddiaçı1 QSC, yük alan kimi isə “xxxx” MMC göstərilmiş, hesab-fakturadakı siyahının 17, 18 və 19-cu sətirlərində üç növdə “x” adlı qənnadı məmulatı əks olunmuş, 10102180/261012/0006623 nömrəli gömrük bəyannaməsinə və xx.xx.2012-ci il tarixli LE-1281 nömrəli hesab-fakturaya istinad olunan xx.xx.2012-ci il tarixli 971 nömrəli Beynəlxalq daşıma sənədində alıcı kimi yük göndərən kimi İddi açı1 QSC, yük alan kimi isə “xxxx” MMC göstərilmiş, üç növdə “x” adlı qənnadı məmulatı da əks olunmuş malların spesifikasiyaları “xxxx” MMC-nin möhürü ilə təsdiq edilmişdir (i.v-2-ci cild, 27-32). 52. “xxxx” MMC ilə iddiaçılar arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016-cı illərdə “x” əmtəə nişanlı qənnadı məmulatlarının “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunması barədə məlumatlar işdə olan 10108090/210213/0001177 nömrəli (Kursk Gömrüyündən malın buraxılması tarixi xx.xx.2013-cü il) gömrük bəyannaməsi və ona əlavə olunan əlavə vərəqlər, hesabfakturalar, xx.xx.2013-cü il tarixli 001144 nömrəli Beynəlxalq daşıma sənədi və üç növdə “x” adlı qənnadı məmulatı əks olunan, “xxxx” MMC-nin möhürü ilə təsdiq edilmiş malların spesifikasiyaları ilə də təsdiq olunur (i.v-2-ci cild, 5057).

53. Göründüyü kimi, iddiaçıların Azərbaycanla onların distribyutorları qismində çıxış edən bilavasitə “xxxx” MMC vasitəsilə əlaqələri olmuş, “x” əmtəə nişanı altında qənnadı məmulatları sonuncu (və ya onun tərəf olduğu müqavilədə yük alan kimi göstərilən şəxs) tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir. Odur ki, “xxxx” şirkətlərinin həmin əmtəə nişanını Azərbaycanda istifadə etməməsi və ya qeydiyyatında maraqlı olmaması qənaətinə gəlməsi üçün “xxxx” MMC-nin əsası olmamışdır.

54. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı əmtəə nişanlarının müqayisəsini aparan məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, iddiaçılara məxsus “x” adlı əmtəə nişanı ilə “xxxx” MMC-nin adına qeydiyyata alınmış “x” əmtəə nişanı qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır, “x” adlı kombinasiya edilmiş təsvir əmtəə nişanı olaraq Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmasa da, həmin əmtəə nişanı iddiaçıların adına Ukraynada 2011-ci ildə, Rusiya Federasiyasında 2013-cü ildə qeydə alındığından, əmtəə nişanının “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla qeydə alınması ilə iddiaçıların hüquqları pozulmuşdur.

55. Qeyd olunanlar məhkəmə kollegiyasına “xxxx” MMC-nin adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış “x” adlı kombinasiya edilmiş əmtəə nişanının iddiaçıların adına Ukraynada 2011-ci ildə, Rusiya Federasiyasında 2013-cü ildə qeydə alınmış “x” adlı əmtəə nişanına əsasən yaradılması qənaətinə gəlməsi üçün əsas verir.

56. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunmas ı üçün əsaslar yoxdur.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)706/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar