Məhkəmə qərarları › İş №2-1(102)-1801/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1801/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1801/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X2 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Ticarət Rüstəm qızı Rəfiqəyevanın iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı “X2 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Ticarət Rüstəm qızı Rəfiqəyevanın iştirakı ilə) qarşı Suraxanı rayon İcra Hakimiyyətinin 42 nömrəli 1 9.01.2004-cü il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-648/2021 nömrəli iş üzrə 22.02.2021-ci il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 13 oktyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı “X2 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Ticarət Rüstəm qızı Rəfiqəyevanın iştirakı ilə) qarşı Suraxanı rayon İcra Hakimiyyətinin 42 nömrəli 19.01.2004-cü il tarixli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkə mə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 27.08.2020-ci il tarixli, 2-1(112)4705/2020 nömrəli (sədrlik edən hakim Mehriban Qarayeva) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına, Azərbaycan Respublikasının 997-İİQ saylı, 20 sentyabr 2005-ci il tarixli Qanununa, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə, “Normativ hüquqi aktlar haqqında” 16 fevral 2011ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Qanununun 89.0.2.-ci maddəsinə İPMnin 35.1, 85.1-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, iddia mümkü n sayılmadığından iddia ərizəsinə yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır.

4. Üçüncü şəxs Ticarət Rüstəm qızı Rəfiqəyeva həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 27.08.2020-ci il tarixli, 21(112)-4705/2020 nömrəli qərardadının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 22.02.2021-ci il tarixli, 2-1(103)-648/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Xəyalə Cəmilova) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4705/2020 nömrəli iş üzrə 27 avqust 202 0-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması, üçüncü şəxs Rəfiqəyeva Ticarət Rüstəm qızının apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarını tətbiq etməklə, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

7. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda iddiaçının bu və ya hər hansı bir mülki tələblə iddia qaldırmaq hüququ yoxdur. "Azərbaycan Respublikasında "Suraxanı" neft yatağın ın daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişdə şirkətin neft və qaz əməliyyatlarının aparılması üçün müstəsna şəraiti ancaq Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti yaratdığı, neft və qaz əməliyyatlarının aparılmasından ötəri şirkətin hüquqlarının ARDNŞ tərəfindən qorunması göstərilir. Həmçinin "Azərbaycan Respublikasında "Suraxanı" neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə uyğun olaraq fəaliyyət göstərən “X2 Kompani S.A.” şirkətinin nümayəndəliyi bu qəbildən olan iddialar istisna olmaqla yalnız şirkətin nəzdində olan mübahisələrlə bağlı (əmək mübahisələri və s.) iddia qaldırmaq hüququna malikdir.

8. Əlavə olaraq qeyd edir ki, ətrafda kifayət qədər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərə findən qeydiyyata alınmış və dövlət reyestrindən çıxarış verilmiş torpaq sahələri vardır ki, bu günədək həmin çıxarışlar ARDNŞ tərəfindən mübahisələndirilməmişdir. 9. “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 saylı qərarının İİİ bəndindəki cədvələ əsasən şəxsi tikililər və digər obyektlər quyulardan, separatorlardan 300 metr məsafədə olmalıdır və qeyd edilən tikili qəzalı vəziyyətdə olduğundan Suraxanı rayon İcra Hakimiyyətinin R-76-151 saylı 02.08.2018-ci il tarixli icazə məktubu əsasında tikilmişdir.

10. Sənaye təyinatlı torpaq sahələrində iddiaçı tərəfindən özba şına tikili hesab edilən tikililər və bu tikililərə aid müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş sərəncam və qərarlar barədə nəinki “X2 Kompani S.A.” şirkəti hasilatın pay bölgüsü haqqında sazişlə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün şirkətlər ARDNŞ-nə məlumat vermək vəzifəsini daşıyırlar. Bu səbəbdən də yalnız iddiaçı qismində ARDNŞ çıxış etmək səlahiyyətlərinə malikdir.

11. Digər tərəfdən “X2 Kompani S.A.” şirkətinin iddia qaldırmaq hüququnun olub-olmaması məhkəmə tərəfindən hərtərəfli və obyektiv araşdırılmalı və hüquqi qiymət verilməlidir. Nəzərə alsaq ki, qanuni olaraq ayrılmış torpaq sahəsində 1997ci ildən yaşayış var o zaman Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 sa ylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

12. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(103)-648/2021 nömrəli qərardadının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

14. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şi fahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (09 sentyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarı: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uy ğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

16. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticə lərin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilə r. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

21. Məhkəmə kollegiyası üçüncü şəxsin kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə da ir” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarının: 22. - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 23. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 24. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 25. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 26. - 2.1-ci bənd inə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 27. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 28. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtl ərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 29. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

30. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaq müddətin ötürüldüyü üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir.

31. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçı “ X2 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Ticarət Rüstəm qızı Rəfiqəyevanın iştirakı ilə) qarşı Suraxanı rayon İcra Hakimiyyətinin 42 nömrəli 19.01.2004-cü il tarixli sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 3

3. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcburetmə haqqında qərar qəbul edə bilər.

34. İş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati akt İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrdə qəbul edilmişdir.

35. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçular ın və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

36. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktları n (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

37. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayıl mamalıdır.

38. X1 Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

39. Göründüyü kimi iddiaçı “X2 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Sur axanı rayon İcra Hakimiyyətinin 42 nömrəli 19.01.2004-cü il tarixli sərəncamının ləğv edilməsi ilə bağlı iddia qaldırmaqla hər iki halda iddia qaldırmaq müddətini ötürmüşdür.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya ş ikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 22.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(103)-648/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar