Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1801/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata a lınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-409/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər XDS İK-nın xx.xx.1987-ci il tarixli, 20/396 №-li qərarına əsasən, 26 Bakı Komissarları rayonu nəzdində olan müəssisələrin 95 üzvünə torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. İddiaçı, 26 Bakı Komissarı adına mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının iclasının 06 may 1988-ci il tarixli 2 saylı protokoluna əsasən ona ayrılmış bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə cavabdehə müraciət etmişdir.
3. Cav abdeh 27 noyabr 2020-ci il tarixli məktubla iddiaçıya imtina cavabı vermişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin bir hissəsi qaz xəttinin mühafizə zolağında yerləşdiyindən, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər olmadığından, eyni zamanda iddiaçının adı idarənin arxiv siyahısında aşkar edilmədiyindən müraciətin təmin olunması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 10-cu Cənub küçəsi, 136 saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. İddi açı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi yerləşən 10-cu cənub küçəsi, 136 saylı bağ sahəsi 26 Bakı Komissarı adına mətbəənin nəzdində yaradılmış “Xalq” bağçılıq yoldaşlığının iclasının xx.xx.1998-ci il tarixli, 2 nömrəli protokolu ilə onun istifadəsinə verilmişdir. Sözügedən protokolun siyahısı üzrə 27-ci yerə onun adı qeyd edilmiş, bununla da Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi yerləşən 10-cu cənub küçəsi 136 saylı bağ sahəsinin istifadəsinə verilməsi faktı öz təsdiqini tapmışdır. Onu da qeyd edir ki, protokol üzrə siyahıda qeyd olunan mətbəə işçilərinin vəziyyətinin yaxşılaşdırılması üçün onlara torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmi ş, cavabdeh isə əsassız olaraq ona imtina cavabı vermişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin, iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim olunmamışdır. Bundan əlavə, göstərilən sahənin çox hissəsi elektron kadastr baza məlumatlarına əsasən qaz xəttinin mühafi zə zonasında yerləşir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: X10) 22 aprel 2022-ci il tarixli, 2-1(112)4751/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bağ sahələrinin 26 Bakı Komissarı adına mətbəənin nəzdində olan “Çapçı” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinə ayrılmasını təsdiq edən siyahı təqdim olunmuşdur. Həmin siyahıda isə İddiaçı adı göstərilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş protokoldan çıxarışda İddiaçı adı ilə yanaşı, həmçinin digər şəxslərin adları göstərilmiş, adların bəziləri İdarənin arxivində saxlanılan siyahıda öz əksini tapsa da, digər adlar Siyahıda (X6, X8 və s.) əks olunmamışdır. Mübahisə predmetini təşkil edən bağ sahəsinin iddiaçıya ayrılması ilə bağlı hər hansı bir sənəd aşkar olunmamış, bununla da, idd iaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənədin olmaması qənaətinə gəlmək üçün əsas yaranmışdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X12 və X13) 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-409/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı apellyasiya şikayətində 2 №-li protokol üzrə digər 47 (qırx yeddi) nəfərə ayrılmış torpaq sahələrinin onların mülkiyyətində olması və ya digər şəxslərə alqı-satqı edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavablar göstərilən dəlili təkzib edir. Məhkəmə araşdırması zamanı iddiaçının vəsatəti əsasında onun tərəfindən təqdim edilmiş sözügedən protokolda adları qeyd edilmiş bir neçə şəxsin həmin ərazidə sözügedən bağ sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat, həmçinin, inzibati icraat materialları tələb edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubuna əlavə edilmiş sözügedən siyahıda adları qeyd olunmuş X2, X1 və X3 adına qeydiyyata alınmış bağ sahələrinə dair sənədlərin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X4 xx.xx.1988-ci il tar ixli 2 №-li protokola əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və Dübəndi kəndi, Cənub küçəsində ümumi sahəsi 500 kv.m olan 151 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün ona verilmişdir. Həmçinin, Məmmədova (Ələskərova) Şəhrəbanı Böyükağa qızı 1988-ci il tarixdə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, 26 dekabr 1988-ci il tarixdə üzvlük kitabçası verilmiş və ona 1 №-li Mətbəənin “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1993-cü il tarixli protokolu əsasında 15 №-li order əsasında bağ sahəsi ayrılmışdır. X5 1 №-li Mətbəənin “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1993-cü il tarixli protokolu və həmin tarixli 33 №-li order əsasında Dübəndi kəndində 142 N-li 500 kv.m sahəsi olan bağ sahəsi ayrılmışdır. İddiaçının təqdim etdiyi Protokol da adları qeyd edilən 3 nəfərin digər hüquqmüəyyənedici sənədlər əsasında bağ sahələrinə dair mülkiyyət hüquqları qeydiyyata alınaraq, müvafiq çıxarışlar verilmişdir. Yəni ki, inzibati icraat zamanı iddiaçının təqdim etdiyi protokola istinad olunmamışdır. Məhkəmə tərəfindən arxiv qovluğuna baxış keçirilmiş, bağçılıq yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adı və ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış) aşkar olunmamışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayə tinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, 26 Bakı Komissarı adına mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının iclasının 2 nömrəli, xx.xx.1988-ci il tarixli protokolunda 48 nəfərin adı, ata adı və soyadı və hər bir ad, ata adı və soyadın qarşısında onlara ayrılmış torpaq sahəsinin ünvanı qeyd edilmişdir. xx.xx.1988-ci il tarixli, 2 nömrəli protokol üzrə iddiaçıya ayrılmış Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində10-cu Cənub küçəsi,136 saylı bağ sahəsində yerləşən torpaq sahəsi hazırda onun istifadəsindədir. Bağ sahələri üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün məhkəməyə təqdim etdiyi 26 Bakı Komissarı adına mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının iclasının 2 nömr əli, xx.xx.1988-ci il tarixli protokolu kifayət edir, odur ki, bu sənəd mötəbər sübut kimi qəbul edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq v erilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hə ddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təm in edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya i nstansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələ də apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər XDS İK-nın xx.xx.1987-ci il tarixli, 20/396 №-li qərarına əsasən, 26 Bakı Komissarı rayonu nəzdində olan müəssisələrin 95 üzvünə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Lakin iş üzrə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmalar zamanı sözügedən qərar ilə iddiaçıya bağ sahəsinin ayrılması hər hansı sənəd əsasında müəyyən edilməmişdir. Belə ki, ümumiyyətlə bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçaları və Dübəndi bağ massivi 10-cu Cənub küçəsi, 16 saylı bağ sahəsinə dair arxiv sənədləri arxiv İdarəsində aşkar olunmamışdır.
24. İddiaçı tərəfindən təqdim edilən yeganə sənəd 26 Bakı Komissarı adına mətbəənin nəzdində yaradılmış “Capçı” bağçılıq yoldaşlığının iclasının 06 may 1988ci il tarixli 2 N-li protokoludur. Hansı ki, həmin sənəd arxivdə aşkar edilməmişdir.
25. Həmçinin, iddiaçının məhkəmə icraatı zamanı təqdim etdiyi protokoldan çıxarış həmin dövrdə, yəni 1988-ci ilə uyğun olaraq kiril əlifbası ilə tərtib olunsa da, latın əlifbası ilə olan möhürlə təsdiq edilmişdir. Belə ki, protokoldan çıxarışda “Чапчы багчылыг йолдашлыгынын сэдри” ifadəsinin qarşısında olan möhürün üzərindəki sözlər latın qrafikalıdır. Göründüyü kimi, iddiaçının təqdim etdiyi protokolda şübhə doğuran halların mövcudluğu həmin sənədin mötəbərliyinə əsaslı şübhələr yaradır.
26. İddiaçının təqdim etdiyi sənədlərin (protokoldan çıxarış) bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda və ya arxivdə aşkar edilməməsi, həmin sənədlərin təsdiqi ilə bağlı heç bir məlumatın müəyyən edilməməsi, eyni zamanda məhkəmə sorğusuna əsasən təqdim edilən bağ sahələrinin ayrılmasına aid digər sənədlər də iddiaçının bağ sahəsinə dair məhkəməyə təqdim etdiyi sənədlərin (protokoldan çıxarışın) mötəbərliyinə şübhə yaradır.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə düzgün olmuş, bu barədə qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-409/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.