Məhkəmə qərarları › İş №2-1(102)-1802/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1802/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1802/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı 5 saylı Bakı “Cavabdeh” Mərkəzində Qeydiyyat Şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: inzibati orqanların qərar və hərəkətlərindən yaranan digər mübahisələr; soyadın dəyişdirilməsi GİRİŞ HİSSƏ Hakimlər: 18.06.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh 5 saylı Bakı “Cavabdeh” X2rşı soyadın dəyişdirilməsi haqqında iddia tələbinə dair dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2019-cu tar ixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 5 saylı Bakı “Cavabdeh” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şöbənin üzərinə iddiaçının qızının “Əlinəsli” soyadı ilə və “X5” tam adı ilə qeydə alınmasına dair inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 18.05.2018-ci il tarixli qərarı ilə (hakim.E.Mustafayev; iş No 2-1(82)-2202/2018) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.09.2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Seyidova, hakimlər V.A ğayev və V.Məmmədov; iş No 2-1(103)2314/2018) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 18.05.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.01.2019-cu il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova, hakimlər İ.Dadaşov və K.Bədəlov; iş No 2-1(102)-127/19) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.09.2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 201 9-cu il tarixli qərarı ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və H.Həmidov; iş № 2-1(103)-716/2019) iddiaçı tərəfindən verilmş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 18.05.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarı ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Apell yasiya instansiya məhkəməsi qərarın təsviri-əsaslandırma hissəsində iddiaçının əvvəlki ərizələrində qeyd edilmiş arqumentləri ilə ilk dəfə məhkəmə olaraq razılaşmasına baxmayaraq yekunda həmin arqumentlərə zidd olaraq qərarın həmin hissəsində fərqli əsas göstərmiş, qərarın təsviri-əsaslandırma hissəsində göstərilmiş bir çox təfsirlərinə zidd nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi qərarın təsviri - əsaslandırma hissəsinin yekununda Azərbaycan dilinin morfoloji qaydalarına, habelə soyadların sonluqları ilə bağlı tətbiq edilən Azərbaycan Respublikasının normativ-hüquqi aktına zidd olan arqument göstərmiş və bununla da iddiaçının haqlı və qanuni tələbini əsassız olaraq rədd etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili R.Əhmədov k assasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2016-cı il tarixli qərarını ləğv edib, iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, hazırkı iş üzrə cavabdeh Şöbənin nümayəndəsi gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsas ən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 23 mart 2018-ci il tarixdə doğulmuş qızının doğumunun qeydə alınması və uşağa “Əlinəsli” soyadı, “Sevil” adı verilməsi üçün cavabdeh şöbəyə müraciət etmişdir. Cavabdeh şöbənin iddiaçıya ünvanladığı 31 mart 2018-ci il tarixli, 529/02 nö mrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbayqan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edildiyindən, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası haqqında” 02.03.1993-cü il tarixli Qərarının 1 ici bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “-yev”, sonluqlu soyadlarını “lı” (sözün kökündən asılı olaraq “-lı”, “-lu”, ’-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilmələri nəzərdə tutulduğundan xahişin təmin edilməsi mümkün deyil. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qi ymət verərək belə hesab etmişdir ki, iddiaçının qız övladının soyadı kimi “Əlinəsli” soyadının qeydə alınmasından cavabdeh şöbənin imtinası qanuni və əsaslı olduğundan iddia düzgün olaraq 1-ci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu maddədə uşağın soyadının valideynlərin soyadı ilə bir qayda olaraq müəyyən edildiyi ona görə nəzərdə tutulmuşdur ki, bəzən uşağın soyadının sonluğu valideynl ərin soyadlarını sonluğundan fərqli ola və ya sonluqsuz qeyd oluna bilər. Azərbaycan Respublikasi Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası haqqında” 02.02.1993-cü il tarixli 495 nömrəli Qərarının 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Bu norma imperativ deyil, yəni Azərbaycan Respublikasının vətəndaşlarının “-ov” “-yev”, sonluqlu soyadlarını həmin qərarda nəzərdə tutulmuş qaydada dəyişdirmək hüququ vardır. Həmin normaya əsasən soyadda sözün kökü hər bir halda dəyişilməz olaraq saxlanılmalı, yəni sözün kökünə qərarda nəzərd ə tutulmuş yalnız bir sonluq əlavə edilməli və ya sonluqsuz ifadə edilməlidir. Hazırkı halda iddiaçının "Əliyev” soyadındakı sözün kökü “Əli” olduğundan bu soyada həm “nəs”, həm də “li” hecaları əlavə edilərsə sözün kökü dəyişmiş olur. Belə olan halda uşağın soyadı valideynlərinin soyadlarından yalnız sonluğu ilə deyil, həm də kökü ilə fərqlənmiş olur ki, bu da Ailə Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nətiəcə düzgün deyil, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, Azərbaycan dilində sözün kökü sabit olur və dəyişmir. Sözün kökünə hər hansı şəkilçi və ya digər sonluq əlavə etməklə sözün kökünün dəyişdirilməsinə nail olmaq mü mkün deyil. Bundan başqa, “nəsli" nəsil, kök, soy mənasını bildirən Azərbaycan dilinin sözüdür və milli-mənəvi dəyərlərə zidd deyil. Digər tərəfdən, sonluğun neçə hecadan və ya neçə hərfdən ibarət olması ilə bağlı mövcud qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Əks halda, Azərbaycan Respublikası Milli Məclisinin 02.03.1993-cü il tarixli Qərarında qeyd olunan iki hecalı “-zadə”, “-oğlu”, “-qızı" sonluqları və Azərbaycanda geniş yayılmış iki hecalı “-bəyli”, “- xanlı”, “-soylu" soyad sonluqları ilə Azərbaycan Respublikasının vətəndaşlarının soyadları qeydə alınmazdı. Bundan başqa, Azərbaycan Respublikasının Milli Məclisinin"Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası haqqında" 02.03.1993-cü il tarixli Qərarı "-ov", "-yev” sonluqlarını soyadın son luqları kimi qəbul edir və soyadın kökü saxlanılmaqla onların dəyişdirilməsinə icazə verir. Lakin eyni zamanda həmin Qərarın 1-ci bəndində nəzərdə tutulmuş soyad sonluqlarının siyahısı, eləcədə soyadın sonluqsuz ifadə forması (soyadın sözün kökündən asılı olaraq “-li”, “-lu", "-lü”, habelə “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları) barədə müddəa müstəsna və məcburi xarakter daşımır, yəni digər soyad sonluqlarının qeydiyyata alınmasının qarşısını almır. Əks halda həmin Qərarın 1-ci bəndində "yalnız" sözündən istifadə edilərdi və ya cümlənin sonluğu “əvəz edə bilərlər" kimi deyil, "əvəz etməlidirlər” kimi olardı və yaxud həmin cümlə normanın icbariliyini bildirən digər söz birləşməsi ilə yekunlaşardı. Digər tərəfdən, həmn bənddə əvəz olunma nəticəsində sadalanan yeni soyad sonluqlarının 5 formasından kənara çıxmaq birmənalı şəkildə qadağan olunsaydı, müvafiq qeydiyyat şöbələri tərəfindən mövcud təcrübədə Milli Elmlər Akademiyasının tövsiyə etdiyi sonluqlar təklif edilməzdi və belə sonluqlarla yeni doğulmuş uşaqların soyadları qeydiyyata alınmazdı. Belə ki. işin materiallarında olan (i.v. 15) cavabdeh şöbənin təqdim etdiyi etirazda göstərilir ki, Azərbaycan Respublikasının Milli X4 Heyətinin 24 dekabr 2010-cu il tarixli qərarına əsasən, əlavə olaraq “soy” və “gil” sonluqlu soyadların yazılması mümkündür və bu cür təcrübədən cavabdeh şöbə tərəfindən istifadə edilir. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsi öz qərarında iddia tələbinin məğzini aydınlaşdıra bilməmişdir. Halbuki, qanun soyadın dəyişdirilməsi ilə soyad sonluğunun dəyiş dirilməsi halları arasında fərq qoyur (bax Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 79 saylı 12.05.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na). İddiaçı öz tələbində uşağın soyadının sonluğunun dəyişdirilməsi məsələsini qoysa da, apellyasiya instansiya məhkəməsin qərarında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə istinad etmişdir ki, bu norma valideynin öz uşağına öz soyadından tamam fərqli olan soyadın verilməsi, yəni valideynin öz soyadın kökünü də dəyişdirməklə övladına tamam fərqli soyadın verilməsi hallarının qarşısını alır. Göründüyü kimi, cavabdeh şöbə öz təcrübəsində yeni doğulmuş uşaqlara valideynin “-ov”, “-yev” soyad sonluqları olduğu halda “-lu”, “-lı”, “-qızı”, “-oğlu”, "- zadə", " -soy” və digər soyad sonluqları ilə soyadın verilməsi ilə razılaşıb, bu hallarda rəsmiləşdirməni həyata keçirsə də, hazırki halda əsassız olaraq uşağın soyadının valideynin soyadı ilə tamamilə eyni olmasının (kökü və sonluğu da daxil olmaqla) məcburiliyini əsas tutaraq, iddiaçının müraciətini təmin etməkdən imtina edir və apellyasiya instansiya məhkəməsi bu imtinanı əsaslı və qanuni sayır. Bu da yolverilməzdir. Yuxarıae qeyd edilənlər nazərə alaraq məhkəmə kolegiyası hesab edir ki, işin apellyasiya instansiya qaydasında yenidən araşdırlmasına zərurət yaranmışdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun p ozuntularına yol verilmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu tarixli ləğv edilməli; iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar