Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1802/2020 31.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı iş üzrə QƏRAR Açar sözlər: (əmək pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Zaur Mirzəbəyovun, cavabdehin vəkili Dilarə Qurbanovanın iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qar şı əmək pensiyasının yenidən hesablanması və qalıq hissəsinin ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-405/2020 nömrəli iş üzrə 04.02.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 31 avqust 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması və qalıq hissəsinin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış, hal-hazırda İİ qrup Qarabağ müharibəsi əlilidir və əmək pensiyası alır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 28-ci maddəsinə əsasən cavabdehə ərizə ilə müraciət edərək bildirmişdir ki, onun əmək pensiyası yenidən hesablansın və qalıq hissəsi ödənilsin. Cavabdeh orqan isə bildirmişdir ki, “sən yaşa görə yox əlilliyə görə əmək pensiyası alırsan". Ona görə 19.1.7.2-ci maddəsinə əsasən sənə əlavə düşmür. “Əmək pens iyaları haqqında” Qanunun 11.3-cü maddəsində göstərilir ki, müddətli həqiqi hərbi xidmətlə olan şəxslərin vəzifələrini yerinə yetirərkən (yaralanma, kontuziya, zədələnmə) nəticəsində və yaxud cəbhədə olmaqla, və ya döyüş əməliyyatı aparan ölkədə borcunu yerinə yetirilməsilə bağlı onlar müharibə əlilli hesab edilirlər. Həmin Qanunun 12.2 maddəsində deyilir ki, hərbi qulluqçulara o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlilli olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq, üz verdikdə, və ya xud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəstəlik. (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Bununla bildirmək istəmişdir ki, qanunda göstərilən yaş həddi ona şamil edilmir. Birinci instansiya məhkəməsinin 08.11.2019-cu il tarixli, 2-1(81)-4251/2019 nömrəli (sədrlik edən hakim Şəhla Süleymanova) qərarı ilə iddianın tələbi rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 08.11.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 04.02.2020-ci il tarixli,2-1(103)-405/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 08.11.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin hakimi işin hallarına ümumiyyətlə qiymət verməmişdir. Bütün bunlar isə iş üzrə məhkəmə araşdırmasının səthi getdiyinin növbəti bariz sübutudur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020-ci il tarixli, 2-1(103)-405/2020 nömrəliqərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qə rarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Z.Mirzəbəyov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04.02.2020-ci il tarixli, 2-1(103)-405/2020 nömrəliqərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Qurbanova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışın da qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 04.02.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04.02.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04.02.2020-ci il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbay can Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasi ya şikayətində qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi işin hallarına ümumiyyətlə qiymət verməmişdir. Bütün bunlar isə iş üzrə məhkəmə araşdırmasının səthi getdiyinin növbəti bariz sübutudur. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ona əmək pensiyasının yenidən hesablanması və qalıq hissəsinin ödənilməsi ilə bağlı cavabdehə 16.07.2019-cu il tarixdə müraciət etmiş və iddiaçının müraciəti cavabdeh tərəfindən cavablandırılmışdır. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 4.1-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: • yaşa görə əmək pensiyası; • əlilliyə görə əmək pensiyası; • ailə başçısı nı itirməyə görə əmək pensiyası. İş materiallarından görünür ki, iddiaçıya 01.03.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 32.2-ci maddəsinin tələbinə görə əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-i tərəfindən əlilliklə bağlı müddətsiz pensiya təyin edilmiş və əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar göstərildiyindən ona müvafiq təminat xərcliyinin 80 faizi məbləğində hesablanmışdır. 01.01.2006-cı ildə qəbul edilmiş və hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsində yaşa görə əmək pensiyası alan İİ qrup müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin hesablanması nəzərdə tutulmuşdur. Bu səbəbdən də Ali Məhkəmən in İnzibati Kollegiyası hesab edir ki, iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən İİ qrup əlilliyə görə 77 manat məbləğində əlavənin pensiya təyin olunduğu vaxtdan yenidən hesablanması və qalıq hissəsinin ödənilməsi barədə iddia tələbi əsaslı sayıla bilməz. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 04.02.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasi ya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020-ci il tarixli,2-1(103)405/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1802/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1802/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver