Məhkəmə qərarları › İş №2-1(102)-1803/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1803/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1803/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyini, 55+2 yaş, “qazan avadanlıqlarının təmiri üzrə çilingər” peşəsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-899/2021saylı, 20 aprel 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxxx-ci il tarixdə doğ ulmuşdur, əmək kitabçasına əsasən 18.02.1980-cı il tarixdə Mingəçevir şəhər “Azrezintexnika” zavodunda 5 zolaqlı ötürücü kəmərlər sexinə təmir üzrə 2-ci dərəcəli növbətçi çilingər vəzifəsinə qəbul edilmiş, 05.05.1980-ci il tarixdə azad edilmiş, 05.05.1980-16.06.1982-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuş, 29.07.1982-ci il tarixdə Mingəçevir şəhər “Azrezintexnika” zavodunda 5 zolaqlı ötürücü kəmərlər 3-cü dərəcəli növbətçi çilingər vəzifəsinə qəbul edilmiş, 01.11.1982-ci il tarixdə şəhərdən getməsi ilə əlaqədar işdən azad edilmiş, 20.12.1982-ci il tarixdə DBM Zavodunda mexaniki sexə 4-cü dərəcəli ehtiyat qülləli kran krançısı vəzifəsinə qəbul edilmiş, 11.01.1983-cü il tarixdə 2-ci dərəcəli qəlibçi qismində 2-ci sexə köçürülmüş, 01.04.1983-cü il tarixdə öz istəyi ilə işdən azad edilmiş, 25.04.1983-cü il tarixdə 1 saylı mexanikləşdirilmiş ev tikintisi kolonunda Mingəçevir y/s, 4cü dərəcəli Q/kranının krançısı vəzifəsinə təyin edilmiş, 23.11.1984-cü il tarixdə verilən ərizəyə əsasən işdən azad edilmiş, 26.05.1986-cı il tarixdə Azərbaycan DRES-də mərkəzləşdirilmiş təmir sexinə 4-cü dərəcəli kran maşinisti vəzifəsinə qəbul edilmiş, 21.02.1989-cu il tarixdə həmin sexdə tutduğu vəzifədə 5-ci dərəcə verilmiş, 01.10.1993-cü il tarixdə X3 və təmiri sexinə 5-ci dərəcəli kran maşinisti keçirilmiş, 08.04.1994-cü il tarixdə mərkəzi komissiyada imtahan verdikdən sonra kran maşinisti vəzifəsində 6-cı dərəcə verilmiş, 25.04.2003-cü il tarixdə "xxxx" ASC-nin yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" "xxxx" MMC adlandırılmış, 05.01.2006-cı il tarixdə "xxx x" ASC-nin yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC – "xxxx" MMC adlandırılmış, 01.04.2009-cu il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq X3 və Təmiri X1 sexi adlandırılmış, hal hazırda orada işləyir.

2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Oğuz rayon İcra Hakimiyyəti Oğuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 15.08.2019-cu il tarixli arayışa əsasən iddiaçı Oğuz rayon “Əzizbəyov” adına kolxozda (şəxsi hesab 169) 1984-cü ildə kolxozçu (minimum norma 250, iş günü 29, əmək haqqı 184), 1985-ci ildə çoban (minimum norma 250, iş günü 264, əmək haqqı 2135), 1986-cı ildə çoban (minimum norma 250, iş günü 89, əmək haqqı 517) vəzifəsində işləmişdir.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Ş öbəsinin 19.08.2019-cu il tarixli arayışına əsasən iddiaçı həqiqətən 05.05.1980-ci il tarixdən 16.06.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir (əsas hərbi bilet NZ № 4247340).

4. Mingəçevir Peşə Məktəbinin 08.06.2020-ci il tarixli arayışına əsasən iddiaçı 1978-1979-cu il tarixlərdə Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbinin (hazırkı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi) 1 illik əyani 6 saylı qrup üzrə “Avtomobil təmiri çilingəri” ixtisasına daxil olmuş və həmin kursu tam bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə ona 4-cü dərəcəli avtomobil təmiri çilingəri ixtisası üzrə attestat verilmişdir. Adlar kitabında qeydiyyat №-si 3627.

5. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 22.08.2019-cu il tarixli işin xarakteri haqqında arayışında qeyd edilmişdir ki, xx.xx.xxxx-ci il təvəllüdlü iddiaçı 26.05.1986-cı il tarixdən 21.02.1989-cu il tarixədək "xxxx"-nın Mərkəzləşdirilmiş Təmir sexində, 4-cü dərəcəli kran maşinisti vəzifəsində, 21.02.1989-cu il tarixdən 01.10.1993-cü il tarixədək həmin sexdə 5-ci dərəcəli kran maşinisti vəzifəsində, 01.10.1993-cü il tarixdən 08.04.1994-cü il tarixədək X3 və Təmiri sexinin “X5 istismarı briqadasında” 5-ci dərəcəli kran maşinisti vəzifəsində, 08.04.1994-cü il tarixdən hal-hazıradək həmin sexin “X5 istismarı briqadasında” 6-cı dərəcəli kran maşinisti vəzifəsində işləyir. 01.04.2009-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq X3 və Təmiri X1 sexi adlandırılmışdır. İddiaçı 26.05.1986-cı il tarixdən hal-hazıradək Qazan turbin sexinin avadan lıqları təmiri ilə məşğul olan (125/20 tonluq) körpülü kranda 6-cı dərəcəli kran maşinisti vəzifəsində işləyir. İşlədiyi müddət ərzində 26.05.1986-cı il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mr/m3 təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, iş yerində havanın temperaturunun, hava hərəkətinin surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. İş şəraiti ağır və zərərli olduğuna görə iddiaçıya 26.05.1986-cı il tarixdən hal-hazıradək hər ay aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir. Əmək şəraiti zərərli olduğu üçün iddiaçıya 26.05.1986-cı il tarixdən halhazıradək əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı 26.05.1986-cı il tarixdən hal-hazıradək tutduğu vəzifələr Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li qərarının 24cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" MMC adlandırılmışdır.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13.09.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, onun təqdim etdiyi sənədlərdə qeyd olunan 26.05.1986-cı il tarixdən bugünədək "xxxx"-ində işlədiyi kran maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güz əştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmir.

7. Cavabdeh iddiaçıya ünvanladığı 10.12.2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddəsinə, 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad edərək qeyd etmişdir ki, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ı l tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının idarəyə təqdim etdiyi "xxxx" MMC-nin 22 avqust 2019-cu il tarixli arayışında 26.05.1986-cı il tarixindən bugünədək "xxxx"-in Mərkəzləşdirilmiş Təmir sexində və X2 və Təmir sexinin “Yükqaldırıcı mexanizmlərin istismarı biriqadası”nda kran maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə sözügedən qərarda qeyd olunan sahəyə aid deyil. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güz əştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı 11.03.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 13.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin işin xarakteri haqqında arayışında işlədiyi iş şəraitinin ağır və zərərli olmasına görə iddiaçıya 26.05.1986-cı il tarixdən bu günə kimi hər ay aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqq ı ödənildiyi, əmək qanunvericiliyinə əsasən əlavə məzuniyyət günü verildiyi, o cümlədən zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələrlə, səs-küy, titrəmə, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarının mövcud olması qeyd edilmişdir. Həmin arayışa əsasən 26.05.1986-cı il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 24 bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim X7, 2-1(112)-3951/2020 saylı iş) 04.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 13.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cav abdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. iddiaçının hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla ümumi stajı 25 ildən çoxdur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X8-məruzəçi, X6 və X9, 2-1(103)-899/2021 saylı iş) 20 aprel 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş s tajı mövcud deyildir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Siyahı”nın 24-cü bölməsində (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) kran maşinistləri peşəsindən yalnız “qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar)” nəzərdə tutulmuş, iddiaçının işlədiyi peşə, yəni “X3 və Təmiri Sexinin “X5 istismarı briqadasında” kran maşınist” peşəsi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi peşə həmçinin hal-hazırda qüvvədən düşmüş Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993cü il tarixli qərarı ilə təsdiq edilmiş “Siyahı”nın Xİİİ bölməsində (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, kran maşinisti peşəsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası əlavə ola raq qeyd edir ki, iş materiallarında olan Mingəçevir Peşə Məktəbinin 08.06.2020-ci il tarixli 06 nömrəli arayışı surətdir. Həmçinin, iş materiallarında olan Oğuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 avqust 2019-cu il tarixli, 152 №-li arayışda Oğuz rayon “Əzizbəyov” adına kolxozda 1984, 1985,1986-cı illər üzrə minimum normanın 250 gün olmasına baxmayaraq, iddiaçının 1984-cü il üzrə 29 gün, 1985-ci il üzrə 264 gün, 1986-cı il üzrə 89 gün çalışdığı görünür.

15. İddiaçı 2 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 18 iyun 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

16. Bakı Ape lyasiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya ziddir. Belə ki, iddiaçının işlədiyi krançı peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahı”sında Xİİİ bölmə - Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, 2140000a-13790, qazanxana- turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar) peşələri kimi nəzərdə tutulmuşdur.

17. İddiaçının işlədiyi krançı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli, 320 nömrəli Qərarı ilə və Azərbaycan Respublikası Nazirlər Ka binetinin 23 yanvar 2007- ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılarda göstərilmişdir.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2 nömrəli əlavəsinin 2.4.1- ci bəndinə əsəsən şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

19. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC- nin 22.08.2019-cu il tarixli işin xarakteri haqqında arayışda göstərilir ki, iddiaçı işlədiyi müddət ərzində 26.05.1986-cı il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mr/m3- təhlükəlilik sinfi 3-4, səs-küy, titrətmə, iş y erində havanın temperaturunun, hava hərəkətinin surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə iddiaçıya 26.05.1986-cı il tarixdən hal-hazıradək əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmiş, aylıq məvacibinə 12% əlavə edilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi qərarında arayışda göstərilənlərə hüquqi qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

23. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillər i ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

5. Pensiya seçmək hüququ (-). 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1.Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çat dıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədə k qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və gös təricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67....Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 26. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, də nizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 27. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidi r. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

28. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim büt ün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılma sının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhk əmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

29. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

32. İddiaçı 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olduğunu bildirmiş, cavabdehin dəlilinə görə iddiaçının 1 yanvar 2006-cı il tarixə qədər 25 il ümumi stajı olmamış, həmçinin 12 il 6 ay güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməmişdir.

33. İddiaçı xx xxxx xxxx-ci il tarixdə doğulmuş, 13 iyun 2018-ci il tarixdə 57 yaşı tamam olmuşdur.

34. Əmək pensiyaları haqqında” Qanun un 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

35. İddiaçının 1 yanvar 2006-cı ilə qədər əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası, arxiv arayışı və təhsil aldığı peşə məktəbinin verdiyi arayışla, hərbi xidməti isə hərbi bileti və 19 avqust 2019-cu il tarixli arayışla təsdiq olunur.

36. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 1978-1979-cu il tarixlərdə Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbinin (hazırkı Ələmdar Quliyev adına Mingəçevir Peş ə Məktəbi) 1 illik əyani 6 saylı qrup üzrə “Avtomobil təmiri çilingəri” ixtisasına daxil olmuş və həmin kursu tam bitirmiş, Dövlət imtahan komissiyasının qərarı ilə ona 4-cü dərəcəli avtomobil təmiri çilingəri ixtisası üzrə attestat verilmiş, 05.05.1980-ci il tarixdən 16.06.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, Oğuz rayon “Əzizbəyov” adına kolxozda (şəxsi hesab 169) 1984-cü ildə kolxozçu (minimum norma 250, iş günü 29, əmək haqqı 184), 1985-ci ildə çoban (minimum norma 250, iş günü 264, əmək haqqı 2135), 1986-cı ildə çoban (minimum norma 250, iş günü 89, əmək haqqı 517) vəzifəsində işləmiş, 18.02.1980-cı il tarixdə Mingəçevir şəhər “Azrezintexnika” zavodunda 5 zolaqlı ötürücü kəmərlər sexinə təmir üzrə 2-ci dərəcəli növbətçi ç ilingər vəzifəsinə qəbul edilmiş, 29.07.1982-ci il tarixdə Mingəçevir şəhər “Azrezintexnika” zavodunda 5 zolaqlı ötürücü kəmərlər 3-cü dərəcəli növbətçi çilingər vəzifəsinə qəbul edilmiş, 01.11.1982-ci il tarixdə işdən azad edilmiş, 20.12.1982-ci il tarixdə DBM Zavodunda mexaniki sexə 4-cü dərəcəli ehtiyat qülləli kran krançısı vəzifəsinə qəbul edilmiş, 1 yanvar 2006-cı ilə qədər müxtəlif peşələrdə işləmişdir.

37. Apelyasiya instansiyası məhkəməsi iddiaçının Mingəçevir peşə məktəbində oxumasını təsdiq edən sənədin surət olmasını, “Əzizbəyov” adına kolxozda çalışdığı günləri göstərmiş, bununla bağlı gəldiyi nəticəni qərarında bildirməmiş, iddiaçının həqiqətən peşə məktəbində oxuması ilə bağlı məktəbə sorğu göndərməmiş, kolxozda işlədiyi faktiki müddəti hesablamamış, nəticədə 1 yanvar 2006-c ı il tarixə qədər güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranması üçün 25 ildən az olmayan ümumi staja malik olub-olmamasını müəyyən etməmişdir.

38. Apelyasiya instansiyası məhkəməsi 1 yanvar 2006-cı il tarixə qədər iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması ilə bağlı da ətraflı araşdırma aparmamışdır. 39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən ya şa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

40. İş yerindən verilmiş sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. 41. "xxxx" ASC "xxxx" MMC-nin 22.08.2019-cu il tarixli işin xarakteri haqqında arayışından görünür ki, xx.xx.xxxx-ci il təvəllüdlü iddiaçı 26.05.1986-cı il tarixdən 21.02.1989-cu il tarixədək "xxxx"-nın Mərkəzləşdirilmiş Təmir sexində, 4-cü dərəcəli kran maşinisti vəzifəsində (Əmr № 444 02.06.1986), 21.02.1989-cu il tarixdən 01.10.1993-cü il tarixədək həmin sexdə 5-ci dərəcəli kran maşinisti vəzifəsində (Əmr № 40/K 01.03.1989), 01.10.1993-cü il tarixdən 08.04.1994-cü il tarixədək X3 və Təmiri sexinin “X5 istismarı briqadasında” 5-ci dərəcəli kran maşinisti vəzifəsində (Əmr № il tarixədək 224/K 13.10.1993), 08.04.1994-cü il tarixdən hal-hazıradək həmin sexin “X5 istismarı briqadasında” 6-cı dərəcəli kran maşinisti vəzifəsində (Əmr № 83/K 18.04.1994) işləyir. 0 1.04.2009-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq X3 və Təmiri X1 sexi adlandırılmışdır. Əmr № 28, 30.03.2009). İddiaçı 26.05.1986-cı il tarixdən hal-hazıradək Qazan turbin sexinin avadanlıqları təmiri ilə məşğul olan (125/20 tonluq) körpülü kranda 6cı dərəcəli kran maşinisti vəzifəsində işləyir. İddiaçı işlədiyi müddət ərzində 26.05.1986-cı il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mr/m3təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, iş yerində havanın temperaturunun, hava hərəkətinin surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı 26.05.1986-cı il tarixdən hal-hazıradək hər ay aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir. Əmək şəraiti zərərli old uğu üçün İddiaçı 26.05.1986-cı il tarixdən hal-hazıradək əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı 26.05.1986-cı il tarixdən halhazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır.

42. Arayışda iddiaçının Azərbaycan Respublikası N azirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ olduğu qeyd edilmişdir.

43. Siyahının adı çəkilən bölməsində elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatından və fəhlələrdən bəhs olunur.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda Xİİİ bölmə Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı, 2140000a-13790, qazanxana, turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançıla r) peşələri nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”, bölmə

24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar).

45. Apelyasiya instansiyası məhkəməsi qərarında bildirmişdir ki, iddiaçının işlədiyi müəssisə "xxxx" ASC-nin tərkibində olduğundan, onun çalışdığı peşələr Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq Siyahının 24-cü bölməsində nəzərdə tutulmuş Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid olmalıdır. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsində (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) kran maşinistləri peşəsindən yalnız “qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar)” nəzərdə tutulmuş, iddiaçının işlədiyi peşə, yəni “X3 və Təmiri Sexin “X5 istismarı briqadasında” kran maşınist” peşəsi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi peşə həmçinin hal-hazırda qüvvədən düşmüş Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə qəbul edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Qərarının Xİİİ bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı) kran maşinisti peşəsi nəzərdə tutulmamışdır.

46. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hər hansı mötəbər sübutla əsaslandırmamış, iddiaçının iş yerindən verilmiş işin xarakteri haqqında arayışda olan məlumatları yoxlamamış, iddiaçının işlədiyi peşənin həqiqətən Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda hansı peşə ilə üst-üstə düşməsini, siyahıda olan hansı peşənin iddiaçının işləmiş olduğu peşənin vəzifə, funksiya və xarakteri ilə eyni olması barədə iş yerindən əlavə məlumat almamış, 1 yanvar 2006-cı ilə qədər hansı dövrün güzəştli şərtlə yaşa görə pensiy a hüququ verən peşə olmasını müəyyən etməmişdir.

47. Odur ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyindən qəbul etdiyi qərar ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti təmin olunmalı, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.

48. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-899/2021 saylı 20 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar