Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1803/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin in tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1355/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Qərvənd pambıq məntəqəsində fəhlə işləmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər 12 nömrəli orta texniki-peşə məktəbində təhsil almış, xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilədək “Lenin neft” Neft-Qaz Çıxarma İdarəsində kompressor qurğularının maşınisti peşəsində, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək həmin idarədə elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, xx.xx.1995-ci ildən xx.xx.2003-cü ilədək qaz-kompressor sexində elektrik montyoru, xx.xx.2003-cü ildən xx.xx.2011-ci ilədək "xxxx" Müştərək müəssisəsində elektrik avadanlıqlarının quraşdırılması, təmiri və elektrik təchizatı sahəsində elektromontyor peşəsində işləmişdir.
2. İddiaçı 1 sentyabr 1984-cü ildə Bakı şəhəri 12 nömrəli texniki-peşə məktəbinə daxil olmuş və 26 aprel 1985-ci ildə soyuq kompressor qurğularının maşinisti peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir.
3. SOCAR-ın 4 iyun 2019-cu il tarixli “iş stajı haqqında” arxiv arayışına əsasən, SOCAR-ın Baş ofisinin Mərkəzi Arx ivində saxlanılan sənədlərə görə xx xxxxxx 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 7 iyun 1985-ci ildə (235/k nömrəli, 10 iyun 1985-ci il tarixli əmr) “Leninneft” NQÇİ-nin (sonrakı adı “Balaxanı neft NQÇİ) Qaz kompressor sexinə kompressor qurğularının 4-cü dərəcəli maşinisti peşəsinə işə qəbul edilmişdir. 20 noyabr 1989-cu ildə (əmr 669 nömrəli, 30 noyabr 1989-cu il) kompressor qurğularının 5-ci dərəcəli maşinisti peşəsinə keçirilmişdir. 1 noyabr 1991-ci ildə (əmr 330/5 nömrəli, 31 oktyabr 1991-ci il) elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. 28 fevral 1995-ci ildə (əmr 64/k nömrəli, 28 fevral 1995-ci il) Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən "xxxx" MM-ə köçürülməsi ilə əlaqədar işdən azad olunmuş dur.
4. SOCAR-ın 19 fevral 2019-cu il tarixli arayışına əsasən, İddiaçı, həqiqətən də SOCAR-in Kompleks qazma işləri trestinin müxtəlif idarələrində işləmişdir. X2 İdarəsi üzrə - 10 oktyabr 2006-cı il tarixdən 22 aprel 2013-cü il tarixə kimi elektrik avadanliqlarının təmiri sexində elektrik montyoru, 22 aprel 2013-cü il tarixdən 3 fevral 2014-cü il tarixə kimi qazmaya xidmət edən elektrik montyoru işləmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin Kompleks qazma işləri tresti üzrə - 4 fevral 2014-cü ildən hal-hazıra kimi Kompleks qazma işləri trestinin Abşeron İstehsalat bölümündə qazmaya xidmət edən elektrik montyoru peşəsində işləyir. 5. "xxxx" MMC-nin 11 iyun 2019-cu il tarixli, 24 nömrəli güzəştli arayışına əsasən, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar ta rixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 10.2 yarımbəndinin “a” bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. "xxxx" MMC-nin elektrik avadanlıqlarına xidmət və elektrik təchizatı sexində xx.xx.1995-ci il tarixindən xx.xx.2014-cü il tarixinə kimi elektrik montyoru peşəsi üzrə "xxxx" MMC-də güzəştli şərtlə əmək stajı 19 il 5 ay 27 gün təşkil edir.
6. SOCAR-ın 1 aprel 2022-ci il tarixli arxiv arayışında, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci ildə (əmr N° 235/k, xx.xx.1985-ci il) “Lenin neft” Neft və Qazçıxarma İdarəsinin Qaz-kompressor sexinə kompressor qurğularının 4-cü dərəcəli maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.1989-cu ildə (əmr N° 669/k, xx.xx.1989-c u il) kompressor qurğularının 5-ci dərəcəli maşinisti peşəsinə keçirilmişdir. xx.xx.1991-ci ildə (əmr N° 330/k, xx.xx.1991 -ci il) həmin sexdə elektrik avadanlığının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 173 nömrəli qərarına və “Azneft” İB-nin xx.xx.1992-ci il tarixli, 111 nömrəli əmrinə əsasən “Leninneft” NQÇİ ‘Balaxanı neft” NQÇİ adlandırılmışdır. xx.xx.1995-ci ildə (əmr N° 64/k, xx.xx.1995-ci il) Azərbaycan Respublikası ƏQM-in 36-cı maddəsinin 5-ci bəndinə əsasən "xxxx" MM-ə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur.
7. SOCAR tərəfindən təqdim edilmiş 26 aprel 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş SOCAR*** *******80020123X00102 nömrəli 01 aprel 2022-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı «Balaxanı neft» Neft və Qazçıxarma idarəsinin (keçmiş «Leninneft» NQÇİ) Qaz kompressor sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək kompressor qurğularının maşinisti, həmin sexdə 01.11,1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir
8. İddiaçı cavabdeh orqana müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
9. Cavabdeh orqanın 24 iyul 2020-ci il tarixli imtina məktubunda iddiaçının ümumi iş stajının 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az təşkil etdiyi bildirilmişdir. Bu səbəbdən də, qanunvericiliyin tələbləri baxımınd an güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmadığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 24 yanvar 2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə 1 sentyabr 1979-cu ildə başlamışdır və hal-hazırda da əmək fəaliyyətinə davam edir. 57 yaşı tamam olan zaman güzəştli pensiya hüququ yarandığı üçün cavabdehə müraciət etmiş, lakin ona pensiya təyin olunmasından imtina edilmişdir. Halbuki, qanunla tələb olunan ümumi və güzəştli iş stajına malikd ir.
12. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.T.Hacıbəyova) iddia tələbi təmin olunmuş, iddiaçıya 57 yaşının tamam olduğu 24 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixinədək qanunla tələb oluna 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajını toplamışdır. Belə ki, onun iş stajı-əmək kitabçası, SOCAR-ın 4 iyun 2019-cu il tarixli və 19 fevral 2019-cu il tarixli arayışları, "xxxx" MMC-nin 11 iyun 2019-cu il tarixli, 24 nömrəli güzəş tli arayışları ilə təsdiq edilir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2021 nömrəli, 10 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmir.
18. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)92/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və İ.K.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarının hərtərəfli araşdırılması prinsipinə əsasən iddiaçının qanunla tələb olunan xüsusi iş stajına malik olub-olmaması istiqamətində araşdırma aparılmalı, bununla bağlı iddiaçının işlədiyi müəssisələrə sorğu verilməli idi. Bundan əlavə, iş materiallarında olan "xxxx" MMC-nin 11 iyun 2019-cu il tarixli, 24 nömrəli güzəştli arayışının məzmunu apellyasiya instansiya məhkəməsi tərəfindən yetərli hesab edilməmiş, buna baxmayaraq, məhkəmə yeni güzəştli arayışın təqdim edilməsi yükünü iddiaçının üzərinə qoymuş, öz təşəbbüsü ilə arayışın əldə edilməsi istiqamətində tədbir görməmişdir. Nəzərə alınmalıdır ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq i cra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsi tərəfindən "xxxx" MMC-yə verilmiş sorğuya 25 aprel 2022-ci il tarixli, 227 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC karbohidrogenlərin kəşfi, işlənməsi və hasilatı üzrə fəaliyyət göstərir və neft-qaz və qaz kondensatının hasilatı ilə məşğuldur. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1995-ci il tarixdə “Azgerneft" MMC-nin Kompressor qurğuları sexinə 5-ci dərəcəli elektrik montyoru peşəsinə qəbul edilib (2k xx.xx.1995 əmr əlavə olunur) və xx.xx.2014-cü il tarixdə öz xahişi ilə işdən azad edilib (172K xx.xx.2014 əmr əlavə olunur). xx.xx.1962-ci İl təvəllüdlü İddiaçı çalışdığı kompressor qur ğuları üzrə elektrik montyoru peşəsi Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında əks olunmamışdır.”
22. Məhkəmə tərəfindən yenidən sorğu verilmiş və "xxxx" MMC tərəfindən təqdim edilmiş 23 may 2022-ci il tarixli, 281 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1962-ci İl təvəllüdlü İddiaçı işlədiyi elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin 2 nömrəli siyahısı”nda Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasil atı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin (********), 2.“Neft-qaz və qaz kondensatının hasilatı" yarımbölməsinin (********), a) fəhlələr hissəsinin (2130200), “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” bəndinə aiddir (kod: 2130200a19861). Məktuba qeyd edilən peşənin vəzifə təlimatı əlavə edilmişdir.
23. Məhkəmə tərəfindən “Balaxanıneft” NQÇİ-yə sorğu verilmiş və həmin sorğuya 15 aprel 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müraciət baxılması üçün aidiyyatı üzrə Azərbaycan Dövlət Neft Şirkəti Baş Ofisinin Mərkəzi Arxivinə göndərilmişdir.
24. SOCAR tərəfindən təqdim edilmiş 26 aprel 2022-ci il tarixli SOCAR**********30490075X00194 nömrəl i məktubda qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş SOCAR**********80020123X00102 nömrəli, 01 aprel 2022-ci il tarixli arxiv arayışından xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək «Balaxanıneft» Neft və Qazçıxarma İdarəsinin (keçmiş «Leninneft» NQÇİ) Qaz kompressor sexində kompressor qurğularının maşinisti, 01.11,1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək həmin sexdə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işlədiyi müəyyən olunur. İddiaçı «Balaxanıneft» NQÇİ-nin Qaz kompressor sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (06 il 04 ay 25 gün) işlədiyi kompressor qurğularının maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 33-cü «Ümumi peşələr» bölməsində 23200000-14257 kodu ilə qeyd edilmiş «qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşınistləri» peşəsi ilə eynilik təşkil edir. Eyni zamanda, məktubda «Balaxanıneft» Neft və Qazçıxarma İdarəsinin neft-qaz və qaz kondensatının hasil edilməsi (çıxarılması) istiqamətində fəaliyyət göstərdiyi bildirilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1355/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə /səd rlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
27. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
28. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1. Ə mək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 31. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu Maddə
13. Redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti nə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
32. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəm əsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hər tərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. Hazırkı mübahisəyə münasibətdə cavabdehin əsas dəlili iddiaçının ümumi iş stajının 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az olması ilə bağlıdır. Həmçinin iddiaçının stajının hesablanmasına dair cavabdeh tərəfindən tərtib olunmuş cədvələ əsasən, iddiaçının 1 sentyabr 1979-cu il tarixdən 1 aprel 1980-cı il tarixədək və 1 sentyabr 1982-ci il tarixdən 31 avqust 1984-cü il tarixədək olan iş stajını cavabdeh nəzərə almamış, nəticədə iddiaçının 22 il 10 ay 11 gün iş stajının olduğu qənaətinə gəlmişdir.
42. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının 1 sentyabr 1979-cu il tarixdən 1 aprel 1980-ci il tarixədək Qərvənd pambıq məntəqəsində işlədiyi dövrün nəzərə alınmamasına rəğmən, iddiaçıya aid əmək kitabçasının həmin dövrə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, əmək kitabçasında qeyd edilmiş məlumatların qarşılıqlı yoxlanılmasının hər hansı səbəbdən (məsələn, müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən) mümkün olmaması iddiaçının təqsirli davranışı kimi qiymətləndirilə və bunun üzərindən onun ziyanına təfsir oluna bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, həmin halın mövcudluğu belə özü-özlüyündə qanunvericilikdə pensiya hüququnun təmin edilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, əmək kitabçasında qeyd edilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması, iddiaçının təqsiri ilə bağlı olmadığından, onun hüquqlarını məhdudlaşdıran nəticələr doğura bilməz.
43. İddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan SSR-in Geologiya İdarəsində işlədiyi dövr mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur. Belə ki, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Xidməti tərəfindən verilmiş 18/133 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 04 sentyabr 1982-ci ildə Hidrogeologiya və mühəndis geologiyası ekspedisiyasının Qarabağ Hidrogeoloji partiyasına ikinci dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmiş, 31 avqust 1984-cü il tarixdə ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Məktuba əlavə edilmiş əmək haqqı cədvəlindən görünür ki, iddiaçı 1982-1984cü illər üzrə 25 ay əmək haqqı almışdır.
44. Yuxarıda istinad ed ilən normalara görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
45. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə (əmək kitabçası, hərbi bilet, arayışlar, diplom ) əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə 57 yaşı (5 5+2) tamam olmuşdur. xx.xx.2006-cı il tarixədək iddiaçı 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli əmək stajını toplamışdır. Bu baxımdan iddiaçının 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
46. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə g əldiyi nəticə əsaslı və düzgün olmuşdur. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1355/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.