Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1803/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsinə görə cərimənin təyin edilməsinin qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə “məhkəmə qəra rının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” məsələsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2-1(103)1575/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.1970-xx.xx.1975-ci illər ərzində ali məktəbdə əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və xx.xx.2008-xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş 581 07,37 lari sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. 2. 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinin 2-1(81)-2113/2018 saylı 30 may 2018ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı xx.xx.1970-xx.xx.1975-ci illər ərzində ali məktəbdə əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və xx.xx.2008-xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fоndunun Səbail rаyоn şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2112/2018 saylı, 01 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-629/2019 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2112/2018 saylı iş üzrə 01 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılm ası qərara alınmışdır.
5. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra, 12 aprel 2019-cu il tarixdə icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon Şöbəsinə göndərilmişdir.
6. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə qərarının icra edilmədiyini bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
7. Məhkəmə tərəfindən 29 noyabr 2019-cu il tarixdə icra vərəqəsi verilmiş və Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.
8. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)2113/2018 saylı 30 may 2018-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2113/2018 saylı, 18 may 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-298/2023 saylı işi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2113/2018 saylı, 18 may 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Məhkəmə cavabdeh inzibati orqana qərarın icra edilmədiyi halda məcburi icra tədbirlərinin (cərimənin) tətbiq ediləcəyi barədə xəbərdarlıq göndərmişdir.
12. Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 09 iyun 2023-cü il tarixli, 3-17-1/2-131517/2023 saylı məktubda birinci instansiya məhkəməsinə bildirilmişdir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2- 1(81)-2113/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında pensiya təyinatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" 3 fevral 1993-cü il tarixli Saziş ilə əsaslandırmışdır. Fondun Bakı şəhəri üzrə 1 saylı xidmət nümayəndəliyi tərəfindən İddiaçı təhsil aldığı dövr (xx.xx.1970-xx.xx.1975) sığorta stajına daxil edilmiş və ümumilikdə xx.xx.2006-cı il tarixinədək 34 il 10 ay 29 gün sığorta stajı nəzərə alınmaqla əmək pensiyası xx.xx.2016-cı il tarixdən yenidən hesablanmışdır. Eyni zamanda, keçmiş dövr üçün yaranmış 508,82 manat fərq məbləği vətəndaşa tam şəkildə ödənilmişdir. Həmçinin, məhkəmə qərarına əsasən xx.xx.2008-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək Gürcüstan Respublikasında əmək fəaliyyəti dövrləri pensiya hüququnun yaranmasında nəzərə alınsa da, Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta ödənişlərinin əmək pensiyasının hesablanmasında nəzərə alınması yuxarıda qeyd olunan Sazişə, eləcə də Azərbaycan və Gürcüstan Respublikalarının müvafiq qanunvericilik aktlarına əsasən mümkün deyildir. Belə ki, Sazişdə iş stajının hesablanması zamanı sığorta haqqının ödənilməsi əsas şərt kimi müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixindən isə Gürcüstan Respublikasında “İcbari sığorta haqqında” Qanun ləğv edildiyi üçün müvafiq sığorta haqlarının tutulması dayandırılmışdır. Təqdim edilmiş xx.xx.2017-ci il tarixli SOCAR-a məxsus arayışdan görünür ki, xx.xx.2008-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək “X1” MM C-də əmək fəaliyyəti dövrləri üzrə ödənilmiş əmək haqqından yalnız gəlir vergisi tutulmuş, sığorta haqqının tutulması barədə isə heç bir qeyd aparılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)2113/2018 saylı qərarının icrasının təmin edilməsi məqsədilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, əmək pensiyasının məbləği xx.xx.2008-xx.xx.2011-ci illər üzrə aldığı cəmi 134547,15 manat əməkhaqqının 3 faizi nəzərə alınmaqla (4036,41 manat məbləğində formalaşan pensiya kapitalına əsasən) yenidən hesablanmış və xx.xx.2016-cı il tarixindən 231,65 manatdan 250,96 manata çatdırılmışdır. Əmək pensiyasının məbləği indeksləşdirilməklə xx.xx.2017-ci il tarixindən 279,68 manata, xx.xx.2018-ci il tarixindən 295,62 manata, xx.xx.2019- cu il tarixindən 304,49 manata, xx.xx.2020-ci il tarixindən 355,04 manata, xx.xx.2021-ci il tarixindən 395,51 manata, xx.xx.2022-ci il tarixindən 408,96 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2113/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinin 2-1(81)2113/2018 saylı iş üzrə qəbul etdiyi 30 may 2018-ci il tarixli qərarını icra etmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin еdilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 500 manat məbləğində cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır..
14. Məhkəmə hesab etmişdir ki, borclu inzibati orqanı tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi aşkardır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarı ilə iddiaçının xx.xx.2008-ci - xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalı (Gürcüstan larisinin Azərbaycan manatına qarşı məzənnəsi) nəzərə alınmaqla iddiaçının pensiyanın yenidən hesablanmasından yayınır. Halbuki, hazırkı iş üzrə məhkəmə qərarı ilə müəyyən edildiyi kimi, iddiaçının əmək pensiyası məbləği 27442,90 manat (58107,37 lari) məbləğində pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanılmalıdır.
15. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(103)-1575/2024 nömrəli qərardadı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2113/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “...1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2113/2018 nö mrəli 30 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçı 01 sentyabr 2008-ci ildən 17 dekabr 2011-ci il tarixinə qədər Gürcüstanda yerləşən “X1” MMC-də işləmiş və «X1» MMC-də işlədiyi müddətdə onun 2008-ci ildə vergi tutulan gəliri 22.591,56 lari, 2009-cu ildə 73.987,16 lari, 2010-cu ildə 88.172,60 lari, 2011ci ildə 100.137,66 lari olmuş və mədaxil olunan vergi 58107,37 lari təşkil etmişdir. İddiaçının rəsmi qaydada əmək fəaliyyəti göstərməsi zamanı ondan vergilərin tutulması ilə yanaşı məcburi dövlət sosial sığorta haqları da tutulmuşdur ki, həmin məbləğlər onun pensiya kapitalını təşkil edir. Qeyd olunan qərarın qanuniliyi və əsaslılığı Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən yoxlanılmış və dəyişdirilmədən saxlanılmışdır....qanuniliyi v ə əsaslılığı yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılan və dəyişdirilmədən saxlanılan qərarda göstərilən halın, göstərilməməsinə istinad edərək həmin qərarın cavabdeh tərəfindən tam olaraq icra edilməməsi anlaşılan deyil. Hazırki halda belə başa düşülür ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarı uzun illərdir ki, heç bir əsas olmadan, qanunsuz olaraq icra edilmir.”
18. Apellyasiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 118, 120-ci maddələrinə və “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinad etmişdir.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Kassator qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdən Gürcüstan Respublikasında “İcbari sığorta haqqında" Qanun ləğv edildiyi üçün müvafiq sığorta haqlarının tutulması dayandırılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli SOCAR-a məxsus arayışdan göründüyü kimi xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “X1” MMC-də əmək fəaliyyəti dövrləri üzrə ödənilmiş əməkhaqqından yalnız gəlir vergisi tutulmuş, sığorta haqqının tutulması barədə isə heç bir qeyd aparılmamışdır. Müvafiq məqam 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-2113/2018 nömrəli 30 may 2018-ci il tarixli qərarında öz təsbitini tapmışdır. Belə ki qərarın əsaslandırı cı hissəsində qeyd olunmuşdur, "iddiaçı 01 sentyabr 2008-ci ildən 17 dekabr 2011-ci il tarixinə qədər Gürcüstanda yerləşən “X1’' MMC-də işləmiş və “X1” MMC-də işlədiyi müddətdə onun 2008-ci ildə vergi tutulan gəliri 22591,56 lari, 2009-cu ildə 73897,16 lari, 2010-cu ildə 88112,60 lari, 2011-cİ ildə 100137,66 lari olmuşdur, mədaxil olunan vergi 58107,37 lari təşkil etmişdir. Belə olan halda iddiaçının rəsmi qaydada əmək fəaliyyəti göstərməsi zamanı ondan vergilərin tutulması ilə yanası məcburi dövlət sosial sığorta haqları da tutulmuşdur ki, həmin məbləğlər onun pensiya kapitalını təşkil edir”. Göründüyü kimi müvafiq qərarda iddiaçının əməkhaqqından sosial sığorta haqlarının tutulması hər hansı bir sənədlə müəyyən olunmamış, sadəcə təxmin edilmişdir. İddiaçi İddiaçı tərəfindən təqdim olun an xx.xx.2017ci il tarixli arayışda qeyd olunan məbləğ onun əməkhaqqından tutulan gəlir vergisidir. Belə ki gəlir vergisinin pensiya hesablanmasında nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır.
21. Lakin cavabdeh tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018ci il tarixli 2-1 (81 )-2113/2018 saylı qərarının icrasının təmin edilməsi məqsədilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.3-cü maddəsinə (14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı sığortaolunan tərəfindən Ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi təşkil edir) uyğun olaraq, əmək pensiyasının məbləği xx.xx.2008-xx.xx.2011-ci i llər üzrə aldığı cəmi 134547,15 manat əməkhaqqının 3 faizi nəzərə alınmaqla (4036,41 manat məbləğində formalaşan pensiya kapitalına əsasən) yenidən hesablanmış və xx.xx.2016-cı il tarixindən 231,65 manatdan 250,96 manata çatdırılmışdır.
22. Bundan əlavə apellyasiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadında qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2113/2018 nömrəli 30 may 2018-ci il tarixli qərarı ilə müəyyən edildiyi kimi xx.xx.2008- xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınmalıdır. Lakin dəqiq 27442,90 manat (58107,37 lari) məbləğin pensiya kapitalı kimi nəzərə alınmaqla yenidən hesablanması sözügedən məhkəmə qərarında qeyd olunmamışdır.
23. Kas sator hesab edir ki, sözügedən qərar tam və qanunvericiliyin tələblərinə uyğun qaydada icra edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Sosial sığorta haqqında” Qanun: Maddə
14. Məcburi dövlət sosial sığorta haqqı 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər g əlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi....
26. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş ş ikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq ed ir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılaca qdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir.
30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadının ləğvini və ərizənin rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
31. Hazırkı mübahisə mahiyyət etibarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2113/2018 nömrəli 30 may 2018-ci il tarixli qərarın icra edilməməsinə görə cavabdehə 500 manat həcmində cərimənin tətbiqi ilə bağlıdır.
32. Apellyasiya məhkəməsi cavabdehin cərimə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərkən mövqeyini o nunla əsaslandırmışdır ki, iddiaçı 01 sentyabr 2008-ci ildən 17 dekabr 2011-ci il tarixinə qədər Gürcüstanda yerləşən “X1” MMC-də işləmiş və “X1” MMC-də işlədiyi müddətdə onun 2008-ci ildə vergi tutulan gəliri 22.591,56 lari, 2009-cu ildə 73.987,16 lari, 2010-cu ildə 88.172,60 lari, 2011-ci ildə 100.137,66 lari olmuş və mədaxil olunan vergi 58107,37 lari təşkil etmişdir. İddiaçının rəsmi qaydada əmək fəaliyyəti göstərməsi zamanı ondan vergilərin tutulması ilə yanaşı məcburi dövlət sosial sığorta haqları da tutulmuşdur ki, həmin məbləğlər onun pensiya kapitalını təşkil edir.
33. Göründüyü kimi, iddiaçı Gürcüstanda xx.xx.2008-xx.xx.2011-ci illərdə işləyərkən onun əmək haqqısından tutulmuş 58107,37 lari məbləğinin, onun əmək pensiyasını yenidən hesablayarkən nəzərə alınmasını tələb edir.
34. Əvvəla qeyd edilməlidir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)2113/2018 nömrəli 30 may 2018-ci il tarixli qərarında iddiaçının xx.xx.2008-xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması vəzifəsinin cavabdeh DSMF Səbail RŞ-nə həvalə edilməsi qeyd olunmuşdur.
35. Göründüyü kimi, həmin qərarın nəticə hissəsində DSMF-nin müvafiq şöbəsinin üzərinə konkret olaraq 58107,37 lari məbləğinin nəzərə alınması qeyd edilməmişdir.
36. Digər tərəfdən işdən görünür ki, qeyd edilən 58107,37 lari məbləği iddiaçıdan xx.xx.2008-xx.xx.2011-ci illər dövründə tutulan sosial sığorta haqqı deyil, gəlir vergisidir. Gəlir vergisinin isə pensiya hesablanmasında nəzərə alınması qanunvericilikd ə nəzərdə tutulmamışdır.
37. İddiaçının işlədiyi dövrdə Gürcüstan Respublikasında “İcbari sığorta haqqında" Qanun ləğv edildiyi üçün müvafiq sığorta haqlarının tutulması dayandırılmış və iddiaçının əmək haqqısından həmin ödənişlər tutulmamışdır.
38. Bu səbəbdən cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2113/2018 saylı 30 may 2018-ci il tarixli qərarına izah verilməsini xahiş etmiş, lakin onun ərizəsi təmin edilməmişdir.
39. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh haqlı olaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-2113/2018 saylı qərarının icrasının təmin edilməsi məqsədilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.3-cü maddəsinə uyğun olaraq, əmək pensiyası nın məbləği xx.xx.2008-xx.xx.2011-ci illər üzrə aldığı cəmi 134547,15 manat əməkhaqqının 3 faizi nəzərə alınmaqla (4036,41 manat məbləğində formalaşan pensiya kapitalına əsasən) yenidən hesablanmış və xx.xx.2016-cı il tarixindən 231,65 manatdan 250,96 manata çatdırılmışdır. Əmək pensiyasının məbləği indeksləşdirilməklə xx.xx.2017-ci il tarixindən 279,68 manata, xx.xx.2018-ci il tarixindən 295,62 manata, xx.xx.2019-cu il tarixindən 304,49 manata, xx.xx.2020-ci il tarixindən 355,04 manata, xx.xx.2021-ci il tarixindən 395,51 manata, xx.xx.2022-ci il tarixindən 408,96 manata çatdırılmışdır.
40. Nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin cavabdehə 500 manat məbləğində cərimənin təyin edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlamaqla haqlı sayıla bilməz.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli 2-1(103)1575/2024 nömrəli qərardadı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və ərizə rədd edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli 21(103)-1575/2024 nömrəli qərardadı ləğv edilsin. Ərizə rədd edilsin. Qərar qətidir.