Məhkəmə qərarları › İş №2-1(102)-1803/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1803/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1803/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, mübahisə hüquqmüəyyənedici sənəd hesab edilməsi mümkünlüyü olunan sxemin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehin üzərinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X2 məxsus sahəsi 40,25 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş texniki pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-6/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ümumi sahəsi 40,25 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla, onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, müvafiq çıxarış verilmiş (2017-ci ildə), əvvəlki sahibin adına texniki pasport tərtib edilmiş, həmin texniki pasportun məzmununda ümumi sahəsi 40,25 kv.m, əsas sahə 23,5 kv.m, köməkçi sahə 16,75 kv.m qeyd edilmişdir, lakin iddiaçının adına texniki pasport tərtib edilməmişdir.

2. Ümumi sahəsi 40,3 kv.m olan qeyri-yaşayış sahəsi üçüncü şəxs X2 məxsus olmaqla, onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, müvafiq çıxarış verilmiş (2014-cü ildə), texniki pasport tərtib edilmiş, texniki pasportda dəhliz 10,3 kv.m və köməkçi otaq 7,3 kv.m olmaqla, köməkçi sahəsi 17,3 kv.m və ticarət sahəsi 23 kv.m olmaqla, cəmi 40,3 kv.m sahə olması əks olunmuşdur.

3. Üçüncü şəxs H.Bağıyevin qey d edilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas olan sənədlər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında” Şəhadətnamə və tərtib edilmiş sxem olmuşdur, sxemdə dəhliz sahəsi 10.1 kv.m qeyd edilməklə, ümumi sahənin (40.3 kv.m) tərkib hissəsi kimi əks olunmuşdur.

4. Üçünücü şəxs H.Bağıyev həmin əmlakı 1996-cı il tarixdə keçirilmiş auksionda almış və Xidmətlə onun arasında 10 sentyabr 1996-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır, İddiaçı isə özünə məxsus olan əmlakı alqı-satqı müqaviləsi əsasında almış və onun əsasında iddiaçının adına 16 oktyabr 2000-ci il tarixdə şəhadətnamə verilmişdir. 5. 10 sentyabr 2015-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (xx.xx.2016-cı ildə qüvvəyə minmiş) ilə İddiaçı üçüncü şəxs (cavabdeh) H.Bağıyevə qarşı 40,25 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin dəhlizində inşa etdiyi divarın cavabdehin hesabına sökülməsi və dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi, ümumi dəhlizdən və sanitar qovşaqdan istifadəyə olan maneənin cavabdehə qadağan edilməsi qət edilmişdir (MPM-in 82.3-cü maddəsinin tələbi baxımından qeyd edilməlidir ki, həmin iş üzrə iddia tələbi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin dəhlizində inşa edilmiş divar və həmin dəhlizlə bağlı olmuşdur).

6. İş materiallarında olan və tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçının faktiki istifadəsində olan sahə 26,65 kv.m, üçüncü şəxsin istifadəsində olan sahə 7,4 kv.m çox sahə təşkil etmiş, ümumi sahə texniki pasport və çıxarış məlumatları ilə uyğun olma dığından, üst-üstə düşməsi halını müəyyən etmək mümkün olmamış, tədqiq olunan dəhliz üçüncü şəxsə aid texniki pasportda öz əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXyə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X2 məxsus sahəsi 40,25 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş texniki pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmə si vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 2 saylı binada yerləşən keçmiş bərbərxana sahəsi 40,25 kv.m olan qeyri-yaşayış sahəsi özəlləşdirilməyə çıxarılmış, bu zaman Dövlət Əmlak Nazirliyinin məktubu əsasında Sumqayıt Texniki İnventarlaşdırma İdarəsi tərəfindən 1997-ci ildə texniki pasport tərtib edilmiş, məhz bu texniki ölçülərdə qeyri-yaşayış sahəsi hərraca çıxarılmış və Dövlət Əmlak Nazirliyinin keçirdiyi auksion nəticəsində iddiaçı tərəfindən alınmış və bu əsasla ona “Mülkiyyət hüququ haqqında” şəhadətnamə verilmişdir. Onun sahəsi ilə qonşuluqda olan Hüseynağa Bağıyev onun mülkiyyətində olan dəhlizin yarısını qanunsuz olaraq zəbt etmiş və divar çəkərək oradan özbaşına istifadə etməyə başlamışdır. Onun bu qanunsuz hərəkətləri ilə bağlı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ciil tarixli qətnaməsinə əsasən, dəhliz onun mülkiyyətində hesab edilərək, H.Bağıyevin ona məxsus 40,25 kv.m qeyri-yaşayış sahəsinin dəhlizində inşa etdiyi divarın onun öz hesabına sökülməsi, dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi, dəhlizdən və sanitar qovşaqdan istifadəyə olan maneənin ona qadağan edilməsi qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və icra olunaraq ona məxsus dəhlizdə H.Bağıyevin inşa etdiyi divar onun öz hesabına sökülmüş və dəhlizin əvvəlki vəziyyəti bərpa edilmişdir. Lakin H.Bağıyev hələ də həmin dəhlizin bir hissəsindən qeyri-qanuni olaraq öz məqsədləri üçün istifadə e dir. İcra zamanı ona məlum olmuşdur ki, məhkəmə mübahisələri gedən dövrdə H.Bağıyev saxta yollarla, DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin əməkdaşlarını aldadaraq və yaxud onların səhlənkarlığından istifadə edərək texniki pasportda onun sahəsi kimi göstərilən və 1997-ci ildən mülkiyyətində olan dəhlizin yarısını öz sahəsi kimi mülkiyyətinə və öz sahəsinin texniki sənədlərinə daxil etmişdir. Ərazi idarəsi ona bu barədə çıxarış və texniki pasport vermişdir. Bu barədə 2 saylı Ərazi İdarəsinə və ƏMDK-ya rəsmi müraciət etmişdir. Bu ərizə nəticəsində ona öz sahəsinə dair mülkiyyət hüququna dair çıxarış versələr də, texniki pasport verilməmiş, səbəb kimi bildirmişlər ki, H.Bağıyevə məxsus çıxarış və texniki pasport qismən etibarsız hesab edilmədən ona texniki pasport verilə bilməz. Bununla bağlı iddi a ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə zamanı ona verilmiş çıxarış və texniki pasportun qanunsuzluğu təsdiq edilmişdir. Cavabdeh idarənin nümayəndəsi də bildirmişdir ki, əvvəlki qətnamələrlə dəhlizin ümumi istifadədə olması sübut edildiyi halda H.Bağıyevin adına verilmiş çıxarış və texniki pasport səhv olmuşdur və bu barədə qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən H.Bağıyevin adına verilmiş çıxarış və texniki pasport qismən, dəhliz hissəsində etibarsız hesab edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən də qanuni hesab edilərək qətnamə qüvvədə saxlanmışdır. Lakin işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılanda məlum olmuşdur ki, mübahisə inzibati o rqana qarşı verildiyi üçün bu işə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Ona görə də, qətnamələr ləğv edilmiş və işə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsini qərardadı ilə işə xitam verilmişdir. İnzibati məhkəməyə müraciət etmək üçün hüquqi əsasların yaranması üçün cavabdeh təşkilata müraciət edərək H.Bağıyevin adına olan çıxarışın qismən, onun dəhlizinə aid hissədə ləğv edilməsini xahiş etmiş, cavabdeh bundan imtina edilmişdir.

9. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 40.3 kv.m olan qeyri-yaşayış sahəsi Dövlət Əmlak Komitəsinin 4 sentyabr 1996-cı il tarixdə keçirdiyi auksionda (protokol № 25) X5 tərəfindən satın alınmış və qeyri-yaşayış sahəsinə dair onunla 10 sentyabr 1996-cı il tarixli alqı-satqı müqavilə si bağlanmışdır. Həmçinin ünvan 2 ünvanda yerləşən “İmdad” İKB-nin 25 saylı bərbərxanasının əmlakı və 40.25 kv.m qeyri-yaşayış sahəsi Dövlət Əmlak Komitəsi ilə bağlanılmış 18 iyun 1997-ci il tarixli, 5813 nömrəli alqı- satqı müqaviləsinə əsasən X1, X12, X6, X3 və X7 tərəfindən özəlləşdirilmişdir və bu barədə onlara 25 iyun 1997-ci il tarixli, 005730 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra, 26 sentyabr 2000-ci il tarixdə X1, X12, X6, X3 və X7 tərəfindən notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsinə əsasən qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı Ağarəsul oğluna satılmışdır, bu barədə ona 16 oktyabr 2000-ci il tarixli, 000386 nömrəli şəhadətnamə verilmişdir. Beləliklə, yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrinin özəlləşdirilməsindən 25 ilə yaxın müddət keçmiş, bu müddət ərzində iddiaçı onun tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin bir hissəsinin X5 tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməsi ilə bağlı mübahisə qaldırmamışdır. Bununla, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) xx.xx.2022-ci il tarixli, 21(118)-474/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X2 məxsus sahəsi 40,25 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 2 saylı S umqayıt Ərazi İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

11. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxslər apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4məruzəçi, X13 və X9) 2-1(105)-6/2025 nömrəli 19 fevral 2025-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-474/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğ v edilməsini və işin yeni məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Mübahisələndirilən sxem qanunsuz olaraq, hansısa məmur tərəfindən özbaşına çəkilmişdir. Özəlləşdirilən kiçik müəssisələr isə belə cızma-qara sxemlə deyil, Əmlak Komitəsinin əvvəlcədən özəlləşdiriləcək müəssisənin adına tərtib edilmiş rəsmi Texniki Pasportla özəlləşdirilir və həmin texniki pasportlarda özəlləşdiriləcək müəssisənin planı, ölçüləri, dislokasiyası və sairə göstərilir (özəlləşdirdirdiyi bərbərxana üçün məhz belə rəsmi texniki pasport tərtib edilib və iş materiallarında mövcuddur). 3-cü şəxs və cavabdeh isə məhkəməyə əl ilə sonradan çəkilmiş cızma-qara sxem təqdim edirlər və 3-cü şəxsin adına 2016-cı ildə, özəlləşm ədən 20 il sonra verilmiş texniki pasport da məhz o əl ilə tərtib edilmiş cızma-qara sxem əsasında verilmişdir ki, o da məhz həmin saxta sxemi mübahisələndirir. Kollegiya isə deyir ki, sən gərək özəlləşməni, çıxarışı mübahisələndirəsən, bu isə qanunsuz nəticədir. Çünki özəlləşmə ilə işi yoxdur, saxta sxemin ləğvini (dəyişdirilməsini) tələb edir. Həmin sxem əvvəllər olmamışdır, çünki 3-cü şəxslə Sumqayıt Şəhər Məhkəməsində məhz indi mübahisələndirdiyi dəhlizlə əlaqədar olan məhkəmə mübahisəsində Sumqayıt Şəhər Məhkəməsinin 2015-ci il tarixli qətnaməsi qəbul edilərkən 3-cü şəxs məhkəməyə belə bir sxem təqdim edə bilməmişdi, çünki bu sxem yox idi. Bu sxemi sonradan başqa yollarla almışlar. 3-cü şəxsin adına verilmiş texniki pasportun da 2016-cı ildə tərtib edilməsi bunu təsdiq edir.

15. Kolle giyanın gəldiyi bu nəticə ilə həm də ona görə razılaşmır ki, 3-cü şəxsə 40 kv metr sahə satılmasını mübahisələndirmişdir, mülkiyyət sənədlərini mübahisələndirməmişdir. Kollegiya yəqin nəzərdən qaçırmışdır ki, hazırda 3-cü şəxsə 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasport və çıxarış məhz cavabdeh tərəfindən tərtib edilmiş həmin mübahisələndirdiyi sxem əsasında verilmişdir. Deməli, əslində mülkiyyət sənədlərini mübahiələndirməkdən də əvvəl, həmin sənədlərin verilməsinə əsas olmuş sxem mübahisələndirilməlidir. Qeyd edilməlidir ki, ilk əvvəl 2 saylı Ərazi İdarəsinə qarşı iddia qaldırmışdır. Həmin məhkəmə baxışı zamanı 2 saylı Ərazi İdarəsi bildirdi ki, onlar texniki pasportu və çıxarışı Əmlak Komitəsindən "faksla" göndərilmiş sxem əsasında vermişlər. Məhz buna görə də Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(118)-334/2021 saylı qərarına əsasən iddia rədd edildi və həmin qərarda məhkəmə izah etdi ki, iddiaçının hüquqlarına toxunan müvafiq sənədi ƏMDK verdiyi üçün iddiaçı həmin orqana qarşı iddia irəli sürməlidir. O da məhz həmin iddia ilə məhkəməyə müraciət etmişdir. İşə baxan apellyasiya instansiyası kollegiyası iddianın məzmun və tələbləri üzrə düzgün nəticəyə ona görə gələ bilməmişlər ki, işin əsl mahiyyətini başa düşməmişlər. Belə ki, 3-cü şəxs həqiqətən də öz atelyesini özəlləşdirib, lakin bu zaman onun əlində texniki pasport olmayıb və hansı ərazini özəlləşdirməsi göstərilməyib, hətta onun şəhadətnaməsində özəlləşdirdiyi yerin sahəsi (ölçüsü) də göstərilməyib. Amma özünün şəhadətnaməsində birbaşa göstərilib ki, 40,25 kv metr sahəni özəlləş dirmişdir. 3-cü şəxs üçün sxem əl ilə, cızma-qara kimi 2016-cı ildə çəkilib və bundan sonra ona 2 saylı Ərazi İdarəsi texniki sənədlər verib. Yuxarıda qeyd etdiyi kimi, özəlləşdirilən obyektlərin texniki pasportu isə özəlləşdirmədən əvvəl tərtib edilir. Necə ki, təqdim etdiyi texniki pasportdan görünür ki, həmin sənəd hələ bərbərxananı özəlləşdirməmişdən əvvəl Əmlak Komitəsi tərəfindən tərtib və təsdiq edilib. Bəs 3-cü şəxsin hanı belə bir texniki pasportu? Yoxdur və ola da bilməzdi. Olsaydı, 2015-ci ildə texniki sənədlərində ərazi kimi göstərilən dəhlizdə üçüncü şəxsin tikdiyi divarın sökülməsi barədə qətnamə qəbul ediləndə təqdim edərdi. Bütün bunlar sübut edir ki, 3-cü şəxsə cavabdeh tərəfindən əl ilə tərtib edilmiş sxem qanuni deyil və özünün texniki pasportunda və özəlləşdirdiyi ərazi yə daxil olan dəhliz hissəsində ləğv edilməlidir. Bu sənədlər və dəlillər sübut edir ki, iddia nəinki mümkün iddiadır, həm də əsaslı iddiadır və təmin edilməlidir, kollegiyanın mümkünsüzlük barədə gəldiyi nəticə isə qanunsuz olduğu üçün bu barədə olan qərardad ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilə n məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (ta m və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdeh in imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, bel ə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübah isənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Kassasiyannı mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldı rılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. İşin hallarından görünür ki, ümumi sahəsi 40,25 kv.m ol an qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçı Quliyev X18 məxsus olmaqla, adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, müvafiq çıxarış verilmiş (2017-ci ildə), ondan əvvəlki sahibin adına texniki pasport tərtib edilmiş, həmin texniki pasportun məzmununda ümumi sahəsi 40,25 kv.m, əsas sahə 23,5 kv.m, köməkçi sahə 16,75 kv.m qeyd edilmişdir, iddiaçının adına texniki pasport tərtib edilməmişdir.

25. İş materiallarından görünür ki, ümumi sahəsi 40,3 kv.m olan qeyri-yaşayış sahəsi üçüncü şəxs X2 məxsus olmaqla, onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, müvafiq çıxarış verilmiş (2014-cü ildə), onun adına texniki pasport tərtib edilmiş, texniki pasportun məzmununda dəhliz 10,3 kv.m və köməkçi otaq 7,3 kv.m olmaqla, ümumi köməkçi sahəsi 17,3 kv.m və ticarət sahəsi 23 kv.m. olmaqla, cəmi 40,3 kv.m sahə olması əks olunmuşdur.

26. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin qeyd edilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas olan sənədlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında” Şəhadətnamə və tərtib edilmiş sxem olmuşdur, sxemdə dəhliz sahəsi 10.1 kv.m qeyd edilməklə, ümumi sahənin (40.3 kv.m) tərkib hissəsi kimi əks olunmuşdur.

27. Eyni zamanda iş materiallarından görünür ki, üçüncü şəxs həmin əmlakı 1996-cı il tarixdə keçirilmiş auksionda satın almış və Komitə ilə onun arasında 10 sentyabr 1996-cı il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı isə özünə məxsus olan əmlakı alqısatqı müqaviləsi əsasın da satın almış və onun əsasında iddiaçının adına 16 oktyabr 2000ci il tarixdə şəhadətnamə verilmişdir. 28. 10 sentyabr 2015-ci il tarixli qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qətnaməsi (xx.xx.2016-cı ildə qüvvəyə minmiş) ilə iddiaçının üçüncü şəxsə qarşı 40,25 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin dəhlizində inşa etdiyi divarın cavabdehin hesabına sökülməsi və dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi, ümumi dəhlizdən və sanitar qovşaqdan istifadəyə olan maneənin cavabdehə qadağan edilməsi qət edilmişdir (MPM-in 82.3-cü maddəsinin tələbi baxımından qeyd edilməlidir ki, həmin iş üzrə iddia tələbi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin dəhlizində inşa edilmiş divar və həmin dəhlizlə bağlı olmuşdur).

29. İş materiallarında olan və tədqiq edilmiş ekspert rəyinin məzmunundan görü nür ki, iddiaçının faktiki istifadəsində olan sahə 26,65 kv.m, üçüncü şəxsin istifadəsində olan sahə 7,4 kv.m çox sahə təşkil etmiş, ümumi sahə texniki pasport və çıxarış məlumatları ilə uyğun olmadığından, üst-üstə düşməsi halını müəyyən etmək mümkün olmamış, tədqiq olunan dəhliz üçüncü şəxsə aid texniki pasportda öz əksini tapmışdır.

30. Apellyasiya məhkəməsinin məhkəmə kollegiyasının iştirakı ilə mütəxəssislər tərəfindən hər iki qeyri-yaşayış sahəsinə yerində baxış keçirilmiş, mütəxəssislər tərəfindən hər iki əmlakın texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həm yerində müayinə zamanı, həm də müayinə aktlarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, hər iki əmlakın yerləşdiyi binada rekonstruksiya işləri aparılmış, onun nəticəsində iddiaçı və üçüncü şəxsi n faktiki istifadəsində olan sahənin ölçüləri daha çoxdur, dəyişiklik edildiyindən üçüncü şəxsin adına tərtib edilmiş sxem və texniki pasportda əks olunmuş dəhliz sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır.

31. Yerində baxış zamanı qeyri-yaşayış sahəsinin çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşdiyi, iddiaçı və üçüncü şəxsə məxsus olan hər iki qeyri-yaşayış sahəsinin qonşu obyektlər olduğu, yanaşı yerləşdiyi, iddiaçının dəhliz kimi istinad etdiyi sahə başqa şəxs tərəfindən emalatxana kimi istifadə olunduğu, həmin sahədən başqa iki ədəd sahəyə giriş-çıxış olduğu müəyyən edilmiş, qeyd edilən sahələrin qapısı bağlı olduğundan, baxış keçirilməsi mümkün olmamış, iddiaçının mülkiyyətində olan 40,25 ha sahə ayrı-ayrı bir neçə sahə olmaqla, yan-yana yerləşməklə, arakəsmə ilə bir-birindən ayrılmaqla ayrı-ayrı obyekt kimi istifadə olunduğu, üçüncü şəxsə məxsus olan 40,3 kv.m olan obyekt arakəsmə ilə bölünməklə ayrı-ayrı sahə kimi istifadə olunduğu, texniki sənədlərdə olan tikililərin sənəddə olduğu kimi mövcudluğu aşkar edilməmiş, texniki sənəddə olan dəhlizin hazırda hansı hissədə yerləşdiyi rekonstruksiya işlərinin görülməsi ilə əlaqədar olaraq mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamış, faktiki olaraq həm iddiaçı, həm də üçüncü şəxsə məxsus olan obyektlərin faktiki ölçüsü sənəd üzrə ölçülərdən çox olduğu, artırma sahələrin olduğu aşkar görünməklə, mütəxəssis tərəfindən müəyyən edilmişdir.

32. İddiaçı məhz üçüncü şəxs tərəfindən 1996-cı il alqı-satqı müqaviləsinə əsasən satın alaraq, özəlləşdirdiyi 40,3 kv.m ümumi sahənin daxilində yerləşən 10.1 kv.m sahədə olan dəhlizlə bağlı hissəni mübahisələndirərək, həmin hissənin iddiaçının adına özəlləşdirmə prosesi zamanı tərtib edilmiş sxemdən çıxarılmasını, habelə sonradan onun əsasında tərtib edilmiş texniki pasportdan çıxarılmasını istəyir.

33. İddiaçı iddia tələbinin əsası kimi o hala istinad edir ki, həmin sahə ümumiyyətlə üçüncü şəxs tərəfindən satın alınmamış, özəlləşdirilən hissəyə aid olmamışdır, bu səbəbdən də çıxarışın verilməsinə əsas olan özəlləşdimə prosesinə aid sənədləri mübahisələndirmək zərurətinin olmadığını bildirmişdir. İddiaçı həmin hala istinad etsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmiş, habelə həmin hal iş materialları əsasında təkzib olunmuşdur.

34. Belə ki, üçüncü şəxsin adına tərtib edilmiş sənədlərin məzmununda və sxemdə dəhlizin sahəsi 10.1 kv.m k imi qeyd edilməklə, ümumi sahə 40.3 kv.m sahənin tərkib hissəsi kimi əks olunmuş, dəhliz sahəsi çıxılmaqla, ümumi 40.3 kv.m sahənin mövcudluğu müəyyən edilməmişdir. 35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

36. İddiaçı üçüncü şəxsin dəhlizə aid hissədə mülkiyyət hüququnu müəyyən edən və onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirmədən, mülkiyyətində olan hissənin texniki sənəddən çıxarılması barədə tələb irəli sürməkdə haqlı olmamışdır.

37. Həmin sahə üçüncü şəxsə mülkiyyət hüququ əsasında məxsus olduğundan və hazırda mülkiyyət hüququnu təsdiq edən sənədlər qüvvədə olmaqla, mübahisələndirilmədiyin dən, texniki sənəddə dəyişiklik edilməsi barədə tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Nəticə etibarilə hazırki iddia mümkün sayılmamalıdır.

38. İddiaçı şikayətində iddianın predmeti olan sxemin üçüncü şəxs tərəfindən saxta yolla tərtib edilməsini bildirsə də, cavabdeh orqanın 2 saylı Sumqayıt Ərazi İdarəsinin (üçüncü şəxsin) məhkəməyə təqdim etdiyi mübahisəli əraziyə dair sənədlərdən tərkibində olan həmin sxemdən görünür ki, aidiyyəti dövlət orqanı tərəfindən tərtib və təsdiq edilmiş, cavabdehin arxivində mövcud olmuşdur.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinə dair, yəni mübahisə açdığı inzibati aktın mövcudluğuna dair sübut təqdim etmədiyindən iddia mümkün sayıla bilməz.

40. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-6/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar