Məhkəmə qərarları › İş №2-1(102)-1804/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1804/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1804/2020 06.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı iş üzrə (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsindən imtina; tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı “diplom üzrə ixtisasın tanınması və ekviv alentliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1093/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2013-cü ildə X1 Universitetinə daxil olmuş və 2017-ci ildə həmin Universiteti bitirmişdir.

2. Dövlət Attestasiya Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə ona “hüquqşünas” ixtisası üzrə B17 143377 nömrəli bakalavr diplomu verilmişdir.

3. Bundan sonra o, həmin diplom üzrə ixtisasının Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İd arəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, aldığı ixtisasın ölkə ərazisində tanması mümkün olmamışdır. İmtinanın səbəbi kimi onun müsahibə zamanı tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ukrayna Respublikasının Sum Dövlət Universiteti tərəfindən iddiaçının adına verilmiş B17 No.143377 nömrəli xx.xx.2017-ci il tarixli diplom üzrə iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsini belə əsasl andırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya şəhadətnamə ekspertiza keçirilmədən verilməli olduğu halda cavabdeh əsassız olaraq ekspertiza keçirmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində qeyd olunan halların heç biri mövcud olmadığına baxmayaraq aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina edilmişdir. Buna görə də iddiaçının aldığı ixtisas ölkə ərazisində tanınmalı və ekvivalentliyinə dair müvafiq şəhadətnamə verilməlidir.

7. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Ekspert qrupu tərəfindən iddiaçının ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya Azərbaycan Respublikası N azirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İİİ. 1.2 maddəsini, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi və Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, onun (iddiaçının) ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)1687/2019-cu il tarixli qərarına görə (hakim – R.L.Kərimli) iddianın rədd edilməsi qərara alınmışdır.

9. Məhk əmə hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi İddiaçı X1 Universitetində təhsil aldığı dövrdə ixtisasının mənimsənilməsi üçün tədris dilini qənaətbəxş səviyyədə bilməməsi əsaslı ilə ona həmin təhsil müəssisəsinin verdiyi diplom üzrə ixtisasın tanınmasından imtina etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, cavabdehin dəlilini təkzib edən hər hansı sübut iddiaçı tərəfindən məhkəmə icraatında təqdim olunmamışdır.

10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1687/2019 nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati K ollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1093/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və A.Ə.Hüseyn) iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1687/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh imtinanı qəbul edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci və 17-ci maddələrinin tələblərini pozmamışdır. Odur ki, iddiaçının tələbi əsassız, cavabdehin imtinası əsaslı olmuşdur.

13. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində, iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.

14. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya ş ikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1093/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c. Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə apelyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı düzgün tətbiq etməmiş və bir sıra prosessual pozuntuya yol verməklə qərar qəbul etmişdir.

16. Belə ki, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” xx.xx.2000-ci il tarixli Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.

17. Həmçinin, «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.6-cı bəndinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir.

18. Göründüyü kimi, iddiaçıya münasibətdə ekspertiza keçirilmədən ekvivalentlik haqqında şəhadətnamə verilməli olsa da, cavabdeh orqan bu normaya əməl etməmiş, məhkəmələr isə bu halı nəzərə almamışlar.

19. Bundan başqa, cavabdeh iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması hər hansı bir mötəbər sübutla (müvafiq ekspert komissiyasının rəyi, disk ə video görüntü) təsdiq olunmamışdır. d. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. e. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazı lması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”.

24. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bənd inin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndində qeyd edilir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət 4 standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

26. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır.

27. Həmin Qaydaların 3.6-cı maddəsinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

28. Həmin Qaydaların 3.7-ci maddəsinə əsasən, 3.6-cı bənddə göstərilən əs asların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil forma sına yol verilmədikdə.

29. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

30. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsas landırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İddiaçının mövqeyinə görə cavabdeh orqan iddiaçıya münasibətdə qanunda nəzərdə tutulmadığı halda ekspertiza keçir miş, bununla qanunvericiliyin tələblərini pozmuş və əsassız olaraq diplomun tanınmasından imtina etmişdir. İddiaçı kassasiya şikayətində də bu dəlillərə istinad edərək aşağı instansiya məhkəmələrinin həmin hala qiymət vermədiyini bildirmişdir.

35. İddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işin apelyasiya instansiyası məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçının ixtisas üzrə tədris dilini bilməsi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına uyğun olaraq yoxlanılaraq iddiaçının tədris dilini tələb olunan səviyyədə bilməməsi müəyyən edildmişdir.

36. Hazırk ı qərarın 23-cü bəndində qeyd olunduğu kimi, hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən diplomun ölkə ərazisində tanınması və ekvivalentin müəyyən edilməsindən imtina edilməsi qanuni və əsaslı olmuşdur

37. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzib ati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

38. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.

39. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxla nılmalıdır. QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1093/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar