Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1805/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərtləri, müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, iddiaçının vəkili Vəkil3, cavabdeh in vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı pensiyanın təyin olunması tələbi barədə inzibati mübahisəyə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1861/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya 3 mart 2 018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 13 iyun 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçıya hüququnun yarandığı 3 mart 2018-ci il tarixdən 220.50 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 dekabr 1974-cü il tarixdən 30 aprel 1987-ci il tarixədək Ermənistan SSR Ararat rayonunda yerləşən Zod qızıl yataq mədənində yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə tam iş günü ərzində fəhlə işlədiy i peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarının 1 saylı Siyahısının birinci bölməsinin dağ-mədən işlərində 1010100a şifrəsinə aid olduğundan 29 il 2 ay sığorta stajına uyğun olaraq və Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal 846 manat orta aylıq əmək haqqı əsas götürülməklə 2006-cı il 1 yanvar tarixdən ona pensiya təyin edilməsi və həmin tarixdən bu günədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10 dekabr 1974-cü il tarixdən 30 aprel 1987-ci il tarixədək Ermənistan SSR Ararat rayonunda yerləşən Zod qızıl yataq mədənidə yeraltı işlərdə, əmək şəraiti xüsusi zərərli və xüsusilə ağır olan mədənçıxarma sənayesində fəhlə, 1987-ci il 6 may tarixdən 1991-ci il 20 fevral tarixə qədər “Oktyabrın 60 illiyi” adına üzümçülük sovxozunda fəhlə, 1991-ci il 1 fevral tarixdən 1999-cu il 5 yanvar tarixədək Kommunal müəssisələri Kombinatında fəhlə və 2002-ci il 1 may tarixdən hazırkı vaxta qədər Xətai rayonu X1 fəhlə işləmişdir. Ümumilikdə 29 il 2 ay iş stajı vardır. 1974-cü il 10 dekabr tarixdən 1987-ci il 30 aprel tarixədək yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə tam iş günü ərzində fəhlə işlədiyi peşə güzəştli iş stajına aiddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli ş ərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının 1-ci bölməsinin Dağ-mədən işlərində 1010100a şifrəsi ilə göstərilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2-1(81)3395/2018 nömrəli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilmiş, iddiaçının 1974-cü il 10 dekabr tarixdən 1987-ci il 30 aprel tarixədək Ermənistan SSR Ararat rayonunda yerləşən Zod qızıl yataq mədənində yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə tam iş günü ərzində fəhlə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarının 1 saylı Siyahısının birinci bölməsinin dağ-mədən işlərində 1010100a şifrəsinə aid olduğundan 29 il 2 ay sığo rta stajına uyğun olaraq və Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal 846 manat orta aylıq əmək haqqı əsas götürülməklə 2006-cı il 1 yanvar tarixdən ona pensiya təyin edilməsi və həmin tarixdən bu günədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarının 1 saylı Siyahısının birinci bölməsinin dağ-mədən işlərində 1010100a şifrəsinə aid olduğundan və onun 29 il 2 ay sığorta stajı mövcud olduğundan iddia əsaslıdır.
8. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2490/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: Ü.A.Mayılov və M.N.Tağızadə) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2-1(81)-3395/2018 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi mümkün olmadığından, eləcə də əhəmiyyətli sayda sübutların araşdırılması zəruri olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
11. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək qərardadı n ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1812/2019 saylı, 29 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: Z.M.Quliyev və N.İ.Rəsulbəyova) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2490/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İPM-in 87.7-ci maddəsinin hazırki işə tətbiqini zəruri edən şərtlər mövcud deyildir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 2-1(103)1938/2019 saylı, 29 avqust 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsi ilə əvəz edilmişdir.
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1938/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2-1(81)3395/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Apelyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir. d) yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə icraat
18. Cavabdeh ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3395/2018 saylı, 19 may 2021-ci il tarixli qərardadı ilə (hakim: Ş.A.Həsənova) yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə mümkün hesab edilməmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi və məhkəmə qərarlarında əksini tapmış Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 2007-ci il üzrə orta aylıq nominal əmək haqqına dair məlumatlar barəsində həmin qərarları əldə edən zaman məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunvericiliklə nəzərdə tutulmuş 3 ay müddəti ötürməklə məhkəməyə təqdim etmişdir.
21. Birinci instansiya məhkəməsinin qərardadından cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1861/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) apelyasiya şikayəti t əmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)3395/2018 saylı, 19 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
22. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının 10.12.1974-cü il tarixdən 30.04.1987ci ilədək Ermənistan SSR Ararat rayonunda yerləşən Zod qızıl yataq mədənində yeraltı işlərdə işlədiyi vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilməmişdir.
24. Həmçinin, iddiaçının 1974-1987-ci illərdə Ermənistan SSR Ararat rayonunda yerləşən Zod qızıl yataq mədənində işləməsinə baxmayaraq həmin dövrün deyil, məcburi köçkünlərin pensiya hesablanması üçün işləmiş olduqları iqtisadiyyat sahələri üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sorğuya cavab olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma üzrə 846 manat əsas götürülməsinin qanunvericiliyə zidd olması məhkəmə kollegiyasının nəzərinə çatdırılmamışdır. Əvvəla, Dövlət Statistika Komitəsinin sözügedən məktubu iş materiallarına əlavə olunmamış, ikin cisi Statistika komitəsindən əldə edilmiş sözügedən arayış iddiaçının mədəndə işlədiyi dövrün deyil, 2007-ci ilin əmək haqqına uyğunlaşdırılıb, lakin adıçəkilən şəxs həmin dövrdə Xətai rayonu, X1 fəhlə işləmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdehin kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
27. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadı nı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə. 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü mad dəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apelyasiya məhkəməsinin qərardadı büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
32. Belə ki, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşd ırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasın ın bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət.
34. Hazırki işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ödənilir.
35. Digər mümkünlük şərti yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlərə əməl edilməsidir.
36. İPM-in tələbinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. ( İPM-in 103.1, 103.2 və 103.3-cü maddələri)
37. Birinci və apelyasiya instansiyası məhkəmələri cavabdehin ərizədə qeyd etdiyi xüsusatları araşdırmış və əsaslı olaraq hesab etmişlər ki, cavabdeh yeni açılmış hallarla bağlı ərizə verilməsi üçün qanuna müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, cavabdeh tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli, 21(81)-3395/2018 №-li qərarı 06.08.2018-ci il tarixdə, Bakı Apelyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixli, 2-1(103)1938/2019 №-li qərarı isə 14.10.2019-cu il tarixdə rəsmi qaydada qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli, 2-1(81)-3395/2018 saylı qərarı 02.12.2019-cu il tarixdə icra olunması üçün cavabdehə göndərilmişdir. Lakin qərarın icrası barədə məhkəməyə rəsmi məlumat verilmədiyindən iddiaçının müraciətinə əsasən cavabdehə 23.10.2020-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Qeyd olunan müddət ərzində məhkəmə qərarının icrası təmin edilmədiyindən iddiaçının müraciəti əsasında 12.11.2020-ci il tarixdə məhkəmə qərarı üzrə icra vərəqəsi verilərək icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurunun 24.11.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi və məhkəmə qərarlarında əksini tapmış Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 2007-ci il üzrə orta aylıq nominal əmək haqqına dair məlumatlar barəsində həmin qərarları əldə edən zaman məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunvericiliklə nəzərdə tutulmuş 3 ay müddəti ötürməklə məhkəməyə təqdim etmişdir. Odur ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1861/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.