Məhkəmə qərarları › İş №2-1(102)-1805/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1805/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1805/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı сavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-cü il təvəllüdlü; FİN: xxxxxxx ) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2-1(103)-1344/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2020-ci il tarixli **********2 saylı və xx.xx.2020-ci il tarixli **********7 saylı eyni məzmunlu məktublarla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Fondun Qazax rayon şöbəsi tərəfindən iddiaçıya 5 may 2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 475,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 304,50 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,38 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 152,25 manat pul təminatı və mükafatlara görə 89,06 manat əlavə olmaqla orta ay lıq əmək haqqı 1383,19 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.19.3-cü maddəsinə əsasən 33 il 1 ay 13 gün qulluq stajına görə orta aylıq əmək haqqının (1383,19 manat) 80 faizi - 1106,55 manat müəyyən edilmişdir. Lakin xx.xx.2017xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 808,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 2382,56 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 520,00 manata artı rılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 327,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 245,25 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 163,50 manat pul təminatı və mükafatlara görə əlavə olmaqla orta aylıq əmək haqqı 1487,25 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən orta aylıq əmək haqqının (1487,25 manat) 80 faizi - 1189,80 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 871,08 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 5736,96 m anat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 780,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə - 457,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 342,75 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,50 manat pul təminatı və mükafatlara görə 146,25 manat əlavə olmaqla orta aylıq əmək haqqı 2088,50 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən ort a aylıq əmək haqqının (2088,50 manat) 80 faizi-1670,80 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 1197,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 5203,77 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə k eçmiş müddət üçün hesablanmış 13323,29 manat fərq məbləği həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari aydan etibarən hissə-hissə pensiyasının (1670,80 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik iddiaçıya ödənilməsini və x x.xx.2017-ci il tarixində xx.xx.2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuş, 1971-ci ilin oktyabr ayından etibarən müxtəlif vəzifələrdə çalışaraq əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1982-ci il tarixdə Qazax rayon VVAQ şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 18.1 və 40.1.10-cu maddələrinə müvafiq olaraq qulluqda olmanın yaş həddinə çatdığı üçün pensiyaya çıxmağı ilə əlaqədar ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçıya pensiya təyin olunarkən dövlət qulluğunda çalışmağı, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması, əlavə müavinatlar nəzərə alınmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli ərizələrlə cavabdehə müraciət etmiş, müraciətləri cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarla cavablandırılaraq yalnız xx.xx.2017 - xx.xx.2020-ci illər aralığında olan əskik ödənilməli olan əmək haqqının məbləğinin yenidən hesablanaraq hissə-hissə iddiaçıya ödəniləcəyi, xx.xx.2013 xx.xx.2017-ci illər arasında olan müddət ərzində iddiaçıya əlavə hesablanmalı olan pensiya məblə ği barədə məlumat verilməmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 44, 32.1 və 37-ci maddələrində xx.xx.2017-ci ildə edilmiş dəyişikliyin 2017-ci ildən əvvəlki münasibətlərə şamil edilmədiyi bildirilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə yenidən cavabdehə müraciət edərək iddiaçıya əvvəl əskik ödənilmiş əmək pensiyasına dövlət qulluğu vəzifəsindən çıxdığı tarixdən sonra əmək pensiyası təyin edilən tarixdən və dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin xx.xx.2007-ci il tarixdən ödənilməsi, rütbə maaşına və qulluq stajına əlavələr və artımlarla birlikdə birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ərizəsinə cavab verilməmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli ərizəsində, həmçinin, hazırki iddia ərizəsindəki tələbləri təmin edilməlidir. Cavabdeh iddiaçıya yalnız son 3 ilə görə əmək pensiyasına nəzərə almadıqları maaşına əlavəni, qulluq stajına görə, vəzifə və rütbə maaşının 50 % miqdarında əlavəni, məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatı, müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğinin hesablanan pul təminatı və mükafatlara görə əlavələr hesablanmaqla 13.323.29 manat fərq məbləğini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla ödənilməsinə başlamışdır. Cavabdeh tərəfindən pensiyanın yalnız son 3 ilə görə əlavə və artımlar olmaqla artırılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik deyil, hissə-hissə ödənilməsi əsassızdır.

5. Cavabdeh iddia tələbinə qarşı y azılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ədliyyə əməkdaşlarının vəzifə maaşları 01 dekabr 2013-cü il, 01 mart 2018-ci il və 01 sentyabr 2019-cu ildən artırılmış və qeyd edilən sərəncamlar iddiaçıya münasibətdə də icra edilmişdir. Bu zaman iddiaçının əmək pensiyasi üzrə keçmiş müddət üçün hesablanmış 13.323,29 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari ilin avqust ayından etibarən hissə-hisə (360,10 manat) pensiyasının (1670,80) manat üzərinə əlavə olunmaqla onun kart hesabına ödənilir. İddiaçının iddia ərizəsində göstərdiyi “xx.xx.2007-ci il tarixdən xx.xx.201 7-ci ilədək olan müddət ərzində aldığı pensiyasını qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması” iddia tələbi ilə əlaqədar bildirilmişdir ki, iddiaçı tərəfindən qeyd etdiyi dövr ərzində onun vəzifə və rütbə maaşına, pul təminatı və mükafatlara hansısa əlavələr və artımlar edilməsi barədə iş yerindən hər-hansı bir sənəd təqdim edilməmişdir. Onun pensiya çıxdığı vəzifənin vəzifə maaşında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə edilən artımlardan başqa digər hər hansı bir artımların edilməsi barədə nə iddiaçı tərəfindən, nə də ki onun iş yerindən hərhansı bir sənəd daxil olmamışdır. ƏPQ-nin 32.11-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, laki n bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. ƏPQnin 32.1-1-ci maddəsinə görə, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yəni ƏPQ “birdəfəlik ödəməni” qadağan edir. Bununla əlaqədar həmçinin Ali Məhkəmənin İnzibati Kolleqiyasının 08 oktyabr 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/20 saylı qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir”.

6. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-2671/2021 nömrəli qərarı ilə (hakim M.C.Qarayeva ) iddia təmin edilərək, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi və xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, mövcud məhkəmə təcrübəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında əks olunmuş hüquqi mövqeyə görə əlavələrin pensiyanın tərkibində hesablanması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı işlədiyi dövlət orqanı tərəfindən verilən müvafiq arayışlara görə ədliyyə orqanlarında qulluq etdiyi müddət ərz ində hər il əmək haqqına qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr almışdır. Cavabdeh tərəfindən həmin əlavələrin alınmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən və iddiaçıya verilən əlavələr də nəzərə alınmaqla təyin edilmiş pensiya yenidən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya pensiyasının yenidən hesablamasından və yaranmış fərqin ödənilməsindən imtina etməkdə haqlı olmamışdır. Bununla da məhkəmə hesab edir ki, iddiaçıya qulluq stajına görə vəzifə və rütbə maşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması hissəsində iddia tələbi təmin olunduğundan birinci t ələbdən bilavasitə doğan və ondan asılı olan ikinci tələbinin, yəni müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də araşdırmağa lüzum görmədən həmin hissədə də iddia təmin edilməlidir.

8. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2-1(103)-1344/2022 nömrəli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2671/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə s axlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamış və “İnzibati İcraat” haqqında qanunun 24.1-ci, İPMnin 12.1-ci, 58.7-ci maddələrinə istinad edərək hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b.Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir.Etiraza əsasən iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2-1(103)1344/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

14. Bundan başqa iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraza əlavə təqdim edilmişdir.Etiraza əlavədə qeyd edilmişdir ki, iddiaçı xx.xx.2015-ci il və xx.xx.2016cı il tarixlərində ərizə ilə cavabdehə müraiət etmiş və pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə

38. Sosial təminat hüququ İ.Hər kəsin sosial təminat hüququ vardır.... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısın ı itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanun Maddə 2.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası almaq hüququ vardır. Maddə 12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 17. “Dövlət qulluğu haqqında” Qanun: Maddə

14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.... Maddə 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qu lluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Maddə 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin öl ümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə 20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra haki miyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). 20.12-ci maddə. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir 19.Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”:...

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əla vələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. 3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.... 5. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. 6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacib inin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır....

12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq n əzərə alınır.

20. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”:...

2. Mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.

3. Dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma....

8. Dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır....

12. D övlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. 21.Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”:...

2. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq əlavə haqq verilir.

3. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq aylıq dövlət qulluğunda maaşına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına görə Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud o nun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. 24.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020- ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

25. İnzibati Prosessual Məcəllə: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Maddə 13.1 Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qi ymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilə n məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şi kayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 27.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

29. Beləki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində a ldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik iddiaçıya ödənilməsini və xx.xx.2017-ci il tarixində xx.xx.2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir və iddiaçının tələbi təmin edilmişdir. 30.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, göstərilən növ iddialar hazırkı qərarın 18-23-cü bən dlərində qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun araşdırılmalıdır. 31.Beləki, dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluqçusunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. 32.Nəzərə almaq lazımdır ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul öd ənişidir. 33.Bu baxımdan şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər və ya o vəsaitlərdəki artımlar nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.

34. Göründüyü kimi, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə ona verilən pul ödənişidir. Belə yanaşma dövlətin sosial təminat siyasətinin və pensiya qanunvericiliyinin məqsədlərindən irəli gəlir. Bu mənada pensiya alan şəxslərə münasibətdə pensiya təyin edilərkən və ya pensiya yenidən hesablanarkən onların işlədikləri dövrdə almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əlavələrin nəzərə alınması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. 35.Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin nəzərə alınması sosial təminat sisteminin məqsədlərinə və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.2-ci maddələrinin tələblərinə uyğun deyildir.

36. Bundan başqa iddiaçının nəzərə alınmasını tələb etdiyi mükafatlara gəldikdə, məhkəmələr ilk növbədə iddiaçıya əmək pensiyası təyin olunarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini, iddiaçıya ödənilmiş mükafatların məhz həmin zaman hədlərinə aid olduqlarını dəqiq müəyyən etməli idilər. Belə ki, həmin mükafatların məbləği “əmək haqqındakı sonrakı artımlar” üçün keçərli olmasa belə, əmək pensiyasının təyin olunduğu vaxtda onun məcmu məbləğinin müəyyən edilməsi üçün nəzərə alına bilərdi.Hazırkı iş üzrə məhkəmə qərarlarında bu barədə hər hansı məlumat yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamış, bununla da apellyasiya instansiyası mə hkəməsi hazırkı qərarın 25-ci bəndinin “a” yarımbəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət etməyərək işin hallarının araşdırılması prinsipini pozmuşdur.

38. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etmə vəzifəsini yerinə yetirməmişdir.

39. Məhkəmə kollegiyası iddia tələbinin “pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması” hissəsi ilə bağlı qeyd edir ki, məhkəmələr ilk növbədə iddiaçıya əmək pensiyası təyin olunarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərininin dəqiqlə şdirilməsində proses iştirakçısına yardım etməyə borclu olduğu halda yardım etmək vəzifəsini yerinə yetirməmişdir.

40. Belə ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

41. Bundan başqa apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya əmək pensiyası üzrə ödənilməli məbləğ birdəfəlik ödənilməlidir.

42. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi bu qənaətə gəlm əklə hazırkı qərarın 18-ci və 24-cü bəndlərinin tələblərini pozmuşdur.

43. Bundan başqa iş materiallarında iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraza əlavədə mövcud olan, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli ərizələrdən görünür ki, iddiaçı qeyd edilən tarixlərdə cavabdehə müraciət etmiş və pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Hazırkı qərarın 23-cü bəndində qeyd olunan Konstitusiya Məhkəməsinin mövqeyində göstərilir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olma yan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.

44. Buna görə də apellyasiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqana sorğu göndərilməli, iddiaçının cavabdehə pensiyanın yenidən hesablanması ilə bağlı ərizə ilə müraciətinin xx.xx.2017-ci il tarixindən əvvəl, yoxsa sonra təqdim edildiyi araşdırlmalıdır.

45. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, iddia tələbi üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır.

46. Apellyasiya instansiya məhkəməsi işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə g örə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, yardım etmək vəzifəsini yerinə yetirməmiş, iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı iddia tələbini araşdırarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini dəqiq müəyyən etməmiş, nəticə etibarı ilə, qulluq stajına görə əlavənin, mükafatların və müavinətin məbləği ilə bağlı əsassız nəticəyə gəlmişdir.

47. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 13.1, 58.3 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

48. Cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üç ün həmin məhkəməyə göndərilməlidir.

49. İşə təkrar baxan məhkəmə iddiaçının müraciəti ilə əlaqədar iddiaçının cavabdehə pensiyanın yenidən hesablanması ilə bağlı ərizə ilə müraciətinin xx.xx.2017-ci il tarixindən əvvəl, yoxsa sonra təqdim edildiyini dəqiqləşdirməli, iddiaçının dövlət qulluğuna görə əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini dəqiq müəyyən etməli, bundan sonra iddiaçının həmin hədlərdə aldığı qulluq stajına görə əlavə, mükafat və müavinətlərlə bağlı tam və hərtərəfli araşdırma aparmalı və nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir. 50.Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 21(103)-1344/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar