Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1805/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh B X6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi, iddianın mümkünlük şərtləri) (iş № 2-1(102)-1805/2023) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.2015-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Bqarşı (3-cü şəxs X4) “torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-140/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə X11 arasında bağlanmış AN-İ-№ ******* saylı, 10 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, alıcı ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini almışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 5/131 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixli AA 004113 torpaq sahəsinin plan və ölçüsü verilmişdir.
3. Həmçinin Əzizbəyov rayon X8 İcraiyyə Komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarından görünür ki, X2 Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
4. Mərdəkan qəsəbəsində vətəndaş X3 Əzizbəyov rayon X8 İcraiyyə Komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarı ayrılan 14/12 saylı torpaq sahəsinə dair Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən sxem və xəritədən çıxarış tərtib edilmiş, həmin sənədlər imzalanaraq nümayəndəliyin möhürü ilə təsdiqlənmiş və nümayəndəlikdə xx.xx.2018-ci il tarixdə 51 sayla qeydiyyatı aparılmışdır. Həmin sənədi Xəzər rayon İHB-nın Təsərrüfat Şöbəsinin memarı T.Zeynalov da im zalayaraq, Xəzər rayon İHB-nın möhürü ilə təsdiq etmişdir.
5. X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşnmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs qismində iddiaçıya (İddiaçı) qarşı “çıxarışın ləğv edilməsi, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddia qaldıraraq, iddiaçının adına qeydə alınmış torpaq sahəsinin ona məxsus olduğunu iddia etmiş və Bakı İnzibati Məhkəməsində işə baxılarkən alınmış mütəxəssis rəyindən müəyyən edilmişdir ki, Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəliyinin X1 torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə çəkdiyi sxemlə İddiaçı adına qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin koordinatları üst-üstə düşür.
6. İddiaçı Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəliyinə müraciət edərək X1 torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə tərtib edilmiş sxemin və xəritədən çıxarışın ləğv edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla cavab verilərək, vətəndaş X3 Xəzər RİHB-nın Mərdəkan inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilən cizgi və xəritədən çıxarışın ləğv olunmasının səlahiyyətləri xaricində olması əsası ilə imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X1 adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx. 2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X3 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/131 saylı sahə ünvanda yerləşən 0,12 ha torpaq sahəsini almışdır. Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışa əsasən ünvan 1də yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı qismində X4 cavabdeh Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşnmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs qismində iddiaçıya (İddiaçı) qarşı “çıxarışın ləğv edilməsi, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddiası ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və hazırda həmin iddia ilə bağlı 2-1(112)- 71/2021 saylı iş məhkəmənin icraatındadır. Həmin iş üzrə V.Nejarov iddia tələbinin əsası kimi Əzizbəyov rayon X8 icraiyyə komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarına və Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin sxemi və xəritədən çıxarışa əsaslanaraq göstərmişdir ki, həmin qərara əsasən ona Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi belə bir səlahiyyəti olmadığı halda, həm də heç bir əsas olmadan 27 ildən sonra Əzizbəyov rayon XDS icraiyyə komitəsinin 17№-li xx.xx.1991-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixdə V.Nejarova torpaq sahəsinin sxemi və xəritədən çıxarış vermişdir. Həmin sxem və xəritədən çıxarış tam qanunsuz və əsassız verildiyindən ləğv edilməlidir. Xəzər RİHB-nın Mərdəkan qəsəbə nümayəndəsinin belə bir səlahiyyəti yoxdur, eyni zamanda həmin sxem və xəritənin nəyin əsasında verildiyi də müəyyən deyil. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.20 21-ci il tarixli məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Bildirilir ki, göstərilən torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-28913 saylı şəhadətnamə əsasında X5 adına olub. Faktiki olaraq **********41 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətindədir. Tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq X3 Xəzər RİH-nin Başçısının Mərdəkan qəsəbə üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş torpaq sahəsinin sxemi və xəritənin iddiaçının mülkiyyət hüququna xələl gətirdiyinə görə ləğv edilməsini xahiş etsə də, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla verilən cizgi və xəritədən çıxarışın ləğv olunmasının səlahiyyətləri xaricində olduğunu bildirmişdir.
9. Məhkəm ə sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA00298-2022 saylı məktubundan görünür ki, Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 17 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
10. X10 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 93 saylı 12 aprel 2022ci il tarixli mütəxəssis rəyindən görünür ki, Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 3-cü şəxs X3 xx.xx.2018-ci il tarixdə verilmiş sxemdə göstərilən Mərdəkan qəsəbəsində yerləşən 14/12 saylı torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşmə vəziyyəti, konfiqurasiyası naturaya uyğundur, təyinatı yaşayış məntəqələrinin torpaqlarına aiddir. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yeri ilə üstüstə düşmür, lakin həmin çıxarışın faktiki koordinatları Mərdəkan qəsəbəsi 14/12 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.
11. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-4755/2022 nömrəli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilmiş, X1 adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X3 ayrılan 14/ 12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “üçüncü şəxsə torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilik normalarına görə, torpaq sahəsinin qanuni əsaslarla ayrılması onun naturada (yerində) hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahələrdən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını tələb edirdi. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına münasibətdə torpaq sahəsinin ayrılması proseduru qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmamış, həmin torpaq sahəsinin naturada (yerində) hüdudları müəyyən edilməmiş və bu barədə ona müvafiq hüquqmüəyyənedici sənəd verilməmişdir. Bundan başqa, torpaq sahəsinin plan və ölçüsünə dair sənəd torpaq sahəsinin ayrılması barədə yuxarıda qeyd olunan sənədlər əsasında hazırlanmalı və hüququ təsdiq edən müvafiq aktın verilməsi ilə müşayiət olunmalı idi. Hazırkı mübahisə üzrə üçüncü şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi tərtib olunmamış, vaxtilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X12 kitabında qanunla müəyyən olunmuş qaydalara uyğun qeydiyyat aparılmalı, hazırki dövrdə isə səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumu tərəfindən icra olunmalı olduğu halda, hüququ təsdiq edən dövlət aktının verilməsi prosedurundan kənar qanunsuz olaraq səlahiyyəti olmayan cavabdeh inzibati orqan tərəfindən “Torpaq sahəsinin sx emi və xəritədən çıxarış”ın verilməsi qeydiyyatı həyata keçirilmişdir. Nəzərə almaq lazımdır ki, “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin verilməsi tələbi əlahiddə deyil, qeydiyyatla bağlı tələb hüququnun tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu mənada şəxsin yuxarıda istinad olunan normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir”. 13. 3-cü şəxs X4 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-140/2023 nömrəli iş üzrə 14 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və M.N.Tağızadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-4755/2022 saylı qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gələrkən qeyd etmişdir ki, “hazırkı iddianın mümkün sayılması üçün tələbin buna cavab verməli olan inzibati orqana yönəldilməsi şərtlərinə iş üzrə əməl olunmur. Belə ki, X3 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilsə də, həmin sxem və xəritədən çıxarış Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının möhür ü ilə təsdiq edilmişdir. Odur ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin X3 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemini və xəritədən çıxarışı ləğv etmək səlahiyyətinə malik deyildir”. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia ona cavab verməli olmayan orqana qarşı qaldırıldığına görə inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi ilə bağlı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə müraciət etmədiyindən, məhkəmə kollegiyası iddiaçıya hüquqi yardı m edilməsinə zərurət görməmişdir. Belə ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməsi nəticə etibarilə yenə də, iddianın mümkünsüzlüyünə səbəb olacaqdır. Çünki, hazırkı iddia, öhdəliyin icrası haqqında iddiadır və «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.
16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdi r. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində Torpaq Məcəlləsinin 4-cü, 65-ci, 68-ci və 84-cü, İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə istinad edilərək qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırı lmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 536 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 630 saylı Fərmanı ilə ləğv edilmişdir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri"nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 5-ci bəndinə görə isə plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq v ə Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və ləğv edilmiş Komitənin X12, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Beləliklə də torpaq sahəsi seçildikdən sonra onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilir, lakin həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsi icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilməmişdir. Qanunun tələbinə görə belə sənədin təsdiq olunması əv vəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, hazırda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Hazırkı mübahisə üçüncü şəxsin adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsi ilə bağlıdır.
19. İddiaçı Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən üçüncü şəxsin adına xx.xx.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X3 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsini tələb etməkdə haqlı sayılma lıdır. Belə ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin 23-cü maddəsinə görə torpaq sahəsinin ayrılması, naturada (yerində) torpaq sahəsinin hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahədən mərzlə və ya başqa sərhəd nişanları İlə ayrılmasını nəzərdə tutur. Həmin Məcəllənin 26-cı maddəsinə görə, ayrılmış torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, üçüncü şəxsə torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilik normalarına görə, torpaq sahəsinin qanuni əsaslarla ayrılması onun naturada (yerində) hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahə lərdən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını tələb edirdi. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına münasibətdə torpaq sahəsinin ayrılması proseduru qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmamış, həmin torpaq sahəsinin naturada (yerində) hüdudları müəyyən edilməmiş və bu barədə ona müvafiq hüquqmüəyyənedici sənəd verilməmişdir. Bundan başqa, torpaq sahəsinin plan və ölçüsünə dair sənəd torpaq sahəsinin ayrılması barədə yuxarıda qeyd olunan sənədlər əsasında hazırlanmalı və hüququ təsdiq edən müvafiq aktın verilməsi ilə müşayiət olunmalı idi. Hazırkı mübahisə üzrə üçüncü şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi tərtib olunmamış, vaxtilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkm ə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X12 kitabında qanunla müəyyən olunmuş qaydalara uyğun qeydiyyat aparılmalı, hazırki dövrdə isə səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumu tərəfindən icra olunmalı olduğu halda, hüququ təsdiq edən dövlət aktının verilməsi prosedurundan kənar qanunsuz olaraq səlahiyyəti olmayan cavabdeh inzibati orqan tərəfindən “Torpaq sahəsinin sxemi və xəritədən çıxarış”ın verilməsi qeydiyyatı həyata keçirilmişdir. Nəzərə almaq lazımdır ki, “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin verilməsi tələbi əlahiddə deyil, qeydiyyatla bağlı tələb hüququnun tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu mənada şəxsin yuxarıda istinad olunan normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənə də malik olması zəruridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati icraat haqqında Qanun Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir.
22. Azərbaycan Respublikas ı İnzibati-Prossesual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və y a qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 1.6. Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. 1.7. Yerli icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan orqanların və yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri (yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin möhürləri istisna olmaqla) və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şik ayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya instansiya məhkəməsinin iddianın ona cavab verməli olmayan orqana qarşı qaldırıldığına görə mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün deyildir.
27. Belə ki, iddiaçı X1 torpaq sahəsinə dair Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışının qanuniliyini həmin nümayəndəliyi cavabdeh kimi göstərməklə mübahisələndirmiş, apellyasiya məhkəməsi isə hesab etmişdir ki, iddiaya cavab verməli orqan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısı olmalıdır.
28. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə əsasən inzibati ərazi dairələri üzrə nümayəndəliklər müvafiq inzibati ərazi vahidində yerli icra hakimiyyəti başçılarının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan qurumdur, Əsasnamə ilə onlara həvalə edilmiş səlahiyyətləri həyata keçirirlər. Onların müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
29. Bu baxımdan Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə nümayəndəsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən inzibati orqandır və Xəzər rayon İcra Hakimiyyəti Başçısı tərəfindən ona həvalə edilmiş səlahiyyətləri, funksiyaları həyata keçirir.
30. Məhkəmə kollegiyası hesab edir ki, nümayəndəlik tərəfindən torpaq sahəsinə dair tərtib edilmiş sxem və xəritədən çıxarış onun tabeliyində olduğu yerli icra hakimiyyəti tərəfindən bəyənilsə də, nümayəndəlik inzibati orqan kimi özünün faktiki xarakterli hərəkətlərinə görə özü cavabdehlik daşıyır.
31. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin sənədlərin ləğv edilməsi barədə müraciətinə cavabdeh xx.xx.2021-ci il tarixli məktubla cavab verərək Xəzər RİHB-nın Mərdəkan inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilən cizgi və xər itədən çıxarışın ləğv olunmasının səlahiyyətləri xaricində olması əsası ilə imtina etmiş, onu digər səlahiyyətli orqana, o cümlədən Xəzər rayon İcra Hakimiyyəti Başçısına göndərməmişdir.
32. Halbuki “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinin tələbinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir.
33. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddianı qeyri-mümkün hesab edərkən İPM-nin yuxarıda göstərilən normalarını düzgün tətbiq etməmişdir. Odur ki, kassa siya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən qərardad ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 34.Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 21(103)-140/2023 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.