Məhkəmə qərarları › İş №2-1(102)-1806/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1806/2019

12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1806/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1806/19 Bakı şəhəri 12 iyun 2019-cu il 12.06.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə və vəkili XXXnın iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2-1(103)-583/2019 saylı qərarı ndan verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yanvar ayınadək Ağdam rayonu Şelli və Qurdlar kəndlərində gedən döyüşlərdə özünümüdafiə dəstələrində iştirak etmiş, hərbi əməliyyatların keçirilməsi zamanı yaralanmış və azyaşlı olduğuna görə hərbi hissədə uçota alınmamışdır. Həmçinin, döyüşən könüllü özünümüdafiə dəstələri sıralarında iki il xidmə t etsə də, müharibə veteranı statusu ala bilməmişdir. Göstərilənlərə əsasən müharibə veteranı vəsiqəsinin verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun hərbi biletindəki qeydlərə əsasən hərbi xidmətinin atəşkəsdən sonrakı dövrə təsadüf etdiyinə istinad edərək tələbi təmin etməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2-1(82)2933/2018 saylı qərarı (hakim Xaliq İmanov) ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, arayış və ərizələrə əsasən iddiaçının 14 yaşı olan zaman, yəni 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yanvar ayınadək Şelli və Qurdlar kəndində gedən döyüşlərdə özünümüdafiə dəstələrində iştirak etməsi və yaralanması ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün əsas deyildir. Həmçinin, iddiaçının hərbi hissədə xidməti N may 1994-cü il tarixdən sonrakı dövrə aid olmuş, hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən arayış işə əlavə edilməmiş, habelə bu barədə hərbi biletində müvafiq qeyd aparılmamışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2-1(103)-583/2019 saylı qərarı ilə (sədrlik edən hakim Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən s axlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmiş səxslərə münasibətdə yerli icra hakimiyyətlərinin təsdiq etdiyi siyahı əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3, 7-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməsi və həmin Əsasnaməyə dəyişikliklər edi lməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli, 438 saylı Qərarının 2-ci hissəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, onun hərbi əməliyyatlarda iştirak edən zaman yaralanmasını təsdiq edən Ağdam mərkəzi xəstəxanası Bağbanlar kənd həkim ambulatoriyası tərəfindən verilmiş 25 yanvar 1992-ci il tarixli arayışa, Ağdam rayon İHBnın Qasımlı kənd inzibati ərazi nümayəndəsinin 17 aprel 2018-ci il tarixli arayışa və notarial qaydada təsdiq olunmuş ərizələrə hüquqi qiymət verilmədən qərar qəbul edilmişdir. Daha bir dəlillə bildirilmişdir ki, veteran adı və vəsiqəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiya tərəfindən verildiyi üçün, həmin orqanın üçüncü şəxs kimi işə cəlb edilməməsi ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinin tələbi pozulmuşdur. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3, 28, 60-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə edilmiş 03 noyabr 2016-cı il tarix li dəyişikliyə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 28 iyun 1995-ci ildə hərbi xidmətə göndərilmiş, 29 may 1998-cı ildə ehtiyata buraxılmışdır. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən 26 aprel 2018-ci il tarixli, d/o Ə-4847 saylı məktubla cavab verilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarına əsasən Azərbaycan Respublikasının müdafiə nazirinin 1998-ci il 06 yanvar tarixli 4 nömrəli əmri ilə “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında Əsasnamənin” Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimata uyğun olaraq 1991- ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. İddiaçının hərbi biletindəki qeydlərə əsasən onun hərbi hissədə xidməti atəşkəsdən sonrakı dövrə təsadüf etdiyindən, ərizəsi təmin edilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkə mə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini aşağı instansiya məhkəmələri müəyyən etmiş, məsələ hər hansı bir qaydada mübahisələndirilməmişdir. Lakin iddianın mümkünlüyünün yoxlanılması xidməti vəzifəsinə görə bütün məhkəmə instansiyalarına aid olduğundan, məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Tələblə iddiaçı döyüşən könüllü özünümüdafiə dəstələri sıralarında iştirak etməsi əsası ilə ona Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın qanuni əsaslarını "Veteranl ar haqqında" Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi təşkil edir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Bu müddəalara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükə sizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Əsasnamənin “qeyd” hissəsinə əsasən,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Sey idlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Tələbə münasibətdə istinad edilmiş normativ-hüquqi aktların müddəalarının ümumiləşdirilmiş mənası ondan ibarətdir ki, 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12dək döy üş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyi əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. Bu halda, iddiaçı ona Qarabağ müharibəsi veteran və vəsiqəsi verilməsi üçün, ilk növbədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlidir. Yalnız sonuncu orqan tərəfindən iddia tələbindən imtina edildiyi təqdirdə iddia qaldırmaq hüququna malik ola bilər. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddia çının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlərə iddianın publik hüquqla müəyyən edilmiş öhdəliyi daşıyan cavabdeh inzibati orqana qarşı verilməsi aiddir. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, müharibə veteranı adının verilməsi özünümüdafiə dəstələrinin tərkibində döyüşlərd ə iştirak etmiş şəxslərə münasibətdə yerli icra hakimiyyətlərinin təsdiq etdiyi siyahı əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilir. Lakin apellyasiya məhkəməsi iddiaçının hazırki iddia tələbi ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməli olduğu halda cavabdehə müraciət etməsinə və sonuncuya qarşı iddia qaldırmaqla iddianın mümkünlük şərtlərinin gözlənilməməsinə baxmayaraq, işə mahiyyəti üzrə baxmaqla prosessual qanunvericiliyin tələblərini gözləməmişdir. Kassasiya şikayətində iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üçüncü şəxs qismində cəlb edilməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası yuxarıda göstəri lənlərə əsasən qeyd edir ki, şikayətin dəlili əsassızdır. Çünki, özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etdiyini iddia edən iddiaçının tələbinə münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində deyil, cavabdeh qismində işə cəlb edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi ilə bağlı qanunvericiliyin iddianın mümkünlük şərtləri ödənilməmişdir. Bu səbəbdən, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya lə ğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2-1(103)-583/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə) qarşı ona Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar