Məhkəmə qərarları › İş №2-1(102)-1806/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1806/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1806/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi 07.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X5 və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-701/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı hərbi biletindəki qeydlərə əsasən xx xxxxxx N87-ci il tarixdən xx xxxxxxx N89-cu il tarixə kimi hərbi xidmətdə olmuşdur, xx.xx.N92-ci ildən xx.xx.N92-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx xxxx 20N-cu il tarixli arxiv arayışında qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin x xxxxxx N93-cü il tarixli N nömrəli əmrilə (əsas: §-2; qeyd: əmrdə atasının adı Xudat yazılmışdır) N nömrəli hərbi hissənin 5-ci batalyonunda xidmət edən sıravi iddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixdən xx.xx.N93-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.20Ncu il tarixli arayışda qeyd edilir ki, Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.N69-cu ildə Azərbaycan Respublikasında anadan olmuş iddiaçının məhkumluğu yoxdur.

4. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən x xxxxx 20N-cu il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N-cu il tarixli 9/2-2985 nömrəli arayışına əsasən N nömrəli hissədə xx.xx.N92-ci il tarixdən xx.xx.N93-cü il tarixədək nizami hissə üzrə əmrlər kitabında hərbi xidməti barədə məlumat olmadığından iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı x xxx 20N-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırmışdır ki, N87-ci il tarixdən N89-cu il tarixədək Sovet ordusunda xidmət etmişdir.xx.xx.N92-ci il tarixdən xx.xx.N93-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində könüllü olaraq dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Qarabağda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. Bu barədə ona məxsus hərbi biletdə 6-cı və 7-ci səhifələrdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tə rəfindən müvafiq qeydlər aparılmışdır. xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək N saylı hərbi hissədə qulluq etmiş və hərbi hissənin başqa hərbi hissə ilə birləşdirilməsi ilə əlaqədar xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N aylı hərbi hissədə qulluq etmiş, bu barədə ona məxsus hərbi biletdə Müdafiə Nazirliyi tərəfindən müvafiq qeydlər aparılmışdır. Lakin Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsinə baxmayaraq bu günə qədər bu və ya digər səbəblərdən müharibə veteranı adını və vəsiqəsini ala bilməmişdir. Hesab edir ki, cavabdehin imtinası tam əsassızdır.

7. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etməmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-2281/20N saylı iş) xx xxxxxx 20N-cu il tarixli qərarı ilə iddia təmin edilərək, iddi açıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini və ordu sıralarından qanuni əsaslarla tərxis olunmasını sübut edə bilmişdir. Lakin cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sənədlərə əsaslanaraq müəyyən etmişdir ki, iddiaçının xidmət etdiyi müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması kifayət qədər öz təsdiqini tapmışdır.

10. Cavabdeh həmin qərarda n apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X1-məruzəçi, X4 və X2, 2-1(103)-701/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 20N-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.

12. Cavabdeh qərarı xx xxxx 2020-ci il tarixdə almış, xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

13. Azərbaycan Respublikası Nazirlər Kabin etinin xx xxxxxxxx N95-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N91 ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlər də iştirakı sübut edən başqa sənədlər əsasında verilir”. Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...”.

14. Əsasnaməyə uyğun olaraq “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsidir.

15. Qanunvericiliyin tələbi işə baxan apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, bu da əsassız olaraq iddia tələbinin təmin edilməsinə səbəb olmuşdur.

16. Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ilk ehtiyata buraxılması N97ci il tarixdə həyata keçirilməsini və N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrlə sıravi İddiaçı Xudat oğlunun şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilməsi ehtiyata buraxılması ilə əlaqədar olmamasını nəzərə alaraq məhkəmənin qərarı mövcud olan qanunvericiliyin normalarına zidd qəbul olunmuş hesab edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin rədd edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

19. İddiaçı vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 20. 2x xxxxxx N91-ci ildə qəbu l edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 21. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi büt övlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

22. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir.

23. Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadl ı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yer inə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici ə saslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

24. Əsasnaməyə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 438 saylı Qərarının 2-ci hissəsinə əsasən, bu qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahıları (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd ərazilərdə aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları) təsdiq edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər.

25. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N96-cı il tarixli 433 nömrəli Fərmanında göstərilir ki, Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatını nəzərə alaraq, N96-cı il martın 1-dək 25 yaşı tamam olmuş və daha çox yaşı olan, keçmiş Sovet Ordusunun və Azərbaycan Respubl ikası Silahlı Qüvvələrinin sıralarında cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

27. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.

30. Apelyasiya məhkəməsinin mövqeyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 31 №-li əmrin arxiv çıxarışından müəyyən olunur ki, 836-cı polkun 5-ci batalyonunda xidmət edən iddiaçı N saylı hə rbi hissə komandirinin göstərişi əsasında şəxsi heyətin siyahısından silinmiş və bütün növ təminatlardan azad edilmişdir. Qeyd edilən hal iddiaçıya məxsus hərbi biletdə göstərilən müddətlərdə N saylı hərbi hissədə xidmət keçməsini sübut etdiyi üçün iddiaçı tələbində haqlı olmuşdur.

31. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamışdır, hərbi hissə komandirinin əmri ilə onun şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilməsi ehtiyata buraxılması kimi qəbul edilə bilməz.

33. İddiaçının hərbi biletində onun xx.xx.N92-ci ildən xx.xx.N92-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət keçdiyi və xx xxxxxx N92-ci ildən x xxxxxx N93-cü ilə qədər Qarabağda döyüşlərdə iştirak etdiyi qeyd edilmişdir.

34. Cavabdehin məhkəmələrə təqdim etdiyi məlumatlarda N nömrəli hərbi hissə komandirinin x xxxxxx N93-cü il tarixli N nömrəli əmri ilə N nömrəli hərbi hissənin 5-ci batalyonunda xidmət edən sıravi İddiaçı Xudat oğlunun şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edildiyi, N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixdən xx.xx.N93-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi bildirilmişdir.

35. Apelyasiya məhkəməsi hərbi biletdə olan məlumatlara istinad edərək iddianın əsaslı olması qənaətinə gəlmişdir.

36. Qanunvericiliyə görə müharibə veteranı adı hərbi biletdə olan məlum atlar həm də şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda verilir.

37. İddiaçının hərbi biletində olan məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə sübuta yetməmişdir.

38. İddiaçının döyüş əməliyyatlarında iştirakı və qanuni əsasla ehtiyata buraxılması hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə sübuta yetmədiyindən iddianı təmin etməklə məhkəmə haqlı olmamışdır.

39. Odur ki, kasasiya şikayəti əsaslı olduğundan təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir

40. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kolleg iyası Qərara aldı: Kasasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il N iyun tarixli 21(103)-701/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar