Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1806/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1996-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadə tnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2-1(103)-1781/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 13 iyul 2018-ci il tarixli B18 № 188549 saylı bakalavr diplomuna əsasən, iddiaçı geologiya ixtisası üzrə bakalavr dərəcəsini almışdır.
2. Həmin diplom Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən 31 iyul 2018-ci ildə A-57336-18 nömrəsi ilə 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.
3. Ukrayna Elm və Təhsil Nazirliyi Karazin adına Xarkov Dövlət Unive rsiteti Geologiya, Coğrafiya, Rekreasiya və Turizm fakültəsi tərəfindən verilmiş 11 noyabr 2021ci il tarixli 1465/1701 nömrəli arayışa əsasən, iddiaçı həqiqətən 2014-cü ildən 2018-ci il tarixədək V.N.Karazin adına Xarkov Dövlət Universitetində təhsil almış və Geologiya ixtisası üzrə B18 188549 nömrəli bakalavr diplomunu almışdır. İddiaçı İİİ kursda oxuduğu müddətdə (2016-2017-ci tədris ili) ailə vəziyyətinə (ailə üzvünün xəstəliyi) görə dərslərdə tam iştirak etməmiş, lakin sonradan buraxılmış dərsləri tamamlayaraq buraxılmış fənlərdən imtahanları müvəffəqiyyətlə vermişdir. İddiaçı özünü çətin vaxtlarda müstəqil işləməyi bacaran çalışqan tələbə kimi göstərmişdir. Xarkov Dövlət Universitetinin nizamnaməsi və daxili qaydaları buraxılmış dərsləri sonradan imtahan və testlərdən keçməklə işləmək imkanı verir. İddiaçı 2018-ci ildə “Geologiya” ixtisası üzrə təhsilini müvəffəqiyyətlə başa vuraraq, heç bir kreditini itirmədən diplomunu müdafiə etmişdir.
4. İddiaçı qeyd edilən bakalavr diplomunun tanınması ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının elektron kabinetinə yerləşdirilmiş 13 iyul 2019-cu il tarixli elektron çıxarışda qeyd edilmişdir ki, Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalen tliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, A78889C5e978596 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin “Geologiya” ixtisası üzrə 13 iyul 2018-ci il tarixdə ona verilmiş B12 № 188549 saylı bakalavr diplomuna dair ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-c ü ildə V.N.Karazin adına Xarkov Milli Universitetinin Geologiya-coğrafiya, istirahət və turizm fakültəsinin Geologiya ixtisasına daxil olmuşdur. Orada 4 il təhsil aldıqdan sonra 2018-ci ildə universiteti bitirmişdir. 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”na əsasən müvafiq imtahanı vermişdir. İmtahanı uğurla başa vursa da, universitetdə oxuduğu 3-cü təhsil-tədris ilində üzrlü səbəblərə görə (ailənin maddi vəziyyətinin aşağı olması, anası 2-ci qrup əlil olduğu üçün müalicəsinə həddindən artıq vəsait xərclənməsi və s.) universitetə gedə bilmədiyinə görə, ixtisası ölkə ərazisində tan ınmamışdır. Həmin fənlər üzrə növbəti il imtahan verərək universiteti kəsrsiz başa vurmuşdur. Bu məsələ ilə bağlı Təhsil Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət etsə də, ona qərar verildikdən 30 gün müddətində şikayət etmək hüququnun olduğunu demişlər. 2018-ci ildə həmin universitetin bakalavr səviyyəsini bitirdikdən sonra magistraturaya qəbul olmuşdur və artıq ona imtina cavabı verildikdə ölkədə olmadığı üçün 30 gün müddətində müraciət edə bilməmişdir. 2020-ci ildə ölkəyə qayıtdıqdan sonra isə xx.xx.2020-ci tarixdə həqiqi hərbi xidmətə yollanmışdır. xx.xx.2021-ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra yenidən bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etmişdir və onlar da bu işə yalnız Bakı İnzibati Məhkəməsinin qərarı əsasında baxa biləcəklərini vurğulamışlar. Univ ersitetdə oxuduğu və hərbi xidmətdə olduğu dövrdə heç bir intizam pozuntusuna yol verməmişdir. Xaricdə təhsil alan tələbələrlə bağlı yaradılmış və təsdiq edilmiş bütün lazımi imtahanların hamısından uğurla keçmişdir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçının müraciətinə baxılaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir. İddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları ”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 7 ay 23 gün, İİ il - 9 ay, İİİ il - 2 ay, İV il - 9 ay). Bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Az ərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. İddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9769/2021 nömrəli qərardadı (hakim N.İ.Abıyev) ilə iddia mümkün sayılmamışdır.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2-1(103)-2944/2021 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, E.C.Kazımov və İ.Ə.Kərimli) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyab r 2021-ci il tarixli, 2-1(112)-9769/2021 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat
11. Bakı İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(112)-5945/2022 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət ol unmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2-1(103)-1781/2022 nömrəli qərarı (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(112)-5945/2022 nömrəli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı l il 7 ay 23 gün, ll il 9 ay, lll il 2 ay, lV il 9 olmaqla əyani təhsil aldığı müddətdə daim dərslərdə iştirak etmiş, yalnız lll kursda ailə üzvlərindən biri – İİ qrup ömürlük əlil olan anasında baş verən xəstəliklə əlaqədar müəyyən müddət dərslərdə iştirak edə bilməmişdir. Ancaq daha sonra həmin dərslər üzrə kredit öhdəliklərini icra etmiş, müvafiq imtahanlardan keçmiş və diplom ala bilmişdir. X2 və Təhsil Nazirliyi Karazin adına Xarkov Dövlət Universiteti Geologiya, Coğrafiya, Rekreasiya və Turizm Fakültəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1465/1701 saylı arayış da təsdiq edir. İddiaçının təhsil aldığı universitet onun İİİ kursda dərslərdə tam iştirak etməməsini üzrlü hesab etmiş, iddiaçının sonradan imtahan verərək həmin dərsləri tamamladığını bildirmişdir.
16. Məhkəmə kollegiyası göstərmişdir ki, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Həmin Konvensiyanın 5.1-ci bəndə əsasən, “Hər bir Tərəf digər Tərəfdə ali təhsil proqramı çərçivəsində tamamlanmış təhsil müddətlərini tanıyacaqdır”. Konvensiyanın 5.3-cü bəndinə əsasən, xüsusilə, hər bir Tərəf aşağıdakı hallarda tanınmasına kömək edəcək: a) ali təhsil müəssisəsi və ya müvafiq təhsil müddətinə cavabdeh olan səlahiyyətli orqanla digər tərəfin ali təhsil müəssisəsi və ya səlahiyyətli tanınma orqanı arasında daha əvvəlki razılaşma olubsa; b) təhsil müddətini başa vurduğu ali təhsil müəssisəsi tələbənin qeyd olun an təhsil üçün nəzərdə tutulmuş tələbləri müvəffəqiyyətlə yerinə yetirdiyini təsdiq edən və ya akademik qeydlər haqqında arayış təqdim etdikdə. Qeyd olunmalıdır ki, Azərbaycan və Ukrayna arasında tanınma ilə bağlı saziş mövcuddur.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh qeyd edir ki, məhkəmə tədris yükünün yerinə yetirilməsi ilə bağlı dövlət standartlarına uyğunluğun müəyyən edilməməsinə baxmayaraq iddia tələbini təmin etmişdir. Məhkəmə qərarında iddiaçının 2016/2017-ci il tədris ili (3-cü kurs) üzrə toplanmış akademik borclarını 2017/2018-ci tədris ilində ödədiyini bildirsə də, bunu sübut edə biləcək fərdi tədris planından çıxarış istənilməmiş, habelə həmin tədris planında göstərilən standartların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1ci yarımbəndinin tələblərinə uyğun olması yoxlanılmamışdır. İddiaçı 4 tədris ili müddətində Ukraynada cəmi olduğu 27 ay 23 gün (111 həftə) ərzində maksimum 3330 saat (və ya 111 kredit) auditoriya saatlarında iştirak edə bilərdi ki, bu da onun ümumi tədris yükünün 2/3dək hissəsini əhatə edir. İddiaçıya təqdim edilmiş diplom əlavəsində onun tədris yükünün 240 (7200 saat) kredit olması müəyyən edilmişdir ki, bu da tədris yükünün dövlət standartlarına əsasən yerinə yetirilmədiyini deməyə əsas verir. Bakalavriat səviyyəsində həftəli k auditoriya dərslərinin həcmi 30 saatdan, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Qeyd olunan norma iddiaçının əyani təhsilalma forması çərçivəsində bundan daha sıx fərdi qrafik əsasında, daha qısa müddət ərzində tədris yükünü yerinə yetirməsi mümkünlüyünü istisna edir. Lakin məhkəmə iddiaçının 2016/2017-ci tədris ilində təhsil aldığı ölkə ərazisində qısa müddətdə olmasını nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Məhkəmə sübutları tam və hərtərəfli araşdırmamış, ümumi mülahizələrlə kifayətlənmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağ ıdakı mənaları ifadə edir:... 1.0.5. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru;... 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi;... 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, sər iştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd;... Maddə
13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat).... Maddə
27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir.... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə
29. Təhsil sahəsində dövlətin vəz ifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:... 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək;... Maddə
44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifika siyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir....
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: 1.1. Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azər baycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür.... 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətn amə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.... 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilm əsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).... 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standar tlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə....
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”:
5. Ali təhsilin infrastrukturu... 5.4. Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəy yən edilir: - əyani; - qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir....
8. Ali təhsil proqramları... 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankəna r məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.... 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
23. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»: Maddə 1 Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Maddə 2 Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır.... Maddə 5 Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Maddə 6 Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir.
24. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli, 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyası: Maddə
6. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Mə hkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiy a mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apel lyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi üçün tələb olunan şərtlərin mövcudluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
32. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq norm alarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə diplomun tanınmasından cavabdehin imtinasının əsas və yeganə dəlili iddiaçının İİİ kursda, yəni 2016/2017-ci tədris ilində təhsil aldığı ölkə ərazisində qısa müddətdə olması ilə bağlıdır.
34. Bununla bağlı nəzərə almaq lazımdır ki, oxşar işlər üzrə Ali Məhkəmənin əvvəlki qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması ilə bağlı dəlil özü-özlüyündə bir qədər qeyri-müəyyəndir. Qeyd olunmalıdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normat ivi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir.
35. Cavabdeh orqan iddiaçının 2016/2017-ci tədris ilində təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olduğunu iddia etsə də, iddiaçının həmin tədris ilində ailə üzvünün - anasının xəstəliyi ilə əlaqədar dərslərdə tam iştirak etmədiyi, lakin sonradan buraxılmış dərsləri tamamlayaraq buraxılmış fənlərdən imtahanları müvəffəqiyyətlə verdiyi barədə Ukrayna Elm və Təhsil Nazirliyi Karazin adına Xarkov Dövlət Universiteti Geologiya, Coğrafiya, Rekreasiya və Turizm fakültəsi tərəfin dən 11 noyabr 2021-ci il tarixli 1465/1701 nömrəli arayış verilmişdir. Həmin arayışdan məlum olur ki, Xarkov Dövlət Universitetinin nizamnaməsi və daxili qaydaları buraxılmış dərsləri sonradan imtahan və testlərdən keçməklə tamamlamaq imkanı verir.
36. İş üzrə materiallara əlavə edilmiş diploma və diploma əlavəyə əsasən, iddiaçı təhsil aldığı zaman proqram fənlərindən müxtəlif qiymətlər almış, tədris təcrübəsini keçmiş, kurs işlərini yazmış, ixtisas üzrə imtahanları müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir.
37. Beləliklə, mübahisəyə dair iş üzrə materiallardan iddiaçının təhsil al dığı müddətdə mütəmadi olaraq təhsil aldığı ölkəyə gedib-gəldiyi, bundan əlavə, təhsil aldığı təhsil müəssisəsinin normativlərinə uyğun olaraq tədris yükünü tam mənimsədiyi təsdiq olunur.
38. Həmçinin nəzərə alınmalıdır ki, 16 mart 2000-ci il tarixdə Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş bağlanmışdır. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş həmin Sazişin 5-ci maddəsinə əsasən, Azərbaycan tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlar a təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.
39. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan və iş üzrə müəyyən edilmiş hallara əsaslanmadığından, iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
40. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasının və kassasiya şikayətinin dəlilləri əsassızdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikas ı Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 21(103)-1781/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.