Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1806/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “sənədlərin verilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçının kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1378/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4053/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1410/2020 nömrəli qərardadı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)4053/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. İdd iaçı həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-28/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1410/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)28/2021 nömrəli qərarının izah edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4053/2020 nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır.
7. Qərardaddan narazı qalan İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1378/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4053/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1378/2023 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir.
10. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, peşəkar hüquqşünas olduğundan kassasiya şikayətin in tərtibi üçün vəkilin yardımına ehtiyacının olmadığı nəzərə alınmalıdır. Əgər məcburi hesab edilirsə, sözügedən qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş edir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) xx.xx.2023-cü il tarixli, 2-1(103)-1378/2023 nömrəli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1378/2023 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dövlət hesabına vəkillə təmin edilmə maddi cəhətdən vəkillə müqavilə bağlamağa ma ddi imkanı olmayan şəxslərin kassasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə edilməsi məqsədini daşıyır. Bu cür ərizələr daxil olduğu təqdirdə vəkillə təmin edilmə barədə ərizə verən şəxsin maddi durumu (ərizəçinin heç bir yerdə işləməməsi, pensiya, təqaüd, müavinət almaması və s. hallar) məhkəmə tərəfindən araşdırılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, dövlət hesabına təyin edilən vəkilə ödəniş dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyindən, həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdır. Məhkəmə kollegiyası ərizə üzrə araşdırma nəticəsində belə bir qənaətə gəlir ki, iddiaçının maddi imkanının olmaması ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, vəkillə təmin olunmaya dair ərizə təmin edilə bilməz.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, hüquqşünas olduğundan vəkil xidmətlərinə ehtiyacının olmadığı nəzərə alınıb kassasiya şikayətinin qəbul edilməsini, əks-halda kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, ərizəsində kassasiya şikayəti verməyə imkanının olmadığını bildirməmişdir. O, ərizəsində kassasiya şikayətini tərtib etməyi bacardığını, vəkilin yardımına ehtiyacının olmadığını, şikayətinin qəbul edilməsini, məcburi hesab edərsə, onda məhkəmənin onu dövlət hesabına vəkillə təmin etməsini bildirmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərardadı bu hissədə əsassızdır. Onun vəkilin xidmətlərindən istifadə etməyə ehtiyacı yoxdur. Kassasiya şikayəti vəkil olmadan qəbul edilməlidir.
15. Həmçinin o, apellyasiya instansiyası məhkəməsinin işə baxan məhkəmə tərkibinə etiraz etmişdir. Etirazına apellyasiya instansiyası məhkəməsinin sədri baxmalı olduğu halda, həmin məhkəmə tərkibi baxaraq etirazının baxılmamış saxlanılması haqqında qərardad qəbul etmişdir. Həm də etiraza baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, həmin etirazın baxılmasında iştirakı təmin edilməmişdir. Həmin qərardaddan ayrıca şikayət vermək nəzərdə tutulmadığından hazırkı kassasiya şikayətində bu barədə qeyd etməli ol muşdur. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. 18. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata ke çirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəzi yyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apel lyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏ HKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə icraatının iştirakçılarına hüquqi yardım göstərilməsi üçün təyin edilən vəkilə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirildiyindən həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdır.
25. Yuxarıda istinad olunan normalara əsasən, əgər işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitləri yoxdursa və v əkilin prosesdə məcburi iştirakı tələb olunursa, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.
26. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, dövlət hesabına vəkillə təmin edilmə maddi cəhətdən vəkillə müqavilə bağlamağa maddi imkanı olmayan şəxslərin kassasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə edilməsi məqsədini daşıyır. Bu cür ərizələr daxil olduğu təqdirdə vəkillə təmin edilmə barədə ərizə verən şəxsin maddi durumu (ərizəçinin heç bir yerdə işləməməsi, pensiya, təqaüd, müavinət almaması və s. hallar) məhkəmə tərəfindən araşdırılır. Lakin iddiaçı tərəfindən maddi imkanının olmaması ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir.
27. Göründüyü kimi, İddiaçı k assasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəməyə maddi imkanının olmamasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Başqa sözlə, İddiaçı dövlət vəsaiti hesabına hüquqi yardım almaq məqsədilə kifayət edəcək maddi imkanının olmamasını, yaxud aşağı səviyyədə olmasını əsaslandırmamışdır.
28. Qeyd edilən hallar nəzərə alındıqda, İddiaçı ərizəsi kifayət qədər əsaslı olmadığından apellyasiya instansiyası məhkəməsi iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunmasından imtina etməkdə haqlı olmuşdur. Qanunvericilik kassasiya şikayətinin yalnız vəkil tərəfindən tərtib edilməli olduğunu imperativ formada müəyyən etmişdir və bu zaman kassasiya şikayəti verən şəxsin – hüquqşünasın peşəka rlıq və digər xüsusiyyətlərinin olması hər hansı əhəmiyyət kəsb etmir.
29. İddiaçı kassasiya şikayətinin bu qərarın 15-ci bəndinə qeyd edilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin işə baxan məhkəmə tərkibinə etiraz verilmiş və işə baxan məhkəmə tərkibi verilmiş etirazın baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. Qanunvericiliyə əsasən, həmin qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin qeyd edilən dəlillərinə müfəssəl hüquqi qiymət verilməsinə zərurət görmür.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı d əyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1378/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.