Məhkəmə qərarları › İş №2-1(102)-1807/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1807/2019

29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1807/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçının vəkili Vəkil2 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü ş əxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-13/19 saylı 05 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçının həyat yoldaşı X2 13.06.1990-cı il tarixdən mənzil növbəsində dayanmış, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 443 saylı 25.05.1998-ci il tarixli sərəncamına əsasən X2 uçot tarixi saxlanılmaqla ehtiyatda olan zabit kimi növbədənkənar qaydada mənzil almaq hüququ olan vətəndaşların imtiyazlı siyahısına keçirilmiş, imtiyazlı əsaslarla növbədənkənar qaydada mənzil almaq hüququna ma lik olan vətəndaşların siyahısında 7-ci, ehtiyatda olan zabitlərin siyahısında 1-ci olmuşdur. İddiaçı və onun həyat yoldaşı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 22.02.2007-ci il tarixli 02/107 saylı məktubu ilə Ünvan1 mənzilində müvəqqəti məskunlaşmışlar. Daha sonra Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 79 saylı 22.08.2016-cı il tarixli sərəncamı əsasında Ünvan2 2 nəfər ailə tərkibi ilə X1 daimi istifadəsinə verilmişdir. İddiaçının həyat yoldaşı X2 28.01.2017-ci il tarixdə vəfat etmişdir. Bundan sonra 02.06.2017-ci il tarixdə Ünvan2 dair kirayə müqaviləsi iddiaçının adına dəyişdirilmişdir. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 11.12.2017-c i il tarixdə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh 26.12.2017-cii l tarixli **********30 saylı məktubla bildirmişdir ki, Nizami rayon İcra Hakimiyyəti Başçısının 1-1/79 saylı sərəncamı 02.06.2017-ci il tarixdə verildiyindən yaşayış sahəsi mülkiyyətə deyil istifadəyə verilə bilər. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzili Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 1-1/79 saylı 02.06.2017-ci il tarixli sərəncamına əsasən Ünvan2-yə özəlləşdirmə əsasında iddiaçının mənzilə mülkiyyət hü ququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1957/2018 saylı, 03.07.2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1957/2018 saylı, 03.07.2018-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-13/19 saylı 05 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1957/2018 saylı, 03.07.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab et mişdir ki, sərəncam 02.06.2017-ci il tarixli olduğundan, yəni 01.01.2009-cu il tarixdən sonraya aid olduğundan mənzilin özəlləşdirilməsi üçün qanuni əsas yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-13/19 saylı 05 fevral 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı qanuni əsaslarla yəni sosial kirayə müqaviləsi əsasında mübahisəli mənzilə istifadə sahiblik etdiyindən onun həmin mənzili özəlləşdirmək hüququ yaranmışdır. Mənzilin ilkin qeydiyyata alınmasında imtina edilməsi iddiaçının hüquqlarını pozmuşdur. İddiaçının mübahisəli mənzilə dair kirayə hüquqları Mənzil Məcəlləsinin qüvvəyə minməsindən əvvəl yaranmışdır. Belə ki, iddiaçının həyat yoldaşı X2 13.0 6.1990-cı il tarixdən mənzil növbəsində dayanmış, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 443 saylı 25.05.1998-ci il tarixli sərəncamına əsasən X2 uçot tarixi saxlanılmaqla ehtiyatda olan zabit kimi növbədənkənar qaydada mənzil almaq hüququ olan vətəndaşların imtiyazlı siyahısına keçirilmiş, imtiyazlı əsaslarla növbədənkənar qaydada mənzil almaq hüququna malik olan vətəndaşların siyahısında 7ci, ehtiyatda olan zabitlərin siyahısında 1-ci olmuşdur. İddiaçı və onun həyat yoldaşı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 22.02.2007-ci il tarixli 02/107 saylı məktubu ilə Ünvan1-də müvəqqəti məskunlaşmışlar. Daha sonra Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 79 saylı 22.08.2016-cı il tarixli sərəncamı əsasında Ünvan2 2 nəfər ailə tərkibi ilə X1 daimi istifadəsinə ve rilmişdir. İddiaçının həyat yoldaşı X2 28.01.2017-ci il tarixdə vəfat etmişdir. Bundan sonra 02.06.2017-ci il tarixdə Ünvan2 dair kirayə müqaviləsi iddiaçının adına dəyişdirilmişdir. Kassator İPM-nin 2.2.1, 2.2.3, 34.1, 90.1, 90.2, 94.1-ci maddələrinə, MPM-nin 417.4-cü maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-13/19 saylı 05 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında işti rak edən iddiaçının vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-13/19 saylı 05 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-13/19 saylı 05 fevral 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları il müəyyən olunur ki, İddiaçının həyat yoldaşı X2 13.06.1990-cı il tarixdən mənzil növbəsində dayanmış, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 443 saylı 25.05.1998-ci il tarixli sərənc amına əsasən X2 uçot tarixi saxlanılmaqla ehtiyatda olan zabit kimi növbədənkənar qaydada mənzil almaq hüququ olan vətəndaşların imtiyazlı siyahısına keçirilmiş, imtiyazlı əsaslarla növbədənkənar qaydada mənzil almaq hüququna malik olan vətəndaşların siyahısında 7-ci, ehtiyatda olan zabitlərin siyahısında 1-ci olmuşdur. İddiaçı və onun həyat yoldaşı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 22.02.2007-ci il tarixli 02/107 saylı məktubu ilə Ünvan1 mənzilində müvəqqəti məskunlaşmışlar. Daha sonra Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 79 saylı 22.08.2016-cı il tarixli sərəncamı əsasında Ünvan2 2 nəfər ailə tərkibi ilə X1 daimi istifadəsinə verilmişdir. İddiaçının həyat yoldaşı X2 28.01.2017-ci il tarixdə vəfat etmişdir. Bundan sonra 02.06.2017-ci il tarixdə Ünvan2 dair kiray ə müqaviləsi iddiaçının adına dəyişdirilmişdir. ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinasının əsasını Nizami rayon İcra Hakimiyyəti Başçısının 1-1/79 saylı sərəncamı 02.06.2017-ci il tarixdə verilməsi və bu səbəbdən yaşayış sahəsinin mülkiyyətə deyil istifadəyə verilə bilməsi təşkil edir. Hazırkı iş üzrə iddiaçının həyat yoldaşının 13.06.1990-cı il tarixdən mənzil növbəsində dayanmış olması, 25.05.1998-ci il tarixdən li növbədənkənar qaydada mənzil almaq hüququ olan vətəndaşların imtiyazlı siyahısına keçirilməsi, 22.02.2007-ci il tarixdən Ünvan1 mənzilində iddiaçı ilə birlikdə müvəqqəti məskunlaşması və 22.08.2016-cı il tarixdən Ünvan2 2 nəfər ailə tərkibi ilə X1 daimi istifadəsinə verilməsi işin müb ahisəsiz hallarına aiddir. İşin mübahisələndirilən yeganə halı mənzil üzərində iddiaçının hüquqlarının qeydə alınması üçün əsasın olub-olmamasından ibarətdir. Belə ki, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə istinad edərək iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının olmaması qənaətinə gəlmiş və hesab etmişdir ki, 01.10.2009-cu il tarixdən mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, istifadəyə verilə bilər. Apellyasiya instansiya məhkəməsi də cavabdehin bu dəlilləri ilə razılaşmış və iddianı təmin etməmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (ev lərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən üvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qan unvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Hazırkı iş üzrə Nizami rayon İcra Hakimiyyəti Başçısının 02.06.2017-ci il tarixli 11/79 saylı sərəncamı ilə kirayə müqaviləsi iddiaçının adına dəyişmiş olsa da, onun mərhum həyat yoldaşı 13.06.1990-cı il tarixdən mənzil növbəsində dayanmış və hətta 25.05.1998-ci il tarixdən növbədənkənar qaydada mənzil almaq hüququ olan vətəndaşların imtiyazlı siyahısına keçirilmiş, iddiaçıya və həyat yoldaşına 22.02.2007-ci il tarixdən Ünvan1 mənzilində müvəqqəti məskunlaşmağa icazə verilmiş və 9 ildən sonra, yəni 22.08.2016-cı il tarixdə Ünvan2 mənzili X1 daimi istifadəsinə verilmişdir. İş materiallarına iddiaçı və həyat yoldaşının 22.02.2007-ci il tarixdən Ünvan1 saylı mənzilində məskunlaşmağa icazə verilməsinə əsas olmuş sənədlər əlavə edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Nizami rayon İcra Hakimiyyətinin Başçısı Arif Qasımova ünvanladığı 29.07.2016-cı il tarixli Q-175-068 saylı məktubda qeyd edilmişdir ki, iddiaçı və həyat yoldaşı Nizami rayon İcra Hakimiyyətinin 22.02.2007-ci il tarixli, 02/107 saylı saylı ilə Ünvan1 mənzilində məskunlaşmışlar. Lakin işə baxan apellyasiya instansiya məıhkəməsi sözügedən məktubu tələb etməmiş, o cümlədən həmin mənzildə məşkunlaşdıqdan sonra iddiaçı və ya onun həyat yoldaşı ilə müvafiq kirayə müqaviləsinin bağlanması məsələsini araşdırmamışdır. Başqa sözlə, iddiaçı və onun həyat yoldaşının 1990-cı ildən mənzil növbəsində olmasına baxmayaraq 36 il sonra mənzillə təmin olunmaları iddiaçının təqsiri ucbatından olmamış və həmin dövr ərzində qanunvericiliyin dəyişdirilərək yalnız Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi d aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olmuşdur. Belə ki, iddiaçının həyat yoldaşına və onun ailə üzvlərinə 22.02.2007-ci il tarixdən Ünvan1 mənzilində (bir otaqlı) məskunlaşmağa icazə verilmişdir ki, daha sonra həmin bir otaqlı mənzildən onlar çıxarılmış və Ünvan2 mənzilə (bir otaqlı) 22.08.2016-cı il tarixdən keçirilmişlər. Göründüyü kimi, iddiaçının həyat yoldaşı dövlət tərəfindən 2009-cu il oktyabrın 1-dək artıq müvəqqəti də olsa mənzil fondundan olan mənzillə təmin edilmiş, yəni onun mənzil fondundan verilmiş mənzil üzərində gözlənilən mülkiyyət hüququ olmuş, daha sonra isə iddiaçının həya t yoldaşına 2016-cı il tarixdə başqa bir mənzil verilmişdir ki, bu da iddiaçının təqsiri ucbatından olmamışdır və mülkiyyət hüququnu məhdudlaşdıran hal kimi hesab olunmamalıdır. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçı və həyat yoldaşının 22.02.2007-ci il tarixdən Ünvan1 saylı mənzilində müvəqqəti məskunlaşmasına əsas vermiş hüquqmüəyyənedici sənədlərə qiymət vermədən, iddiaçı və həyat yoldaşının uzunmüddət mənzil növbəsində olmasını, o cümlədən 22.02.2007-ci il tarixdən Ünvan1 mənzilində müvvəqəti də olsa məskunlaşmalarını nəzərə almadan işə baxmış və qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahis ə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddia tələbinə Ali Məhkəmə Kollegiyasının yuxarıda qeyd olunan mövqeyini və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 4 və 9-cu maddələrinin tələblərini nəzərə almaqla hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İdd iаçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-13/19 saylı 05 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar