Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1807/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pe nsiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2021-ci il tarixli, 21(103)-160/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. 04.01.1979-cu ildən 22.12.1980ci il tarixinə kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 25.05.1981-ci ildə başlamışdır. O, 25.05.1981-ci ildən 16.03.1983-cü ilə qədər «Şirvanneft» NQÇİ-də neftin kompleks hazırlanması sexində 3-cü dərəcəli təmizləyici, 18.03.1983-cü ildən 10.05.1983-cü ilə qədər «Azneft» İB-nin Tikinti Trestinin 2 saylı TikintiQuraşdırma İdarəsində 4-cü dərəcəli rəngsaz, 24.05.198 3-cü ildən 01.09.1998-ci ilə qədər «Azərenerji» xüsusi təmir müəssisəsinin Əli-Bayramlı təmir sahəsində 4-cü dərəcəli rəngsaz, 01.02.2000-ci ildən 30.03.2000-ci ilə qədər "xxxx" müəssisəsinin Əli-Bayramlı sahəsində 4-cü dərəcəli rəngsaz, 03.04.2000-ci ildən 04.01.2001-ci ilə qədər Əli-Bayramlı 3 saylı Yol Tikinti İdarəsində 4-cü dərəcəli asfaltbeton yayan fəhlə, 05.01.2001-ci ildən 24.04.2006-cı ilə qədər X1-Tikinti-3 ATSC-də asfalt-beton yayan fəhlə vəzifəsində işləmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşının tamam olduğu 01.10.2017-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdehin iddiaçıya ünvanladığı 22.08.2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8, 9.1, 9.8-ci maddələrinə istinad edilərək bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndəbirinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 01.11.2017-ci il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş e tmişdir.
5. Sonradan iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 01.10.2017-ci il tarixdən ona pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Əli-Bayramlı şəhərində doğulmuşdur. O, 25.05.1981-ci ildən 24.04.2006-cı ilə qədər 24 il 11 ay əmək stajı vardır. 04.01.1979-cu ildən 26.12.1980-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Ümumilikdə 26 il 11 ay ümumi iş stajı mövcuddur. Həmin əmək stajından 25.05.1981-ci ildən 16.03.1983-cü ilə qədər «Şirvanneft» NQÇİ-də təmizləyici, 18.03.1983-cü ildən 10.05.1983-cü ilə qədər «Azneft» İB-nin Tikinti Quraşdırma idarəsində rəngsaz, 24.05.1983-cü ildən 01.09.1998-ci ilə qədər Əli-Bayramlı Təmir-Tikinti İdarəsində rəngsaz, 01.02.2000-ci ildən 30.03.2000-ci ilə qədər Azərenerjixüsusitəmir İdarəsində rəngsaz və 03.04.2000-ci ildən 24.04.2006-cı ilə qədər «X1 Tikinti-3» ASC-də asfalt-beton yayan vəzifəsində işlədiyi dövrlər güzəştli iş stajına daxildir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır.
7. Cavabdehin etiraz dəlilləri iddiaçıya pensiya təyin edilməsindən imtinanın əsasları ilə eynidir.
8. Birinci instansiya məhkəməsinin 10.12.2019-cu il tarixli, 2-1(81) 4719/2019 nömrəli (sədrlik edən hakim Əsəsdova Tahirə ) qərarı ilə iddia təmin edilmişdir.
9. Mə hkəmə hesab etmişdir ki, tədqiq olunmuş sənədlərə əsasən, iddiaçının 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il 1 ay 4 gün ümumi və 23 il 1 ay 16 gün güzəştli iş stajının mövcud olduğu təsdiq olunur. İddiaçının işlədiyi “təmizləyici” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, 21.06.1993cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının X Bölməsinin 3-cü yarımbölməsinin təmizləyicilər – 11000000-19555 şifrinə, “rəngsaz” vəzifəsi XXXİİİ Bölməsinin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar – 23200000-13450 şifrinə, “asfalt-betonçu” vəzifəsi isə XXVİİ Bölməsinin “a” yarımbəndinin asfalt-betonçular – 2290000a-11140 şifrinə uyğunlaşdırılmalıdır. Cavabdeh tərəfindən iddiaçının 25 il ü mumi iş stajının və 12 il 6 ay güzəştli iş stajının olub-olmaması mübahisələndirilmir, yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi bildirilir.
10. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdehin imtinasında istinad etdiyi hal “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01.07.2017-ci il tarixdən əlavə edilmişdir. İddiaçı isə ona həmin Qanunun 9.8-ci maddəsinə istinadən 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin olunmasını istəyir.
11. Cavabdeh apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə- apelyasiya instansiyası məhkəməsi) 03.03.2020-ci il tarixli, 2-1(103)-746/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Səriyyə Seyidova) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 10.12.2019-cu il tarixli, 2-1(81)-4719/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
14. Cavabdeh kassasi ya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2020-ci il tarixli, 2-1(102)-1510/2020 nömrəli (hakimlər Rahib Nəbizadə - sədrlik edən və məruzəçi, Zakir Quliyev və İspəndiyar Şəfiyev) qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiya məhkəməsinin 03.03.2020-ci il tarixli, 21(103)-746/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2021-ci il tarixli, 2-1(103)-160/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Vidadi Məmmədov) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 10.12.2019-cu il tarixli, 2-1(81)-4719/2019 nömrəli qərarı ləğv edilmiş, hazırkı iş üzrə yeni qərar qəbul edilərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 01.10.2017-ci il tarixdən, 57 yaşdan ona pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi rədd edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən güzəştli iş stajına malik olması iş mat erialları ilə müəyyən edilmir.
18. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il 1 ay 4 gün ümumi və 23 il 1 ay 16 gün güzəştli iş stajı mövcuddur. Lakin cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi sənədlər əsasında ona pensiya təyin edilməsi üçün zəruri olan 3 şərtin ona münasibətdə mövcud olmadığını, daha döğrusu onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum mə bləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir.
20. Cavabdehin imtinasında qeyd olunan hal “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01.07.2017-ci il tarixdən əlavə edilmişdir. İddiaçı isə ona həmin Qanunun 9.8-ci maddəsinə istinadən 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin olunmasını istəyir. Cavabdeh inzibati orqan tərəfindən onun pensiya hüququ pozulmuşdur. Buna baxmayaraq, məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, tərəfindən təqdim olunmuş sübutlar təhlil olunmamış və birtərətli qərar qəbul olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, qərarın dəyişdirilmədən s axlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsd iq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin ed ilir.
24. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “əmək pensiyaları haqqında” qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. 25. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə ça lışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulm uş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayət mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkə mə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini və yeni qərarın qəbulunu şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
28. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaş ı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
29. İş üzrə materiallardan görünür ki, iddiaçının tələbi və hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Məhkəmə araşdırması bu çərçivədə aparılmalı, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni 01.01.2006-cı ilədək qazanılmış ümumi və xüsusi stajın və tələb olunan yaş həddinin ona münasibətdə mövcudluğu yoxlanılmalı, eyni zamanda iddiaçının iş yerindən güzəştli arayışın tələb olunması təmin edilməli idi. Məhkəmənin həmin sənədin təqdim olunmasını öz bildirişlərində və telefon rabitəsi vasitəsi ilə i ddiaçıya təklif etməsi obyektiv araşdırma prinsipinin tələbləri baxımından yetərli sayıla bilməz.
30. İddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı dispozisiya şərtlərinin mövcudluğunun yoxlanılması və dəqiqləşdirilməsi ilə əlaqədar Ali Məhkəmənin qərarında da konkret göstərişlər nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, həmin göstərişlərin yerinə yetirilməsi istiqamətində Apelyasiya məhkəməsinin prosessual hərəkətləri sadəcə iddiaçıya işlədiyi peşələrlə bağlı yeni güzəştli arayışın təqdim olunmasını təklif etməklə məhdudlaşmışdır. Halbuki apelyasiya məhkəməsi həmin arayışı əldə etmək üçün aidiyyəti qurumlara, o cümlədən iddiaçının iş yerinə müvafiq sorğu göndərməli, Ali Məhkəmənin göstərişlərində nəzərdə tutulmuş və mübahisənin ma hiyyətinə təsir edən halların müəyyən olunmasını təmin etməli idi.
31. Qeyd etmək lazımdır ki, iddiaçının ümumi və xüsusi stajını mübahisələndirməyən cavabdehin qənaətinə görə, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi müəyyən olunur və odur ki, iddiaçıya pensiya təyin edilməsindən imtina düzgün olmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normaya görə hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Cavabdehin imtinasında istinad etdiyi tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklə r və əlavələr edilməsi barədə” 10.03.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı ona həmin Qanunun 9.8ci maddəsinə istinadən 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir.
32. Bununla bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur.
33. Bu qərarın 23-cü, 25-ci bəndlərində istinad olunan normalara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həmin pensiyanın təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. İddiaçı kassasiya şikayətində 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla, 25 il 1 ay 4 gün ümumi və 23 il 1 ay 16 gün güzəştli iş stajının olduğunu iddia edir.
34. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə bu Qərarın 25-ci bəndində istinad olunan və 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli siyahısına əsasən, kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqları təqdirdə, axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
35. Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13 -cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
36. Həmin qanunun 67-ci maddəsinə görə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
37. İddiaçının 04.01.1979-cu ildən 22.12.1980-ci il tarixinə kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olması iş materialları ilə təsdiq olunur.
38. Hazırkı iş üzrə materiallardan və iddiaçının kassasiya şikayətindən görünür ki, məhkəməyə iddiaçının iş yeri "xxxx" ASC tərəfindən 09.04.2021-ci il tarixli,01-FA/235 saylı güzəştli arayış təqdim olunmuşdur. Arayışda iddiaçının 24.05.1983-cü ildən 01.09.1998-ci ilə qədər «Azərenerjixüsusitəmir” Xüsusiləşdirilmiş Təmir Müəssisəsinin ƏliBayramlı təmir sahəsində rəngsaz işlədiyi, həmin peşədə çalışarkən onun daim təmasda olduğu kimyəvi həlledicilərə, rənglərə, izolyasiya və antikorroziya vasitələrinə misal olaraq, toluolu, etilsellülozanı, 645 və 646 markalı həllediciləri, nitrolakları və sair bu qəbildən olan maddələr qeyd edilmişdir.
39. Arayışda həmçinin vurğulanır ki, həmin maddələr QOST 18188-72 və İSO/TC 35, İSO /TC 35 /WG4, İSO /TC 35/ SC14 beynəlxalq standartlara görə 3-cü təhlükəlilik sinfinə aiddir.Eyni zamanda əmək fəaliyyəti zamanı istehsalat zərurəti ilə əlaqədar iddiaçının daha təhlükəli 2-ci sinifə aid kimyəvi maddələrlə işlədiyi də arayışda qeyd olunmuşdur.
40. Güzəştli arayışda iddiaçının 25.05.1983-01.09.1998-ci illərdə «Azərenerjixüsusitəmir” Xüsusiləşdirilmiş Təmir Müəssisəsində işlədiyi rəngsaz peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr i tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə tam uyğun olduğu və iddiaçının həmin tarixlərdə topladığı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajının 15 il 03 ay 07 gün olduğu da qeyd edilmişdir.
41. Arayışda əksini tapmış məlumatlar, həmçinin iddiaçının əmək fəaliyyətinə dair hallar, yəni iddiaçının 04.01.1979-cu ildən 22.12.1980-ci il tarixinə kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olması, 25.05.1981-ci ildən 16.03.1983-cü ilə qədər «Şirvanneft» NQÇİ-də Neftin kompleks hazırlanması sexində 3-cü dərəcəli təmizləyici, 18.03.1983-cü ildən 10.05.1983-cü ilə qədər «Azneft» İB-nin Tikinti Trestinin 2 saylı TikintiQuraşdırma İdarəsində 4-cü dərəcəli rəngsaz, 24.05.1983-cü ildən 01.09.1998-ci ilə qədər «Azərenerji» xüsusi təmir müəssisəsinin Əli-Bayramlı təmir sah əsində 4-cü dərəcəli rəngsaz, 01.02.2000-ci ildən 30.03.2000-ci ilə qədər "xxxx" müəssisəsinin Əli-Bayramlı sahəsində 4-cü dərəcəli rəngsaz, 03.04.2000-ci ildən 04.01.2001-ci ilə qədər Əli-Bayramlı 3 saylı Yol Tikinti İdarəsində 4-cü dərəcəli asfalt-beton yayan fəhlə, 05.01.2001-ci ildən 24.04.2006-cı ilə qədər X1-Tikinti-3 ATSC-də asfalt-beton yayan fəhlə vəzifəsində işləməsi iş üzrə toplanmış materiallarla təsdiq olunur.
42. İstinad edilən qanunvericilik normalarına görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
43. Bu baxımdan, yuxarıda istinad olunan normalara əsasən iddiaçı ona 57 yaşı tamam olduğu tarixdən, yəni 01.10. 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbində haqlı sayılmalıdır.
44. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
45. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhk əmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2- 1(103)-160/2021 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Qərar qətidir.