Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1808/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: hərbi prokurorluğun əməkdaşına hərbi qulluqçu kimi pensiyanın hesablanması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-186/2019 saylı, 22 yanvar 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 12.10.1992-ci ildən 13.03.1997-ci ilədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq idarəsinin prokuroru, 13.03.1997-ci ildən 10.06.2000-ci ilədək həmin idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi, 10.06.2000-ci ildən 23.12.2000- ci ilədək Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, 23.12.2000-ci ildən 12.04.2005-ci ilədək Astara rayon prokuroru, 12.04.2005-ci ildən 12.08.2005-ci ilədək Bakı şəhər X2 Orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, 12.08.2005-ci ildən 13.03.2007-ci ilədək Bakı şəhər prokurorunun birinci müavini vəzifəsində, 13.03.2007-ci ildə “Prokurorluq haqqında” Qanunun 32-ci maddəsinin 7-ci hissəsinin 2, 3 və 6-cı bəndlərinə əsasən tutduğu vəzifədən azad edilməsi, 02.08.2007-ci ildən 21.11.2008-ci ilədək Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəza rət idarəsinin prokuroru, 21.11.2008-ci ildən 07.04.2010-cu ilədək Azərbaycan Respublikasının Baş prokurorunun köməkçisi, 07.04.2010-cu ildən 05.03.2014-cü ilədək Goranboy rayon prokuroru vəzifəsində işləmiş və bu barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 5 mart 2014-cü il tarixli əmri ilə iddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 05.03.2014-cü il tarixdən tutduğu vəzifədən azad olunub qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric olunmuşdur. İddiaçıya Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi aparatında mühüm işlər üzrə böyük müstəntiqin vəzifə maaşının Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 24.02.2014-cü il tarixli Qərarına əsasən 1.080 manat, Nazirlər Kabinetinin 09.11.2009-cu il tarixli qərarına əsasən polkovnik-leytenantın rütbə maaşının 134 manat, xidmət illərinə görə əlavə haqqın 5 ilə 15 %, 10 ilə 30 %, 15 ilə 45 % (vəzifə və rütbə maaşından), ərzaq əvəzi pul kompensasiyasının 64 manat təşkil etməsi barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən 11.11.2014-cü tarixli arayış verilmişdir. İddiaçı 2000-ci ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğundan ədliyyə polkovnik leytenant rütbəsində istintaq idarəsinin xüsusi mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsindən təqaüdə göndərilmiş və xidmət illərinə görə pensiyaya çıxmışdır. İddiaçı 2000-ci ilin noyabr ayından 2007-ci ilin may ayına qədər verilmiş pensiyanın “Prokurorluq orqanları işçi lərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli Qərarına uyğun olaraq hesablanması və fərqin ödənilməsi barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh 17.01.2017-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı iddiaçı haqqında daxil olmuş məlumat vərəqinə uyğun olaraq ona xidmət illərinə görə əlavələrin 01.01.2007-ci il tarixdən hesablanması ilə əlaqələndirmişdir. İddiaçı cavabdehə qarşı 11 aprel 2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2000-ci ilin noyabr ayından 2007-ci ilin may ayına qədər verilmiş pensiyanın “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il t arixli Qərarına uyğun olaraq hesablanması və fərqin ödənilməsi vəzifəsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət X5, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif vəzifələrdə işləmişdir. 2000-ci ildə Respublika Baş Prokurorluğunun Ağır cinayətlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsinə təyin olunduğu zaman Azərbaycan Respublikası Hərbi Prokurorluğundan ədliyyə polkovnikleytenantı rütbəsində İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsindən təqaüdə göndərilmiş və ona xidmət illərinə görə pensiyaya çıxmışdır. İddiaçıya xidmət illərinə görə pensiya hesablanarkən iş stajının 15 ildən artıq olmasına baxmayaraq xidmət illərinə görə ödənilən haqq 45 faiz deyil, 30 faiz miqdarında hesablanmışdır. İddiaçı 2014-cü ildə yaşa görə pensiyaya çıxmağı ilə bağlı prokurorluq orqanlarından xaric olunmuşdur. İddiaçıya pensiya 2002-ci ilin 1 noyabr tarixinə qədər qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq, onun 15 ildən artıq iş stajının olması nəzərə alınaraq, xidmət illərinə görə ödənilən əlavə haqq 30 faiz miqdarında hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 31 oktyabr 2002-ci il tarixli Qərar qəbul edilmiş və həmin Qərarda (maddə 1.3) prokurorluq işçilərinin aylıq vəzifə maaşına iş stajını n hər beş ilinə 15 faiz həcmində 45 faizdən çox olmamaq şərti ilə əlavə haqq ödənilməsi təsbit edilmiş və qeyd olunan Qərar 1 noyabr 2002-ci ildən qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq iddiaçıya verilən pensiyanın miqdarı qeyd olunan Qərarın tələblərinə müvafiq olaraq yenidən hesablanmamış və 2002-ci ilin noyabr ayından 2014-cü ilin may ayına qədər xidmət illərinə görə əlavə haqq aylıq vəzifə maaşının 45 faizi miqdarında deyil, 30 faiz miqdarında ödənilmişdir. İddiaçının pensiyası həmin Qərara uyğun olaraq 1 noyabr 2002-ci il tarixdən hesablanmalı və ona ödənilməli idi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-1(81)-2951/2017 saylı iş) 27 oktyabr 2017-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya 01.01.2006-cı ildən 01.01.2007-ci il tarixədək verilmiş pensiyanın “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli Qərarına uyğun olaraq hesablanması və fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməsini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, Mülki Məcəllənin 7.1-ci, “Əmək pensiyaları haqqında” Qanunun 32.1, 37.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7-məruzəçi, X13 və X11,2-1(103)-392/2018 saylı iş) 4 aprel 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini qismən təmin etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qə rarını ləğv etmiş, iş üzrə yeni qərar qəbul etməklə iddia tələbini qismən təmin etmiş, iddiaçıya 01.11.2002-ci ildən 01.01.2007-ci il tarixədək verilmiş pensiyanın “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli Qərarına uyğun olaraq hesablanması və fərqin ödənilməsi vəzifəsini cavabdehə həvalə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8-sədrlik edən və məruzəçi, Hüseynov Azər Soltanhəmid oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, 2-1(102)-1487/18 saylı iş) 10 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasını n 4 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X12-məruzəçi, X9 və X4,2-1(103)-186/2019 saylı iş) 22 yanvar 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)2951/2017 saylı, 27 oktyabr 2017-ci il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. İddiaçı 18 mart 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaya qeyd edildiyi kimi iddiaçının pensiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminat ı haqqında” 31 oktyabr 2002-ci il tarixli Qərarına uyğun olaraq 1 noyabr 2002-ci il tarixdən hesablanmalı və ona ödənilməli idi, lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış, apellyasiya instansiya məhkəməsi də həmin qanunsuzluğu təkrar etmişdir. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” 2006-cı il 28 noyabr tarixli Qanun və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 22 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Prokurorluğu, Dövlət Sərhəd Xidməti, Dövlət Mühafizə Xidməti, Dövlət Gömrük Xidməti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin hərbi qulluqçularının və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İPM-in 90.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində mübahisə il ə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Normaların təhlilindən göründüyü kimi məhkəmə qərarlarından o şəxslər şikayət vermək hüququna malikdirlər ki, onların tələbləri təmin edilməmiş olsun. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamış, bu hissədə cavabdeh həm apellyasiya şikayəti, həm də kassasiya şikayəti verməmişdir. Bu səbəbdən iddianın təmin edilən hissəsində iddiaçının tələbi təmin olunduğundan, onun apellyasiya məhkəməsinin qərarının iddianın təmin edilən hissəsindən şikayət vermək hüququ yaranmamışdır. Bəhs olunanlara əsasən iddianın təmin edilən hissəsindən iddiaçının verdiyi şika yət üzrə kassasiya mümkün sayılmamalıdır. İddianın rədd edilən hissəsindən iddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). İddianın təmin edilməyən hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 12 oktyabr 1992-ci ildən 13 mart 1997-ci ilədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq idarəsinin prokuroru, 13 mart 1997-ci ildən 10 iyun 2000-ci ilədək həmin idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi, 10 iyun 2000 -ci ildən 23 dekabr 2000-ci ilədək Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, 23 dekabr 2000-ci ildən 12 aprel 2005-ci ilədək Astara rayon prokuroru, 12 aprel 2005-ci ildən 12 avqust 2005-ci ilədək Bakı şəhər X2 Orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, 12 avqust 2005-ci ildən 13 mart 2007-ci ilədək Bakı şəhər prokurorunun birinci müavini vəzifəsində, 2 avqust 2007-ci ildən 21 noyabr 2008-ci ilədək Baş prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, 21 noyabr 2008-ci ildən 7 aprel 2010-cu ilədək Azərbaycan Respublikas ının Baş prokurorunun köməkçisi, 7 aprel 2010-cu ildən 5 mart 2014-cü ilədək Goranboy rayon prokuroru vəzifəsində işləmiş və bu barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 5 mart 2014-cü il tarixli, 11/61-K №-li əmri ilə iddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinin çatdığına görə 5 mart 2014-cü il tarixdən tutduğu vəzifədən azad olunub qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric olunmuşdur. İddiaçı 2000-ci ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğundan ədliyyə polkovnik leytenantı rütbəsində istintaq idarəsinin xüsusi mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsindən təqaüdə göndərilmiş və xidmət illərinə görə pensiyaya çıxmışdır. Həmin vaxtdan iddiaçı həmçinin prokurorluq orqanında işini davam etdirmişdir. İddiaçı hesab edir ki, 2000-ci ildə pensiya düzgün hesablanmamış, bu barədə cavabdehə müraciət etmiş, cavabdeh pensiyanın düzgün hesablanmadığını təsdiq etmiş, lakin cavabdeh 2007-ci ildən fəaliyyət göstərdiyinə görə 2007-ci ildən sonrakı dövrlə bağlı pensiya fərqini hesablayıb ona ödəmiş, 2000-ci ilin noyabr ayından 2007-ci ilin may ayına qədər olan dövrün fərqini ona ödəməmişdir. Cavabdeh hesab edir ki, iddiaçının pensiyası “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 №-li qərarına uyğun olaraq hesablanmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli, 168 saylı qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən prokurorluq işçilərinə aylıq vəzifə maaşının iş stajının hər beş ilinə görə 15 faizi həcmində 45 faizdən çox olmamaq şərti ilə əlavə haqq verilir. Həmin Qayda 1 noyabr 2002-ci ildən qüvvəyə minmişdir. Həmin qərarla təsdiq edilmiş Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydasının 2.2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrdə hakim, ədliyyə orqanlarında rütbə dərəcəsi (xüsusi rütbəsi) olan vəzifələrdə, o cümlədən rütbə dərəcəsi (xüsusi rütbəsi) tətbiq olunmayan dövrlərdə uyğun vəzifələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazir liyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində, eləcə də Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ibtidai istintaq orqanlarında və qanunvericiliklə nəzərdə tutulmuş digər müvafiq qurumlarda zabit vəzifələrində işləmiş (xidmət keçmiş) şəxslərin həmin orqanlarda xidmətdə olduqları müddət əlavə haqq almaq hüququ verən iş stajına daxildir. İddiaçıya 2000-ci ildə pensiya təyin edilərkən polis orqanlarında zabit işlədiyi dövr də daxil olmaqla prokurorluq orqanlarında 15 ildən çox stajı olmuşdur. İddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli, 168 saylı qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən aylıq vəzifə maaşının 45 faizdən çox olmamaqla əlavə haqqın verilməli olması mübahisələndirilmir. Cavabdeh 17 yanvar 2017-ci il tarixli məktubu ilə iddiaçının müraciətini ona görə təmin etməmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 495 və 499 saylı Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 1 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. İddiaçı haqqında daxil olmuş məlumat vərəqinə uyğun olaraq ona xidmət illərinə görə əlavələr 1 yanvar 2007-ci il tarixdən hesablanmışdır. Cavabdeh özü də iddi açıya təyin edilən pensiyanın 1 yanvar 2007-ci ildən düzgün hesablanmadığını təsdiq edərək fəaliyyətə başladığı dövrdən həmin fərqi iddiaçıya hesablamışdır. Cavabdeh həm də birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilən hissəsi ilə də razılaşaraq həmin hissədən apellyasiya şikayəti verməmişdir. Bu, (o cümlədən 2007-ci ildən sonrakı dövrə aid cavabdeh tərəfindən pensiya fərqinin düzgün hesablanıb ödəməsi) həm də onu təsdiq edir ki, cavabdeh iddiaya cavab verməli inzibati orqan olaraq mübahisə ilə bağlı özünü səlahiyyətli hesab etmişdir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİ QD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Respublika Prokurorluğu, Dövlət Sərhəd Xidməti, Dövlət Mühafizə Xidməti, Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger xidmətinin hərbi qulluqçularının və xüsusi rütbəli şəxslərinin pensiya təminatı ilə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Həmin Fərmanın 4-cü bəndinin icrası məqsədi ilə yuxarıda göstərilən qurumların, o cümlədən hərbi qulluqçuların pensiya təminatına dair sənədləri Dövlət Sosial Müdafiə Fonduna təhvil verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 2006-cı il 28 noyabr tarixli 184-İİİQD saylı Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 saylı Fərmanına əsasən hərbi qulluqçuların pensiya təminatı ilə bağlı funksiyalar 1 yanvar 2007-ci il tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna verilmiş və hazırda bu sahədə də pensiya təminatı həmin orqan tərəfindən həyata keçirilir. Adı çəkilən fərmanın 5 və 6-cı bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Fonduna tapşırılsın ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığorta olunanların fərdi uçotu, əmək pensiyaların təyini, hesablanması və yenidən hesablanması qaydalarını müvafiq qaydada təsdiq etsin. Bu Fərman 20 07-ci ilin yanvarın 1-dən qüvvəyə minir. Göründüyü kimi, fərmanda əvvəlki illər üzrə hərbi qulluqçulara ödənilməli olan pensiyanın verilməsinin cavabdehə həvalə edilmədiyinə dair müddəa mövcud deyildir. Əksinə, fərmana görə 2007-ci ilin yanvarın 1-dən sonra hazırkı məsələlər artıq Azərbaycan Respublikasının Dövlət Sosial Fonduna tapşırılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli, 781 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondu haqqında Əsasnamə”nin 8.5-ci bəndinə əsasən də məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsinin həyata keçirilməsi, 8.6.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafıq olaraq əmək pensiyalarının xərclərini məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi Fondun əsas vəzifələri kimi göstərilmişdir. Əsasnamənin 9.4-cü bəndinə görə məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək, əmək pensiyaları sahəsində idarəetməni, əmək pensiyalarının təyin edilməsinə, maliyyələşdirilməsinə və ödənilməsinə nəzarəti həyata keçirmək fondun əsas funksiyalarındandır. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyaların məbləği müddətindən asılı olmayaraq ödənilir. İddiaçının keçmiş müddət üçün almadığı pensiyasını müddətindən asılı olmayaraq almaq hüququ olduğundan, hazırda pensiya ödənişlərini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (hərbi qulluqçulara müna sibətdə cavabdeh) həyata keçirdiyindən, habelə 31 avqust 2002-ci il tarixli Fərmanla təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq cavabdeh məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabınaölkədəki bütün əmək pensiyalarının maliyyələşdirilməsini təmin etməli olduğundan 2002-ci ilin noyabr ayından 2006-cı ilin yanvar ayınadək olan dövr üçün iddianı rədd edən birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamaqla apellyasiya instansiyası məhkəməsi haqlı olmamışdır. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1ci bəndinə əsasən “Əmək pensiyala rı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara-Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Müdafiə Nazirliyində, Milli Təhlükəsizlik Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Prokurorluqda, Dövlət Sərhəd Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və s. təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə “Əmək pensiyaları haqqı nda” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Həmin Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barə də məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən işin yuxarıda göstərilmiş hallarını nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, cavabdeh hansı vaxtdan fəaliyyətə başlamasından asılı olmayaraq iddiaçının hərbi prokurorluğun əməkdaşı (hərbi qulluqçu) kimi xidmət illərinə görə əmək pensiyasının (düzgün) hesablanmasına cavabdeh olan inzibati orqan olmuşdur. Bəhs edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərarı 1 noyabr 2002-ci ildən 1 yanvar 2006-cı ilə qədər verilmiş pensiyanın “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 №-li qərarına uyğun olaraq hesablanması və fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməli, bu hissədə iddia təmin edilməli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 №-li qərarı 1 noyabr 2002-ci ildən qüvvəyə mindiyindən bu dövrə qədər, yəni 2000-ci ildən 1 noyabr 2002-ci ilə qədər olan dövr üçün iddia əsaslı olaraq rədd edildiyindən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hi ssə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-186/2019 saylı, 22 yanvar 2019-cu il tarixli qərarı iddiaçıya 1 noyabr 2002-ci ildən 1 yanvar 2006-cı ilə qədər verilmiş pensiyanın “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 №-li qərarına uyğun olaraq hesablanması və fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilsin. Bu hissədə iddia təmin edilsin. 1 noyabr 2002-ci ildən 1 yanvar 2006-cı ilə qədər iddiaçıya verilmiş pensiyanın “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 №-li qərarına uyğun olaraq hesablanması və fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar 2000-ci ildən 1 noyabr 2002-ci ilə qədər olan dövr üçün iddiaçıya verilmiş pensiyanın “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 №-li qərarına uyğun olaraq hesablanması və fərqin ödənilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İddianın təmin edilən hissəsindən iddiaçının verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1808/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1808/2019
25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver