Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1808/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X11 X1rşı iş üzrə QƏRARİ Açar sözlər: qadın, 2 saylı Siyahı üzrə 52 yaşdan güzəştli şərtlə pensiya təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin yanında Dövlət X11 X10 İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərb aycan Respublikası Əmək və X5 Nazirliyinin yanında Dövlət X11 X10 İdarəsinə(bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən bərpa edilərək ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-645/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxxxxx 1960-cı il tarixdə Qazax rayonunda anadan olmuşdur.
2. Əmək fəaliyyətinə x xxxxxxxx 1982-ci il tarixdə Qazax rayonu “Partiyanın XXİİ qurultayı” adına sovxozda başlamış, xx.xx.1989-cu il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1990-cı il tarixdən Bakı “xxxxxx” kombinatında əyirici vəzifəsinə qəb ul olunaraq xx.xx.2014-cü il tarixədək həmin vəzifədə işləmişdir.
3. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti “Heydər Bağı” Park-Bulvarının xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı xx.xx.2015-ci il tarixindən Bakı şəhəri, Nizami rayonu, “Heydər Bağı” Park-Bulvarda süpürgəçi peşəsində işləyir və orta aylıq əmək haqı 378.00 manat təşkil edir. 4. “xxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı xx.xx.1995ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi öz hesabına məzuniyyətə buraxılmışdır. xx.xx.1997-ci ildən xx.xx.2000-ci il tarixə kimi uşağın 3 yaşına kimi analıq məzuniyyətində olmuşdur.
5. İddiaçının müraciətinə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli məktubla imtina edilmiş və imtinaya əsas Əmək və X5 Nazirliyinin X6 və audit şöbəsinin araşdırması nəticəsində iddiaçının qanunvericiliklə tələb olunan güzəştli sosial sığorta stajının olmasını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən əmək pensiyasının ödənişi xx.xx.2019-cu il tarixdən dayandırıldığı qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı x xxxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, ona pensiyasının dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməklə yenidən hesablanaraq yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırmışdır ki, x xxxxxx 2006-cı il tarixl i “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlar: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının xx.xx.1990-cı ildən xx.xx.2014-cü il tarixədək işlədiyi dövrdə 23 il 9 ay 04 gün istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aiddir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 9cu, İPM-in 2.2.2-ci maddəsinə istinad edilmişdir.
8. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, ƏƏSMN X6 və audit şöbəsinin araşdırması nəticəsində iddiaçının qanunvericiliklə tələb olunan güzəştli sosial siğorta stajı olmasını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən əmək pensiyasının ödənişi xx.xx.2 019-cu il tarixdən dayandırılmışdır. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(82)-3991/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya pensiyasının dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməklə yenidən hesablanaraq yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Həmçinin məhkəmə cavabdeh orqanın hansı hüquqlardan istifadə edərək iddiaçıya təyin edilmiş pensiyanın dayandırılmasını məhkəmə araşdırılması zamanı cavabdeh orqan tərəfindən sübuta yetirilməsini təklif etsə də, cavabdeh orqan belə səlahiyyətlərinin olubolmamasına dair hər hansı sənəd sübut məhkəməyə təqdim edə bilməmişdir.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X12-məruzəçi, X8 və X9, 2-1(103)-645/2020 saylı iş) xx xxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, x xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
13. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işəgötürənin təqsiri üzündən iddiaçının faktiki əməyə cəlb edilməməsi və bu dövrün əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşd irilməməsi iddiaçının ondan asılı olmayan səbəblərə görə ödənişsiz məzuniyyətdə olması kimi qiymətləndirilməli və əmək kitabçasında qeyd edilmiş həmin dövr iş stajı kimi nəzərə alınmaqla pensiya təyin edilməsində sosial sığorta stajına hesablanmalıdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, qanunvericiliklə sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinməsi nəzərdə tutulduğundan iddiaçının ö dənişsiz məzuniyyətdə olduğu həmin dövr üzrə sosial sığorta ayırmalarının mövcud olmaması belə hazırki iş üzrə iddiaçıya pensiya təyin edilməsindən imtinaya qanuni əsas vermir.
14. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarını xx xxxx 2020-ci il tarixdə almış, x xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
15. X7 məlumatına əsasən, “xxxxxx” ASC x xxxxxx 1996-cı il tarixdə dövlət qeydiyyatına alınıb. Deməli, iş materiallarında olmasa da, “xxxxxx” ASC-nin dövlət müəssisəsi olan – Bakı xxxxxx Kombinatının özəlləşdirilməsi nəticəsində yarandığını demək olar. Belə olan halda is ə “xxxxxx” ASC özəlləşdirməyə açıldığı andan etibarən istehsal fəaliyyəti ilə məşğul olmayıb. Özəlləşdirildikdən sonra da, “xxxxxx” ASC yalnız özünə məxsus daşınmaz əmlakların icarəyə verilməsindən gəlir əldə edib. Qeyd edilənlər, iddiaçının tələb edilən güzəştli və ümumi iş stajına malik olmadığını deməyə tam imkan verir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
18. İddiaçı vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin y arandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərd ə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
21. Əvvəllər qüvvədə olmuş Əmək Qanunları Məcəlləsi: Maddə
185. Uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Bu məzuniyyət müddətləri sonrakı illik məzuniyyətlər üçün hüquq verən iş stajına daxil edilmir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67....İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: (-); e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; (-).
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, ap elyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işləmiş olduğu “xxxxxx” ASC özəlləşməyə açıldığı vaxtdan etibarən istehsal fəaliyyəti ilə məşğul olmayıb, özəlləşdirildikdən sonra da yalnız özünə məxsus daşınmaz əmlakın icarəyə verilməsindən gəlir əldə etmişdir.
28. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh imtinasında, habelə birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə etirazında və apelyasiya şikayətində iddiaçının işləmiş olduğu müəssisənin istehsal fəaliyyəti ilə məşğul olmamasını bildirməmişdir. Cavabdeh şikayətinin dəlili, yəni xxxxxx” ASC özəlləşməyə açıldığı vaxtdan etibarən istehsal fəaliyyəti ilə məşğul olmaması, özəlləşdirildikdən sonra da yalnız özünə məxsus daşınmaz əmlakın icarəyə verilməsindən gəlir əldə etməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
29. Cavabdeh iddiaçının işləməsi barədə təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığını sübuta yetirmədiyindən “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə həmin sənədlər mötəbər sayılır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Toxuculuq istehsalatı” adlanan 32-ci bölmədə iddiaçının işləmiş olduğu əy iricilər peşəsi qeyd edilmişdir.
31. İddiaçıya xx xxxxxx 2012-ci ildə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 52 yaşı tamam olarkən azı 20 il ümumi iş stajının mövcud olması; 3) İddiaçının 52 yaşı tamam olarkən azı 10 güzəştli iş stajının mövcud olması.
32. İşdə olan sənədlərə görə x xxxxxx 2006-cı ildən iddiaçının 52 yaşının tamam olduğu xx xxxxxx 2012-ci ilə qədər əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulmasına dair sübut olmadığından yuxarıda bəhs edilən stajların x xxxxxx 2006-cı ilə qədər mövcudluğu araşdırılacaqdır.
33. İddiaçı x xxxxxxxx 1982-ci ildən xx xxxx 1989-cu ilə qədər Qazax rayon “Partiyanın XXİİ qurultayı” adına sovxozun 2 saylı briqadasında fəhlə işləmişdir, bu dövr 6 il 6 ay 27 gün təşk il edir.
34. İddiaçı xx.xx.1990-cı il tarixdən x xxxxxx 2006-cı ilə qədər Bakı xxxxxx Kombinatında əyirici işləmişdir (15 il 8 ay 13 gün). Bu dövrdə xx xxx 1995-ci ildən xx xxxx 1997-ci ilə qədər (2 il 2 ay 4 gün) iddiaçı öz hesabına məzuniyyətdə (ödənişsiz məzuniyyətdə) olduğundan ümumi, habelə güzəştli şərtlə pensiya hüququ verən staja daxil edilmədiyindən qalan staj (15 il 8 ay 13 gün-2 il 2 ay 4 gün) 13 il 6 ay 9 gün təşkil edir.
35. Qanunvericiliyin tələbinə görə iddiaçının uşağın 3 yaşına çatana qədər analıq məzuniyyətində olduğu xx xxxx 1997-ci ildən x xxxxxx 2000-ci ilə qədər 3 il 22 günün 3 ili də onun iş stajına daxil edildiyindən iddiaçının x xxxxxx 2006-cı ilə qədər (6 il 6 ay 27 gün+13 il 5 ay 7 gün) 20 il 4 gün ümumi stajı, onun 10 ildən az olmayan güzəştli şərtlə yaşa görə p ensiya hüququ verən xüsusi stajı mövcud olmuşdur.
36. Nəticədə iddiaçının 52 yaşının tamam olduğu vaxt 20 ildən az olmayan ümumi sığorta stajına, bu müddətin 10 ildən az olmayan güzəştli şərtlə pensiya hüququ verən xüsusi stajına malik olmuşdur.
37. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
38. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
39. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılm alıdır.
40. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-645/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.