Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1808/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (universitetə bərpa) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və üçüncü şəxs Qərbi Kaspi Universitetinə qarşı “onun tələbə sıralarına bərpa olunması və təhsilinin davam etdirilməsinin təmin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(103)-446/2021 nömrəli qərarından iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1992-ci ildə Qərbi Kaspi Universitetinə qəbul edilmişdir. 01.02.2000-ci ildə öz ərizəsinə əsasən universitetdən xaric edilmişdir. 27.08.2019-cu ildə ərizə ilə universitetə müraciət edərək, təhsilini davam etdirmək üçün universitetə bərpa olunmasını xahiş etmişdir.
2. Cavabdeh 03.06.2019-cu il tarixli, 6219/10-24 saylı məktubla onun müraciətinin təmin olunmasından imtina edildiyini bildirmişdir. Bundan əlavə, 22.10.2019cu il tarixli, 1662 saylı imtina məktubunda Qərbi Kaspi Universiteti də iddiaçıya bildirmişdir ki, onun universitetdən xaric olunduğu vaxtdan 15 ildən artıq müddət keçməsi səbəbindən universitetə bərpa haqqında ərizəsinin i crası mümkün olmamışdır. İddiaçıya yenidən ali təhsil almaq üçün X1 keçirdiyi qəbul imtahanlarında iştirak etmək tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Qərbi Kaspi Universitetinə tələbə kimi bərpa olunması və təhsilini davam etdirməsinin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1992-ci ildə Qərbi Kaspi Universitetinin (əvvəlki Qərb Universiteti) “İşgüzar inzibatçılıq” fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. 25.05.1996-cı ildə ailə vəziyyəti ilə əlaqədar akademik məzuniyyət götürmüş, 01.02.2000-ci ildə universitetdən xaric edilmişdir. 27.08.2019-cu ildə ərizə ilə universitetə müraciət edərək, təhsilini davam etdirmək üçün universitetə bərpa olunmasını xahiş etmişdir. Universitet tərəfindən 15 ildən çox müddət keçməsi əsası ilə müraciəti təmin edilməmişdir. Həmin imtinanı qanunsuz hesab edir. Ona görə də hüququnun qorunması üçün məhkəməyə müraciət etmişdir. 5. 12.02.2020-ci il tarixdə iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Qərbi Kaspi Universitetinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması, onun 15.10.2019-cu il tarixdən tələbə sıralarına bərpa olunması və təhsilini 4-cü kursdan davam etdirməsinin təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(112)-1805/2020 nömrəli (sədrli k edən hakim N.Abıyev ) qərarı ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı Qərbi Kaspi Universitetinin 01.02.2000-ci il tarixli, 10 saylı əmri ilə tələbə sıralarından xaric edilmiş və yalnız 06.05.2019-cu il tarixdə universitetə bərpa olunmaq üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Beləliklə də, iddiaçı tərəfindən Cavabdeh Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydalarda nəzərdə tutulmuş 15 illik müddət ötürülmüşdür.
8. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsind ə icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2-1(103)-446/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Nağıyeva Elmira, hakimlər Məmmədov Vidadi və Cəfərov Namiq ) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-1805/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin məzmununa uyğundur. Əlavə o laraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Cavabdeh Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydalar: Bənd 1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların (bundan sonra - t ələbələrin) köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndinə uyğun hazırlanmış və tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürməsi məsələlərini tənzimləyir. Bənd 3.1. Tələbə aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: 3.1.1. öz arzusu ilə; 3.1.2. başqa ali təhsil müəssisəsinə köçürüldükdə; 3.1.3. ali təhsil müəssisəsinin daxili intizam qayd alarını kobud şəkildə pozduqda; 3.1.4. səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən); 3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda. Bənd 4.1. Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.
15. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir.
17. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkə mə qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin məzmun və mahiyyətcə apelyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, o nun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
20. Hər bir vətəndaşın Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququ vardır. Vətəndaşın təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtləri, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq tələblər müvafiq qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənir.
21. Təhsil müəssisəsi təhsil sahəsində qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir. Təhsil müəssisələrində təh silin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Dövlətin məqsədi təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesini təmin etməkdən ibarətdir.
22. Bu qərarın 14-cü bəndində istinad olunan normalara görə, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric edilmiş şəxslə r, xaric olunma vaxtından 1 semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisələrinə bərpa olunmaq hüququna malikdirlər.
23. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, iddiaçıya 1995/1996-cı tədris illərində ailə vəziyyəti ilə əlaqədar Qərb Universitetinin 25.05.1996-cı il tarixli, 109 saylı əmri ilə akademik məzuniyyət verilmişdir. 28.01.2000-ci il tarixdə iddiaçı sənədlərini geri götürmək üçün universitetə müraciət etmiş və universitetin 01.02.2000-ci il tarixli, 10 saylı əmri ilə öz ərizəsinə əsasən universitetdən xaric edilmişdir.
24. İddiaçı 27.08.2019-cu il tarixdə ərizə ilə müraciət edərək, təhsilini davam etdirmək üçün universitetə bərpa olunmasını xahiş etmişdir. Yəni iddiaçı onun universitetdən xaric olunduğu vaxtdan 15 ildən artıq müddət keçdikdən sonra ali təhsil m üəssisəsinə bərpa haqqında müraciət etmişdir. Beləliklə də, hazırkı qərarın 14-cü bəndində istinad edilən normanın müddətlə bağlı tələbi pozulmuş, həmin normanın müvafiq bəndində nəzərdə tutulmuş 15 illik müddət iddiaçı tərəfindən ötürülmüşdür. Bu səbəbdən ali təhsil müəssisəsinə bərpa haqqında onun müraciəti təmin olunmamışdır.
25. Bununla bağlı nəzərə almaq lazımdır ki, müddətlə bağlı tələbə riayət olunması iddiaçının məsuliyyət sferasına aiddir. Ən azından iddiaçı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququnun universitetdən xaric edildiyi 01.02.2000-ci il tarixdən 1 semestr keçdikdən sonra 15 illik müddətlə məhdudlaşdığını nəzərə almalı və zamanında həmin imkandan istifadə etməli idi. Təhsilalan təhsil qanunvericiliyinin və təhsil müəssisəsinin nizamnaməsinin bununla bağlı tələblərinə riayət etməyə borcludur.
26. Bundan başqa, iddiaçı maddi durumunun yaxşı olmadığına və sağlamlığı imkan vermədiyinə görə təhsilini davam etdirə bilmədiyini qeyd etsə də, məhkəməyə həmin halların onun təhsil almasına mane olduğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir.
27. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normanın müvafiq müddəalarının tətbiqi və iddiaçının universitetə bərpa olunmasından cavabdehin imtinası qanuni və əsaslı sayılmalıdır.
28. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda şərh edilənlər ə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 21(103)-446/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.