Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1808/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin adına tərtib edilmiş dövlət aktının və çıxarışın ləğv edilməsi) 09.10.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının və çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqay ıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 fevral 2025-ci il tarixli, 2-1(105)-27/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN-351 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 17/2 nömrəli qərarı ilə iddiaçıya 1,06 ha torpaq sahəsi ayrılmış, 351B planşet nömrəsi üzrə torpaq sahəsinin ölçüsü 8700 kv.m göstərilmişdir.
2. Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 17/2 nömrəli qərarına aid adlı siyahıda iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsü 0,74 ha, Qusar rayon “Avaran” birgə kəndli təsərrüfatının torpaq sahələrinin püşkatma yo lu ilə subyektlər arasında bölüşdürülməsi siyahısında isə iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsü 0,64 ha olaraq göstərilmişdir.
3. JN-286 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 9/4-1 nömrəli qərarı ilə X7 və X11 1,42 ha torpaq sahəsi ayrılmış, 286B planşet nömrəsi üzrə torpaq sahəsinin ölçüsü 9100 kv.m göstərilmişdir.
4. X8 və X9 0,91 ha torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında həmin torpaq sahəsi X5 tərəfindən satın alınmış və xx.xx.2022ci il tarixdə X3 həmin torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
5. İddiaçı cavabdehə mürac iət edərək, 0,87 ha torpaq sahəsinə aid hissədə X8 və X9 adına verilmiş JN-286 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını mübahisələndirilən sənədlərin qanunamüvafiq qaydada tərtib edilməsi, həmçinin həmin sənədlərin məhkəmə qaydasında ləğv edilməli olması ilə əsaslandırmışdır.
7. Mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-351 nömrəli dövlət aktına əsasən torpaq sahəsi 0,188 və 0,87 ha olmaqla iki hissədə yerləşir, iddiaçının iddia etdiyi torpaq sahəsi 351B planşet nömrəli 0,87 ha hissədir. İddiaçı nın faktiki istifadəsində 0,61 ha torpaq sahəsi mövcuddur. İddiaçının iddia etdiyi 0,87 ha torpaq sahəsinin koordinatları elektron kadastr uçot məlumat bazasında uçota alınmış koordinatlarla üst-üstə düşür. JN286 nömrəli dövlət aktına əsasən 1,42 ha torpaq sahəsi 0,1343 ha, 0,374 ha və 0,91 ha olmaqla üç hissədə yerləşir, həmin hissələrdən mübahisələndirilən torpaq sahəsi 286B planşet nömrəli 0,91 ha torpaq sahəsidir, həmin torpaq sahəsi naturada istifadə olunur və elektron kadastr uçot məlumat bazasında uçota alınmamışdır. 351B planşet nömrəli 0,87 ha torpaq sahəsinin koordinatları ilə 286B planşet nömrəli 0,91 ha torpaq sahəsinin koordinatları 0,6756 ha ölçüdə üst-üstə düşür. 286B planşet nömrəli 0,91 ha torpaq sahəsi həmin torpaq sahəsinə dair tərtib edilmiş plan-cizgidə əks olunmuş koo rdinatlar daxilində yerləşir, həmin torpaq sahəsi 351B planşet nömrəli 0,87 ha torpaq sahəsi ilə üst-üstə düşür. Müvafiq çıxarışda əks olunmuş 0,91 ha torpaq sahəsi JN-286 nömrəli dövlət aktına əsasən ayrılmış 1,42 ha torpaq sahəsinin daxilində yerləşir. Əskərov Cahangir tərəfindən naturada istifadə edilən torpaq sahəsinin koordinatları da həmin 1,42 ha torpaq sahəsi daxilində yerləşir. Əskərov Cahangir tərəfindən istifadə olunan torpaq sahəsinin koordinatları iddiaçının adına verilmiş 1,06 ha torpaq sahəsinin koordinatları daxilində yerləşmir. Əskərov Cahangir tərəfindən istifadə olunan torpaq sahəsi onun adına verilmiş çıxarışla rəsmiləşdirilmiş 0,91 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Onun naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları iddiaçının iddia etdiy i torpaq sahəsi ilə üst-üstə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 0,87 ha torpaq sahəsinə aid hissədə X7 və X9 adına verilmiş JN-286 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 17/02 nömrəli qərarına əsasən verilmiş JN-351 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə iddiaçının mülkiyyətin ə 1,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədiyi vaxt iddiaçıya məlum olmuşdur ki, onun adına olan dövlət aktının 351B (0,87 ha) hissəsinə Qusar rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-511a/2007 nömrəli qətnaməsi və JN-286 (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında X6 və X9 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış verilmişdir. Qusar rayon Məhkəməsi tərəfindən həmin məhkəmənin 2007-ci il üzrə arxivində xx.xx.2007-ci il tarixli, 2-511a/2007 nömrəli qətnamənin mövcud olmadığı bildirilmişdir. Göründüyü kimi, iddiaçının adına olan dövlət aktının 351B (0,87 ha) hissəsinə X6 və X9 adına dövlət reyestrindən xx.xx.2008 -ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış mövcud olmayan məhkəmə qətnaməsi əsasında verilmişdir. Ona görə də, iddiaçı, 0,87 ha torpaq sahəsinə aid hissədə JN-286 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh müvafiq tələbin məhkəmə qaydasında həll edilməsinin mümkün olduğunu bildirmişdir.
10. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi tərəfindən X14 və X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişlər.
12. Üçüncü şəxs X3 id diaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının ləğvini tələb etdiyi çıxarışda göstərilən 0,91 hektar torpaq sahəsi X8 və X15 tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ona, yəni X2 və həmin torpaq sahəsinə dair onun adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X8 vəfat etmiş, X16 isə xeyli müddətdir yataq xəstəsidir. Bununla da, X6 və X12 həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən xitam verilmişdir. Ona görə də, artıq xitam verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilə bilməz. Bundan başqa, iddiaçı 15 ildən artıqdır ki, Azərbaycan Respublikasını tərk edərək Rusiya Federasiyasına getmiş, hazırda Rusiya Federasiyasının vətəndaşıdır. 15 il müddətində iddiaçı heç vaxt həmin torpaq sahəsindən Ağadadaş Kəlov tərəfindən, son beş ildə isə onun tərəfindən istifadə olunmasına heç bir etiraz etməmişdir. Həmin torpaq sahəsini o vicdanlı şəkildə müvafiq alqı-satqı müqaviləsi əsasında satın almış, həmin vaxtadək qeyd olunan şəxslərin həmin torpaq sahəsinə dair mülkiyyət hüququ hər hansı şəkildə mübahisələndirilməmiş, reyestrdəki qeydlə bağlı etiraz olunmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir
13. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Ceyhun Məmmədov) 12 mart 2024-cü il tarixli, 2-1(118)-2565/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə X1 torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas xx.xx.2008-ci il tarixli, **********69 reyestr nömrəli çıxarış olmuşdur. Həmin çıxarışın verilməsi üçün əsas dövlət aktı, dövlət aktının verilməsi üçün əsas isə rayon aqrar islahat komissiyasının qərarı olmuşdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X7 dövlət aktının verilməsi üçün məhkəmə qətnaməsi deyil, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 9/4-1 nömrəli qərarı əsas olmuşdur. Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 9/4-1 nömrəli qərarı məhkəmə qaydasında ləğv edilmədən iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Nəzərə alınmalıdır ki, hazırkı iddianın təmin edilməsi üçün yaranmış maneə aradan qaldırılarsa, iddiaçının analoji tələb ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüququ yaranacaqdır.
15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, İsmayıl Quliyev və Vahid Hacıyev) 04 fevral 2025ci il tarixli, 2-1(105)-27/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ona məxsus 0,87 ha hissəsinə dair X6 və X9 adına əsassız olaraq hüquqmüəyyənedici sənədlər tərtib edilməsi və on lar tərəfindən istifadə olunması halına istinad edərək, həmin hissədə onların adına tərtib edilmiş ilkin hüquqmüəyyənedici sənədlərin (müvafiq dövlət aktı və onun əsasında verilmiş çıxarışın) ləğv edilməsini istəyir. Cavabdeh isə həmin torpaq sahəsinə dair sözügedən şəxslərin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin qanunamüvafiq qaydada tərtib edildiyini bildirərək, həmin sənədlərin ləğv edilməsindən imtina etmişdir. İddiaçı mübahisələndirdiyi torpaq sahəsinin mövcud olmayan məhkəmə qətnaməsi əsasında, qanunazidd olaraq əldə edildiyini bildirsə də, həmin hal iş materialları əsasında təkzib olunmuşdur. Belə ki, Qusar rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-511a/2007 nömrəli qətnaməsinin məzmununda X6 adına tərtib edilmiş JN-286 nömrəli dövlət aktına əsasən ona məxsus olan 0,37 ha torpaq sahəsi ilə bağlı məsələ qeyd edilsə də, qətnamənin nəticə hissəsində həmin dövlət aktına və onun əsasında verilmiş torpaq sahəsinə dair hər hansı müddəa qeyd edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 və X9 adına torpaq sahəsinin ayrılmasına dair müvafiq aqrar islahat komissiyasının qərarı və onun əsasında tərtib edilmiş dövlət aktının arxiv nüsxəsi vardır, hazırda da həmin sənədlər qüvvədə olmaqla, onların ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir.
18. İddianın mümkünlüyü ilə bağlı qeyd edilməlidir ki, iddiaçı indiki halda X6 və X9 adına torpaq sahəsinin ayrılmasına dair müvafiq aqrar islahat komissiyasının qərarını mübahisələndirmədiyini, mübahisəli halın müvafiq dövlət aktının tərtib edilməsi və onun əsasında onların adına dövlə t qeydiyyatının aparılması ilə bağlı cavabdehin hərəkətlərinin olduğunu, dövlət aktının özünün əsassız olaraq tərtib edildiyini, dövlət aktının müvafiq aqrar islahat komissiyasının qərarı əsasında deyil, mövcud olmayan məhkəmə qətnaməsi əsasında tərtib edildiyini bildirmişdir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddiaçının hüquqi marağını məhz dövlət aktının mötəbərliyi və onun əsasında dövlət qeydiyyatının aparılması ilə bağlı cavabdehin hərəkətləri təşkil etdiyindən, iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır.
19. İddianın mahiyyətinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının adına tərtib edilmiş müvafiq dövlət aktının məzmununda ayrılmış torpaq sahəsinin ölçüsü kimi 1,06 ha torpaq sahəsi qeyd edilsə də, müvafiq aqrar islahat komissiyasının qərarı əsasında pay almaq h üququ olan subyektlərin siyahısında iddiaçının adına ayrılmış torpaq sahəsinin ölçüsünün 0,64 ha olduğu (bir arxiv siyahıda 0,74 ha olduğu) qeyd edilmişdir. İndiki halda isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,61 ha olmuşdur.
20. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahələrinə yerində baxış həyata keçirilmiş, baxış zamanı faktiki olaraq torpaq sahələrinin hər birinin naturada mövcud olduğu, qonşu əkin pay torpaq sahələri olduğu müəyyən edilmişdir. Bundan əlavə, iş materiallarında olan mütəxəssis rəyinin məzmunundan da görünür ki, torpaq sahələri faktiki naturada mövcuddur, faktiki istifadə vəziyyətində üst-üstə düşmə halı mövcud deyil, iddiaçının adına tərtib edilmiş 351B planşet nömrəli torpaq sahəsi ilə X6 və X9 adına tərtib edilmiş 286B planşet nömrəli torpaq sahəsinin koordinatları üst-üstə düşür. Göründüyü kimi, indiki halda tərəflər arasında mübahisəli halın yaranmasına səbəb məhz hər iki tərəfin adına ayrılmış müvafiq torpaq sahələrinin koordinatlarının hüquqmüəyyənedici sənəddə düzgün işlənilməməsi ilə bağlı ortaya çıxmışdır. Bu hal isə, özlüyündə X6 və X9 adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin mötəbərliyini şübhə altına almamaqla, onun ləğv edilməsi üçün əsas qismində çıxış etməmişdir.
21. Bununla bağlı iddiaçıya məhkəmə araşdırması zamanı hüquqi yardım göstərilsə də, iddiaçı məhz müvafiq dövlət aktının əsassız olaraq tərtib edilməsi halına istinad edərək, iddia tələbini müdafiə etmişdir. Nəticə etibarilə kollegiya qeyd edir ki, iddiaçı məhz X6 və X9 adına tərtib edilmiş dövlət aktının və onun əsasında cavabdehin ilkin dövlət qeydiyyatının aparılması ilə bağlı hərəkətlərinin dövlət aktının mötəbərliyini şübhə altına aldığına istinadən mübahisələndirsə də, həmin hala dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da X6 və X9 adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin mötəbər olmaması ilə bağlı hal öz təsdiqini tapmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmadığından, iddia tələbi əsaslı olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, iddiaçının şikayətinin dəlilləri əsaslı olmamışdır.
22. Bundan əlavə, kollegiya işin müəyyən edilmiş hallarına əsasən iddiaçının diqqətinə onu çatdırır ki, o, adına ayrılmış müvafiq torpaq sahəsinin və X6 və X9 adına ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatlarının üst-üstə düşən hissəsi ilə bağlı torpaq sahəsinin koordinatlarının düzgün müəyyən edilməsinə dair cavabdeh inzibati orqana müraciət etmək, müraciətinin təmin olunmasından imtina edildiyi halda, inzibati məhkəmə icraatı qaydasında həmin inzibati orqana qarşı qeyd edilən tələblə bağlı iddia irəli sürməklə, mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına sahibdir.
23. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
24. İddiaçının kassasiya şikayətini n əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Üçüncü şəxs X5 tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər i rəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan s ui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməs i haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X10 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquq lar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi;
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəm ə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. A pellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməs i tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiy yətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının tələbi müvafiq dövlət aktına əsasən ona məxsus 0,87 ha torpaq sahəsinə aid hissədə X6 və X9 adına verilmiş JN-286 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsinə yönəlmişdir. Bu zaman iddiaçı həmin sənədlərin cavabdeh tərəfindən əsassız olaraq tərtib olunduğuna istinad etmişdir.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və tələb olunan hissədə həmin sənədlərin ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tət biq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 fevral 2025-ci il tarixli, 2-1(105)-27/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.