Məhkəmə qərarları › İş №2-1(102)-1809/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1809/2019

29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1809/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Göyüşov Nizami Əhraman oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 mart tarixli 2-1(103)-28/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ə sasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1966-cı il 21 yanvar tarixdə əmək fəaliyyətinə başlamış, 1984-cü il 14 fevral tarixədək müxtəlif təşkilatlarda, 1984-cü il 14 fevral tarixdən 2009-cu il16 fevral tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmiş, ona 2008-ci il noyabrından yaşa görə, 2019-cu ilin fevralından xidmət illərinə görə pensiya təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 1 fevral tarixli məktubla müraciətin təmin olunmasından imti na etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikası Baş Prokurorluğunda idarə rəisinin müavini, Gədəbəy rayon prokurorunun müavini və rayon prokuroru vəzifəsinin icraçısı işlədiyi dövrlər əsas götürülməklə ona 2008-ci il 1 noyabr tarixdə əmək pensiyası təyin olunmuşdur. İddiaçının ona pensiyanın hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi əlavələrin ona ödənilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan müvafiq arayışın təqdim olunmaması səbəbindən həmin əlavələrin pensiya hesablanarkən nəzərə alınması mümkün olmamışdır. İddiaçı 2018-ci il 9 fevral tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 20.1, 20.1.5 və 20.8-ci maddələrinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə h aqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan iki aylıq əmək haqqı məbləğində pul təminatı, iki aylıq əmək haqqı məbləğində pul müavinəti və əmək haqqının üçqat həcmində maddi yardımla əlaqədar əlavələr nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması və pensiyanın təyin edildiyi tarixdən yaranacaq fərqin ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1997-ci ilin oktyabr ayından başlayaraq ardıcıl gələn 60 ay ərzində prokurorluq orqanlarında işlədiyi dövr üzrə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, əmək haqqının iki misli həcmində müalicə pulu və əmək haqqının iki misli həcmində maddi yardımın veri lməsi nəzərə alınmaqla ona 2009-cu il 19 noyabr tarixdən təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərində prokurorluq işçilərinə hər il məzuniyyətə çıxanda iki aylıq əmək haqqı məbləğində və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində pul təminatının, habelə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardımın verilməsi nəzərdə tutulmuşdur. İddiaçıya 19972002-ci illərin orta əmək haqqı nəzərə alınmaqla əmək pensiyası təyin olunmuş, lakin bu zaman ona qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilmiş əlavə lər nəzərə alınmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 may tarixli 2-1(82)-1407/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1997-ci ilin oktyabr ayından başlayaraq ardıcıl gələn 60 ay ərzində prokurorluq orqanlarında işlədiyi dövr üzrə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, əmək haqqının iki misli həcmində müalicə pulu və əmək haqqının iki misli həcmində maddi yardımın verilməsi nəzərə alınmaqla ona 2009-cu il 19 noyabr tarixdən təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilərkən 2001-ci il 29 iyun tarixdə qəbul edilmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş imtiyazlar nəzərə alınmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 10 iyul tarixli 21(103)-1628/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qər ardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2018/2018 nömrəli 2018-ci il 31 oktyabr tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 10 iyul tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin 1997-ci ilin oktyabr ayından başlayaraq ardıcıl gələn 60 ay ərzində həmin əlavələrin də nəzərə alınmaqla hesablanması hissəsində tam təmin edilməsi düzgün olmamış, çünki həmin əlavələrin verilməsi yalnız 2001-ci ilin iyul ayından qanunvericilikdə müəyyən edilmişdir. Apellyasiya instansiyası məhk əməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 mart tarixli 2-1(103)-28/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavə hesablanarkən 2001-ci il 19 iyul tarixdən başlayaraq prokurorluq işçilərinin aldığı əmək haqqına daxil olan bütün növ ödənişlərin nəzərə alınması qanuni qaydada müəyyən edilmişdir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 1 aprel tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 11 aprel tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayə tinin dəlillərinə görə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-cu il 31 oktyabr tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 92.0.6-cı maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.”. Bundan başqa, həmin qərarda qeyd edilir ki, “aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlillə qismən razılaşaraq hesab edir ki, birinci dəfə apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin müddəaları tam təhlil olunmadığından, tam düzgün olan nəticə əldə edilməmişdir.”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının qərarında da qeyd edilmişdir ki, cavabdeh tərəfin irəli sürdüyü dəlillə qismən razılaşır. Belə olan halda, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 mart tarixli qərarı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarında qeyd edilən həmin xüsusat-cavabdehin irəli sürdüyü dəlillə qismən razılaşmasını da əsassız olaraq rədd edərək cavabdehin tələbini tam təmin etmişdir. Bununla da apellyasiya məhkəməsi tərəfindən İPM-in 96.11-ci maddəsinin mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəmələri üçün məcburi olması haqqındakı tələbinə əməl edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izah at verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində ə saslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir.”. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinin əsası kimi kassasiya instansiya məhkəməsinin qərarında əks olunan hüquqi mövqelərə istinad etdiyini qeyd etsə də, kassasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı mövqe iddianın tamamilə əsassız olduğunu ifadə etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2018/2018 nömrəli 2018-ci il 31 oktyabr tarixli qərarında qeyd edilmişdir ki, “...iddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavə hesablanarkən 2001-ci il 19 iyul tarixdən başlayaraq prokurorluq işçilərinin aldığı əmək haqqına daxil olan bütün növ ödənişlərin nəzərə alınması qanuni qaydada müəyyən edilmişdir. Bu halda məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, iddiaçının tələbinin 1997-ci ilin oktyabr ayından başlayaraq ardıcıl gələn 60 ay ərzində həmin əlavələrin də nəzərə alınmaqla hesablanması hissəsində tam təmin edilməsi düzgün olmamış, çünki həmin əlavələrin verilməsi yalnız 2001-ci ilin iyul ayından qanunvericilikdə müəyyən edilmişdir.”. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflərin dəlillərini, iddiaçının pensiya hüququnun reallaşdırılmasına təsir edən və ya edə bi lən işin hallarını tədqiq edərkən kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini məhz həmin qərarda ifadə edilmiş məzmunda nəzərə almalı idi. Bu da öz növbəsində İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinin təmin olunmasını şərtləndirir. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılarkən, həmçinin aşağıdakılar nəzərə alınmalıdır. “Prokurorluq haqqında” Qanunun 38-ci maddəsinə əsasən, prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqı nda” Qanunun 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayara q maddi yardım verilir. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən, prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (burada və bundan sonra mətndə - Qanunun 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyası nəzərdə tutulur) 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri... Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir... Həmin Qanunun 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1 - 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yuxarıda istinad edilən normaların məzmunundan göründüyü kimi: - prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir (iddiaçının istinad etdiyi ödənişlər "P rokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunda nəzərdə tutulmuşdur); - prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin, yaxud yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; - əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir; - həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələ r yenidən hesablanır. İddiaçıya onun 25 illik qulluq stajına görə (“Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsi) əmək pensiyasının 2009-cu il 19 fevral tarixdən təyin edildiyi, bu zaman ona əvvəllər (2008-ci ilin noyabrından – 62 yaşına çatması ilə əlaqədar olaraq yaşa görə /iş v. 40/) təyin edilmiş əmək pensiyasının yenidən hesablandığı nəzərə alındıqda, yenidən hesablama, bu hesablamanın aparıldığı vaxtda (2009-cu il 19 fevral tarixdə) qüvvədə olan qanuna uyğun olaraq əmək haqqındakı sonrakı artımlara (o cümlədən, iddiaçının istinad etdiyi və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8, 20.9 və 21.4cü maddələrində nəzərdə tutulmuş ödənişlərə) uyğun olaraq aparılmalıdır (“Əmək pensiyaları haqqında” Qanunun 20.1, 20.1.5, 20.8, 29.3-cü maddələri). Qeyd: İddiaçı idd ia tələbində (iş v. 50) “ona 2009-cu il 19 noyabr tarixdən təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” qeyd etsə də, sonradan həmin tarixin yanlış göstərildiyini və ona qulluq stajına görə pensiyanın, əslində 2009-cu il 19 fevral tarixdən təyin edildiyini, yenidən hesablamanın da məhz həmin tarixdən aparılmalı olduğun bildirmişdir (iş v. 96). Nəzərə alınmalıdır ki, məhkəmə, iddia tələbindən kənara çıxmamaq şərti ilə, iddia tələbinin ifadə tərzinə bağlı deyil (İPM-in 52-ci maddəsi). Həmin normanın tələbi, iddia ərizəsinin, iddiaçının izahat və şikayətlərinin məzmunu, habelə iddiaçının hazırkı məzmunda iddia tələbi ilə əslində hansı nəticəyə nail olmaq istədiyi və yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alınmaqla i ş üzrə aydınlaşdırılmalı hallar - işin hazırkı vəziyyətində - aşağıdakılardan ibarətdir: 1) iddiaçıya ilk dəfə əmək pensiyası təyin edilərkən onun istəyi ilə seçilmiş əmək fəaliyyətinin 60 aylıq müddətinə həmin müddətlə əhatə olunan, qanunla prokurorluq işçisinin “əmək haqqı” kimi təsnif edilən gəlir və ödənişlərin nəzərə alınıb-alınmadığı; 2) iddiaçı “ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını” tələb etdiyindən iddiaçıya onun 25 illik qulluq stajına görə 2009-cu il 19 fevral tarixdən əmək pensiyası təyin edilərkən yenidən hesablamanın həmin vaxtda qüvvədə olan qanuna uyğun olaraq əmək haqqındakı sonrakı artımlara (o cümlədən, iddiaçının istinad etdiyi və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərə) uyğun olaraq aparılıb-aparılmadığı. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 mart tarixli 2-1(103)-28/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar