Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1809/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-1772/2020) (Açar sözlər: əmrin ləğvi, iddianın müddət keçdiyinə görə mümkün sayılmaması, prosessual normaların tətbiqi zamanı ifrat formallığa yol verilməməsi) Bakı şəhəri 07 oktyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili X1, nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabde h Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, mayor hərbi rütbəsinin bərpa edilməsi, birdəfəlik pul mükafatının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1118/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı N saylı hərbi hissədə əməliyyat bölməsinin fiziki hazırlıq və idman rəisi vəzifəsində qulluq etmiş, xx.xx.2015-cü il tarixli əmrlə onun “mayor” hərbi rütbəsi “kapitan” hərbi rütbəsinə qədər aşağı salınmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10760 saylı, xx xxxxxxx 2014-cü il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15 6-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən zabit (kapitan) İddiaçı (50-ci Motoatıcı briqadanın əməliyyat bölməsinin fiziki hazırlıq və idman rəisi) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
3. N №-li hərbi hissə komandiri tərəfindən iddiaçıya SHXÇDX Bərdə rayon Şöbəsi rəisinin sərəncamına qeydiyyata durmaq üçün getməsi barədə xx xxxxxxx 2014-cü il tarixli, 168 saylı təyinat vərəqəsi verilmiş, təyinat vərəqəsində onun hərbi rütbəsi «kapitan» qeyd olunmuş, gedib çatma vaxtı xx xxxxxxx 2014-cü il tarixi müəyyən edilmişdir. Həmin təyinat vərəqəsi İddiaçı Mənaf oğluna xx xxxxxxx 2014-cü il tarixdə təqdim edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdaf iə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan iddia tələbinə dəqiqləşmə verərək, cavabdehin onun barəsində «mayor hərbi rütbəsinin bir pillə aşağı salınması» haqqında müvafiq əmrin ləğv edilməsi, mayor hərbi rütbəsinin bərpa edilməsi, cavabdehin «ehtiyata buraxılma» barədə əmrində dəyişiklik edilməsi və 2014-cü il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının tam həcmdə ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində, o cümlədən 2012-2014-cü illər ərzində N saylı hərbi hissədə xidmət etmişdir. 2014-cü ildə övladının Bakıda ali məktəbə daxil olması və digər ailə səbəblərinə görə öz arzusu ilə Silahlı Qüvvələr sı ralarından ehtiyata buraxılmaq istəmiş və bununla əlaqədar olaraq xx.xx.2014-cü il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinə rəsmi raportla müraciət etmişdir. 2014-cü ilin oktyabr ayında davranışında və hərbi xidmətində heç bir qüsur olmadığı halda, onu baş zabit heyətinin şərəf məhkəməsinə dəvət edərək hərbi rütbəsinin bir pillə aşağı salınması haqqında qanunazidd qərar qəbul olunmuşdur. Həmçinin ehtiyata buraxılarkən həmin il üçün birdəfəlik pul mükafatından da 100% məbləğində məhrum edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-106/2020 nömrəli qərardadı ilə (hakim A. Oruczadə) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia qaldırılması üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Çünki İPM-nin 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.
8. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhk əməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1118/2020 nömrəli qərardadı ilə (hakimlər Ü.Mayılov (sədrlik edən və məruzəçi), M.Tağızadə və X.Cəmilova) Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinə görə, əmrlərin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması cavabdeh tərəfindən sübuta yetirilməyib.
13. Bundan başqa, məhkəmələr İPM-nin 13 və 48-cı maddələrinə əsasən yardım etmə vəzifəsini icra etməmişdir.
14. Məhkəmənin “elan olunma isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir” məzmunda əsaslandırması qanunauyğun hesab oluna bilməz. Məhkəmə iddiaçıya mübahisələndirilən əmrin verilməsini müəyyən etmək üçün hərbi hissənin əmrlərlə tanış edilmə barədə kitabını tələb etməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və onun vəkili şıkayətin təmin olunmasını xahiş etdilər.
16. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Qanun: Maddə
73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətin də müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma h aqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır; Maddə
35. İddinın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində,... qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya in stansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
21. Baxılan məsələ iddia müddətləri ilə bağlı olduğuna görə məhkəmə kollegiyası bildirir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
22. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında ş ərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
24. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyə ti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
25. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur.
26. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
27. Baxılan işdə məhkəmələr iddia müddəti ötürüldüyünə görə iddianı mümkün saymamışdır. İddia çı isə məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır və mövqeyini onunla əsaslandırır ki, əmrin ona hansı tarixdə rəsmi qaydada təqdim olunması cavabdeh tərəfindən sübuta yetirilməyib.
28. İşdən görünür ki, məhkəmələr əmrlərin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim olunmadığını müəyyən etmiş, lakin iddiaçının barəsində qəbul edilmiş əmrlərin mövcudluğundan xx xxxxxxx 2014-cü il tarixdən, yəni iddiaçıya xx xxxxxxx 2014-cü il tarixli təyinat vərəqəsi təqdim olduğu zaman xəbərdar olduğu qənaətinə gəlmişdir. Məhkəmələrin qənaətinə görə həmin təyinat vərəqəsinin məzmunundan da aydın olur ki, iddiaçıya SHXÇDX Bərdə rayon Şöbəsi rəisinin sərəncamına qeydiyyata durmaq uçun getməyi əmr ediləndə, onun hərbi rütbəsinin «mayor» rütbəsindən «kapitan» rütbəsinə salınması, həmçinin göndərişin əsası kimi Azərbaycan Respublikası Müdafiə Nazirinin 0760 №-li xx.xx.2014-cü il tarixli əmrin olduğu əksini tapmışdır.
29. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşır.
30. Belə ki, qanunvericilik iddia müddətlərinin axımının başlanmasına əsas olan hüquqi faktları dəqiq müəyyən etmişdir. İPM-nin 38.1-ci maddəsi mübahisələndirmə tələbləri üzrə iddia müddətlərinin axımının başlanmasını inzibati aktın təqdim (elan) olunduğu vaxtdan müəyyən edir.
31. İşə baxmış məhkəmələr eyni zamanda mübahisələndirilən əmrlərdə həmin inzibati aktlara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığını nəzərə almaqla, h aqlı olaraq həmin əmrlərdən qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə biləcəyini müəyyən etmişdir.
32. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
33. Kassasiya şikayəti üzrə qiymət verilməli olan hüquqi məsələ, məhkəmələrin iddia müddətini tətbiq edərkən İPM-nin 38.1-ci maddəsinin tələblərinə riayət edib-etməməsindən ibarətdir. İşin halları, yəni şikayət verilməsi üçün 30 gün müəyyən edilmiş inzibati aktların qüvvəyə mindikdən 5 il sonra mübahisələndirilməsi, iddia m üddətinin araşdırılmasında formal tələblərdən çıxış etməni məhudlaşdırır.
34. Çünki iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
35. Bununla yanaşı prosessual müddətlərin tətbiqi zamanı ədalət mühakiməsinə əlçatanlıq prinsipi də gözlənilməlidir.
36. İddia müddətlərinin təyinatı baxımından işin halla rına nəzər salındıqda görünür ki, iddiaçıya ehtiyata buraxılması ilə əlaqədar yaşayış yeri üzrə SHXÇDX-nin Bərdə rayon şöbəsində qeydiyyata durmaq üçün verilmiş xx xxxxxxx 2014-cü il tarixli təyinat vərəqəsində onun rütbəsinin kapitan olması aydın şəkildə göstərilmişdi. Həmçinin iddiaçının hərbi biletində onun xx xxxxxxx 2014-cü il tarixli əmrlə «Hərbi xidmətçəkmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı açıq və qəti şəkildə qeyd olunmuşdur.
37. Yəni iddiaçıya inzibati akt olaraq əmrlərin özü təqdim olunmasa da, hərbi rütbəsinin aşağı salınması və xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə rəsmi məlumat daşıyıcısı verilmişdi və həmin məlumat daşıyıcıları məzmununa etimad göstəriləcək dərəcə də mötəbər idi. Başqa sözlə, iddiaçı sözügedən əmrləri mübahisələndirmək üçün kifayətedici imkanlara malik idi.
38. İşin bu halında, yalnız inzibati aktın təqdim olunmaması və elan edilməməsinə istinadən iddia müddətinin ötürülmədiyi barədə nəticəyə gəlmək, həmin normaların tətbiqində ifrat formallığa yol verilməsi olardı. Buna görə də məhkəmə kollegiyası əmrlərin ləğv olunması və dəyişdirilməsi tələbləri üzrə iddianın mümkün sayılmaması barədə nəticəni əsaslı sayır.
39. İddianın birdəfəlik pul mükafatının ödənilməsi ilə bağlı hissə üzrə də məhkəmələr düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin tələbin hüquqi əsasını təşkil edən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 152-ci maddəsinə görə xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cina yətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır.
40. Aşağı instansiya məhkəmələri də bu normalara əsasən izah etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, xidməti uyğunsuzluğu görə hərbi xidmətədən ehtiyata buraxılan hərbi quluqçulara maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır. Maddi təminatın anlayışı qanunvericilikdə dəqiq göstərilmədiyi halda, həmin anlayışın geniş ifadə olunduğunu nəzərə aldıqda, iddiaçının tələb etdiyi pul mükafatı da həmin maddi təminatlara aid edilir. Hazırki mərhələdə iddiaçının irəli sürdüyü pul mükafatı ilə bağlı hissənin baxılmasının mümkün olmaması səbəbi odur ki, iddiaçının x idməti uyğunsuzluğuna görə hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr hazırki iddia ilə mübahisələndirilmiş və məhkəmənin mövqeyinə əsasən həmin hissəyə baxılması mümkünsüz sayılmalıdır. Məhkəmənin iddiaçının pul mükafatı ilə bağlı hissəsinə baxılması, yalnız həmin əmrlər üzrə mübahisə yekunlaşdığı təqdirdə mümkündür və ona görə də iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. 41.İddiaçı müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini əsaslandıran tutarlı halları və sübutları məhkəməyə təqdim edə bilməmişdir.
42. Məhkəmələr iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kol legiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1118/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.