Məhkəmə qərarları › İş №2-1(102)-1809/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1809/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1809/2021 26.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergilərin hesablanması barədə qərarların ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə sinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.06.2021-ci il tarixli, 2-1(103)-1180/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh vergi orqanının 14.09.2016-cı il tarixli **********040682 nömrəli qərarına əsasən 15.09.2016-cı il – 14.03.2017-ci il tarixləri aralığında İddiaçı Şirkərinin vergilər üzrə qanunvericiliyə əməl etməsinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və nəticəsi 17.03.2017-ci il tarixli **********041010 nömrəli aktla rəsmiləşdirilmişdir.

2. Həmin akta müvafiq olaraq 27.03.2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisin in vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə iddiaçı barəsində 2015-ci ilin mənfəət vergisi üzrə 1648,43 manat və müvafiq olaraq 824,22 manat maliyyə sanksiyası, 2015-ci ilin 1-ci rübü üzrə ödəmə mənbəyində tutulan vergi üzrə 31729,36 manat və müvafiq olaraq 15864,68 manat məbləğində maliyyə sanksiyası, 2016-cı ilin 1-ci və 2-ci rübləri üzrə ödəmə mənbəyindən tutulan vergi üzrə birlikdə 252,0 manat və müvafiq olaraq 126,0 manat məbləğində maliyyə sanksiyası, 2016-cı ilin 2-ci rübü üzrə vergi hesabatının vaxtında verilməməsinə görə 40,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, cavabdeh tərəfindən tərtib edilmiş 10.11.2017-ci il tarixli, **********515900 nömrəli qərarı ilə kameral yoxlama nəticəsində İddiaçınə ƏDV üzrə ver ginin azaldılmasına görə 31000 manat vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 15.10.2018-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 27.03.2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” inzibati aktının ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 27.03.2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın və 10.11.2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması bar ədə” kameral qərarın ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin qərarı ilə şirkətin fəaliyyətində vergi qanunvericiliyinə əməl edilməsinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və həmin yoxlamanın nəticəsi 17.03.2017-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında vergi orqanı tərəfindən 27.03.2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Səyyar vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğləri tamamilə qanunsuzdur və ləğv edilməlidir. Yoxlamanın 15.09.2016-cı il tarixdən başlandığı və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq 30 gün ərzində başa çatdırılmalı olmasına baxmayaraq, cavabdeh 36 gün sonra, yəni 21.10.2016-cı il tarixdə yoxlamanın müvəqqəti dayandırılması barədə qərar qəbul etmişdir. Bundan əlavə, yoxlama 27.01.2017-ci il tarixdə 30 gün müddətinə uzadılsa da, aktın 1.1-ci bəndindən göründüyü kimi, 14.03.2017-ci il tarixdə, yəni 43 gün ərzində başa çatdırılmışdır ki, bununla da növbəti prosessual pozuntuya yol verilmişdir. Həmçinin yoxlama müddətinin uzadılması zamanı Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, müddətin uzadılması üçün həmin normada göstərilən əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilm əsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Verginin hansı əsasla hesablanmasını sübut edən heç bir fakt mövcud deyildir və vergi məbləği tamamilə qanunsuz tətbiq edilmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, yoxlama ilə iddiaçı tərəfindən yoxlanılan dövr üzrə xərclərin uçotunun düzgün aparılmaması müəyyən edilmiş, 2015-ci ilin mənfəət vergisi üzrə 1.648,43 manat, 2015-ci ilin ödəmə mənbəyində tutulan vergisi üzrə 31.729,36 manat, 2016-cı ilin ödəmə mənbəyində tutulan vergisi üzrə 252 manat, 2014-cü ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergisi üzrə 10,78 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırıldığı müəyyən edilmiş, iddiaçıya ümumilikdə 16.860,29 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı öz növbəsində yoxlama zamanı 50.500,86 manat məbləğində hesablanmış vergilər və maliyyə sanksiyası üzrə məbləğlərin ödənişini həyata keçirmişdir. Eyni zamanda, iddiaçı tərəfindən 8 sentyabr 2017-ci il tarixdə vergi orqanına təqdim olunmuş 2017-ci ilin may ayı üzrə ƏDV bəyannaməsinin araşdırılması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsinə əsasən ilin sonuna 972.954,27 manat mal qalığının olduğu və həmin tarixdən sonra ümumilikdə 0 manat dövriyyə məbləğinin göstərildiyi məlum olmuşdur. Qeyd olunanlar, eyni zamanda vergi ödəyicisinin fəaliyyətinin dayandırılması, onun istifadəsində qalan malların satılaraq gəlirlərin vergidən gizlədilməsi kimi qiymətləndirilərək vergidən yayınma riski yaratmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 17.07.2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə əlaqədar əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə ona Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü, 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 175.131,77 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 22.09.2017-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Kameral hesablamadan sonra vergi ödəyicisi müraciət edərək həmin mallara görə ƏDV-nin 2014-cü ilin dekabr ayında və 2016-cı ildə ödədiyini, sonuncu idxalın 2015-ci ildə aparıldığını və həmin dövrün səyyar vergi yoxlaması ilə əhatə olunduğunu qeyd etmiş, hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2014-cü ilin dekabr ayı üzrə 105.000 manat ödəniş edilərək, bəyannamədə göstərdiyi, sonuncu səyyar vergi yoxlaması zamanı rentabellik cədvəlinə mal qalığının 278.300 manat olduğu, 2015-ci ilin mənfəət vergisi bəyannaməsində ilin sonuna 1.045.000 manat mal qalığının göstərildiyi və səyyar vergi yoxlaması ilə mal qalığına görə 50.000 manat ödəniş edildiyi, 2016-cı il ərzində şir kətin 106.100 manat dövriyyəsinin olduğu məlum olmuşdur. Qeyd olunanlara əsasən ödəyicinin mal qalığında qalmış mallara görə hesablanmış vergi məbləği azaldılmış ((278.300 – 106.100) x 18% = 31.000 manat), bu barədə vergi ödəyicisinə 10 noyabr 2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.02.2019-cu il tarixli 2-1(82)368/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.03.2017-ci il tarixli **********087197 nömrəli və “Vergilərin hesablanması barədə” 10.11.2017-ci il tarixli **********515900 nömrəli qərarları ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qəbu l edilmiş aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) və tətbiq olunmuş maliyyə sanksiyalarını ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2019-cu il tarix li 2-1(103)-1545/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. Kassasiya instansiya məhkəməsində birinci icraat

13. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 17.12.2019-cu il tarixli 2- 1(103)3158/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2019-cu il tarixli ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı şirkətin mübahisələndirdiyi vergi qərarlarını, o nların mahiyyəti baxımından, yəni vergi orqanı tərəfindən şirkətə hesablanmış və ödənilməsi tələb olunmuş vergi borcunun düzgün hesablanıb-hesablanmaması məsələsini araşdırmamış, yalnız vergi orqanı tərəfindən həmin qərarların qəbul edilməsinə əsas olmuş səyyar və kameral vergi yoxlamalarının keçirilməsi və bu qərarların iddiaçı şirkətə təqdim olunması ilə bağlı olan prosedur qaydalara (o, cümlədən, müddətlə bağlı qaydalara) riayət olunub-olunmaması məsələsi ilə bağlı araşdırma aparmışdır. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.08.2020-ci il tarixli 21(103)-1188/2020 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

16. Apellyasiya instansiyası məhkə məsi hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.03.2017-ci il tarixli və “Vergilərin hesablanması barədə” 10.11.2017-ci il tarixli qərarlarını mübahisələndirmişdir.

17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. d. Kassasiya instansiya məhkəməsində ikinci icraat

18. Ali Məhkəmənin İnzibati Kollegiyasının 17.11.2020-ci il tarixli, 2-1(102)2065/2020 saylı qərarına əsasən (sədrlik edən İlqar Hüseynov, hakimlər Fərhad Kərimov və Kəmaləddin Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.08.2020-ci il tarixli 2- 1(103)-1188/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarın iddiaçı tərəfindən əldə edilməsinin əsası kimi işdə olan hansı sənədə istinad etdiyini qərarda göstərməyib. Məhkəmə mübahisələndirilən inzibati aktların iddiaçıya elektron qaydada göndərildiyinə istinad edirsə, bu halda, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş “elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır” müddəası və Qanunun 62.3-cü maddəsi tərəflər arasında 01.01.2019-cu il tarixədək yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiq olunmalı, bu zaman, işin ha lları araşdırılarkən və onlara qiymət verilərkən həmin normaların tələbləri ilə yanaşı, həmçinin “Elektron imza və elektron sənəd haqqında” Qanunun “elektron imza”ya və “elektron sənəd”ə dair tələbləri də nəzərə alınmalıdır. e. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.06.2021-ci il tarixli, 21(103)-1180/2021 nömrəli qərarına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Cahangir Yusifov və Səadət Bəktaşi) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.02.2019-cu il tarixli, 2-1(82)-368/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Məhkəmə qər arı cavabdehə 15.07.2021-ci il tarixində təqdim edilmişdir. Cavabdeh 10.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.06.2021-ci il tarixli, 2-1(103)-1180/2021 nömrəli qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

23. İşə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmamışdır ki, iddiaçı ilə qeydiyyatda olduğu vergi orqanı arasında 24.05.2013-cü il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmış və bu müqaviləyə əsasən vergi orqanı tərəfindən sənədlər vergi ödəyicisinin elektron qutusuna göndərilir. Müqavilənin 2.7-ci bəndində qeyd e dilmişdir ki, vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş sayılır. Vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və həmin sənədin vergi ödəyicisi tərəfindən oxunduğunu təsdiq edən hesabat məlumatları təqdim edildiyi halda bu sənədlərin vergi ödəyicisinə lazımi qaydada çatdırılmadığı fikrini irəli sürmək və 1 il yarımdan artıq müddətdən sonra məhkəməyə təqdim edilmiş iddianı mümkün sayıb ona mahiyyəti üzrə baxmaq ədalətli deyil.

24. Yoxlamanın nəticələri 27.03.2017-ci il tarixli **********041010 saylı vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, müəssisə tərəfindən 1648,43 manat məbləğində mənfəət vergisinin, 31981,36 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin və 10,78 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mən bəyində tutulan verginin büdcəyə az hesablanması müəyyən edilmiş, akt imzalanmaq üçün iddiaçıya təqdim edilmiş, müəssisənin direktoru və baş mühasibi heç bir etiraz bildirmədən həmin aktı imzalamışdır. Vergi ödəyicisinin aktı və məsuliyyət qərarını heç bir etiraz etmədən imzalaması bu yoxlama ilə ona hesablanmış vergilərlə razı olduğunu etiraf etməsi deməkdir. Əks halda, yəni vergi ödəyicisi hesablanmış vergilərlə razı olmadığı halda Vergi Məcəlləsinin 39-cu maddəsinin tələblərinə əsasən akta etiraz etməli idi. İddiaçı tərəfindən yoxlama zamanı 50500,86 manat məbləğində hesablanmış vergilər və maliyyə sanksiyası üzrə məbləğlərin ödənişi həyata keçirilmişdir ki, bu da iddiaçının yoxlama nəticələri ilə razılaşdığını sübut edir.

25. Eləcə də, 10.11.2017-ci il tarixli **********515900 nömrəl i “Vergilərin hesablanması barədə” qərar həmin tarixdə iddiaçıya göndərilmiş, qərar 16.11.2017-ci il tarixində iddiaçı tərəfindən oxunmuş və qəbul edilmiş. Qərarın iddiaçıya təqdim edilməsindən təxminən 1 ilə yaxın müddət keçdiyindən, müəssisənin direktoru 12.10.2018-ci il tarixində Lokal Gəlirlər Departamentinə müraciət edərək “Səda şirkəti” barəsində 10.11.2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” qərarla 31000 manat məbləğində vergilərin hesablandığını, həmin hesablama qərarının təsdiq olunmuş surətinin “Səda şirkəti”nin hüquqi ünvanına göndərilməsini xahiş etmişdir. Vergi ödəyicisinin müraciətinə əsasən qərarın surəti təkrarən ona göndərilmişdir. İddiaçının vergilərin hesablanması barədə qərarın təsdiq olunmuş surətini yenidən vergi orqanından alması həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük müddətin ötürülmədiyini deməyə əsas vermir.

26. Beləliklə, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə əməl edilməklə qəbul edilmiş, vergi orqanı tərəfindən iddiaçıya vergi borcunun hesablanmasında hər hansı pozuntuya yol verilməmiş, iddiaçı isə öz növbəsində həmin qərarı iddia müddəti ötdükdən sonra mübahisələndirmişdir. Məhkəmə isə göstərilən halları nəzərə almamış, Vergi Məcəlləsinin 16.1.1, 24.0.1, 37.4, 38.4, 67.1, 70.3, 77.3, 78, 85.4-cü maddələrini işin hallarına düzgün tətbiq etməmiş, İnzibati Prosessual Məcəllənin 58.7, Mülki Prosessual Məcəllənin 76.1-ci maddələrinin tələblərini pozmuş, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10.04.2015-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyə zidd qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.

31. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən y erlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir

32. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

33. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.

34. Həmin Məcəllənin 37.3-cü maddəsinin 01.01.2020-ci il tarixinədək qüvvədə olan mətninə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

35. Eyni Məcəllənin 37.4-cü maddəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.

36. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifə li şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

37. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir.

38. Həmin Məcəllənin 70.2-ci maddəsinin 30.11.2018-ci il tarixli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına görə Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq ed ilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır.

39. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»: 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyya ta alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4-cü bəndinə əsasən reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (...) 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 40. "İnzibati icraat haqqında" Qanunun 62.2-ci maddəsinə əsasən məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər.

41. Həmin Qanunun 62.3-ci maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmada n işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır.

42. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

43. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

44. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

45. Həmin Məcəllənin 91-ci maddəsinə əsas ən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

47. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

49. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə iddia müddətinin ötürülməsi barədə kassatorun dəlillərini əsassız hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən iddia tələbinin mümkünlük şərtləri, eləcə də iddia müddətinə riayət edilib-edilməməsi barədə hərtərəfli araşdırma aparılmışdır. Məhkəmə araşdırmaları ilə m üəyyən olunmuşdur ki, mübahisələndirilən qərarların İddiaçı səlahiyyətli nümayəndəsinə “möhürlənmiş və təsdiqlənmiş” şəkildə sifarişli məktubla və rəsmi qaydada çatdırılması ilə bağlı cavabdeh tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

52. Cavabdeh iddia müddətinin ötürülməsi ilə bağlı “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” 24.05.2013-cü il tarixli müqaviləyə, “Vergi ödəyiciləri ilə yazışmalar barədə” 18.12.2018-ci il tarixdə çap edilmiş hesabata istinad edərək vergi orqanının mübahisələndirilən qərarlarının elektron qaydada vergi ödəyicisinə göndərildiyini, həmin qərarların müvafiq olaraq 27.03.2017-ci il və 16.11.2017-ci il tarixlərdə oxunduğunu bildirmişdir.

53. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 36-41-ci bəndlərində g östərilən normaların məzmunundan göründüyü kimi, həm vergi qanunvericiliyi, həm də inzibati icraat haqqında qanunvericilik vergi ödəyicisi barədə vergi məsuliyyəti və öhdəliyi yaradan sənədlərin, o cümlədən əlavə vergilərin hesablanmasına dair qərarların vergi ödəyicisinə təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsini vergi orqanının üzərinə qoymuşdur.

54. Lakin cavabdeh orqan mübahisələndirilən qərarlarının surətini verilmə tarixini təsdiq edən üsulla təqdim etməmişdir. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, mübahisələndirilən qərar iddiaçının yazılı müraciəti əsasında cavabdehin 04.09.2018-ci il tarixli müşayiət məktubu ilə göndərilmişdir (iş v.19).

55. İddia tələbinin mahiyyəti ilə bağlı kassatorun dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən İddiaçı fəaliyyətində səyyar vergi yoxlaması keçirərkən, yoxlamanın müddətinin dayandırılması barədə qərar qəbul olunsa da, həmin qərar belə yoxlama üçün vergi qanunvericiliyində müəyyən olunmuş 30 günlük müddət qurtaqdıqdan sonra qəbul olunmuşdur.

56. Vergi Məcəlləsinin 37.2-ci maddəsinin imperativ tələbinə görə kameral yoxlama üçün 30 günlük müddət vergi ödəyicisinin vergi bəyannaməsinin vergi orqanına təqdim etdiyi vaxtdan hesablanır və bu müddət başa çatdıqdan sonra vergi ödəyicisinin təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamələr əsasında yenidən kameral vergi yoxlaması keçirilməsi yolverilməzdir. Bu zaman vergi orqanı yalnız bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququndan yararlana bilər.

57. Həmçinin, hazırkı qərarın 39-cu bəndinə q eyd edilmiş normaların tələblərindən məlum olur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən də vahid məlumat reyestrində qeydiyyata alınmamış yoxlamalar qanuni hesab edilmir.

58. Cavabdeh vergi orqanı tərəfindən İddiaçı Şirkərinin vergilər üzrə qanunvericiliyə əməl etməsinin düzgünlüyünün yoxlanılması məqsədilə aparılmış növbədənkənar səyyar vergi yoxlamasının vahid məlumat reyestrində qeydiyyata alınması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Apellyasiya instansiya məhkəməsi isə İPM-nin 12.1-ci maddəsinin tələblərini pozaraq bu halı öz xidməti vəzifəsinə uyğun olaraq araşdırmamış, yoxlamanın aparılmasının qanuniliyinə qiymət vermədən iş üzrə qərar qəbul etmişdir.

59. Bundan başqa, əlavə yoxlama 27.01.2017-ci il tarixdə 30 gün müddətinə uzadılsa da, 14.03.2017-ci il tarixdə, yəni 43 gün ərzində başa çatdırılmış ki, bununla da səyyar vergi yoxlamasının keçirilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətlər pozulmuşdur

60. İddiaçının 2017-ci ilin may ayına əlavə dəyər vergisi bəyannaməsini 08.09.2017-ci il tarixdə təqdim etdiyi halda vergi orqanı yalnız 08.10.2017-ci il tarixədək kameral vergi yoxlamasını yekunlaşdırmalı olduğu halda vergi ödəyicisinə 10.11.2017-ci il tarixli qərarı ilə əlavə dəyər vergisi hesablamış, bununla da kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Eləcə də cavabdehin vergi ödəyicisi kimi iddiaçı tərəfindən müvafiq ə məliyyatın (malların təqdim edilməsinin) məhz 2017-ci ilin may ayında aparılması qənaəti heç bir sübutla təsdiqlənmir. Malların təqdim olunması ondan əvvəlki aylarda həyata keçirildiyi təqdirdə, 2017-ci ilin may ayı üzrə bu əməliyyata görə kameral qaydada ƏDV hesablanmasına imkan vermir.

61. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş müvafiq əsaslar (Vergi Məcəlləsinin 38.2-ci maddəsi üzrə) mövcud olmadan yoxlamanın müddəti uzadılmış, yoxlama ilə ödəmə mənbəyində tutulan verginin hesablanması cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır.

62. Eyni zamanda, cavabdehin 27.03. 2017-ci il tarixli **********087197 nömrəli və 10.11.2017-ci il tarixli **********515900 nömrəli qərarları əlverişsiz inzibati akt olmaqla yazılı şəki ldə tam əsaslandırılmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə istinad edilmiş və inzibati məhkəmə icraatında vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan irəli gələn qənaəti aydın şəkildə öz əksini tapmamışdır.

63. Hazırkı qərarın 42-43-cü bəndlərində göstərilən normaların məzmunundan da görünür ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və belə akt məhkəmə qaydasında ləğv oluna bilər.

64. Məhkəmə kollegiyası əlavə o laraq qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və hazırkı qərarın 44-cü maddəsinə görə mübahisələndirmə haqqında iddialarda mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı isə mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

65. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.06.2021-ci il tarixli, 2-1(103)-1180/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 04.06.2021-ci il tarixli, 21(103)-1180/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar