Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1809/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarının ləğv edilməsi; əmək pensiyasının bərpa edilməsi; pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 2-1(103)-1237/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 3 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Cavabdeh 3 mart 2021-ci il tari xli, **********1 nömrəli “pensiya ödənişinin dayandırılması haqqında” məktubla iddiaçıya bildirmişdir ki, işlədiyi yanacaqdoldurma sexində normal iş şəraitli əmtəə operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsində işləyən əmtəə operatorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, xx.xx.2015-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə y aşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16699,63 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır.
3. İddiaçı cavabdehə müraciət edərək ona təyin olunmuş pensiyanın bərpa edilməsini və 6 il tamam olduğu üçün hal-hazırda işləməsini nəzərə alaraq pensiya kapitalının yenidən hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh 11 iyun 2021-ci il tarixli **********0 nömrəli qərar qəbul edərək, iddiaçıdan xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilmiş 16699,63 manat artıq ödənilmiş əmək pensiyası məbləği 10 gün müddətində cavabdehə ödənilməsini tələb etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı 10 iyun 2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiyanın bərpa edilməsi, pensiya təyin edilməsinin 6 ili tamam olduğu üçün pensiya kapitalının yenidən hesablanması, 1 yanvar 2021-ci ildən ödənilməmiş pensiya məbləğinin bir dəfəyə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilməsindən 6 il tamam olduğuna görə pensiyanın artırılması ilə bağlı cavabdehə müraciət edilmişdir. Lakin, ona məktubla pensiyanın dayandırılması bildirilmişdir. Səbəb kimi isə onun işlədiyi peşənin güzəştli peşə hesab edilməməsi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin pensiyanın dayandırılması ilə bağlı hərəkətləri qanunsuz və əsassızdır. Cavabdehin etirazları:
7. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirilmişdir ki, iddiaçının işlədiyi yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsi neftin, qazın, qaz kondensatının emalı, kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı yoxdur. Bu səbəbdən də pensiya dayandırılmış və artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə bağlı tədbirlər görülmüşdür.
8. İddiaçı eyni cavabdehə qarşı 26 iyul 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daha bir iddia ərizəsi ilə müraci ət edərək artıq ödənilmiş əmək pensiyasının qaytarılması barədə qərarın ləğv edilməsini xahiş etmişdir (2-1(112)8831/2021 nömrəli iş).
9. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 11 iyun 2021ci il tarixli artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarının ləğv edilməsini, əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsini, bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin 9 avqust 2021-ci il tarixli, 2-1(112)-8831/2021 nömrəli qərardadı ilə (hakim S.İ.Salahova) Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8831/2021 nömrəli inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)7363/2021 nömrəli inzibati işə birləşdirilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş 2-1(112)-7363/2021 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilməsi qərara alınmışdır.
11. Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(12)-7363/2021 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş və cavabdehin 11 iyun 2021-ci il tarixli **********0 nömrəli “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması”barədə qərarı ləğv edilmişdir.
12. Məhkəmənin iddiaçının işlədiyi peşələrlə bağlı etdiyi sorğulara cavab olaraq, iddiaçının işlədiyi əmtəə operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 10-cu bölmədə n eftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsində nəzərdə tutulan əmtəə operatoru peşəsi kimi güzəştli peşə olduğu qeyd edilmişdir. Məhkəmə qeyd olunan məlumatlara istinad edərək hesab etmişdir ki, iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən onun güzəştli iş stajının mövcud olması barədə sorğuya cavab məktublarının mötəbərliyini şübhə altına alacaq hər hansı səbəb mövcud deyil.
13. Məhkəmə iddianın bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi hissəsində təmin edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı 2015-ci il tarixdən 2021-ci il tarixi də daxil olmaqla işləmiş, pensiya təyin o lunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etmişdir. Cavabdeh isə, ümumiyyətlə onun güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsində səhvə yol verildiyini qeyd edərək, dolayısı ilə yenidən hesablanması barədə qərarın qəbul edilməsindən də imtina etmişdir. Halbuki, iddiaçının həmin tələbi də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olmuşdur.
14. Məhkəmə iddia tələbinin artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarının ləğv edilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüq uqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmədiyindən, o cümlədən adıçəkilən artıq ödənişin geri qaytarılması barədə qərarın qəbulu zamanı inzibati orqanın tərəfindən məlumatlandırma və araşdırma ilə bağlı icraat pozuntulara yol verildiyindən adıçəkilən qərar ləğv edilməlidir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 2-1(103)-1237/2022 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn - sədrlik edən və məruzəç i, İ.Ə.Kərimli və A.S.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş və cavabdehin 11 iyun 2021-ci il tarixli **********0 nömrəli “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə qərarı ləğv edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, pensiya ödənişinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə İPM-in 12.1-ci maddəsinin tələblərinə uyğun d eyildir. Məhkəmə kollegiyası pensiyanın dayandırıldığı tarixin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, artıq ödəmə kimi cavabdehin müəyyən etdiyi pensiya ödənişləri xx.xx.2020-ci il tarixədək həyata keçirilmiş, xx.xx.2021-ci il tarixdən isə pensiya ödənişlərinin həyata keçirilməsi dayandırılmışdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsi dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməlidir.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus ******* n ömrəli əmək kitabçasına əsasən xx.xx.1993-cü il tarixdən Bakı yanacaq doldurma sexinə əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İş materiallarında olan “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi X1 və Göndərilməsi bazası”nın 01/4 nömrəli xx.xx.2015-ci il tarixli arayışında iddiaçının xx.xx.1993-cü il tarixdən Bakı yanacaq doldurma sexində normal iş şəraitli əmtəə operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1993-cü il tarixdən Bakı yanacaq doldurma sexində işlədiyi əmtəə operatoru vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən vəzifələrə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 2-1(103)-1237/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun (iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi 3 yanvar 2015-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ol unan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin təl əbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan H üquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur 29. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyə n olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
30. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
31. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. B elə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
32. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.
33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 21(103)-1237/2022 nömrəli qərarı