Məhkəmə qərarları › İş №2-1(102)-181/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-181/2019

23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-181/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-181/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehin vəkili X2 iştirakları, İ.Muradovun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və yeni texniki pasportun verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-884/2018 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi nə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 20 saylı evin 7 saylı mənzilinin əvvəllər İddiaçı2 mülkiyyətində olduğunu, sonradan həmin evin yarısı onun adına, digər yarısı isə övladı İddiaçı1adına rəsmiləşdirildiyini, əvvəlki texniki pasportda evin ümumi sahəsi 96,2 kv.m göstərilsə də, sonradan onların paylı mülkiyyəti kimi qeydiyyat barədə reyestrdən çıxarışda həmin sahənin 37,4 kv.m qeyd olunduğunu, bu uyğunsuzluğun aradan qaldırılması ilə əlaqədar 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, məsələnin həllindən imtina olunduğunu bildirərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 20 nömrəli evin 7 nömrəli mənzilinə dair cavabdeh tərəfindən verilmiş xxxx 2016-cı il tarixli çıxarışların və xx və xxxx 2016-cı il tarixli mənzilin texniki pasportlarının ləğv edilməsi və onlara 09.02.1995-ci il tarixdə həmin mənzilə tərtib edilmiş texniki pasporta uyğun mənzilin ümumi sahəsi 96,2 kv.m. göstərilməklə yeni dövlət reyestrindən çıxarışların və texniki pasportların verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(82)821/2017 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)-1792/2017 saylı qərarı ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(102)-260/2018 saylı qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və Z.M.Quliyev) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-884/2018 saylı qərarı ilə (sədrlik edən V.M.Məmmədov, S.S.Seyidova və A.Q.Hüseynov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin apellyas iya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, cavabdehdən 100 manat məbləğində ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Rəfibəyli küçəsi, ev 20, 7 saylı mənzilə dair idarənin arxivində və reyestr kitabında mənzilin plan sxemi və köməkçi sahələr haqqında məlumat olmadığı üçün texniki pasport və çıxarış ancaq yaşayış sahəsinə verilmiş, bundan başqa, müvafiq mənzilin faktiki köməkçi sahələri təqdim edilmiş köhnə texniki pasportda göstəriləndən artıqdır, lakin sonradan özbaşına olaraq inşa edilmiş əlavə sahələrə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən, ərizənin icrası mümkün olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1, 26.1, 27.1, 35.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardığını və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Ərazi İdarəsinin dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğunu qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə kollegiy asının iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatları dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallar ına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili X2 izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-884/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 20 saylı evin 7-ci mənzili iddiaçıların ümumi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində xxxx 2016-cı il tarixdə qeydiyyata alınmış və bu barədə hər birinin adına ayrıca RX ******* və RX ******* nömrəli reyestrdən çıxarışlar verilmiş, çıxarışlar a əsasən qeydiyyata alınmış daşınmaz əmlakın ümumi sahəsi 37,4 kv.m. olmaqla, hüquq sahiblərinin hər birinin payı 1/2 təşkil edir, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin mənzilin İddiaçı2 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçməsi barədə xxxx 1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmiş və xxxx 1995-ci il tarixdə mənzilə dair tərtib edilmiş texniki pasportda mənzilin ümumi sahəsi 96,2 kv.m, yaşayış sahəsi isə 36 kv.m. ölçüdə göstərilmiş, iddiaçı, 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, xxxx 2016-cı il tarixli çıxarışların və xx və xxxx 2016-cı il tarixli mənzilin texniki pasportlarının ləğv edilməsi və onlara 09.02.1995-ci il tarixdə həmin mənzilə tərtib edilmiş texniki pasporta uyğun mənzilin ümumi sah əsi 96,2 kv.m. göstərilməklə yeni dövlət reyestrindən çıxarışların və texniki pasportların verilməsini xahiş etmiş, sonuncu, xxxx 2016-cı il tarixli məktubla müvafiq mənzilə dair İdarənin arxivində və reyestr kitabında mənzilin plan sxemi və köməkçi sahələr haqqında məlumat olmadığı üçün texniki pasportun və çıxarışın ancaq yaşayış sahəsinə verildiyinə, faktiki köməkçi sahələrin vətəndaşın verdiyi köhnə texniki pasportda göstərildiyindən də çox olduğuna istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xxxx 2018-ci il tarixli, ***** nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nərımanov rayonu, M.Sənani küçəsində yerləşən 20 saylı evin 7 saylı mənzilinin mövcud vəziyyəti nin, o cümlədən planda yerləşməsinin, tərkibində olan tikililərin sayının, mənzilin yaşayış otaqlarının ölçülərinin (sahəsinin) xxxx 1995-ci il tarixli texniki pasporta uyğun olduğu və 7 saylı mənzildə xxxx 1995-ci il tarixli texniki pasportda əks olunan tikililərdən əlavə tikililərin inşa olunmadığı müəyyən edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda “daşınmaz əmlakın ümumi sahəsi” nəzərdə tutulduğundan, iddiaçıların mülkiyyətində olan mənzilə dair əvvəlki qeydiyyat orqanı tərəfindən verilmiş və xxxx 2016-cı il tarixdə qeydiyyat üçün əsas kimi çıxış edən “Qeydiyyat vəsiqəsi”nə əlavə olunan texniki pasporta görə mənzilin ümumi sahəsi “96,2 kv.m” olduğundan, qeydiyyat orqanı kimi cavabdeh tərəfindən sözügedən mənzilin ümumi sahəsi 96,2 kv.m göstərilməklə reyestrdə ona dair həmin uyğunsuzluğun aradan qaldırılmaması qanuna ziddir və iddiaçıların mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan haldır, müvafiq düzəlişin aparılmasının hər hansı üçüncü şəxsə ziyan vurması və onun mənafeyini pozması ilə bağlı ehtimalların mövcudluğu iş üzrə müəyyən edilməmiş, həmçinin əvvəlki qeydiyyat sənədləri kimi “Qeydiyyat vəsiqəsi” və “Texniki pasport”un müvafiq səlahiyyətli orqan kimi cavabdeh inzibati orqana təhvil verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməli idi, bu iddiaçıların iradəsindən asılı olan hal deyildir, beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə d üşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmiş, iddiaçılara məxsus mənzilin ümumi sahəsi çıxarışda cavabdeh tərəfindən səhv göstərilmiş, cavabdehin imtinası qanuna zidd olmaqla, iddiaçıların hüquqlarını pozmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il xx xx müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifa də hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 152.1-cu maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.11, 3.0.15 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlə ri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 553 nömrəli, 17.06.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri»nin 2.7-ci bəndinə əsasən daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda, çıxarış hər bir mülkiyyətç iyə verilir. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın 5-ci bəndi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə öhdəlik qoyulmuşdur ki, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərind əki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan im tina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası xxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Nərımanov rayonu, M.Sənani küçəsində yerləşən 20 saylı evin 7 saylı mənzilinin mövcud vəziyyətinin, o cümlədən planda yerləşməsinin, tərkibində olan tikililərin sayının, mənzilin yaşayış otaqlarının ölçülərinin (sahəsinin) xxxx 1995-ci il tarixli texniki pasporta uyğun olduğu və 7 saylı mənzildə xxxx 1995-ci il t arixli texniki pasportda əks olunan tikililərdən əlavə tikililərin inşa olunmadığının müəyyən edildiyini, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda “daşınmaz əmlakın ümumi sahəsi” nəzərdə tutulduğundan, iddiaçıların mülkiyyətində olan mənzilə dair əvvəlki qeydiyyat orqanı tərəfindən verilmiş və xxxx 2016-cı il tarixdə qeydiyyat üçün əsas kimi çıxış edən “Qeydiyyat vəsiqəsi”nə əlavə olunan texniki pasporta görə mənzilin ümumi sahəsi “96,2 kv.m” olduğundan, qeydiyyat orqanı kimi cavabdeh tərəfindən sözügedən mənzilin ümumi sahəsi 96,2 kv.m göstərilməklə reyestrdə ona dair həmin uyğunsuzluğun aradan qaldırılmalı olduğunu, iddiaçının təqdim etdiyi “texniki pasport”da göstərilən məlumatların həqiqətə uyğun olmadığının cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyinə görə onun imtinasının qanunvericiliyin müddəalarına uyğun olmadığını nəzərə alaraq kassasiya şikayətinin məhkəmə tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1, 26.1, 27.1, 35.1-ci maddələrinin pozulması barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-884/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-884/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar