Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-181/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdehlər Balakən Rayon İcra Hakimiyyətinə və X22 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-181/2020) Bakı şəhəri xx xxxxxx 2020-ci il (açar sözlər: İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin də mövcudluğu yoxlanılmalıdır). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdehlər Bal akən Rayon İcra Hakimiyyətinə və X22 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən ləğv edilməsi, şəhadətnamədə qeyd olunan şəxslərin adlarının həmin şəhadətnamədən çıxarılması və torpağın mülkiyyətə verilməsinə dair plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(107)-574/2019 saylı qərardadından İddiaçı qızı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Balakən Rayon İcra Hakimiyyətinə və X22 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "JN-896A kod 40108018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən ləğv edilməsi, şəhadətnamədə qeyd olunan X10, X2, X3, X4 adlarının həmin şəhadətnamədən çıxarılması və torpağın mülkiyyətə verilməsinə dair plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(84)-1314/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim K.Vəliyev). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-698/2018 saylı qərardadı ilə (sədrlik edən M.R.Hüseynov, hakimlər G.Q.Abbasov və R.R.Rəfiyev) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1 (84)-1314/2018 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdehlər Balakən Rayon İcra Hakimiyyətinə və X22 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iddia tələbinə dair işə mahiyyəti üzrə baxılması üçün inzibati iş Şəki İnzibatı-İqtisadı Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-34/2019 saylı qərardadı ilə İddiaçı cavabdehlər Balakən Rayon İcra Hakimiyyətinə və X22 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi mümkün sayılmamışdır (hakim İ.Cabbarov). Şəki Ape llyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(107)-326/2019 saylı qərardadı ilə (sədrlik edən R.R.Rəfiyev, hakimlər G.Q.Abbasov və M.R.Hüseynov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1 (84)-34/2019 nömrəli qərardadı ləğv edilmiş, inzibati işin baxılması üçün Şəki İnzibatı-İqtisadı Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-34/2019 saylı qərardadı ilə İddiaçıiddiatələbi yenidən mümkün sayılmamışdır (hakim İ.Cabbarov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(107)-574/2019 saylı qərardadı ilə (sədrlik edən M.R.Hüseynov, hakimlər G.Q.Abbasov və R.R.Rəfiy ev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1 (84)-34/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, iddianın mümkün sayılaraq icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, hazıki işdə isə İddiaçı Abdurahman qızının iddia tələbi cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə qarş ı JN-896A kod 40108018, “Torpağın verilməsinə dair şəhadətnamə”nin qismən ləğv edilməsi, şəhadətnamədə qeyd olunan X10, X5, X1, X7 adlarının həmin şəhadətnamədən çıxarılması və torpağın mülkiyyətə verilməsinə dair plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Göründüyü kimi, əvvəlki iddia tələbində cavabdeh qismində Balakən Rayon İcra Hakimiyyəti X22 Komitəsi və DƏDRX-nin 18 saylı çıxış etmiş, hazırki iddia tələbində isə cavabdeh qismində DƏDRX-nin 18 saylı Ərazi İdarəsi çıxış etmişdir. Həmçinin, əvvəlki iddia tələbində üçüncü şəxs qismində X17 çıxış etmiş, hazırki iddia tələbində isə üçüncü şəxslər X10, X5, X6, X15 çıxış etmişlər. Məhkəmə kollegiyası hesab etmişdir iddiaçı tərəfindən daha əvvəl qaldırılmış iddia tələbi ilə hazırki iddia tələbind ə cavabdehlərin və üçüncü şəxslərin dairəsi eyni olmamışdır. Lakin həm birinci, hə də Apellyasiya İnstansiya Məhkəməsi bu diqqətəlayiq halları nəzərə almadan, işə mahiyyəti üzrə baxıb qanuni qərar qəbul etmək əvəzinə qanunsuz və əsassız qərardad qəbul etmişlər. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublik ası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da ap ellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(107)-574/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlm işdir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir, iddiaçı 2013-cü ildə cavabdeh Balakən rayon İcra Hakimiyyətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə və üçüncü şəxslər X13, X14, X16, X11 qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarının X8, X9, X12, X11 aid hissədə və onlara münasibətdə JN-896A kod 40108018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli 2-1 (84)-83/2014 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, qərardaddan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(107)-199/2014 nömrəli qərardadı ilə təmin edilməmiş, qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə təmin edilməmiş və qərardad qanuni qüvvəsini almış və beləliklə, hazırkı iddiaya baxılması üçün mümkünlük şərtləri mövcud olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nə zərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatınca iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin" diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd edilən qərarın 2,5, və 6-cı bəndlərində qeyd edilir ki, hüququn həqiqə:ə" pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddiar əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzre mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığ" yoxlanılması qaydasında aparmamalıdırlar. Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəl iyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməs: haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 15.5-ci və 15.6- cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qeyd edildiyi kimi, iddiaçının hazırkı tələblə eynilik təşkil edən “JN-896A kod 40108018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbi artıq bir dəfə məhkəmə araşdırmasının predmetini təşkil etmiş, m əhkəmələr həmin iş üzrə iddianı müvafiq olaraq həmin şəhadətnamənin verilməsindən uzun müddət vaxt keçdiyi üçün mümkün saymamışdır. Bununla bağlı yuxarıda qeyd edilən qərarlar hazırkı iş üzrə preyudisial xarakter daşıyır, iddiaçının əvvəlki tələblərində cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi qeyd edilsə də hazırkı iddia üzrə cavabdeh DƏDRX-nin 18 saylı Ərazi idarəsi qeyd edilən şöbənin müvafiq səlahiyyətləri baxımından hüquqi varisi hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir çox qərarlarında qeyd olunduğu kimi, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və p ozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; Hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqimüəyyənlik prinsipi və onun tərkib hissəsi olan "res judicata” prinsipitələb edir ki,məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ciil 18 oktyabr tarixi Qərarında qeyd olunmuşdur ki, hüququn aliliyinin fundamental əlamətləri ndən biri olan hüquqi müəyyənlik prinsipi baxımından daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları mübahisələndirilməməlidir. Məhkəmələr iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyindən, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının həmin Məcəllənin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarında vurğulanmış hüquqi mövqeyi nə zərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(107)574/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıd ır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(107)-574/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-181/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-181/2020
08.01.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver