Məhkəmə qərarları › İş №2-1(102)-181/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-181/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-181/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində daimi istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili X3, cavabdehin vəkili Vəkil, üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin sə dri X4 və onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-404/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 18 nömrəli qərarı ilə Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinə məxsus Corat qəsəbəsi ilə Sarı Qaya arasındakı dənizkənarı torpaqlardan 28 ha sahə “xxxx” Cəmiyyətin in balansına verilmişdir. 2. “xxxx” Səhmdar Cəmiyyəti həmin torpaq sahəsinin müəyyən hissələrini müxtəlif vaxtlarda müvafiq razılıqlarla digər şəxslərin istifadəsinə vermişdir. O cümlədən, “xxxx” Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixli 06 nömrəli müqavilə bağlanmış, Azərbaycanda Regionların İnkişafı və X6 proqramlarının həyata keçirilməsini səmərəli reallaşdırmaq üçün “xxxx” Səhmdar Cəmiyyətinə məxsus Dənizkənarı İstirahət zonasından 13.400 kv.m. torpaq sahəsi (15 və 15A saylı obyektlərin sahəsini ona məxsus tikililərlə birlikdə) istifadəçinin balansına verilmişdir. “xxxx” Səhmdar Cəmiyyəti xx xxxxx 2014-cü il tarixdə 31 nömrəli məktubla Sumqayıt şəhər İcra Hakimiyyəti başçısına müraciət edərək, “xxxx” Səhmdar Cəmiyyətinə məxsus dəniz sahilindəki 15.37 ha torpaq sahəsindən 0.85 ha sahənin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.

3. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı ilə İddiaçı Sumqayıt şəhərinin inzibati ərazisində, Sumqayıt Novxanı avtomobil yolunun kənarında, xxxx dənizi sahili boyunca 6.530 kv.m sahədə istirahət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir.

4. «xxxx» Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə xx xxx 2015-ci il tarixli 48 nömrəli məktubla müraciət edərək bildirmişdir ki, Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 18 nömrəli qərarı ilə Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinə məxsus Corat qəsəbəsi ilə Sarı Qaya arasındakı dənizkənarı torpaqdan 28 ha sahə Cəmiyyətinin balansına verilmiş, 1997-ci ildə Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən 2 və 3-cü zonalar üzrə həmin torpaq sahəsinə və onun üzərində olan tikililərə qeydiyyat vəsiqələri, texniki pasportlar tərtib edilmişdir. Odur ki, məktubda adları qeyd olunan şəxslərə verilmiş torpaq sahələrinin “xxxx” Səhmdar Cəmiyyətinin adına verilmiş texniki pasportlardan çıxarılmasına göstəriş verilməsi və özgənkinləşdirilməsi üçün F-1 arayışı verilərkən nəzərə alınması xahiş olunur. Ərizədə qeyd olunan 15 şəxsdən ibarət siyahının onuncu sırasında İddiaçı qeyd edilmiş və əsas olaraq, Sumqayıt şəhər icra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı göstərilmişdir.

5. İddiaçı Sumqayıt şəhər icra Hakimiyyəti başçısının xx xxx xx 2014-cü il tarixli 90 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş torpaq sahəsində təyinatına uyğun tikinti işləri aparmış, orada ailəvi istirahət mərkəzi inşa etmişdir. İddiaçı Sumqayıt şəhər icra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş Sumqayıt şəhəri, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında, xxxx dənizi sahilboyunca yerləşən sxemdə göstərilmiş torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir.

6. Cavabdeh iddiaçının hüququnu qeydiyyata almaqdan imtina edərək bildirmişdir ki, əvvəla, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir, sonrasında isə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı ilə “xxxx” Səhmdar Cəmiyyətinin istifadəsində olan torpaq sahəsindən İddiaçı istifadəsinə 0.6530 ha torpaq sahəsi verilməsinə baxmayaraq, faktiki istifadə olunan torpaq sahəsinin 1.4315 ha olduğu aşkar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında, xxxx dənizi sahilboyunca yerləşən sxemdə göstərilmiş (148.43x46) torpaq sahəsinə daimi istifadə hüququnun tanınması və onun üzərində inşa olunmuş 183 kv.metr tikilinin dövlət reyestrində onun adına qeydiyyatı aparılmaqla çıxarışın, habelə texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinin həcmini az aldaraq, “Sumqayıt şəhəri, SumqayıtNovxanı avtomobil yolunun kənarında, xxxx dənizi sahilboyunca yerləşən sxemdə göstərilmiş torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş 18 saylı protokoldan göründüyü kimi, xx xxxx 1990-cı il tarixdə abadlıq işləri aparmaq üçün Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinə məxsus Corat qəsəbəsi ilə Sarı Qaya arasındakı dənizkənarı torpaqdan 28 ha torpaq sahəsi «xxxx» Cəmiyyətinin balansına verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 1997-ci il tarixli 558 saylı sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 28.15 ha torpaq sahəsi çimərlik və istirahə t guşəsi yaradılması üçün dövlət aktı ilə «xxxx» Səhmdar Cəmiyyətinə verilmişdir. 2003-cü ildən 2014-cü ilə qədər Azərbaycanda Regionların İnkişafı və X6 Proqramlarının həyata keçirilməsini reallaşdırmaq məqsədilə Dənizkənarı İstirahət zonasından “xxxx” Səhmdar Cəmiyyətinə məxsus 13.400 kv.m sahə (15 və 15 A saylı obyektlərin sahəsi ona məxsus tikililərlə birlikdə) iddiaçının icarəsinə, sonra isə xx xxxxxx 2014-cü il tarixdən balansına verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin xx xxxxx 2014-cü il tarixli, 90 saylı sərəncamı ilə iddiaçıya Sumqayıt - Novxanı avtomobil yolunun kənarında, xxxx dənizi boyunca 6.530 kv.m torpaq sahəsində tikinti aparılmasına sərəncam verilmişdir. Sözügedən torpaq sahəsi üzərində yerləşən «Liman» ailəvi istirahət məkanı uzun illərdir ki, iddiaçının istifadə sində və sahibliyindədir. xx xxxxxx 2014-cü il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən, tikinti başa çatdıqdan sonra torpaq sahəsinin özəlləşdirilməsi onun ixtiyarına verilmişdir. xx xxx 2015-ci il tarixdə “xxxx” Səhmdar Cəmiyyəti cavabdehə məktub ünvanlayaraq torpaq sahəsinin onun balansından çıxarılaraq iddiaçıya verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası X9 Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi iddiaçıya qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək qeyd olunan torpaq sahəsində olan tikililərin sökülməsini xahiş etmişdirr. Lakin həmin iddia tələbi Sumqayıt səhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə əsassız olduğundan təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə birinci insta nsiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti qismən təmin olunaraq həmin qətnamə ləğv olunmuş və yenidən apellyasiya baxışına göndərilmişdir. Yekun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və həmin qətnamədən kassasiya şikayəti verilmədiyi üçün qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı daha sonra bildirmişdiur ki, göstərilən məkanın yerləşdiyi torpaq sahəsinin üzərində istifadə hüququnun və qeyd olunan daşınmaz əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, qeyd olun an torpaqların dövlət torpaqları olması əsas gətirilərək ona imtina verilmişdir. Bütün bu olanlara görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)-496/2020 saylı qərardadı ilə “xxxx” Səhmdar Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Üçüncü şəxs “xxxx” Səhmdar Cəmiyyəti ilkin iddiaya etiraz etmiş, lakin iddia tələbinin həcmi iddiaçı tərəfindən azaldılandan sonra iddiaçı ilə aralarında torpaqla bağlı problemin olmadığını bildirmiş, iddiaya münasibətində qeyd etmişdir ki, “xxxx” Səhmdar Cəmiyyəti olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə xx.xx.2015-ci il tarixdə 48 saylı məktubla müraciət edərək “xxxx” Səhmdar Cəmiyyətinin istif adəsində olan torpaq sahəsindən 15 obyektə ayrı-ayrı vaxtlarda istifadə hüququ ilə ayrılmış torpaq sahələrinin “xxxx” Səhmdar Cəmiyyətinin balansından çıxarılmasını xahiş etmişdir. Həmin siyahıda bu günkü məhkəmədə iddiaçı kimi çıxış edən İddiaçı da istifadəsinə 0.65 ha torpaq sahəsi ayrılıb və digər subyektlərlə birlikdə “xxxx” Səhmdar Cəmiyyətinin balansından çıxarılıb. İddiaçı da adına 0.65 ha torpaq sahəsinə istifadə hüququ verilməklə, Cəmiyyətin balansından silinməsi haqqındakı siyahı ilə xx.xx.2015-ci ildə 48 saylı məktubla müraciət olunub. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi isə məhkəməyə təqdim etdiyi məktubda xx.xx.2016-cı ildən əvvəl olan əməliyyatlar haqqında məlumat vermir. Odur ki, İddiaçı haqqındakı təqdimat öz əksini tapmır. Bu da onlar ın əslində məsələnin əsas predmetindən yayındığını sübut edir. Cəmiyyətin İddiaçıla aralarında həmin torpağın üzərindəki əmlakla bağlı müəyyən problemlər var. Ancaq Cəmiyyət İddiaçıla məsələni qarşılıqlı razılaşma yolu ilə həll etmək istəyir. Cəmiyyət istəyir ki, əvvəlcə torpaq məsələsini, sonra əmlakın alqısatqısını həll etsinlər. Yaxud da, əgər forma-1 ala bilsələr, birdəfəlik notarial qaydada alqısatqı etsinlər. Təəssüflər olsun ki, bu işdə onlara Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi əngəl törədir. Belə ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ərizə ilə “xxxx” Səhmdar Cəmiyyətinin İdarə Heyətinə müraciət edərək obyektin alqı-satqısına sərəncam verməyi xahiş etmişdir. Cəmiyyət də onun müraciətini qiymətləndirərək bu məsələni birdəfəlik həll etmək üçün bu işə razılıq vermişdir. “xxxx” Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixli 56 saylı məktubla, İddiaçı xx.xx.2019-cu il tarixli məktubla birlikdə xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məktubla müraciət etmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi hər ikisinə imtina etmiş, İddiaçı məhkəməyə yönəltmiş, Cəmiyyətə isə xx.xx.2020-ci il tarixli **********64 saylı məktubla iş məhkəmə icraatında olduğuna görə müraciətin icrasını təmin etmək mümkün olmadığını bildirmişlər.

12. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Sumqayıt şəhəri, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında yerləşən, xxxx dənizi sahili boyunca yerləşən inşa edilmiş qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun, həmin tikililərin yerləşdiyi 0.6530 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx xxxxxxx 2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar iddiaçıya bildirilmişdir ki, müraciətə əlavə edilmiş sənədlərin ekspertizası və müayinəsi zamanı torpaq sahəsinin hüquqi rejiminə görə dövlət mülkiyyətində olduğu aşkar edilmişdir. Həmçinin bildirilmişdir ki, “xxxx” Səhmdar Cəmiyyətinin istifadəsinə verilmiş, dövlət mülkiyyətində olan torpaq sahəsinin həmin səhmdar cəmiyyət t ərəfindən icarəyə və ya istifadəyə verilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, müayinə zamanı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı ilə “xxxx” Səhmdar Cəmiyyətinin istifadəsində olan torpaq sahəsindən İddiaçı istifadəsinə 0.6530 ha torpaq sahəsi verilməsinə baxmayaraq, faktiki istifadə olunan torpaq sahəsinin 1.4315 ha olduğu aşkar edilmişdir.

13. Sumqayıt İnzibati Məhkəməsinin 2-1-(118)-496/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakim: İ.R.Quliyev) iddia təmin edilmiş, Sumqayıt şəhəri, SumqayıtNovxanı avtomobil yolunun kənarında xxxx dənizi sahil boyunca yerləşən sxemdə göstərilmiş 6.530 kv.m torpaq sahəsinin daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq sənədlərin verilməsi cav abdehin üzərinə qoyulmuşdur.

14. Məhkəmə hesab etmişdir ki, Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 18 nömrəli qərarı, “xxxx” Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 06 nömrəli müqavilə, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının torpaq sahəsindən istifadəsinin qanuni olmasının müəyyən olunması hazırkı iddianın təmini üçün əsas verir.

15. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

16. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2-1(105)-404/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və M.Ə.Rzayev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1-(118)-496/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmələr “xxxx" Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 06 nömrəli müqaviləyə istinad edərək “xxxx” Səhmdar Cəmiyyəti tərəfindən istifadə hüququnun iddiaçıya veriməsini qanuni hesab etmişdir ki, bu da məhkəmənin mövqeyinin sadəcə olaraq qərəzli, qeyri-obyektiv və birtərəfli olduğunu göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı və üçüncü şəxs kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

22. İddiaçı, onun vəkili, üçüncü şəxsin direktoru və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hü quq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan v ə qorunan hüququdur. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 25. “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Ş ikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

27. Kassasiya şikayəti vaxtında ve rilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. İşdən görünür ki, iddiaçı Sumqayıt şəhər icra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş Sumqayıt şəhəri, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında, xxxx dənizi sahilboyunca yerləşən sxemdə göstərilmiş torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınmasını xa hiş edir.

31. Cavabdeh isə iddiaçının hüququnu qeydiyyata almaqdan imtina edir və bunu onunla əsaslandırır ki, əvvəla, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir, sonra isə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı ilə “xxxx” Səhmdar Cəmiyyətinin istifadəsində olan torpaq sahəsindən İddiaçı istifadəsinə 0.6530 ha torpaq sahəsi verilməsinə baxmayaraq, faktiki istifadə olunan torpaq sahəsinin 1.4315 ha olduğu aşkar edilmişdir.

32. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.

33. Məhkəmə kollegiy ası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, torpaq sahəsinin dövlət mülkiyyətində olması mübahisə olunmur. Lakin torpaq sahəsi dövlət mülkiyyəti olaraq qalsa da, ondan istifadə hüququna səlahiyyətli dövlət orqanları icazə vermişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, mübahisəli torpaq sahəsi Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 18 nömrəli qərarı ilə “xxxx” Səhmdar Cəmiyyətinin istifadəsinə verilmiş, “xxxx” Səhmdar Cəmiyyəti isə İddiaçı ilə xx xxxxxx 2014-cü il tarixli 06 nömrəli müqavilə bağlamış və müqavilə ilə öz hüququnu iddiaçıya vermiş, Sumqayıt şəhər icra Hakimiyyəti isə xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı ilə tikintinin lahiyəhələndirilməsinə icazə verərək, bu hüququ təsdiq etmişdir.

34. Eyni zamanda, işə əlavə edilmiş Sumqayıt səhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 Komitəsi yanında X7 və Təşkili üzrə Dövlət Agentliyinin cavabdehlər İddiaçı, «xxxx» ASC-yə, X11 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində aparılmış əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin cavabdehin hesabına sökülməsi, torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti qismən təmin olunaraq həmin qətnamə ləğv olunmuş və yenidən apellyasiya baxışına göndərilmişdir. Yekun olaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, həmin qətnamə, onadan kassasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəyə minmişdir.

35. Göstərilən məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, İddiaçı istifadəsinə ayrılmış 0.85 ha torpaq sahəsi Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin 18 nömrəli, xx xxxx 1990-cı il tarixli qərarı ilə xxxx” ASC-yə ayrılmış dəniz sahilindəki istirahət zonasından qalmış 15.37 ha torpaq sahəsinin hüdudları daxilindədir. İnşa edilmiş tikililər İddiaçı icarəsinə ayrılmış 0.85 ha torpaq sahəsinin şimal hissəsində, Sumqayıt şəhər İcra Hakimiyyətinin xx xxxxx 2014 -cü il tarixli, 90 saylı sərəncamı və sərəncama əlavə olunmuş inşaat pasportuna əsasən tikintiyə dair ayrılmış 0.65 ha torpaq sahəsinin daxilində yerləşir. “Liman” ailəvi istirahət mərkəzinə aid olan qeyri-yaşayış sahəsində ümumi sahəsi 701.2 kv.metr olan mətbəx, anbar, banket, yemək otaqları və yüngül konstruksiyadan çoxsaylı söhbətgahlar quraşdırılmış və tikililərin təyinatı ictimai iaşə təyinatlıdır. “Liman” ailəvi istirahət mərkəzinin faktiki istifadəsində 0.85 ha torpaq sahəsi vardır. “Liman” ailəvi istirahət mərkəzinin faktiki istifadəsində 0.85 torpaq sahəsinin 0.20 hektarı xxxx dənizinin 30-50 metrlik zolağı altındakı torpaqlara düşür, həmin sahədə əsaslı tikinti olmayan, yüngül konstruksiyadan iaşə təyinatlı istirahət otaqları və çardaqlar quraşdırılıb. “Liman” ailəvi istirahət mərkəzinə aid olan tikililər dövlətin müstəsna mülkiyyətindəki torpaqlara düşmür. “Liman” ailəvi istirahət mərkəzinin istifadəsində olan torpaq sahəsi yol boyu 1.0 metr hündürlüyündə daşdan hasara alınıb, lakin həmin hasar sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinə məhdudiyyət yaratmır. Hasarın uzunluğu boyu dövlət sərhədlərinin mühafizəsinin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin hərəkəti üçün sahilə birbaşa keçid yolu qoyulub və yolun eni təqribən 8.0 metrdir.

36. Qeyd edilən məhkəmə qərarları ilə dövlət torpaqlarına nəzarət funksiyası verilmiş iddiaçı təşkilatın iddia əsasları təkzib edilmiş, istirahət mərkəzinin, torpaq sahəsinin qanuni əsaslar olmadan istifadə edilməsi, tikililərin dövlətin müstəsna mülkiyyətindəki torpaqların üzərində olması, həmin torpaqlarda torpağın təyinatına uyğun olmayan əsaslı tikinti işlərinin aparılması təkzib edilmişdir. Əksinə, inşa edilmiş tikililərin ictimai iaşə təyinatlı olması, çimərlik istirahəti üçün nəzərdə tutulmaqla, təyinatına uyğun tikilməsi, həmin tikililərin dövlətin müstəsna mülkiyyətindəki torpaqlara düşməməsi müəyyən edilmişdir. “Liman” ailəvi istirahət mərkəzinin faktiki istifadəsindəki 0.85 torpaq sahəsinin 0.20 hektar hissəsinin xxxx dənizinin 30-50 metrlik zolağı altındakı torpaqlara düşməsi, həmin hissədə də əsaslı tikinti deyil, yüngül konstruksiyadan ibarət iaşə təyinatlı istirahət otaqları və çardaqlar quraşdırılması müəyyən edilmişdir.

37. Beləliklə də müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsində iddiaçının faktiki sahibliyində “Liman” istirahət mərkəz inin uzun müddətdir ki, fəaliyyət göstərməsi işin mübahisə olunmayan hallarındandır. İddiaçının torpaq sahəsindəki fəaliyyəti maneəsiz uzun illər davam etmiş, dövlət torpaqlarına nəzarət funksiyası verilmiş təşkilat iddiaçıya qarşı iddianı qaldırmış, lakin iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etmədiyi müəyyən olunmuşdur.

38. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı ilə “xxxx” Səhmdar Cəmiyyətinin istifadəsində olan torpaq sahəsindən İddiaçı istifadəsinə 0.6530 ha torpaq sahəsi verilməsinə baxmayaraq, faktiki istifadə olunan torpaq sahəsinin 1.4315 ha olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı hazırda faktiki istifadəsində olan torpaq sahəsinin deyil, istifadəsinə ayrılmış 0.6530 ha torpaq sah əsi üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına xahiş edir. Həmin torpaq sahəsinə münasibətdə isə yuxarıda aparılmış təhlillə iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etmədiyi müəyyən olunmuşdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 18 nömrəli qərarı, “xxxx” Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 06 nömrəli müqavilə, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsi müəyyən edilir ki, bu da öz növbəsində hazırkı iddianın təmin edilməsi üçün əsasdır.

40. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsas lar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-404/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar