Məhkəmə qərarları › İş №2-1(102)-181/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-181/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-181/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1488/2021 n ömrəli iş üzrə 24.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 12 yanvar 2022-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 23 iyun 2020-ci il tarixdə istifadəsində olan Yeni Günəşli “Q” yaşayış sahəsi, 27 saylı binanın qarşısındakı sahədə yerləşən qeyri yaşayış sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi **********65 nömrəli, 11.09.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmiş və istismara qəbul a ktı sənədlər toplusuna əlavə olunmamışdır. Həmçinin, qeyri yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, X10, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ba kı Ərazi İdarəsinin üzərinə qoyulmasını barədə iddia ərizəsi ilə sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati məhkəməsinə müraciət etmişdir.

4. İddiaçının iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 277 nömrəli, 16 aprel 2004-cü il tarixli “Ticarət fəaliyyəti üçün köşkün daşdan tikilməsinə icazə verilməsi haqqında” sərəncamına əsasən (bundan sonra sərəncam) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsi, ev 27 saylı binanın qarşısındakı sahədə yerləşən və onun istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir. Bundan əlavə, sözügedən obyektin xarici görünüşünə xüsusi diqqət verilməsi və ətraf sahələrin abadlaşdırılması ona həvalə edilmişdir. Bundan əvvəl sözüg edən ərazidə yerləşən sahədə ticarət mağazasının tikilməsi üçün eskiz layihə hazırlanmış həmin sərəncama uyğun olaraq tikili inşa edilmişdir. Suraxanı rayonu Layihə-smeta bürosu tərəfindən verilmiş olan bu eskiz layihə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq, Şəhərsalma Baş İdarəsi tərəfindən “Sərəncama” uyğun olaraq 18/03-8/1986/ saylı razılaşdırılma ştampına əsasən təsdiq edilmişdir. Həmin tikiliyə dair bütün vergilər və dövlət rüsumları tərəfindən ödənilmişdir və uçota alınması barədə vergi orqanına aid arayışı iddia ərizəsinə əlavə etmişdir. Həmin daşınmaz əmlakla bağlı bütün hüquqlarının həyata keçirilməsi üçün vətəndaş X1 həvalə etmişdir. X3 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 23 iyul 2020-ci il tarixdə sözügedən daşınmaz əmlaka hüquqlarının dövlət qeydiyyatı üçün müraciət etmişdir. İdarə tərəfindən etmiş olduğu müraciət əsasında “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinad edilmiş və eyni zamanda inventarlaşmanın və istismara qəbul edilmə aktı olmaması bildirilmişdir.

5. Birinci instansiya məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)2001/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Aytən Oruczadə) İddiaçı iddia tələbi təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, X10, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qeyd edilən daşınmaz əmlakdan istifadə edir, həmin daşınmaz əmlakın ticarət fəaliyyəti ilə məğul olmaq üçün Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 16 aprel 2004-cü il tarixli, 277 saylı sərəncamı ilə eskiz layihədəki ölçülərdə daşdan tikilməsinə icazə verilmişdir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)-2001/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2021-ci il tarixli, 2-1(103)-1488/2021 nömrəli (hakimlər Elmir Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)-2001/2021 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

9. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmiş dir.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24.08.2021-ci il tarixli, 2-1(103)-1488/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh müraciətinə cavab verməsi və məhkəmə kollegiyasınında qərar qəbul edərkən ona əsaslanması hesab edir ki, əsasızdır, səbəb isə "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanun (bundan sonra qanun) 29 iyun 2004-cü il tarixdə qəbul edilmişdir. Ona aid olan Sərəncam isə 16 aprel 2004-cü il tarixdə verilmişdir. Həmin sənəncamın verildiyi vaxt "Qanun"un qüvvədə olmaması Sərəncamın qanunil iyinə əsas verir. Hətta "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanun 8.0.9-cu maddəsində də qeyd edilir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minənədək (2013cü il yanvar ayının 1-dək) inşa edilmiş tikililər daşınmaz əmkaka dair hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamının dövlət qeydiyyatı üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarındada həmçinin bu hala istinad etməsini müəyyən etmiş olarıq. Həmin qanunun 8.0.9.2-ci maddəsinin tələblərinə diqqət yetirsək çox mənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanları ilə r azılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilini icazə verməsi barədə qərarı, istismara qəbul aktı da mülkiyyət hüququnun əmələgəlməsi üçün əsas ola bilər. Qeyd edilən maddənin tələblərindədə göründüyü kimi onun 29 aprel 2004-cü il tarixdə tikilmiş tikiliyə dair Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq, Şəhərsalma Baş idarəsi tərəfindən Sərəncama uyğun olaraq 18/03-8/1986/ saylı razılaşdırılmış ştampına əsasən təsdiq edilmiş layihə vardır və həmin layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsinin əsası kimi qeyri-yaşayış sahəsinin istismara qəbul aktının olmamasını göstərir təsdiq edilmiş lahihəyə istinad eləmir. Bununla da hesab edir ki, məhkəmə kollegiyaslnm hazırkı iş üzrə gəlmiş olduğu nəticə əs assızdır. 12. "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkminləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli fərmanının tətbiq dairəsi məhz 2018-ci il tarixdən yaranmış hüquq münasibbətlərinə aiddir. Məhkəmə qərarında sözügedən fərmana istinad etməsi hesab edir ki, qanunsuz və əsassızdır. Həmin dövrə qədər sözü gedən obyekt var idi və fəaliyyət göstərirdi. Bundan əlavə məhkəmə kollegiyası 6 iyun 2012-ci il "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin" əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi sturukturunda memarlıq xidmətinin nəzərdə tutulmadığı bildirilmişdir. Bu halda da məhkəmə kollegiyası yenə 2004-cü ildən sonra irəli gələn hüquq münasibətlərinə istisna etmişdir. Yuxarıda qeyd etdiklənlə rdən belə bir nəticəyə gələ bilər ki, məhkəmə hazırkı inzibati iş üzrə gəlmiş olduğu nəticə qanunsuz, əsassız və qeyri-obyektivdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1 maddəsində deyilir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 146.1-ci maddəsində deyilir ki, Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq isti sna olmaqla). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayə tlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əs asən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şə xsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə b ilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. Mülki Prosessual Məcəllə Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şika yətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, işin təkzib olunmaz faktı ondan ibarətdir ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 16 aprel 2004-cü il tarixli, 277 saylı sərəncamı ilə hazırkı işdə iddiaçı olan İddiaçı X10 “Q” yaşayış sahəsi 27 saylı binanın qarşısındakı sahədə istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir (iş səh. 6), həmin sərəncama plan (eskiz layihəsi) də əlavə edilmişdir. (iş səh. 7).

18. Eyni zamanda işin 23 səhifəsində olan həmin sərəncamdan sonra işin 24 səhifəsində olan köşkün Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq, Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış eskiz layihəsi də vardır.

19. Beləliklə sözügedən sərəncamın 16 aprel 2004-cü il tarixdə verilməsi faktdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə məhkəmə qərarı çıxarılarkən tətbiq etdiyi bütün maddi hüquq normaları 16 aprel 2004-cü il tarixindən sonrakı dövrlərdə qəbul edilmişdir.

20. Halbuki İnzibati Prosessual Məcəlləsinin 1.2.-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən isə Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Beləliklə apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan qərar qəbul edilmişdir.

23. Belə ki, apellyasiya instansiyası məhkəməsi 16 aprel 2004-cü il tarixli adıçəkilən sərəncam qəbul edildiyi zaman mövcud olmamış maddi hüquq normalarına istinad edərkən qərarın “əsaslandırma hissəsində” yazır ki, “Məhkəmə kolle giyası qeyd edir ki, müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, istismara qəbul aktı) iş materiallarında mövcud deyildir və eyni zamanda hazırkı mərhələdə də iddiaçı tərəfindən bununla bağlı sənəd və sübutlar təqdim edilməmişdir.” 24. “ Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş istismara qəbul aktını cavabdeh inzibati orqana, işin məhkəmə icraatı zamanı isə məhkəməyə təqdim etməmişdir.”

25. Apellyasiya instansiyası məhkəməsi göstərir ki, “Belə ki, qanunvericilik normalarının tələblərindən göründüyü kimi qeyri-yaşayış sahəsinin tikintisi üçün istismara qəbul edilməsi haqda aktı iş materiallarına əlavə edilməmişdir”.

26. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi yazır ki, “Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı tərəfindən verilmiş **********17 №-li arayışında hazırkı iş üzrə İddiaçı deyil, X2 təsərrüfat subyekti olması qeyd edilmişdir.

27. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı şəxsən öz adına VÖEN-ə malik olması “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə” reyestr məlumatlarında və iş materiallarında mövcud deyildir.

28. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 16 aprel 2004-cü il tarixli №277 saylı Sərəncamının surətinin arxa vərəqində olan qeydə əsasən 34 saylı notariat kontoru tərəfindən verilmiş, 07.08.2007-ci il tarixli, 11-4411 №-li etibarnaməyə əsasən X5 25 il müddətinə etibar edilmişdir.”

29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına VÖEN-ə malik olmamasının, eləcə də sözügedən sərəncamın arxa vərəqində 34 saylı notariat kontoru tərəfindən yuxarıda göstərilmiş yazının yazılmasının iddiaçının hazırkı iddia tələbinə heç bir aidiyyəti yoxdur.

30. Buna baxmayaraq sözügedən məsələlər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılma predmeti olmamış, sadəcə fakt kimi yazılmışdır.

31. Digər tərəfdən, mübahisəli torpaq sahəsinin kimə (dövlət və ya bələdiyyəyə) məxsus olması da apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.

32. Halbuki bu məsələ inzibati mübahisə üzrə düzgün qərar qəbul edilməsi üçün həlledici xarakter daşıyır.

33. Belə ki, obyektin yerləşdiyi torpaq sahəsi dövlətə məxsus olduğu halda, iddiaçının tələbi, o zaman qüvvədə olmuş maddi hüquq normalarının müddəaları nəzərə alınmaqla həll edilməli, Bələdiyyəyə məxsus olduğu halda isə Bələdiyyəyə işə cəlb edilməli və onun rəyi də soruşulmalı, bu istiqamətdə araşdırma aparılmalıdır.

34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 24.08.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respubl ikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2021-ci il tarixli, 21(103)-1488/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar