Məhkəmə qərarları › İş №2-1(102)-181/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-181/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-181/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ötürülmüş prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) qarşı “sökülmüş ticarət obyektinin sökülməsinə görə başqa torpaq sahəsi ilə əvəzləşdirilməsinin cavabdehə həvalə edil məsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 21(103)-1751/2022 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “sökülmüş ticarət obyektinin sökülməsinə görə başqa torpaq sahəsi ilə əvəzləşdirilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) xx.xx.2022-ci il tarixli 21(112)- 4573/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) xx.xx.2022-ci il tarixli 2-1(103)-1751/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsinin qərarı xx.xx.2022-ci il tarixli məktubla tərəflərə göndərilmiş, xx.xx.2022-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etdirilməklə iddiaçıya rəsmi qaydada çatdırılmışdır.

5. İddiaçı xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa edilməsi barədə əri zəsini onunla əsaslandırmışdır ki, xəstəliyi şiddətləndiyi üçün uzun müddət yataq şəraitində müalicə aldığından qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verə bilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.

1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkə mə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.

8. Belə ki, kas sasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.

9. Hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 1 ay müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

10. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şik ayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

11. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-1751/2022 nömrəli qərarı xx.xx.2022-ci il tarixli məktubla tərəflərə göndərilmiş, xx.xx.2022-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etdirilməklə iddiaçıya rəsmi qaydada çatdırılmışdır. Buna baxmayaraq, iddiaçı xx.xx.2023-cü il tarixdə qərardan kassasiya şikayəti vermişdir.

12. Eyni zamanda, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş və bildirmişdir ki, xəstəliyinin şiddətlənməsi, uzun müddətdə yataq şəraitində müalicə alması səbəbindən qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verə bilməmişdir.

13. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 ay müddətin iddiaçı tərəfindən ötürülməsi mübahisəsizdir. Belə ki, iddiaçı özü də müddətin bərpasi barədə ərizə verməklə bunu etiraf edir.

14. İddiaçının ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ambulator kitabçadan çıxarışa istin ad etməklə xəstəliyi səbəbindən müddəti ötürdüyünü bildirsə də, qeyd olunan çıxarışda iddiaçının ağır forma şəkərli diabet xəstəsi olması, uzun müddət xəstəliyə görə müalicə alması və kənar şəxslərin köməyinə ehtiyacı olması göstərilmişdir. Göründüyü kimi, sübut qismində istinad olunan ambulator kitabçadan çıxarışla iddiaçının məhz hansı tarixdən, hansı formada xəstə olması, fiziki qabiliyyətli olub-olmamasını, başqa sözlə, konkret olaraq ona məhkəmə qərarından kassasiya şikayəti verilməsinə mane olan vəziyyətin mövcud olub-olmamasını müəyyən etmək mümkün deyildir.

15. Ambulator kitabçadan çıxarış hazırkı vəziyyətdə iddiaçının xəstəliyini təsdiq edən sübut qismində qəbul edilsə də, məhz bu xəstəlik nəticəsində qeyd olunan müddət çərçivəsində iddiaçının qərardan kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti üzrlü səbəbdən ötürməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz.

16. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin iddiaçının təqsiri olmadan buraxılmasına dair üzrlü səbəblər müəyyən edilməmişdir. Odur ki, buraxılmış müddətin bərpasına dair ərizə əsassız olduğundan təmin edilməməli, şikayətin qəbulundan imtina olunmalı, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 21(103)-1751/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üz rə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar