Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1810/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əlavə olaraq verilmiş “plan və ölçü” sənədinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə qarşı (üçüncü şəxs X4) “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədinin ləğv olunması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 may tarixli 2-1(107)203/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar ərizə ilə cavabdehə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əlavə olaraq verilmiş “plan və ölçü” sənədinin ləğv olunmasını xahiş etmişlər.
2. Cavabdeh 2019-cu il 9 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmi şdir. Cavabdeh bildirmişdir ki, müraciətdə qeyd edilən torpaq sahələrinin hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışlarına uyğun tərtib edilmiş plan və ölçü sənədləri təqdim edilmiş sənədlərə uyğun olaraq tərtib edilmişdir. X2 adına verilmiş Oğuz rayonu Kərimli kəndində yerləşən torpaq sahələrinə verilmiş 2015-ci il 27 yanvar tarixli, ******* nömrəli, 2015-ci il 12 iyun tarixli, ******* nömrəli, 2015-ci il 24 oktyabr tarixli, ******* nömrəli, 2015-ci il 17 mart tarixli. ******* nömrəli, 2015-ci il 22 sentyabr tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışlara uyğun tərtib edilmiş plan və ölçü sənədləri məhkəmə qərarların əsasında verilmişdir. Həmin məhkəmə qərarları bu gün qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçılar 2019-cu il 22 avqust tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən üçüncü şəxs X2 adına verilmiş 2008ci il 8 sentyabr tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, 2015-ci il 27 yanvar tarixli, *** **** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, 2015-ci il 12 iyun tarixli, 00660000 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, 2015-ci il 24 oktyabr tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. iddianın əsaslandırması:
4. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Oğuz rayon AİK-nın 1998-ci il 5 avqust tarixli, 68 nömrəli qərarına əsasən 0.25 ha həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə verilmiş və buna dair DTXK-nın Oğuz rayon şöbəsi tərəfindən 2005-ci il 21 oktyabr tarixli, JN-265B KOD 40504018 nömrəl i “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İddiaçılar 2014-cü il 19 mart tarixdə vəfat etmiş mərhum X1 2014-cü il 31 may tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən qanuni vərəsələri sayılmışlar. İddiaçılar bildirmişdir ki, cavabdeh orqanın onların qanuni mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədləri üzərinə başqa ərazilərdə yerləşən torpaq sahələrinin plan və ölçü sənədlərinin vurulması qanunsuzdur. Buna görə də üçüncü şəxsin adına tərtib edilmiş həmin plan və ölçü sənədləri ləğv edilməlidir. İddiaçılar üçüncü şəxsin adına çıxarışlara uyğun tərtib edilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onların müraciəti cavabdeh orqan tərəfindən təmin edilməmişdir. Cavabdehin et irazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıların tələbinin təmin edilməsi cavabdeh inzibati orqanın səlahiyyətləri daxilində deyildir. Belə ki, iddiaçıların ləğvini tələb etdiyi hüquqların dövlət qeydiyyatı haqqında çıxarış və plan ölçü sənədləri məhkəmə qərarları əsasında qeydə alınmışdır və bu məhkəmə qərarları hal-hazırda qüvvədədir. Qeyd olunanlara əsasən iddiaçıların müraciətinin təmin edilməsi mümkün olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 15 fevral tarixli, 2-1(116)-24/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların plan-ölçü sənədlərinin düzgün tərtib edilməməsi barədə dəlilləri öz təsdiqini tap madığı üçün cavabdehin həmin sənədlərin hazırlanması zamanı heç bir qanunsuzluğa və ya səhvə yol vermədiyi aydın olur. Beləliklə, Sabir İbrahimxəlilovun adına tərtib edilmiş JN 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə dair elektron baza məlumatları müəyyən olunmadığından hazırkı vəziyyətdə həmin sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə deyildir. Eyni zamanda, üçüncü şəxsin adına tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədləri, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunanlara əsasən iddia təmin edilməməlidir.
8. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 may tarixli 2-1(107)-203/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 15 fevral tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şi kayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, iddiaçıların məhkəməyə təqdim etdiyi sübutları tam tədqiq etməmiş, mütəxəssislərlə və ekspertlərlə birlikdə mübahisələndirilən torpaq sahəsinə baxış keçirməmiş, həmin şəxslərin izahatlarını məhkəmədə almamış, təkrar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin verilməsi üçün sorğu verməmiş və təkrar rəy almayaraq iş üzrə əsassız və ədalətsiz qərar qəbul etməklə qanunla müdafiə olunan iddiaçılarının mülkiyyət hüquqlarını pozmuşdur. İnzibat i Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidmət vəzifəsinə görə araşdırmağa borcludur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan son ra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstər ilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə akt ının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
18. İddiaçıların əsas dəlili ondan ibarətdir ki, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələrinə plan-ölçü sənədləri hazırlanarkən cavabdeh inzibati orqan tərəfindən səhvə yol verilmiş, plan-ölçü sənədləri ilkin sənədlərə uyğun tərtib olunmamışdır. Qeyd olunan halın araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin verilməsi üçün sorğu verilmiş və JN-265B KOD 40504018 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin üstüstə dü şməsi, X3 məxsus 2008-ci il 3 sentyabr tarixli reyestr nömrəsi **********2006301 olan “Daşınmaz əmlakın texniki pasportu”, 2015-ci il 24 oktyabr tarixli reyestr nömrəsi **********42, 2016-cı il 30 mart tarixli reyestr nömrəsi **********89, 2016-cı il 30 mart tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin koordinatları ilə onların tərtib olunmasına əsas verən ilkin sənədlərdəki (aktlar və yerquruluşu) koordinatlarının üst-üstə düşməsi və iddiaçıların sənəd üzrə və faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən plan-ölçü sənədlərində qeyd olunan torpaq sahələrinin üst-üstə düşməsi, əgər düşürsə hansı hissədə üst-üstə düşməsi barədə rəy verilməsi tələb olunmuşdur.
19. Həmin məhkəməyə təqdim olunmuş rəyd ə qeyd edilmişdir ki, JN-265B KOD 40504018 nömrəli şəhadətnamə Mərkəzin Elektron bazasında olmadığı üçün qoyulan sualın cavablandırılması mümkün olmamışdır. X3 məxsus 2008-ci il 3 sentyabr tarixli, reyestr nömrəsi **********120-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” 2015-ci il 24 oktyabr tarixli, reyestr nömrəsi **********42, 2016-cı il 30 mart tarixli, reyestr nömrəsi **********89, 2016-cı il 30 mart tarixli, reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin koordinatları ilə onların tərtib olunmasına əsas verilən ilkin sənədlərdəki (aktlar və yerquruluşu) koordinatlar üst-üstə düşür. İddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən X3 məxsus 2008-ci il 3 sentyabr tarixli, reyestr nömrəsi ** ********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” 2015-ci il 24 oktyabr tarixli, reyestr nömrəsi **********42, 2016-cı il 30 mart tarixli reyestr nömrəsi **********89, 2016-cı il 30 mart tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri çıxarışlarla üst-üstə düşür. 20. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
21. Həmin normanın tələbi nəzərə alındıqda və iddiaçıların plan-ölçü sənədlərinin düzgün tərtib edilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığı üçün cavabdehin həmin sənədlərin hazırlanması zamanı səhvə yol verdiyi təsdiq olunmur.
22. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 may tarixli 21(107)-203/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.