Məhkəmə qərarları › İş №2-1(102)-1810/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1810/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1810/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təyin edilmiş pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1948-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)-535/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 20 iyun 1995-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçının əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2020-ci il tarixli müraciəti xx.xx.2020-ci il tarixdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin xx.xx.2020ci il tarixli, **********5 nömrəl i cavab məktubunda göstərilmişdir ki, əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin orqanlar tərəfindən cavabdehə göndərilməlidir. Bununla əlaqədar cavabdeh tərəfindən iddiaçının sonuncu xidmət etdiyi quruma ona dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı sorğu ünvanlanmışdır. Sorğuya cavab verildikdən sonra əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacaqdır.

3. İddiaçının xx.xx.2020-ci il tarixli növbəti müraciəti xx.xx.2020-ci il tarixdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən cavabdehə daxil olmuş 28 avqust 2020-ci il tarixli, 186 nömrəli yeni məlumat vərəqəsinə əsasən iddiaç ının xidmət illərinə görə 40 faizi həcmində əlavə nəzərə alınmaqla əmək pensiyasının məbləği yenidən hesablanaraq 666,32 manatdan 725,10 manata artırılmış və keçmiş üç il müddət üçün hesablanmışdır. İddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 1929,54 manat fərq məbləği cari ilin oktyabr ayından etibarən hissə-hissə (321.59 manat) əmək pensiyasının (725,10 manat) üzərinə əlavə olunmaqla (cəmi 1046,69 manat) müvafiq kart hesabına köçürülür.

4. İddiaçının xx.xx.2020-ci il tarixli növbəti müraciəti xx.xx.2020-ci il tarixdə cavabdehə təqdim olunmuş və cavabdehin xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubu ilə analoji məzmunda cavablandırılmışdır.

5. İddiaçının Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyindən xx.xx.2020-ci il tarixdə cavabdeh ə daxil olmuş müraciətinə cavab olaraq cavabdehin xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubla ətraflı cavab verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 nömrəli qərarı ilə qulluq illərinə görə verilən əlavə əmək haqqının təqaüdə çıxdığı vaxtdan hesablanıb tam məbləğdə ödənilməsinin cavabdehin üzərinə qoyulması və pulun ödənilməsi ilə bağlı zəruri sənədlərin cavabdehə təqdim olunması vəzifəsinin üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbayca n Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(118)-843/2021 nömrəli qərardadı ilə, hazırkı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, qulluq illərinə görə verilən əlavə əmək haqqının təqaüdə çıxdığı vaxtdan xx.xx.2017-ci il tarixədək hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1979-cu il tarixdən ədliyyə orqanlarında xidmət etmiş, xx.xx.1995-ci il tarixdə ehtiyata buraxılaraq, ona hərbi pensiya təyin edilmişdir. Pensiya həmin vaxt qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən hesablanmışdır. Lakin həmin qanunda ədliyyə orqanlarında xidmət etmiş əməkdaşlara xidmət illərinə görə əlavə haqqın verilməsini tənzimləyən normalar olmadığı üçün, pensiyasına qulluq illərinə görə əlavə haqq əlavə olunmamışdır. Müraciətlərindən sonra 1995-ci ildən 2020-ci ilədək pensiyada olduğu 25 il müddət üçün ona ödənilməli olan əlavənin əvvəlki illərə aid olan hissəsinin cəmi 3 ilinin ona ödənilməsi barədə qərar verilmişdir. Lakin 3 il müddətlə bağlı qanunda edilmiş dəyişiklik iddiaçıya şamil oluna bilməz.

10. Cavabdeh iddia tələbinə dair yazılı etirazında “Əmək pensiyaları haqqında” Qanu nun 32.1-1 və 37.7-ci maddələrinə istinad edərək göstərmişdir ki, qanunvericilik keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləğinin yalnız vətəndaşın müraciətindən əvvəlki 3 illik dövr üçün ödənilməsinə icazə verir.

11. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-6732/2021 nömrəli qərarı (hakim H.A.Ağalarov) ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarla, yeni məlumat vərəqəsinə əsasən xidmət illərinə görə 40 faiz həcmində əlavə nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması, həmçinin ödənilməmiş fərq məbləğinin müvafiq olaraq 3 il əvvəlki dövrdən – xx.xx.2017-ci il tarixdən ödənilməsi qərara alı ndığından, iddiaçının həmin tarixdən (xx.xx.2017-ci il) əvvəlki dövrlər üzrə tələbi əsassız hesab olunmalıdır.

13. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmasını və ya işin təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)-535/2022 nömrəli qərarı (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-6732/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqey i ilə razılaşmışdır. İddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadı ilə bağlı məhkəmə əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli, 03/2020 nömrəli qərardadı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasib ətdə də tətbiq edilməsi qərara alınmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə əsaslanır. İddiaçı hesab edir ki, pensiyaya bir hərbiçi kimi “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanun qüvvədə olanda çıxdığı üçün, pensiya təminatı ilə bağlı mübahisələr də həmin qanuna əsasən tənzimlənməlidir. Həmin Qanunun 49-cu maddəsi ilə keçmiş müddət üçün pensiyaların ödənilməsi məsələsi tənzimlənirdi. Həmin normaya əsasən, hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Odur ki, İddiaçı qulluq illərinə görə verilən əlavə əmək haqqı təqaüdə çıxdığı vaxtdan xx.xx.2017-ci il tarixədək hesablanaraq ödənilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)-535/2022 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada: Maddə

31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.... 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyada: Maddə

31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yar andığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir.... Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.11-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir....

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadı

1. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilmə lidir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasın da yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. A li Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qər arı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şik ayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edi lmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya ötən dövr üçün hesablanan pensiya məbləğinin ödənilməsi dövrünün müəyyən edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. İşin apellyasiya instan siya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən yeni məlumat vərəqəsi cavabdehə 28 avqust 2020-ci il tarixdə təqdim olunmuş, xidmət illərinə görə 40 faiz həcmində əlavə nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləği cavabdeh tərəfindən yenidən hesablanmışdır. İddiaçının əmək pensiyası üzrə keçmiş üç illik müddət üçün hesablanmış fərq məbləği xx.xx.2017-ci il tarixdən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla onun müvafiq kart hesabına köçürülür.

30. Hazırkı qərarın 19-cu bəndində istinad edilən normanın tələbinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən ed ilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

31. Cavabdeh tərəfindən də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinin tələblərinə əməl edildiyi, iddiaçının müraciətindən sonra onun sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqəsi əsasında onun əmək pensiyasının yenidən hesablandığı, həmçinin ödənilməmiş fərq məbləğinin müraciət tarixindən əvvəlki 3 il üçün hesablanaraq ödənildiyi iş üzrə materiallarla təsdiq olunur.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2 020-ci il tarixli, 03/2020 nömrəli qərardadında qeyd olunmuşdur ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddət lər daxilində edilməsini tələb edən normalar mövcuddur.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

34. Bu zaman həmçinin hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə bağlı olduğu və pensiya nın təyin edilməsini yaxud da yenidən hesablanmasını yalnız həmin orqan tərəfindən təqdim olunmuş məlumat vərəqəsi əsasında həyata keçirmək imkanına malik olduğu da nəzərə alınmalıdır.

35. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

37. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 21(103)-535/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar