Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1810/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maliyyə sanksiyası, qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.08.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-274/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. U26456941 nömrəli pasportun surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Türkiyə Respublikasının vətəndaşıdır.
2. MYİ seriyalı, ******* nömrəli icazə vərəqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. 3. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********5993 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.x x.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi də daxil olmaqla) operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır.
4. DVX seriyalı, 012936 nömrəli aktdan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus avtotəmir sexində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi vəziyyəti haqqında xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. 5. ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4498 nömrəli qərardan görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin tələblərini pozduğuna görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DVX seriyalı, 012936 nömrəli aktın etibarsızlığının tanınması və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4498 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli, **********4498 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisidir, bu barədə ona məxsus ********** nömr əli VÖEN mövcuddur. Vergi ödəyicisi kimi Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi-119C ünvanda yerləşən “Avtotəmir sexi”ndə usta kimi fəaliyyət göstərir və vergi ödəyicisi həmişə vergiləri vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə vergi orqanının əməkdaşları tərəfindən onun barəsində akt tərtib etmiş və həmin akta əsasən xx.xx.2022- ci il tarixli, **********4498 nömrəli qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan qərar əsassız olduğundan ləğv edilməlidir.
9. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-463/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim F.C.Hüseynov) iddianın təmin edilməsi, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4498 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, vergi orqanı iddiaçının nağd hesablaşma qaydalarının aparılması qaydaları pozmasını iddia etsə də, bununla bağlı mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-274/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, Ş.Q.Rzaquliyev və A.V.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. İddiaçının sahibkarlıq fəal iyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli **********5993 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında həyata keçirilmişdir. Sözügedən qərar Vergi Məcəlləsinin 50.1.3-cü maddəsində əks olunmuş əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. xx.xx.2022-ci il tarixli **********5993 nömrəli qərar əsasında cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, Üzeyir Hacıbəyov 119c ünvanında yerləşən avto təmir sexində xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektdə əha li ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022ci il tarixli DVX seriyalı 012936 nömrəli aktla rəsmiləşdirilmişdir.
16. Operativ vergi nəzarəti tədbiri şəxsən iddiaçının iştirakı ilə aparılmış, mövcud hüquq və vəzifələri izah edilmiş, həmçinin İddiaçı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla tanış olmuş və imzalamışdır.
17. Məhkəmənin “vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş aktda xidmət göstərilmiş avtomobilin markası, nömrəsi, yaxud digər nişanələri, həmçinin avtomobilin sahibinin adı əks olunmamış, konkret hansı müştəriyə xidmət göstərildiyi qeyd edilməmişdir” dəlilinə münasibət bildirmək istərdik ki, işi n halları üçün həmin əsaslar əhəmiyyət daşımır.
18. Hər hansı hüquq pozuntusuna görə şəxs o halda məsuliyyətə cəlb edilir ki, həmin əməl hüquq pozuntusunun subyekti olan şəxs tərəfindən hüquq normasının dispozisiyasında əks olunmuş şərtlərin pozulması nəticəsində baş vermiş olsun. Vergi qanunvericiliyinin pozulmasına görə şəxs vergi məsuliyyətinə cəlb edilir və buna görə vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da görsənir ki, iddiaçı barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 012936 nömrəli aktdan görsənir ki, iddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydası pozularaq mədaxil qəbzi olmadan fəaliyyətini həyata keçirmişdir.
19. VM-nin 16.1.9-cu maddəsinin dispozisiya sında nağd pul hesablaşmalarının aparılmasında (NKA tətbiq edilməli olan sahələri istisna olmaqla) ciddi hesabat blanklarından vergi ödəyicisinin istifadə etməsi imperativ olaraq göstərilmişdir. Yəni vergi ödəyicisinin fəaliyyət sahəsi nəzarət kassa aparatı tətbiq edilməli olan sahə deyilsə, v/ö ciddi hesabat blankları tətbiq edərək fəaliyyət göstərməlidir. DVX seriyalı 012936 nömrəli aktdan, iddia ərizəsinin dəlillərindən (iddia ərizəsində iddiaçı ciddi hesabat blanklarının olduğunu qeyd etməmişdir.) görünür ki, iddiaçı nəzarət tədbiri zamanı mədaxil qəbzinə malik olmamış və vergi orqanı əməkdaşlarına təqdim etməmişdir. Belə olan halda iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə vergi nəzarəti zamanı mədaxil qəbzinin olmadığı xüsusatının mövcudluğu onun barəsində VM-nin 58.7-ci maddəsindəki məsuliyyət tədbirinin görülməsi üçün əsas yaratmışdır. Normada (VM-nin58.7-ci maddəsi) ciddi hesabat blanklarının olmaması halı (əhali ilə) pul hesablaşmalarının pozulmasını xarakterizə edən hallardan biri kimi qeyd edilmişdir. Bu baxımdan Gəncə Apellyasiya Məhkəməsi maddi hüquq normalarını yanlış tətbiq edərək tamamilə formal əsaslarla (müştərinin adının qeyd edilməməsi) iddia tələbini təmin etmişdir. Məhkəmə VM-nin 58.7ci maddəsini düzgün tətbiq edərək iddiaçının pul hesablaşmalarının aparılması qaydasına əməl etmədiyi üçün cavabdehin əsaslı inzibati aktını qüvvədə saxlamalı idi.
20. Məhkəmənin “aktda konkret hansı məbləğdə xidmət göstərildiyi qeyd edilməmişdir” dəlilinə münasibətdə bildirmək istərdik ki, yoxlamanın nəticəsi barədə xx.xx.2022-ci il tarixli DVX seriya lı 012936 nömrəli aktda qeyd olunmuşdur ki, müştəriyə göstərilmiş xidmətə görə ödənilmiş 10 manat pulun müqabilində qəbz yazılmamış və müştəriyə təqdim edilməmişdir. Göründüyü kimi yoxlamanın nəticəsi barədə tərtib edilmiş akt məhkəmələr tərəfindən hərtərəfli araşdırılmamışdır.
21. Məhkəmənin “xidmət göstərilən şəxsdən izahat alınması və akta onun imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, beləliklə vergi orqanının gəldiyi nəticə aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir” dəlilinə münasibətdə bildirmək istərdik ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininxx.xx.2022-ci il tarixli **********192100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” qaydalarının 7-ci bəndi əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi məsələlərini əhatə edir. Müvafiq qaydaların 7-ci bəndində və həmin bəndin alt bəndlərində xidmət göstərilən şəxsdən izahat alınması və akta imza etməsi ilə bağlı hər hansı bir göstəriş mövcud deyildir. Lakin təəssüflər olsun ki, məhkəmələr inzibati orqanın qərarını ləğv edərkən hər hansı qanunvericilik normasına istinad etməmişdir.
22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi” qaydalarının 3.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Ma liyyə Nazirliyindən ciddi hesabat blanklarının hazırlanması fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər çap etdikləri ciddi hesabat blankları barədə aylıq hesabatı" Çap edilmiş ciddi hesabat blanklarının uçotu və hərəkəti haqqında aylıq hesabat (forma № MH-1)" (əlavə edilir) üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 10-dək təqdim edirlər. Lakin İddiaçı istifadəsində olan çap edilmiş ciddi hesabat blankları barədə məlumatlar Dövlət Vergi Xidmətinin bazasında olmamışdır. Bu da bizə onu deməyə əsas verir ki, iddiaçının vergini kassa aparatı vasitəsilə deyil, mədaxil qəbzlərinə əsasən ödəməsi ilə bağlı olan ifadəsi həqiqətə uyğun olmamışdır. İşin həlli üçün əhəmiyyət daşıyan bu h al məhkəmə tərəfindən araşdırılmamışdır.
23. Qeyd edir ki, iddiaçı (istifadəçi) tərəfindən nəzarət kassa aparatının informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi, əməliyyatların uçotu kitabından və ciddi hesabat blanklarından istifadə edilməsi müəyyən edilməmişdir.
24. Beləliklə vergi orqanı əməkdaşları qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə edərək sadəcə nəzarət-kassa aparatlarının tətbiqinə və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarəti həyata keçirmiş və pozuntunu aşkar edərək rəsmiləşdirmişdirlər. Halbuki məhkəmələr tərəfindən yuxarıda sadalanan hallara hüquqi qiymət verilməmiş, heç bir qanunvericilik normalarına istinad etmədən işin halları sadalanmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
25. Kas sasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəal arına zidd olmamalıdır. Maddə 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə
11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Maddə 15.1.3. Vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada verg i güzəştlərindən istifadə etmək, 15.1.7. Vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqlarıdır. Maddə 24.0.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-mater ial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi q aydada nəzarət kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Madd ə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçin in tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi qərarın ləğvi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarətidir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.
36. İşin hallarına əsasən qeyd edilməlidir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.202 2-ci il tarixli, **********5993 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus olduğu iddia olunan “Avtotəmir sexi”ndə keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 012936 nömrəli akt tərtib edilmiş və sözügedən akt əsasında iddiaçı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4498 nömrəli qərar ilə 1000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətin ə cəlb edilmişdir.
37. Operativ vergi nəzarəti nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 012936 nömrəli aktın məzmununda qeyd olunmuşdur ki, “Avtotəmir sexi”ndə göstərilmiş xidmətə görə ödənilmiş 10 manat pulun müqabilində qəbz yazılmamış və müştəriyə təqdim olunmamış, bununla da nağd hesablaşma qaydalarının aparılması qaydaları pozulmuşdur. Uçotdan yayındırılmış məbləği bərpa etmək istəyərkən obyektdə ciddi hesabat blankı olan qəbzlərin olmadığı müəyyən edilmiş, beləliklə yayındırılmış məbləği bərpa etmək mümkün olmamışdır.
38. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq müəyyən etmişdir ki, vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş aktda xidmət göstərilmiş avtomobilin markası, nömrəsi, yaxud dig ər nişanələri, həmçinin avtomobilin sahibinin adı əks olunmamış, konkret hansı müştəriyə hansı məbləğdə xidmət göstərildiyi qeyd edilməmişdir. Həmçinin xidmət göstərilən şəxsdən izahat alınması və akta onun imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, beləliklə vergi orqanının gəldiyi nəticə aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir.
39. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallar onu deməyə əsas verir ki, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
40. Nəticə e tibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-274/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.