Məhkəmə qərarları › İş №2-1(102)-1811/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1811/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1811/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; icra edilən peşə ilə siyahıdakı peşənin eyniliyinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X5, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1rşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-953/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1960-cı il təvəllüdlü iddiaçı xx.xx.1979-cu ildə «Bakı Pivə» İcarə Birliyində çilingər vəzifəsinə qəbul olunmuş, xx.xx.1979-cu il tarixdə soyuducu – kompressor sexinə (ammiak) 4-cü dərəcəli maşinist vəzifəsinə keçirilmiş, xx.xx.1980-ci il tarixdə hərbi xidmətə çağırıldığına görə işdən azad olunmuş, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci il tarixdə «Bakı Pivə» İcarə Birliyinin soyuducu kompressor sexinə 4-cü dərəcəli təmirçiçilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1 983-cü ildə həmin sexə 5-ci dərəcəli təmirçiçilingər vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə həmin sexə 5-ci və 6-cı dərəcəli maşinist vəzifəsinə keçirilmişdir. Maşinist vəzifəsində xx.xx.1998-ci il tarixinədək işləmiş və həmin tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1999-cu ildən hal-hazıradək həmin müəssisənin X2 Xidmətin Kompressor sahəsinin operatoru vəzifəsində işləyir.

2. İddiaçı, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini ilə bağlı müxtəlif vaxtlarda cavabdehə müraciət etmişdir.

3. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********6 saylı məktubda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci və 9.1-ci maddələrinə istinad edərək bildirmişdir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiya sının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.

4. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********3 saylı məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, təqdim edilən xx.xx.2019-cu il tarixli 505 nömrəli və xx.xx.2019-cu il tarixli 520 nömrəli təsdiqedici arayışlarda iddiaçının xx.xx.1979-xx.xx.1980-cı il tarixlər arasındakı dövr ərzində “Bakı Pivə” İcarə Birliyinin soyuducu-kompressor sexində maşınist vəzifəsində, xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində həmin Birliyin soyuducukompressor sexində çilingər vəzifəsində işlədiyi qeyd olunsa da, İT-İ ******* nömrəli əmək kitabçasında həmin dövrlərdə baş qa peşələrdə işlədiyi qeyd olunmuşdur. Bundan əlavə, xx.xx.1999-cu il tarixindən etibarən “xxxx” birgə müəssisində xidmət sahəsində kompressor qurğusu üzrə operator vəzifəsi və qeyd olunan çilingər peşəsi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.

5. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********0 saylı məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə istinad edərək bildirmişdir ki, xx.xx.1979-xx.xx.1980-cı il tarixlər arasındakı dövr ərzində “Bakı Pivə” İcarə Birliyinin soyuducu- kompressor sexində maşınist vəzifəsində, xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində həmin Birliyin soyuducu-kompressor sexində çilingər vəzifəsində və xx.xx.1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan “xxxx” birgə müəssisində texniki-xidmət sahəsində kompressor qurğusu üzrə operator vəzifəsi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqt isadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək «Bakı Pivə» İcarə Birliyinin soyuducu-kompressor sexində maşinist vəzifəsində, xx.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək həmin birliyin soyuducu – kompressor sexində maşinist və xx.xx.1999-cu ildən bu günə qədər «xxxx» MMC-nin X2 xidmətin Kompressor sahəsinin maşinist-operatoru peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə işlədiyi müddət kimi iş stajına daxil edilməklə ona 57 yaşından xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günədək ödənməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə d air qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X8 bitirdikdən sonra əmək fəaliyyətinə xx.xx.1979-cu ildə «Bakı Pivə» İcarə Birliyində (hazırkı adı «xxxx» MMCdir) çilingər vəzifəsində qəbul olunmaqla başlamışdır. xx.xx.1979-cu il tarixdə soyuducu – kompressor sexinə (ammiak) 4-cü dərəcəli maşinist vəzifəsinə keçirilmişdir. xx.xx.1980-ci il tarixdə hərbi xidmətə çağırıldığına görə işdən azad olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci il tarixdə «Bakı Pivə» İcarə Birliyinin soyuducu kompressor sexində 4-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1983-cü il tarixdə həmin sexə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə, xx.xx.1987-ci il tarixdə isə həmin sexdə 6-cı dərəcəli maşinis t vəzifəsinə keçirilmişdir. Həmin vəzifədə xx.xx.1998-ci il tarixinədək işləmiş, həmin tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1999-cu ildən hal-hazıradək həmin müəssisənin X2 Xidmətin Kompressor sahəsinin operatoru vəzifəsində, əmək funksiyasını zərərli və ağır əmək şəraitli iş yerində yetirməklə işləyir. İşlədiyi dövrdə zərərli iş şəraitində işlədiyi dövrdə əlavə məzuniyyət, əmək haqqına əlavə almış və hazırda da almaqda davam edir. İşlədiyi iş yeri və vəzifələr ona güzəştli şərtlərə pensiya təyin edilməsi üçün əsas verir. xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF XŞTİ-nə müraciət etmişdir. Lakin, onun müraciətinə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublarla imtina verilmiş və bu onu n pensiya hüquqlarını pozmuşdur. O, təkrarən xx.xx.2019-cu il tarixdə ərizə ilə DSMF XŞTİ-nə müraciət etmiş, lakin, xx.xx.2019-cu il tarixli, **********0 saylı məktubla yenidən imtina almışdır. İmtinada onun xx.xx.1979-xx.xx.1980-ci il tarixləri arasındakı dövr ərzində «Bakı Pivə» İcarə birliyinin soyuducu-kompressor sexində maşinist vəzifəsi, xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində həmin birliyin soyuducu-kompressor çilingər vəzifəsi və əmək kitabçasında qeyd olunan «xxxx» Birgə Müəssisəsində texniki-xidmət sahəsində işlədiyi kompressor qurğusu üzrə operator vəzifəsi AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər in Siyahı»sında nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə əmək pensiyasının təyininin mümkün olmadığı qeyd edilmişdir. Halbuki, onun əmək kitabçasında aydın şəkildə qeyd edilmişdir ki, «Bakı Pivə» birliyinin xx.xx.1987-ci il tarixli, 148 nömrəli əmri ilə xx.xx.1987-ci il tarixdən soyuducu kompressor sexində 6-cı dərəcəli maşinist təyin edilmiş və xx.xx.1998-ci il tarixədək həmin vəzifədə işləmişdir. Onun işlədiyi peşələr AR Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı»sının təsdiq edilməsi haqqında» xx xxxx 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında göstərilən peşələrə aid edilmişdir. Bu fakt «xxxx» MMC-nin ona verdiyi xx.xx.2018-ci il tarixli, 276 n ömrəli, xx.xx.2019-cu il tarixli, 505 nömrəli, xx.xx.2019-cu il tarixli, 520 nömrəli arayışlarda da öz təsdiqini tapmışdır. İş yerinin təqdim etdiyi sonuncu arayışda – xx.xx.2019-cu il tarixli, 572 nömrəli arayışda da qeyd edilmişdir ki, o, həqiqətən də, xx.xx.1999-cu il tarixdən hal-hazıradək maşinist-operator kimi əmək funksiyalarını zərərli və ağır əmək şəraitli iş yerində icra edir. İşlədiyi müəssisə beynəlxalq brend altında fəaliyyət göstərildiyindən sırf «maşinist» vəzifəsi mövcud deyildir, bu səbəbdən maşinist funksiyalarını icra edən işçilərin vəzifəsinin adı «maşinist-operator» olaraq müəyyən edilmişdir. Lakin, onun həyata keçirdiyi funksiya maşinistin həyata keçirdiyi funksiyanın eynisidir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Eti razın əsaslarına görə, iddiaçının xx.xx.1999-xx.xx.2006-cı il tarixədək işlədiyi “kompressor sahəsinin maşinist-operator” peşəsi AR Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərardakı qeyd edilən peşələrlə üst-üstə düşmür.

9. Həmçinin Ali Məhkəmənin analoji işlərdə mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı peşə adları ilə Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 21(81)-4729/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olduğundan xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ əldə etmişdir.

12. Cavabdeh həmin qərardan apel yasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-953/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri imtina məktub unda və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazda göstərilənlərlə eynilik təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi.

18. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan s iyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (...) Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin ed ilir. 20. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...

21. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

25. Yuxarıda qeyd edilən normaların tələblərindən görünür ki, iddiaçıya onun 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı olmalıdır.

26. İddiaçının əmək kitabçasındakı və işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışlardakı məlumatlara əsasən iddiaçı xx.xx.1979-cu il tarixdə əmək fəaliyyətinə başlamış və xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi stajı olmuşdur.

27. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq Siyahıda qeyd edilən peşələrlə üst-üstə düşməməsi ilə bağlıdır.

28. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə edilmiş mövqeyinə uyğun olaraq qeyd edir ki, əgər iddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə v ə peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.

29. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən hesab edir ki, iddiaçının «Bakı Pivə» İcarə Birliyinin soyuducu kompressor sexində xx.xx.1979xx.xx.1980-ci və xx.xx.19 87-xx.xx.1998-ci illərdə işlədiyi “maşinist” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın «23200000-XXXİİİ. Ümumi peşələr» Bölməsinin «23200000-14341 - («ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri») şifrlərinə uyğundur.

30. Bundan əlavə, «xxxx» MMC tərəfindən verilmiş 572 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X4 həqiqətən xx.xx.1999-cu ildən hal-hazıradək X2 xidmətin Kompressor sahəsinin «maşinist-operatoru» peşəsində əmək funksiyalarını zərərli və ağır əmək şəraitli iş yerində icra edir. Müəssisə beynəlxalq brend altında fəaliyyət g östərdiyindən, sırf «maşinist» vəzifəsi mövcud deyil, bu səbəbdən «maşinist» funksiyalarını icra edən işçinin vəzifə adı «maşinist-operator» olaraq müəyyən edilmişdir. «xxxx» MMC tərəfindən təsdiq edilmiş «kompressor sahəsinin operatoru»nun vəzifə təlimatına görə, həmin vəzifədə işləyən şəxsin ammonyakın fiziki və kimyəvi xüsusiyyətlərini bilməsi tələb olunur.

31. Digər tərəfdən, həmin vəzifə təlimatına görə, kompressor sahəsinin operatorunun əsas vəzifəsi kompressor stansiyasının avadanlığının fasiləsiz işinin təmin edilməsi, pivə istehsalının və digər köməkçi bölmələrin soyuq daşıyıcısı, sıxılmış hava və karbon qazı ilə zəruri parametrlərdə təmin etməkdən ibarətdir. Başqa sözlə, iddiaçının həmin vəzifədə icra etdiyi iş “soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri” vəz ifəsi (peşəsi) ilə eynilik təşkil edir.

32. Beləliklə, iddiaçının işlədiyi vəzifə ilə (xx.xx.1979-xx.xx.1980-ci, xx.xx.1987xx.xx.1998-ci və xx.xx.1999-xx.xx.2006-cı illər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Sİyahısı»nda nəzərdə tutulan vəzifənin funksional eyniliyi iş yerindən verilən arayışlar və vəzifə təlimatlarına əsasən müəyyən edildiyindən, iddiaçının yuxarıda qeyd edilən normativ hüquqi aktlardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-953/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar