Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1811/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ədliyyə işçilərinə müalicə olunmaqla əlaqədar iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-cu il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “Penitensiar xidmətdə qulluq etdiyi 1996, 1997, 1998, 1999, 20 00, 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2012, 2013, 2014, 2015-ci illər üçün ona ödənilməyən, müalicə olunmaqla əlaqədar iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1819/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 19 iyun 1996-cı il tarixdən 25 dekabr 2018-ci il tarixə kimi Penitensiar xidmətdə qulluq etmiş, ona müalicə xərcinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 26 iyul 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, 2011, 2016, 2017, 2018-ci illərdə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət ona ödənilmişdir. Digər illərdə xəstəliyi barədə heç bir sənəd daxil olmamışdır. Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Penitensiar xidmətin büdcə xərclərində pensiyada olan sabiq əməkdaşlara ödənişlərlə bağlı heç bir vəsait nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Penitensiar xidmətdə qulluq etdiyi 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2012, 2013, 2014, 2015-ci illər üçün ona ödənilməyən, müalicə olunmaqla əlaq ədar iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1996-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi Penitensiar xidmətdə qulluq etmişdir. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər daxil olmaqla) və onların ailə üzvləri müalicə olunmaq üçün ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Ona xidmət etdiyi 2011, 2016, 2017, 2018-ci illərdə müalicə olunmağı ilə əlaqədar birdəfəlik müavinət ödənilsə də, ərizəsində qeyd etdiyi digər illərərə görə müavinət ödənilməmişdir. Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin Hərbi Həkim Kommissiyası tərəfindən (qərar N° 296, Protokol N° 49, 04 iyun 2019-cu il tarixdə) 2001-ci il tarixdən ağır xəstəlikdən müalicə aldığı təsdiq olunur. Ağır xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq müraciəti rəhbərlik tərəfindən süni olaraq əngəllənmişdir, nəticədə ildə bir dəfə iki aylıq əməkhaqqı məbləğində müalicə olunmaqla əlaqədar birdəfəlik müavinəti ala bilməmişdir.
5. Cavabdehin iddiaya dair yazılı etirazında aşağıdakılar bildirilmişdir: iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ədliyyə orqanlarında - Penitensiar xidmətdə qulluq keçmişdir. İddiaçı xidmət etdiyi illər ərzində 2011, 2016, 2017 və 2018-ci illərdə müraciət etmiş və müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət almış, digər illərdə müalicə olunması ilə əlaqədar bi rdəfəlik müavinət verilməsi üçün müraciət etməmişdir. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsi iki abzasdan ibarətdir. Həmin maddənin 1 -ci abzasına əsasən, ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar, 2-ci abzasına əsasən, ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, pensiyaya çıxan əməkdaşların pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulsa da, ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ədliyyə nazirini n 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş "Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydalarda pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, "Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən, işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. "Ədliyy ə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən, müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Göründüyü kimi, ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinətin verilməsi ilk dəfə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununda nəzərdə tutulmuş, həmin müavinətin verilmə mexanizmi 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmr ilə təsdiq olunmuş "Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda öz əksini tapmışdır. İddiaçının xidmət etdiyi 1996-2005-ci illərdə mövcud qanunvericilikdə ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinət nəz ərdə tutulmamış, 2006-2007-ci illərdə həmin müavinətin verilmə mexanizmi müəyyən edilməmişdir. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinətin verilmə mexanizmi, yəni Qaydalar müəyyən edildikdən sonra iddiaçı xidmət etdiyi 20082010-cu və 2012-2015-ci illər ərzində müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün müraciət etməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1984/2022 saylı 19 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddiа tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırda ədliyyə orqanlarında qulluq keçmir. Sabiq ədliyyə qulluqçularına isə yuxarıda qeyd edildiyi kimi müalicə olunma ilə əlaqədar müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçının tələb etdiyi xidmət etdyi 199 6-2007-ci illər üzrə müavinətin ödənilməsi tələbi əsaslı hesab edilə bilməz. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qəbul olunmuş, həmin Qanunun 23.2-ci madddəsi ilə nəzərdə tutulmuş müalicə olunma ilə əlaqədar müavinətin verilməsini tənzimləyən “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” 28 aprel 2008-ci il tarixli əmrlə təsdiq edildiyindən 2008-ci ildən əvvəlki illər üzrə müavinətin verilmə mexanizmi müəyyən edilməmişdir. Belə olan halda, 1996-2007-ci illər üzrə müavinətin ödənilməsi üzrə tələbin hüquqi əsası yoxdur. İddiaçıya xidmət etdiyi müddətdə 2011, 2016, 2017, 2018- ci illər üzrə müalicə pulu ödənilmişdir (iddiaçı ona həmin illər üzrə müavinətin ödənildiyini mübahisələndirmir ). İddiaçı 2008-2010, 2012-2015-ci illər üzrə müvafıq müalicə pulunun verilməsi barədə cavabdehə xidmət etdiyi dövrdə müraciət edilməsini və müvafiq tibbi arayışın təqdim edilməsini, cavabdehin belə müraciətləri qəbul etməkdən imtinasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu əsasdan məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı mübahisələndirdiyi illərdə müavinətin verilməsi üçün müraciət etmədiyindən ona həmin illər üzrə müavinət də verilə bilməz.
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1819/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ilə (hakim lər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iddiaçı izahatında 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015-ci illərlə bağlı yuxarıda adı çəkilən Qaydalarda nəzərdə tutulan müvafiq arayışı poliklinikadan götürə bilmədiyi üçün orqana (Komissiyaya) müalicə pulunun verilməsi ilə bağlı müraciət etmək imkanı olmadığını bildirmişdir. Beləliklə, iddiaçının 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015ci illərlə bağlı cavabdeh inzibati orqana Qaydalarda nəzərdə tutulan müraciəti olmadığı üçün sonradan onun bu barədə tələbinin təmin olunmasından cavabdehin imtinası qanunauyğun olmuş və bu zaman iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir.
11. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. İddia ərizəsində pensiyaya çıxdıqdan sonrakı illər üçün deyil, məhz xidmət etdiyi 2008, 2009, 2010, 2012, 2013, 2014, 2015-ci illərdə Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə almadığı iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi mübahisələndirilmişdir.
13. İddiaçı xidmət etdiyi müxtəlif cəzaçəkmə müəssisələrində müalicə olunması ilə əlaqədar olaraq ildə bir dəfə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi ilə bağlı qeyd olunan illərdə tibbi arayış almaq üçün Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin poliklinikasının rəisinə dəfələrlə müraciət etsə də, ona müəssisə rəisinə müraciət etmək tövsiyə edilmiş, ancaq bundan sonra tibbi arayışın verilməsinin mümkünlüyü bildirilmişdir. Müəssisə rəhbərliyi isə hər ilin əvvəlindən müalicə olunmaqla əlaqədar birdəfəlik müavinətin verilməsindən ötrü müraciət etməmək göstərişi verərək qanuni müraciətlərini qəbul etməmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Hərbi Həkim Komissiyasının 2296 saylı 4 iyun 2019-cu il tarixli Qərarı: “Kriptogen parsial epilepsiya, mürəkkəb parsial tutmalar ilə. Baş beynin üzvi xəstəliyi nəticəsində əmələ gələn şəxsiyyət pozuntusu. Qaraciyərin hep atozu funksiya pozulması olmadan. Xroniki xolesistopakreatit, funksiya pozulması olmadan. Xroniki kalkulyoz prostatit, funksiyaların cuzi dərəcədə pozulması ilə. Alimentar piylənmə İİ (ikinci) dərəcəli’ Xəstəlikdir xidmət dövründə alınmışdır.”
15. Belə sağalmaz bir xəstəliklə mübarizə aparan bir ədliyyə orqanı əməkdaşının müalicə olunması ilə əlaqədar olaraq ildə bir dəfə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi ilə əlaqədar müraciət etməməsi mümkünsüzdür. 16. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci abzasında ədliyyə orqanlarının işçilərinin müalicə olunmaqları ilə əlaqədar olaraq ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi ilə bağlı hər il müraciət etməli olduqları qeyd olunmamış, sadəcə o laraq hər il həmin müavinəti almalı olduqları göstərilmişdir. 17. 2001-ci il tarixdən ağır və sağalmaz xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, müraciətləri xidmət etdiyi müəssisə rəhbərləri tərəfindən süni əngəllənmişdir. Müraciət edib-etməməsindən asılı olmayaraq həmin müavinəti almalı idi. Ədliyyə orqanlarının işçilərinə müalicə olunmaqları ilə əlaqədar olaraq ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi ilə əlaqədar 2008-ci ildən başlayaraq xidmət etdiyi illər ərzində müraciət etmək üçün cəhd etsə də, yalnız 2011, 2016, 2017, 2018-ci illərdə müəyyən şərtlərlə bu müavinəti almağa müvəffəq olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Ədliyyə orqanlarınd a qulluq keçmə haqqında” Qanun: Maddə
23. Ədliyyə orqanları işçilərinin sosial müdafiəsi 23.1. Ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir. 23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir..... Maddə
33. Penitensiar xidmətin işçiləri 33.1. Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. 33.2. Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. 20. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”:
2. Müavinətin verilməsi barədə müraciətə baxılması 2.1. Müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur..... 2.2. Müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (hə kim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi..... 2.9. Müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məluma tlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarla rında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutla rı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
28. Bununla belə, iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı işlədiyi dövrdə tibbi arayışı ala bilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 29. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsində ədliyyə orqanlarının işçilərinin müalicə olunmaları ilə əlaqədar olaraq ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi ilə bağlı hər il müraciət etməli olduqlarının qeyd edilməməsi, sadəcə olaraq hər il həmin müavinəti almalı olduqlarının göstərilməsi barədə şikayətin dəlilinə münasibətdə qeyd edilməlidir ki, hazırki qərarın 20-ci bəndində qeyd edilən normaların məzmununa görə, müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndərişi və ya müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd və ya sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi müraciətə əlavə edilməlidir. Müavinətin verilməsi barədə müraciətə göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir.
30. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015-ci illərlə bağlı cavabdeh inzibati orqana Qaydalarda nəzərdə tutulan müraciəti olmadığı üçün sonradan onun bu barədə tələbinin təmin olunmasından cavabdehin imtinası qanunauyğun olmuş və bu zaman iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Məhkəmənin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1819/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.