Məhkəmə qərarları › İş №2-1(102)-1811/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1811/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1811/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmək funksiyasının pozulmasının 40 faiz olması nəzərə alınmaqla 3-cü dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-409/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçıya xx.xx.2013-cü il tarixdə ümumi xəstəlik səbəbindən “Şəkərli diabet İİ tip, orta ağır gedişli insulin tələbli, polineyropatiya, retinopatiya” diaqnozu ilə 1(bir) il müddətinə üçüncü dərəcə əlillik təyin olunmuşdur. 2. xx.xx.2014-cü il tarixdən iddiaçıya ümumi xəstəlik səbəbindən 1(bir) il müddətinə təkrar üçüncü dərəcə əlillik təyin olunmuşdur. 3. 18.06.2015-ci il tarixdə iddiaçıya ümumi xəstəlik səbəbindən “Şəkərli diabet İİ tip, orta ağır gedişli insulin tələbli, hipertoniya xəstəliyi, İİ mər, diabetik, retinopatiya, ongiopatiya” diaqnozu ilə 1(bir) il müddətinə ikin ci dərəcə əlillik təyin olunmuşdur.

4. İddiaçı xx.xx.2016-cı il tarixdən əlillik avtomatlaşdırılmış qaydada 5 (beş) il müddətinə uzadılmış, növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir.

5. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixli tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, əlavə ixtisaslaşmış müalicəyə ehtiyacın olması səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. 6. xx.xx.2022-ci il tarixdə təkrar göndəriş verilmiş, xx.xx.2022-ci il tarixli müayinə əsasında “göndərişin natamam doldurulması, xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” əsası ilə yenidən iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir.

7. İddiaçı hazırda bu imtina ilə razılaşma yaraq hazırkı iddianı qaldırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun əlilliklə bağlı pensiyasının xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yekunda cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz sayılmasını, əmək funksiyasının pozulmasının 40 faiz olması nəzərə alınmaqla həmin tarixdən ona 3-cü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmi şdir. İddiaçının əsaslandırması:

10. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2-ci qrup əlildir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona əmək pensiyası təyin edilmiş, o, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi əlilliyə görə pensiya almışdır. Lakin xx.xx.2021-ci il tarixdən onun pensiyası dayandırılmışdır. O, dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək pensiyasının bərpa edilməsini xahiş etmişdir. xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərində cavabdeh onun ərizəsi ilə əlaqədar imtina cavabı vermişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, artıq əlillik dərəcəsi mövcud deyil və göndəriş natamam doldurulmuşdur. Cavabdehin etirazları:

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının əlilli k vəziyyəti 19 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10- E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: Şəkərli diabet İİ tip, orta ağır gedişli insulin tələbli. diabetik polineyropatiya, retinopatiya." “Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: şəkərli diabet." səbəbi ilə 1(bir) il müddətinə verilmişdir. 12. 19 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: Şəkərli diabet İİ tip, orta ağır gedişli insulin tələbli. Hipertoniya xəstəliyi İİ mər.diabetik, retinopatiya, ongiopatiya., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: şəkərli diabet” səbəbi ilə 1(bir) il müddətinə verilmişdir. 13. 19 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: Şəkərli diabet İİ tip, orta ağırı gedişli insulin tələbli. Hipertoniya xəstəliyi İİ mər.diabetik.retinopatiya.ongiopatiya., Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə." səbəbi ilə 1(bir) il müddətinə verilmişdir. Elektron Təyinat xx.xx.2016-cı il tarixli göndəriş əsasında “Səbəbi: Ümumi xəstəlik. X2: İV Sinif - E ndokrin sistemin xəstəlikləri, maddələr => E10- E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: Şəkərli diabet tip,orta ağır gedişli insulin tələbli. Hipertoniya xəstəliyi İİ mər.diabetik, retinopatiya, ongiopatiya., Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksionallergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə." səbəbi ilə 5(beş) il müddətinə verilmişdir.

14. Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr -> E10-E14 Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma insulin tələbli İnsulindən asılı olma yan şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə., Diabetik nefropatiya Proterik mər. Nevrogen hipertenziya İnsulindən asılı olmayan şəkərli diabet, Nevrolojı ağırlaşmalarla., Diabetik ensefalopatiya. Diabetik polineyropatiya İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Diabetik ətrafların dianetik mikroangiopatiya Öd kisəsinin digər xəstəlikləri, Öd kisəsinin polipi, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir.” səbəbi ilə imtina verilmişdir.

15. Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14-Şəkərli diabet => E11 – İnsulindən asılı olmayan şəkərli diabet, Diaqnozun mətni: E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalar ilə Ağırlaşma H28.0* Diabetik katarakta (E10-E14 ümumi dördüncü.3+işarəsi ilə), OU Başlanğıc katarakta Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), OU-Qeyri profilerativ diabetik retinopatiya. Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun.” səbəbi ilə imtina verilmişdir.

16. İddiaçı aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədlə ri düzgün doldurulduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(112)-1373/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli imtinası qanunsuz sayılmış və iddiaçıya əmək funksiyasının pozulmasının 40 faiz olması nəzərə alınmaqla xx.xx.2022-ci il tarixindən 3-cü dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, 21(112)-9519/2022 saylı qərardadı ilə əyani müayinəyə cəlb etməklə iddiaçının əlilliyinin müəyyən olunması barədə müraciətinə yenidən baxılması üçün cavabdehə 30 (otuz) gün müddət təyin edilmişdir.

19. Məhkəmə qərardadına əsasən vətəndaş xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Aparılan əyani müayinələrin və təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən diaqnozların araşdırılması nəticəsində sonuncu qiymətləndirmə zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, xx.xx.2022-ci il tarixli “göndərişin natamam doldurulmasına dair yekun nəticənin qüvvədə saxlanılması barədə qərar verilir.

20. Qərardadda, həmçinin qeyd edilmişdir ki, xəstənin real vəziyyəti Azərbaycan R espublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.5.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyasının 40% pozulmasının təyininə imkan verir. Bununla əlaqədar iddiaçı dövlət tibb müəssisəsində ətraflı müayinə olunduqdan sonra həyat fəaliyyətinin əsas kriteriyalarının məhdudlaşma dərəcəsi və xəstəliyin ağırlaşmaları dəqiqləşdirilərək X1 müvafiq olaraq kodlaşdırılmaqla yeni göndəriş (Forma-088) rəsmiləşdirildiyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun qiymətləndirilə bilər.

21. Beləliklə, işin istinad olunan hallarından görünür ki, cavabdeh özü iddiaçının hazırkı vəziyyətini qiymətləndirərək, ona orqanizmin funksiyasının 40% pozulmasının təyininin mümkünlüyünü bildirmiş, buna baxmaya raq iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir.

22. Cavabdeh bu zaman yeni göndəriş verilməsini şərt kimi qoysa da, məhkəmə bununla razılaşmır.

23. Belə ki, işdən görünür ki, iddiaçı barəsində əlillik müddəti bitdikdən sonra iki dəfə, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə göndərişlər verilmiş, həmin göndərişlərdə iddiaçıya qoyulan diaqnoz daha əvvəl əlillik təyin edilmiş xəstəliyin diaqnozuna uyğun olmuş (şəkərli diabet), iddiaçının sağlamlıq vəziyyətində hər hansı bir yaxşılaşma olmamışdır.

24. Cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iddiaçı barəsində tərtib edilmiş göndərişdə xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinələrin dəqiqləşdirilməsi və ətraflı qeyd edilməsini tələb etsə də, iddiaçının xəstəliyi nəzərə alınmaqla məhz hansı diaqnostik müayinə lərin zəruri olmasını göstərməmiş, ümumi ifadələrdən istifadə etməklə iddiaçıya imtina cavabı vermişdir.

25. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərar ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

26. Göründüyü kimi, Agentlik iddiaçını əyani müayinəyə cəlb etməklə sağlamlıq vəziyyətini özü qiymətləndirmək iqtidarında olsa da, bu normaların tələblərinə əməl etməmişdir.

27. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

28. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3542/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə iddiaçıya xx.xx.2022-ci il tarixli göndərişdə qeyd edilənlər nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrə li Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən inzibati icraat aparılması üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmişdir.

29. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-409/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1373/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

32. Ca vabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

33. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçının əlillik vəziyyətinə 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış, X2: İV Sinif Endokrin sistemin xəstəlikləri, maddələr -> E10-E14 - Şəkərli diabet => E10 İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma insulin tələbli İnsulindən asılı olmayan şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə., Diabetik nefropatiya Proterik mər. Nevrogen hipertenziya İnsulindən asılı olmayan şəkərli diabet, Nevrolojı ağırlaşmalarla., Diabetik ensefalopatiya. Diabetik polineyropatiya İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Diabetik ətrafların dianetik mikroangiopatiya Öd kisəsinin digər xəstəlikləri, Öd kisəsinin polipi, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir.” səbəbi ilə imtina verilmişdir.

34. Daha sonra Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14-Şəkərli diabet => E11 – İnsulindən asılı olmayan şəkərli diabet, Diaqnozun mətni: E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağı rlaşmalarla, Şəkərli diabet ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalar ilə Ağırlaşma H28.0* Diabetik katarakta (E10-E14 ümumi dördüncü.3+işarəsi ilə), OU Başlanğıc katarakta Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), OU- Qeyri profilerativ diabetik retinopatiya. Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun.” səbəbi ilə imtina verilmişdir.

35. İddiaçıya aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurulduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilməsinin mümkün olduğu bildirilmişdir.

36. Həmin dövr üçün qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq göndərişin natamam doldurulması səbəbindən tibb müəssisinə geri qaytarılmışdır. Həmin dövrdən sonra “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş daxil olmamışdır.

37. Diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır

38. Oxşar bir işdə, Azərbaycan Respublikasının Ali Mə hkəməsi xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarında qeyd edilmişdir ki, 16-cı bəndə əsasən qeyd edilən hal baş verdikdə nə Tibbi Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır.

39. Belə olan halda, iddiaçıda olan xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə Forma 88-də qeyd edilən diaqnoz səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

40. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

41. İddiaçı kassasiy a şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı 17 ildir şəkərli diabet xəstəsidir. Bu illər ərzində şəkər gözünə, ürəyinə, böyrəyinə ciddi fəsadlar törədib. Hal-hazırda ayaqlarında nevropatiya diabetin yaradır. Müalicə alır. Əmək və əhalinin Tibbi komissiyadan keçmişdir. Komissiyanın **********2 nömrəli, xx.xx.2022-də verdiyi rəydə 11.2.5.1-ci bəndə uyğun olaraq orqanizmin funksiyasının 40%-i pozulmuşdur. Günü-gündən vəziyyəti ağırlaşır. TƏTBİQ EDİLƏN HÜQUQ

42. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sa xlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

43. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

47. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilmə sinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Dövlət Tibbi Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, cavabdeh özü iddiaçının hazırkı vəziyyətini qiymətləndirərək, ona orqanizmin funksiyasının 40% pozulmasının təyininin mümkünlüyünü bildirmiş, buna baxmayaraq iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir.

49. Cavabdeh hesab edir ki, məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.

50. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 51. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

52. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

53. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şik ayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-409/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar