Məhkəmə qərarları › İş №2-1(102)-1812/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1812/2019

29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1812/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 dekabr tarixli 2-1(103)-2490/2018 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2018-ci il 3 mart tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 13 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya hüququnun yarandığı 2018-ci il 3 mart tarixdən 220.50 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2018-ci il 6 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 1974-cü il 10 dekabr tarixdən 1987-ci il 30 aprel tarixədək Ermənistan SSR Ararat rayonunda yerləşən Zod qızıl yataq mədənində yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə tam iş günü ərzində fəh lə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarının 1 saylı Siyahısının birinci bölməsinin dağ-mədən işlərində 1010100a şifrəsinə aid olduğundan 29 il 2 ay sığorta stajına uyğun olaraq və Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal 846 manat orta aylıq əmək haqqı əsas götürülməklə 2006-cı il 1 yanvar tarixdən pensiya təyin edilməsi və həmin tarixdən bu günədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1974-cü il 10 dekabr tarixdən 1987-ci il 30 aprel tarixədək Ermənistan SSR Ararat rayonunda yerləşən Zod qızıl yataq mədənidə yeraltı işlərdə, əmək şəraiti xüsusi zərərli və xüsusilə ağ ır olan mədənçıxarma sənayesində fəhlə, 1987-ci il 6 may tarixdən 1991-ci il 20 fevral tarixə qədər “Oktyabrın 60 illiyi” adına üzümçülük sovxozunda fəhlə, 1991-ci il 1 fevral tarixdən 1999-cu il 5 yanvar tarixədək Kommunal müəssisələri Kombinatında fəhlə və 2002-ci il 1 may tarixdən hazırkı vaxta qədər Xətai rayonu Yaşıllaşdırma Təsərrüfatı Birliyində fəhlə işləmişdir. Ümumilikdə 29 il 2 ay iş stajı vardır. 1974-cü il 10 dekabr tarixdən 1987-ci il 30 aprel tarixədək yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə tam iş günü ərzində fəhlə işlədiyi peşə güzəştli iş stajına aiddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının 1-ci bölməsinin Dağ-mədən işlərində 1010100a şifrəsi ilə göstərilmişdir. İddiaçı göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 27, 31.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 iyul tarixli 2-1(81)-3395/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1974-cü il 10 dekabr tarixdən 1987-ci il 30 aprel tarixədək Ermənistan SSR Ararat rayonunda yerləşən Zod qızıl yataq mədənində yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə tam iş günü ərzində fəhlə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarının 1 saylı Siyahısının birinci bölməsinin dağ-mədən işlərində 1010100a şifrəsinə aid olduğundan 29 il 2 ay sığorta stajına uyğun olaraq və Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal 846 manat orta aylıq əmək haqqı əsas götürülməklə 2006-cı il 1 yanvar tarixdən pensiya təyin edilməsi və həmin tarixdən bu günədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 dekabr tarixli 2-1(103)-2490/2018 nö mrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hazırkı mərhələsində iddia tələblərinin dəqiqləşdirilməsinin mümkün olmaması, eləcə də, əhəmiyyətli sayda sübutların araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab etmişdir ki, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmənin qərardadı iddiaçıya 2019-cu il 5 mart tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2019-cu il 13 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qənaətinə gələrkən səhvə yol vermişdir. Məhkəmə belə təsəvvür yaratmağa çalışmışdır ki, iddiaçının hansı yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasına birinci instansiya məhkəməsi hüquqi qiymət verməməklə işi tam araşdırmamışdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Səbəb iddiaçının pensiya yaşının 50 yaşdan yaranmasıdır. İddiaçının 50 yaşı 2004-cü il 3 sentyabr tarixdə tamam olub və həmin vaxt “Vətəndaşları pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə idi. 2004-cü il 3 sentyabr tarixdə iddiaçının pensiya hüququ yaransa da, o, 2006-cı il 1 yanvar tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə o lduğu dövrdə pensiya orqanına müraciət etmişdir. Belə ki, həmin Qanunun 31.2-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Burada sual oluna bilər ki, nəyə görə məhz “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş tələblərinə istinad edilməlidir. Bununla əlaqədar qeyd olunmalıdır ki, Qanuna hal-hazıradək bir neçə dəfə dəyişikliklər və əlavələr edilmişdir. Hər dəfə edilmiş dəyişikliklər və əlavələrlə vətəndaşların pensiya təminatı üzrə hüquqları gah yüngülləşdirilmiş, gah da ağırlaşdırılmışdır. İddiaçı nın pensiya hüququ 52 yaşdan deyil, 50 yaşdan yaranmışdır. Bununla belə iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 50 yaşdan yaransa da, iddiaçıya 2006-cı il 1 yanvar tarixdən pensiya təyin edilə bilər. Bu tələb “Əmək pensiyaları haqqında” Qanunun 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş 31.2-ci maddəsindən irəli gəlir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasından və Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-225/2018 nömrəli 2008-ci il 8 fevral tarixli qətnaməsindən görünür ki, iddiaçı 1997-ci il 1 avqust tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri n 1 saylı siyahısı”na əsasən 10 ildən çox zərərli əmək şəraitində əmək stajı və 20 ildən çox ümumi əmək stajı toplamışdır. Qətnaməyə görə iddiaçının 1974-cü il 10 dekabr tarixdən 1987-ci il 30 aprel tarixədək Ermənistan SSR, Ararat rayon Zod qızıl yataq mədənində fəhlə işləməsi faktı müəyyən edilmiş, həmin illər iddiaçının sosial sığorta stajı hesab edilmişdir. Bir sözlə iddiaçıya 2006-cı il 1 yanvar tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olması qanunvericiliyin tələbi olduğundan və iddianın təmin edilməsi təkzib edəcək hər hansı sübut mövcud olmadığından, əksinə iddianın əsaslı olması ilə əlaqədar kifayət qədər sübutlar (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, əmək kitabçası) və qanuni əsaslar olduğundan iddia təmin edilməlidir. «“Qaçqınların və məcburi kö çkünlərin statusu haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi barədə» Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 sentyabr tarixli Qərarının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında 1993cü il 15 yanvar tarixli, 32 nömrəli Qərar qəbul etmişdir. Həmin qərarda qeyd edilir ki, qaçqın və məcburi köçkün kateqoriyasından olan vətəndaşlara pensiyalar “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada hesablanır. Belə ki, həmin Qanunun 17 və 19-cu maddələrinə əsasən Milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk etmiş şəxslərin pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda, Respublika Dö vlət Statistika Komitəsi tərəfindən onların işlədikləri uyğun sahələr üzrə müəyyən edilmiş orta aylıq əmək haqqına görə hesablanır. İddiaçıya pensiya təyin edilərkən 1970-ci il 10 avqust tarixdən 1972-ci il 14 iyun tarixədək və 1974-cü il 5 iyul tarixdən 1993-cü il 1 aprel tarixədək Kəlbəcər rayonunda mədənçıxarma sənayesində – Azərbaycan Respublikası “Azərəlvanmetal” Dövlət Konserni Zəylik Alunit mədən idarəsində işlədiyim üçün yüksək əmək haqqı barədə sənədləri təqdim edə bilməmişdir (işlədiyi müəssisə işğal edilmiş ərazidə yerləşdiyi üçün). Odur ki, pensiya təyin edilərkən Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş mədənçıxarma sənayesinin nominal orta aylıq əmək haqqı nəzərə alınmaqla (846,0 manat) təyinat aparılmalı idi. Lakin məhkəmə bütün bunları nəzərə almamışdır. Tərəfl ər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarda dın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 87.7-ci maddəsinin müddəalarına əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər: 87.7.1. inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki: 1) İddiaçının hazırki iddia ərizəsində güzəştli şərtlərlə pensiyanın “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə müvafiq olaraq hansı yaşdan təyin edilməsi göstərilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə qiymət verilərkən, qeyd olunan hala hüquqi qiymət verilməmişdir; 2) işin materiallarından, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası İPM-nin məhkəmənin yardım etmək vəzifəsini nəzərdə tutan 13-cü maddəsinin tələblərinə əməl etməsi müəyyən edilmir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 17 sentyabr tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz; 3)...birinci instansiya məhkəməsinin istinad etdiyi Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinə ünvanlanmış 2008-ci il 19 may tarixli, 04\05-1709 saylı məktubun məhz Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən ünvanlandığı göstərilməmişdir. Həmçinin işin materiallarında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş 2006-cı il 1 yanvar üçün nominal əmək haqqının miqdarına dair hər hansı sübut mövcud deyildir; 4) Məhkəmə kollegiyası qeyd edilənləri və işin hazırki mərhələsində iddia tələblərinin dəqiqləşdirilməsinin mümkün olmamasını, eləcə də, əh əmiyyətli sayda sübutların araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, iş üzrə 1-ci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 2018-ci il 19 iyul tarixli qərar ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni İPM-in 87.7-ci maddəsinin müddəalarına uyğun hesab etmir. Belə ki: 1) birinci instansiya məhkəməsi iddiaçının ərizəsini mahiyyəti üzrə həll etdiyindən İPM-in 87.7.2-ci maddəsinin tətbiqi istisna edilir; 2) iddiaçı iddia ərizəsində ona hansı Siyahı və peşə üzrə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli olduğunu göstərib və nə üçün məhz 2006-cı il 1 yanvar tarixdən təyin edilməli olduğunu əsaslandırıb. Bu məlumatlar əsasında iddiaçı ona “güzəştli şərtlərlə yaşa gö rə əmək pensiyasının təyin edilməsini” tələb edə, bu zaman pensiyanın təyin edilməli vaxtını ümumiyyətlə göstərməyə bilər, bu halda, məhkəmə “iddiaçıya hansı yaşdan və hansı tarixdən pensiya təyin edilməli olduğunu” “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına və işin müəyyən edilmiş faktiki hallarına əsasən özü əsaslandıra bilər; 3) iddiaçı cavabdehin imtina məktubunun məzmununa uyğun olaraq, istənilən halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyi nəzərə alındıqda, işin hazırkı vəziyyətində iddianın növünün dəyişdirilməsi üçün səbəblərin, deməli həm də “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü i l 17 sentyabr tarixli Qərarının “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası ilə bağlı göstərişinin hazırkı mübahisəyə tətbiq edilməli olduğuna dair əsasların mövcudluğunu apellyasiya instansiyası məhkəməsi qərardadında göstərməmişdir; 4) birinci instansiya məhkəməsinin istinad etdiyi Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinə ünvanlanmış 2008-ci il 19 may tarixli, 04\05-1709 saylı məktubun məhz Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən ünvanlandığına, həmçinin 2006-cı il 1 yanvar üçün nominal əmək haqqının miqdarına dair məlumatlar “işin hallarının araşdırılması” prinsipinə uyğun olaraq (İPM-in 12-ci, 81.3-cü və 82-ci maddələri) apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanıla bilər. Beləliklə, İPM-in 87.7-ci maddəsinin hazırkı işə tətbi qini zəruri edən şərtlər mövcud deyil. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıda istinad edilən prosessual normaların (o cümlədən, İPM-in 12, 81.3 və 82-ci maddələrinin) tələblərinin pozulması ilə qəbul edildiyindən və işə həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin olunması tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 dekabr tarixli 2-1(103)-2490/2018 nömrəli qərardadı ləğv edilir. İş təkrar b axılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar