Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1812/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; güzəştli staja aid olduğu iddia edilən sahə, peşə və ya vəzifə barədə arayış; işin hallarının araşdırılması prinsipinə dair normaların tələblərinin təmin olunmaması; apellyasiya instansiyası məhkəməsi tərəfindən qərarın əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qız ı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-956/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 06 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının xüsusi sığorta stajının 12 il 6 aydan az olması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı 2019-cu il 01 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1978-1997-ci illərdə işlədiyi illərin güzəştli iş stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsasl andırmışdır ki, o, əmək fəaliyyətinə 1978-ci ildə başlamışdır. xx.xx.1978-ci ildə “x” NQÇİ-nin Təmir Tikinti Sahəsinə 1-ci dərəcəli fəhlə qəbul olunmuş və uzun illər neft sənayesi sahəsində müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, 1978-1984-cü illərdə həmin təşkilatda müxtəlif dərəcəli fəhlə işləmişdir. 1986cı ildə SSRİ Energetika Nazirliyinin Əli-Bayramlı şəhərindəki istilik elektrik stansiyasında işə qəbul olunmuş və 1997-ci ilə kimi orada işləmişdir. 1997-ci ildə Köçürmə yolu ilə Təmir Mexanikləşdirmə sexinə çilingər peşəsinə qəbul olunmuşdur. 1998-ci ildə Sumqayıt Mexaniki Yığma və Boruəymə sahəsinə işini dəyişmiş və 1999cu ilə kimi orada işləmişdir. 2002-ci ildə “xxxx” ASC-nin nəzdindəki MMC-yə 6-cı dərəcəli fəhlə işinə qəbul olunmuşdur. Sonrakı illərdə həmin İdarənin adının dəyişməs inə baxmayaraq, eyni idarənin tərkibində müxtəlif dərəcəli fəhlə peşələrində işləmişdir. 2008-ci ildə “xxxx” MMC-yə iş yeri dəyişilib və sonradan həmin İdarə “xxxx” ASC kimi fəaliyyət göstərmişdir. İdarənin adının və ünvanının dəyişilməsinə baxmayaraq o, bütün müddət ərzində həmin İdarədə işləməkdə davam etmişdir. Halhazırda da, yəni xx.xx.2019-cu il tarixdən hazırkı vaxta kimi “xxxx Komplektləşdirmə” MMC-nin Quraşdırma və Sazlama İdarəsində çilingər vəzifəsində işləyir. O, “xxxx” ASC-yə müraciət etmiş və ona xx.xx.2019-cu il tarixli, 01-zp/18 saylı məktubla güzəştli arayış təqdim etmişlər. Həmin arayışda 1978-1997-ci illərdə işlədiyi illərə dair zəruri olan arayışın ona verilməsi mümkün olmamışdır. Belə ki, aidiyyəti təşkilatlar bildirmişlər ki, guya həmin təşkilatlar ləğv olunduğundan və hüququ fəaliyyətlərinə xitam verildiyindən arayışların verilməsi mümkün deyildir. O, isə faktiki olaraq 1978-c ildən 1997-ci ilə kimi həmin təşkilatlarda işləmiş və bu barədə onun əmək kitabçasında qeydiyyat vardır.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 55 yaşına çatdıqda və azı 25 il stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışırsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin “güzəştli” arayışdan gö rünür ki, iddiaçının güzəştli staj illəri cəmi 8 il 8 ay (xx.xx.1997-xx.xx.2006) təşkil edir. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu tətbiq edilə bilməz. Eləcə də, iddiaçı 1978-1997-ci il müddəti üçün güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 21(81)-4250/2019 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)4250/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddi açıya 57 yaşdan, yəni xx.xx.2017ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajı var.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-956/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmi n qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidə n hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
19. İnzibati Prosessual Məcəll ə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiy a instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır: (...) 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASS ASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. İşdən göründüyü kimi, cavabdeh iddiaçının xx.xx.1997-xx.xx.2006-cı illərə dair güzəştli iş stajını mübahisələndirmir və onun həmin vaxtda işlədiyi müəssisə tərəfindən verilmiş “güzəştli i ş stajı barədə” arayışa istinad edərək iddiaçının güzəştli staj illərinin 8 il 8 ay (xx.xx.1997-xx.xx.2006) təşkil etdiyini təsdiq edir. Eyni zamanda, cavabdeh etiraz və şikayətinin əsasları kimi iddiaçının 1978-1997-ci il müddəti üçün güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etmədiyinə istinad edir.
24. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət edən şəxs güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
25. İddiaçı qeyd edir ki, «xxxx» ASC-yə müraciət etmiş və ona xx.xx.2019-cu il tarixli, 01-zp/18 saylı məktubla güzəştli a rayış təqdim etmişlər. Lakin 1978-1997-ci illərdə işlədiyi illərə dair zəruri olan arayışın ona verilməsi mümkün olmamışdır. Belə ki, aidiyyəti təşkilatlar bildirmişlər ki, həmin təşkilatlar ləğv olunduğundan və hüququ fəaliyyətlərinə xitam verildiyindən arayışların verilməsi mümkün deyildir.
26. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, güzəştli işlə bağlı arayış onun hüquq varisindən, hüquq varisi olmadıqda, müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair süb utlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər.
27. Hazırkı halda, iddiaçıya «xxxx» ASC tərəfindən 1997-2008-ci illərə dair arayış verilmişdir və yuxarıda qeyd edildiyi kimi, cavabdeh həmin arayışdakı məlumatları xx.xx.1997-xx.xx.2006-cı illərə aid hissədə mübahisələndirmir. Bu halda, «xxxx» ASC oxşar sahədə fəaliyyət göstərən müəssisə kimi ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında iddiaçının əvvəllər işlədiyi oxşar sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər.
28. Bundan başqa, iddia ərizəsindən göründüyü kimi, iddiaçı 1978-1997-ci illərdə işlədiyi illərin güzəştli iş stajına daxil edilməsini və ona güzəştli şərtlərlə y aşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuş, lakin birinci tələb üzrə (1978-1997-ci illərdə işlədiyi illərin güzəştli iş stajına daxil edilməsi) hansı nəticəyə gəldiyini və bu zaman hansı illəri güzəştli iş stajına aid etdiyini qərarın nəticə hissəsində göstərməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi, öz növbəsində birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasına qərar vermiş, bu zaman, qərarın əsaslandırma hissəsində iddiaçının 1986-1997-ci illərdə işlədiyi peşənin güzəştli staja aid edildiyini əsaslandırsa da, iddia olunan 1978-1986-c ı illərə aid hissədə iddianın hansı səbəblərə görə təmin edilməli olduğunu əsaslandırmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-956/2020 nömrəli qərarı ləğv ed ilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov