Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1812/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: operativ vergi nəzarəti; inzibati aktın əsaslandırılmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv ed ilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(104)-213/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2022-ci il tarixli **********8919 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında, iddiaçıya məxsus obyektdə Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə uyğun olaraq, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti keçirilmişdir.
2. Həya ta keçirilmiş operativ vergi nəzarət tədbiri nəticəsində 7 nəfər fiziki şəxsin ((X2 (FİN-3QUVFT3), X11 (FİN- 19E6LP8), X4 (FİN-7FFURY6), X5 (FİN- 23XLRH7), X10 (FİN-27J5AHG), X3 (FİN- 3QPA52K), X6 (FİN-3XZ2R6W)) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edildiyi müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 004634 nömrəli aktla rəsmiləşdirilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən aşkar edilmiş 7 nəfər işçi izahat verməkdən, iddiaçının nümayəndəsi həm izahat verməkdən, həm də aktı imzalamaqdan heç bir səbəb göstərmədən imtina etməsi barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş, lakin iddiaçının nümayəndəsi həmin aktı da imzalamaqdan imtina etmişdir.
3. Aşkar edilmiş pozuntuların nəticəsi olaraq vergi orqanı tərəfindən xx.xx.2022 -ci il tarixli **********7485 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar ilə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən iddiaçıya 14000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********7485 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsində işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, aktda qeyd edilən şəxslərlə aralarında əmək münasibəti olmamışdır.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək işin hallarını sadalamış və əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.2007-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi orqanında qeydiyyatdan keçmiş, xx.xx.2019-cu il tarixdə AZ5116, Samux rayonu, Qarayeri ünvanında yerləşən obyektini “İstixana” adı ilə təsərrüfat subyekti kimi qeydiyyata aldırmışdır. Vergi orqanı tərəfindən operativ vergi nəzarəti iddiaçının qeyd olunan obyekti üzrə keçirilmişdir. Operativ vergi nəzarəti keçirilən zaman iddiaçının fəaliyyəti aktiv olmuş, lakin qüvvədə olan əmək müqaviləsi olmamışdır. Bundan əlavə, keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, isxtixana fəaliyyət göstərmiş, operativ vergi nəzarətinin nəticələrinə dair aktın əlavəsin də adları qeyd olunmuş fiziki şəxslər də istixanada olmuş və fərdi sahibkarın təsərrüfat subyektində işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar. Belə ki, həmin fotoşəkillərlə operativ vergi nəzarətinin nəticələrinə dair aktın əlavəsində adları yazılan şəxslərin iddiaçıya məxsus istixanada işlərin yerinə yetirilməsinə cəlb edilməsi təsdiq olunur. Həmçinin, iddiaçı uzun müddət bu fəaliyyətlə məşğul olmasına baxmayaraq, “vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri barədə məlumat” formasından göründüyü kimi, heç kəslə əmək müqaviləsi bağlamamış, vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarəti zamanı aşkar olunmuş şəxslərin onun işçiləri olmadığını iddia etsə də, bununla bağlı heç bir sübut təqdim edə bilməmiş, iddia formal mülahizələrə əsaslanmışdır.
7. Gəncə İnzibati Məhkəməs inin (hakim: F.C.Hüseynov) 2-1(114)-2346/2022 saylı 05 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********7485 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı fotoşəkillərdəki şəxslərin məhz iddiaçıya məxsus istixanada işləməsini, şəkillərin həmin istixanada çəkilməsini təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı da məhkəmə iclasında izahat verərəkən həmin şəxsləri tanımadığını, istixananın son 3 il ərzində fəaliyyət göstərmədiyini, habelə fotoşəkillərdəki istixananın ona məxsus olmadığını bildirmişdir. Bundan əlavə tərtib edilmiş akt və ona əlavələrdən görünür ki, iddiaçının səlahiyyətli nümay əndəsi həmin sənədləri imzalamaqdan imtina etmişdir. Həmçinin, aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə olması və işləməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Ona görə də hazırkı halda, cavabdeh orqan iddiaçının əmək müqaviləsi olmadan 7 nəfər şəxsin işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
9. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, İ.T.Həsənov və A.V.Bayramov) 19 aprel 2023cü il tarixli, 2-1(104)-213/2023 nömrəli qərarı ilə ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2346/2022 saylı 05 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh sübut qismində fotoşəkillər təqdim etsə də, onların iddiaçıya məxsus istixanada çəkilməsi təsdiq olunmamış, əksinə, məhkəmə kollegiyasının iclasında şahid ifadələri və təqdim olunmuş sənədlərlə, ümumiyyətlə istixanın yoxlama aparılan dövrdə fəaliyyətdə olması, şəkillərin məhz iddiaçıya aid istixanada çəkilməsi təsdiq edilməmişdir.
12. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını işin hallarında, iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
14. Belə ki, məhkəmə iddiaçının son 3 il ərzində fəaliyyət göstərməməsi dəlili ilə razılaşsa da nəzərə almamışdır ki, Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya d igər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Bu maddənin məzmununda da göründüyü kimi, vergi ödəyicisi faktiki olaraq fəaliyyət göstərmirsə, bu barədə vergi orqanına arayış təqdim etməlidir. Bu arayış vergi orqanına təqdim olunmursa, heç bir halda həmin sahibkarın faktiki olaraq fəaliyyət göstərməməsi nəticəsinə gəlmək olmaz. Operativ vergi nəzarətinin keçirildiyi tarixdə iddiaçı aktiv təsərrüfat subyektinə malik olmuş, faktiki fəaliyyətdə olmuş, birbaşa onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə nəzarət tədbiri icra edilmişdir. Həmçinin, VM-nin 16.3-cü maddəsinin tələbləri baxımından, uçot baza məlumatları araşdırılmış və nəticədə məlum olmuşdur ki, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 (hansı ki OVN tədbirində də həmin şəxs iştirak etmişdir) tərəfindən xx.xx.2019-cu il tarixdə “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” arayış təqdim edilmişdir. Həmin arayış əsasında iddiaçının fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. İddiaçıya məxsus olan elektron kabinetdən daxil olmuş xx.xx.2019-cu il tarixli arayışla xx.xx.2019-cu il tarixdən vergi tutulan əməliyyatlarının bərpa edildiyi bəyan olunmuşdur. Sonradan xx.xx.2022-ci il tarixli müvafiq arayışla fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Göstərilən arayışlar əsa sında müəyyən olunur ki, İddiaçı fəaliyyəti xx.xx.2022-ci il tarixdə aktiv olmuş, yəni işləmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə A.İsmayılov “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında” ərizə ilə vergi orqanına müraciət etmiş və həmin tarixli “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə” bağlanmışdır.
15. Bundan əlavə, məhkəmə Samux RİHB-nın Qarayeri qəsəbə İƏD üzrə nümayəndəsinin 5-72-11/2-14/2023 nömrəli məktubuna istinad edərək, iddiaçıya məxsus Qarayeri qəsəbəsində yerləşən istixananın 2022-ci ildə fəaliyyət göstərmədiyi nəticəsinə gəlmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında ” Əsasnamənin 5-ci maddəsinə əsasən, inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinin dairəsi konkret olaraq göstərilmişdir. Həmin maddədə təsərrüfat subyektinin fəaliyyətdə olub-olmaması barədə uçotun aparılması və məlumatların ötürülməsi inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinə aid edilməmişdir.
16. Əlavə olaraq, məhkəmə həm də iddiaçının Şəmsizadənin adına qeyd olunan ünvanda hesab kodu mövcud olmamasına dair “Azəriqaz” İB-nin Gəncə RQİİ-nin TŞxx/xx-0315 nömrəli, 23 fevral 2023-cü il tarixli məktubuna istinad edərək istixananın fəaliyyət göstərmədiyi nəticəsinə gəlmişdir. Bununla bağlı qeyd ed ilməlidir ki, parnik (istixana) - tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yerdir və su, buxar, qaz və ya elektriklə qızdırılır. Lakin məhkəmə istixanaların yalnız qaz istilik təchizatı vasitəsilə qızdırıldığını hesab etmişdir. Həmçinin, qazdan istifadə etmək üçün “Azəriqaz” İB-nin abonenti olmaq (abonent və ya hesab koduna malik olmaq) zərurəti mövcud deyildir. Belə ki, bir abonentə məxsus qaz xətti vasitəsilə bir neçə abonent (məişət və ya qeyri-məişət) istilik sistemindən istifadə edə bilir.
17. Əlavə olaraq, X2 ifadəsində bildirmişdir ki, o, Samux rayonu, Qarayeri qəsəbəsində yaşayır və gündəlikçi olaraq işlərdə işləyir. Reyhan xanımı və Anar İsmayılovu tanımır. Ona məhkəmə iclasında təqdim edilən şəkillərdə onun şəkili olsa da, məhz hansı istixanada və nə zam an, kim tərəfindən çəkiləməsini xatırlamır. O, bir neçə istixanada gündəlikçi kimi işlədiyindən və bütün istixanalar biri-birinə bənzədiyindən istixananın kimə məxsus olmasını xatırlamır. Bu dəlillərlə əlaqədar bildirilməlidir ki, əmək müqaviləsi bildirişləri reyestrinə əsasən, X2 (işçi) ilə İddiaçı (işəgötürən) arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanmış, operativ vergi nəzarəti dövründə artıq həmin əmək müqaviləsi qüvvədə olmamışdır. Göründüyü kimi, işçi X1 “Reyhan xanımı tanımır” ifadəsi həqiqəti əks etdirmir və məhkəmə tərəfindən araşdırılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Vergi Məcəlləsi Maddə 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicis inin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə, bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştə rilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
20. İnzibati icraat haqqında Qanun: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati ak t qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.... Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
21. İnzibati Prosessual Məcəllə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddə lərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzi bati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. X18 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsidir ki, bu iddia da mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən isə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
29. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı.
30. Hazırkı halda, cavabde h orqan iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini iddia etsə də, bu halları təsdiq edən sübut kimi yalnız fotoşəkillər təqdim etmişdir.
31. Cavabdeh orqan əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən 7 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halına istinad etsə də, bu halı təsdiq edən sübut kimi fotoşəkilləri təqdim etmişdir ki, həmin fotoşəkillərdən qeyd edilən şəxslərin məhz iddiaçıya məxsus obyektdə əmək funksiyalarını icra etməsi halı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Bundan əlavə, həmin fotoşəkillərdən istixananın iddiaçıya məxsusluğunu, ş əkillərin nə vaxt və harada çəkildiyini də müəyyən etmək mümkün deyil. Eyni zamanda, cavabdehin Vergi Məcəlləsinin 41-ci maddəsinə əsasən, video çəkilişdən istifadə imkanı olduğu halda da bunu etməmiş, öz dəlillərinin əsaslılığını daha mötəbər sübutlarla rəsmiləşdirməmişdir.
32. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən iddiaçıdan, həmçinin aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etmələri təmin edilməmiş, habelə həmin şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir.
33. Beləliklə, yuxarıda qeyd edildiyi kimi, mübahisələndirilən aktın qanuniliyini sübutetmə vəzifəsi cavabdehə aid olduğundan, cavabdeh isə mübahisələndirilən qərarın əsaslılığı ilə bağlı dəlilləri mö təbər sübutlarla təsdiq etmədiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur.
34. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 21(104)-213/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.