Məhkəmə qərarları › İş №2-1(102)-1813/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1813/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1813/2020 20.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: texniki pasport və çıxarışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışı n və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-886/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativinin verdiyi xx.xx.1993-cü il tarixli orderlə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli 1053 nömrəli qərarına əsasən Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan *** saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir

2. Həmin bağ sahəsinə dair cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixli «Torpaq sahəsinin Planı» verilmiş, həmin sənədə əsasən iddiaçının istifadəsində olan *** saylı bağın faktiki sahəsinin 1175.0 kv.m. olduğu qeyd olunmuşdur.

3. İddiaçı həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərini cavabdeh orqana təqdim etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmiş və cavabdeh inzibati orqan bununla bağlı iddiaçıya əsaslandırılmış yazılı imtina verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Ünvan1-də 1175.0 kv.m. torpaq sahəsindən ibarət *** saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilm əsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim edilmiş, lakin tələbimin təmin edilməsindən imtina edilmişdir. Bundan əlavə, hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi halda belə, cavabdeh idarə hansı sənədlərin təqdim edilməməsini öz imtinasında göstərməmiş, sadəcə olaraq əsassız süründürməçiliyə yol vermişdir. Halbuki, inzibati orqan kimi cavabdehin yardım etmə vəzifəsi olduğu halda qanunvericiliyin tələblərini pozmuşdur. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4119/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə (hakim – Z.M.Tağıyev) iddianın təmin edilməsi, Ünvan1-də 1175.0 kv.m. torpaq sahəsindən ibarət *** saylı bağ s ahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan inzibati icraat zamanı hərtərəfli araşdırma aparmamış, əsassız olaraq iddiaçının ərizəsini təmin etməmişdir.

8. Qərardan narazı qalan iş üzrə cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-886/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə, X.A.Cəmilova) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4119/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh inzibati orqan inzibati icraat zamanı işin bütün faktiki və hüquqi hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, əsassız olaraq iddiaçının ərizəsini təmin etməmişdir.

11. Məhkəmə qərarını hər iki tərəf xx.xx.2020-ci il tarixində almışdır.

12. Məhkəmə qərarından cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-886/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilm əsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçının müvafiq bağ sahəsinə dair İdarəyə rəsmi müraciəti daxil olmamış və bununla bağlı iddiaçı tərəfindən İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, bununla bağlı cavabdehin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır.

14. Bundan başqa, müvafiq idarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlamaölçü işləri zamanı məlum olmuşdur ki, göstərilən ərazi faktiki olaraq iki hissədən ibarətdir. Ümumi ərazinin bir hissəsində birmərtəbəli yaşayış evi və digər həyətyanı tikililər mövcuddur. Həmçinin, müvafiq bağ sahəsinin nömrəsi (1398b) sxematik xəritədə ö z əksini tapmamışdır. Belə ki, ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmamışdır. Bundan əlavə, iddiaçının adına göstərilən bağ sahəsinin qonşuluğunda yerləşən bağ sahəsinə plan-sxem verilmiş, iddiaçının göstərdiyi sahəyə isə digər fiziki şəxsin (X1) adına plan-sxem verilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi isə yuxarıda göstərilən hallara qiymət vermədən əsassız və qanunsuz qərar qəbul etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İşə baxılmasının v axtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmaya n sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 20. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olun an sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

21. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

22. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.

23. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icra at zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

24. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

25. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığ ı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Hazırkı qərarın 19-cu bəndində göstərilən normalardan görünür ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və həmin əsaslardan biri olduğu halda inzibati orqanlar hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.

31. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görünür ki, cavabdeh inzibati orqan qanunvericiliyin t ələblərinə uyğun araşdırma aparmadan və yuxarıda qeyd edilən əsaslara istinad etmədən iddiaçının ərizəsini təmin etməmişdir.

32. Halbuki, inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparılmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxlərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi.

33. Lakin cavabdeh hazırkı qərarın 20-23-cü bəndlərində göstərilən maddi hüquq normalarının tələblərinə zidd olaraq hər hansı araşdırma aparmadan (bu barədə cavabdeh hər hansı sübut təqdim etmədi) hərəkətsizliyə yol vermiş və məhkəmə araşdırması zam anı iddia ilə razılaşmayaraq öz etirazını əsaslandıra bilməmişdir.

34. Bundan başqa hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın 25-ci bəndinə uyğun olaraq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə aşağı instansiya məhkəmələrində baxılarkən cavabdeh sözügedən torpaq sahəsinin dövlət reyestrindən çıxarışın və planölçü sənədinin verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir.

35. Beləliklə, ca vabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara və İPM-in 96.8-ci maddəsinə əsasən QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-886/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar