Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1813/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-987/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 26 oktyabr 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 772746 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı 2 sentyabr 2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X9, anası isə X8 qeyd edilmişdir.
2. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 5 iyul 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 195767 nömrəli nikahın poz ulması haqqında şəhadətnamənin surətinə əsasən, X9 və X8 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 5 iyul 2014-cü il tarixdə 202 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “İbrahimova” soyadı verilmişdir.
3. Qax rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş X-JQ seriyalı 373423 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X9 xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X10, anası isə X3 qeyd edilmişdir.
4. B seriyalı 067513 nömrəli diplomun surətinə əsasən, Azərbaycan Dövlət Neft X4 Komissiyasının 15 nömrəli xx.xx.2006-cı il tarixli qərarı ilə X7 Neft-qaz və dağ-mədən istehsalının fiziki prosesləri ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.
5. AO seriyalı ******* nömrəli hərbi biletin surətinə əsasən, X9 xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
6. X7 məxsus ******* saylı əmək kitabçasının surətinə əsasən, o, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək "xxxx" MMC-nin Sahil-Tağıyev layihəsində idarə işlər köməkçisi vəzifəsində, xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi ”Azəryolservis” ASC 85 saylı "xxxx" MMC-nin kadrlar şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində və xx.xx.2016-ci ildən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Daxili Təhlükəsizlik İdarəsi mühafizə şöbəsinin inspektoru vəzifəsində işləmişdir.
7. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 18 mart 2021-ci il tarixli 08-76 nömrəli məktubuna əsasən, X9 2002-ci ild ə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanır) “Qazneft mədən” fakültəsinin bakalavriat səviyyəsinin əyani şöbəsinin TT060000 - “Neft-qaz və dağ-mədən istehsalatının fiziki prosesləri” istiqaməti üzrə İ kursuna qəbul olunmuş və 2006-cı ildə həmin ixtisas üzrə tədris planını tam yerinə yetirərək bakalavr dərəcəsi almışdır.
8. Ukrayna Ədliyyə Nazirliyinin Mərkəzi regionlararası idarəsinin Kiyev şəhər ölümün dövlət qeydiyyatı şöbəsi tərəfindən 23 dekabr 2020-ci il tarixdə verilmiş İBK seriyalı 543097 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X9 21 dekabr 2020-ci ildə 35 yaşında Ukrayna, Kiyev şəhərində ölmüşdür, bu barədə, 23 dekabr 2020-ci il tarixdə 23447 saylı müvafiq akt qeydi aparılmışdır.
9. Nümayəndə 5 fevral 2021-ci il tarixdə cavabdehə müraciət edərək, azyaşlı övladına ( iddiaçıya) ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
10. Cavabdeh 3 mart 2021-ci il tarixli, **********8 nömrəli məktubla müraciətin icrasından imtina edərək bildirmişdir ki, “X6 05299766 saylı əmək kitabçasında qeyd edilmiş sığorta stajı 5 il 11 ay olmaqla, tələb olunan müddətdən (6 il 8 aydan) az olduğuna görə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunverciliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. Nümayəndə 22 aprel 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi vəzifə sinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, X2 06 il 08 aydan çoxdur. 13. 30 iyun 2021-ci il tarixdə Nümayəndə ərizəsi əsasında ilk iddiaçı Nümayəndə iş üzrə əsl İddiaçı ilə əvəz edilmişdir.
14. Daha sonra iddiaçının qanuni nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı, atası X5 vəfat etdiyi xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı atası mərhum X5 X1 X15 Sisteminə əsasən 3 il 3 ay sığorta stajı, hərbi bi letinə əsasən 1 il hərbi xidmətdə olduğu dövr (xx.xx.2006-ci ildən xx.xx.2007-ci ilədək) və 1 il 8 ay tətbiq edilən güzəşt müddəti nəzərə alınmaqla 5 il 11 ay sığorta stajı vardır. Həmin müddət tələb olunan müddətdən (6 il 8 aydan) az olduğu üçün İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunverciliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmiçinin, T.M.İsmayılov əyani təhsilini xx.xx.2006-cı il tarixindən sonrakı dövrdə tamamladığı üçün və həmin dövrdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu üçün bu Qanunun tələblərinə uyğun olaraq T.M.İsmayılovun təhsil müddəti sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hes ab olunmamışdır.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5997/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, iddiaçıya onun atası X5 vəfat etdiyi xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
17. Məhkəmə qeyd etmişdir ki, T.İsmayılovun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, həmin müddət sosial sığorta stajına daxil edilməlidir. Belə ki, xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin «ğ» bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ix tisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Qeyd olunan dövr nəzərə alındıqda isə X5 ümumi iş stajı 9 ildən artıq təşkil edir. Odur ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçının atasının vəfat etdiyi xx.xx.2020-ci il tarixdən təyin edilməlidir. Eyni zamanda, ailə başçısını itirməyə görə ödənilmiş müavinət məbləği iddiaçıya pensiya hesablanarkən nəzərə alınmalıdır.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-987/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5997/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətində işin halları və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri sadalanmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısınınşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təh sil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;... Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.... 25. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə ş ikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hü quqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları pros essual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası cavabdehin təhsil müddətinin sığorta stajına daxil edilməməsi ilə bağlı dəlilləri ilə əlaqədar bir daha vurğulayır ki, iddiaçının atası 2002-2006-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanır) “Qazneft mədən” fakültəsində təhsil almışdır. 34. xx.xx. 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmasa da, xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin «ğ» bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
35. Odur ki, iddiaçının atasının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək təhsil aldığı dövr (2002-xx.xx.2006) sosial sığorta stajına daxil edilməlidir və aşağı instansiya məhkəmələrinin bununla bağlı gəldiyi nəticə qanunauyğ un olmuşdur.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-987/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.